Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2218/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq alınmış pensiya məbləğinin qaytarılmasına dair iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 sentyabr tarixli, 2-1(103)-1814/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2021-ci il 12 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək artıq ödənilmiş 21982.14 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 mart tarixli, 2-1(112)-3570/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan təsnifatına aid edilən iddiaçı nın Cavabdeh pensiyanın təyin edilməsi barədə qərarı əlverişli inzibati akt sayılır və onun qanunsuz sayılmaqla “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri çərçivəsində ləğvi inzibati orqanın özünün də səlahiyyətindədir. Belə olan halda, inzibati orqan kimi iddiaçının həmin Qanunun 82.1, 82.2, 82.3-cü maddələrinin tələblərinə əsaslanaraq, cavabdehə münasibətdə əlverişli inzibati aktın (pensiya təyin edilməsi) ləğvinə dair və pensiya kimi ona ödənilmiş pul vəsaitinin qaytarılması barədə yeni inzibati akt qəbul etməklə icraya yönəltmək hüququ var. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. İnzibati akt əsasında tərtib olunmuş qərarın icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən hə yata keçirilir. Bu növ olan işlərdə isə, məhkəmə qərarı tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 13 sentyabr tarixli Qərarında isə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilməz.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 sentyabr tarixli, 2-1(103)-1814/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, “Əmək pensiyaları h aqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2015-ci il 10 aprel tarixli qərarına əsasən birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Bundan əlavə, həmin qərara əsasən apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul etdiyi məhkəmə aktının qanuniliyi və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Barəsində şikayət verilən məhkəmə qərardadında “İcra haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edilərək inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək hüququnun olması və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının tələb olunmaması qeyd edilmişdir. Hesab edilməlidir ki, yuxarıda qeyd edilən qanunda inzibati orqanın icra sənədi qəbul etmək hüququnun olması onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində qeyd edilmiş məhkəmənin ümumi yoxsa inzibati məhkəmə olması müəyyən edilməmişdir. Bu da öz növbəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarmışdır. Qeyd edilməlidir ki, pensiya işləri ilə əlaqədar mübahisələrə inzibati məhkəmədə baxıldığına görə, həmin münasibə tlərdən yaranan artıq alınmış pensiya məbləğinin qaytarılmasına dair iddia tələblərinə də inzibati məhkəmələrdə baxılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 9. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
10. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13 2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.4-cü, 67.5ci, 67.7-ci maddələrinə, həmçinin həmin Qanunun 81.1-ci, 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.4-cü, 67.5-ci, 67.7-ci maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərardadında göstərməmişdir. 15. “İnzibati icraat haqqında” Qanunun 81.1-ci, 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinada gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. 16. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, a rtıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
17. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda tələblə məhkəməyə müraciət etmişdir.
18. Beləliklə, iddianın mümkünsüzlüyü ilə bağlı apellyasiya instansiyası məhkəməsinin əsaslandığı hallar hazırkı işdə mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
19. İddianın mümkün hesab edilməsi ilə bağlı tələbə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində (o cümlədən, iş üzrə yekun qərarın qəbul edilməsi mərhələsində) yoxlanılmalı olduğundan, şikayət həmin hissədə təmin oluna bilməz. Hazırkı halda, məhkəmə kollegiyası iddianın məhz apellyasiya instansiyası məhkəməsinin əsaslandığı hallara görə mümkünsüzlüyü ilə razılaşmamışdır. Bu qənaət isə, işə mahiyyəti üzrə baxan məhkəmənin iddianın digər mümkünlük şərtlərini yoxlamaq vəzifəsinə təsir etmir.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 sentyabr tarixli, 2-1(103)-1814/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmi