Məhkəmə qərarları › İş №2-1(102)-2218/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2218/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2218/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sos ial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(103)-2070/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 3 iyul 2015-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət edərək, ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin qurum 21 avqust 2015-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir.

2. Bundan sonra iddiaçı 2 dekabr 2021-cu il tarixdə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqanın 23 dekabr 2021-ci il tarixli cavab məktubu ilə ərizə təmin olunmamışdır.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçının iddia ərizəsində qeyd etdiklərinə görə, işin məhkəmə icraatının gedişində eyni məsələ ilə bağlı növbəti dəfə 24 may 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və aylıq pensiya məbləği ödənilməyə başlanılmış, üç il əvvəlki dövr – 2019 – 2022-ci illər üzrə ödənilməmiş pensiya məbləği aylıq pensiya məbləğinə əlavə olunmaqla hal-hazırda ödənilir. Lakin iddiaçı bu mövqe ilə razılaşmır və ona pensiya məbləğinin hüq uqunun yarandığı 10 oktyabr 2013-cü il tarixdən ödənilməsini tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1956-cı il tarixdə Ukraynanın Voroşilovqrad vilayətində doğulmuşdur. İddiaçının 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə ümumilikdə 23 il 04 ay 25 gündən artıq güzəştli, 31 ild ən artıq ümumi iş stajı vardır. O, 3 iyul 2015-ci il tarixdə eyni məzmunlu ərizə ilə DSMF-nin Nizami rayon şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin həmin İdarənin 21 avqust 2015-ci il tarixli məktubu ilə ərizə formal əsaslarla təmin edilməmiş və imtinada qeyd olunmuşdur ki, “Damla” şirkətində işləməsini yoxlamaq mümkün olmadığından yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Sonuncu dəfə 2 dekabr 2021-cu il tarixdə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət edilmişdir (10 dekabr 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir). Cavabdeh inzibati orqanın 23 dekabr 2021-ci il tarixli cavab məktubu (ərizəyə əlavə edilib) ilə ərizə təmin olunmamış və imtinaya əsas k imi göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin (əmək pensiyasının təyin edilməsi üçün zəruri sənədlərin siyahısı) tələblərinə uyğun qaydada Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1) Şəxsiyyət vəsiqəsinin surəti; 2) 20 ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s); 3) “Əmək pensiyaları haqqında ” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əsli; 4) Pensiya təyin edilməsi haqqında ərizə. Qeyd olunanları nəzər alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İddiaçı aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçı hələ 2015-c ildə cavabdeh inzibati orqana müraciət etsə də, həmin dövrdə pensiya təyinatını aparan DSMF-nin Nizami rayon şöbəsi 21 avqust 2015-ci il tarixli cavab məktubunda iddiaçının 8 aprel 2003-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrdə iş stajını yoxlamağın mümkün o lmadığını bildirmişdir. Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə də uyğun olaraq, iddiaçının 1 yanvar 2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, bu halda ona mütləq şəkildə 57 yaşdan əmək pensiyası təyin edilməli idi. Bu hal hətta 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsində də öz təsdiqini tapmışdır. İddiaçının 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə ümumilikdə 23 il 04 ay 25 gündən artıq güzəştli, 31 ildən artıq ümumi iş stajı vardır və həmin şəxs hələ 2015-ci ildə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə pensiya təyinatını aparan DSMF-nin Nizami rayon şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir ki, bu hal ona məhz 57 yaşın ın tamam olduğu vaxtdan pensiya təyin edilib ona verilməyən pensiyanın birdəfəlik ödənilməli olmasını məhkəmə qaydasında sübut edir. Habelə, İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Eləcə də, vətəndaşlar tərəfindən təqdim edilən sənədlər siyahısında iddiaçının əmək kitabçasından əlavə hər hansı arxiv arayışını və ya güzəştli arayışı təqdim etməyə borclu olmasa belə, iddiaçı tələb olunan bütün sənədləri ərizəsinə əlavə etməklə cavabdehə təqdim etmişdir. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 9.8-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə istinad edilmişdir.

6. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbində etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 dekabr 2021-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin əmək kitabçasının əslini təqdim etməmişdir. Cavabdehin 23 dekabr 2021-ci il tarixli cavab məktubunda ümumi iş stajını təsdiq edən əmək kitabçasının əslinin Mərkəzi Filiala təqdim ediləcəyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra, iddiaçı 24 may 2022-ci il tarixdə cavabdehə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İd diaçıya hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əvvəlki 3 il üzrə ödənilməklə pensiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.11-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadına müvafiq olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7- ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə ki, iddiaçıya hər ay üzrə ödənilməli olan əmək pensiyası məbləğinin üzərinə keçmiş dövrə görə almalı olduğu 237.93 manat əlavə edilməklə ümumilikdə 506.54 manat pensiya məbləği hesablanıb ödənilir. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 10 okty abr 2013-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Bakı İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-5482/2022 nömrəli (hakim R.L.Kərimli) qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2015-ci ildə DSMF orqanına müraciət etdiyindən, əmək pensiyası hüququ da 2013-cü ildə yarandığından (həm də hüququn yarandığı tarixdən üç il keçməmiş müraciət etmişdir), o, təyin edilmiş pensiyanın əvvəlki dövr üzrə bütün məbləğini tələb e tməkdə haqlıdır. İnzibati orqan tərəfindən inzibati icraat vaxtında, hərtərəfli və obyektiv aparıldığı halda, onun pensiya məbləğinin bütün dövrlərə aid hissələri ödənilmiş olardı. Nəzərə alınmalıdır ki, ona pensiya təyinatı aparılarkən 10 oktyabr 2013-cü il tarixdən sonrakı fəaliyyəti üzrə hər hansı xüsusat rol oynamamışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(103)-2070/2023 nömrəli qərarı ilə (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və R.Ə.Səmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddia tələbinə dair etirazın dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş e tmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələ blərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya) 17. “İnzibati icraat haqqında” Qanun: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisən in düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8.10.2020-ci il tarixli 03/2020 nömrəli Qərardadı: KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şika yəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir

23. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etm işdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı daha əvvəl 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etdiyindən, əmək pensiyası hüququ da 2013-cü ildə yarandığından (həm də hüququn yarandığı tarixdən üç il keçməmiş müraciət etmişdir), o, təyin edilmiş pensiyanın əvvəlki dövr üzrə bütün məbləğini tələb etməkdə haqlıdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslıdır, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

26. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçıya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, qanunvericiliyin tələblərinə əsasən müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə ödənilməklə pensiya məbləği hesablanmış, hər ay üzrə ödənilməli olan əmək pensiyası məbləğinin üzərinə keçmiş dövrə görə almalı olduğu 237.93 manat əlavə edilməklə ümumilikdə 506.54 manat pensiya məbləği ödənilir.

28. Qeyd etmək lazımdır ki, iddiaçı 1 iyul 2017-ci il tarixədək ona pensiya təyin edilməsi ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etsə də, həmin qurumun 21 avqust 2015-ci il tarixli məsələnin həllindən imtinası barədə məktubunu 2 dekabr 2021-ci il tarixədək, yəni növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin əvvəlki imtinası ilə razılaşmışdır. 29. “İnzibati icr aat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 30. 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir.

31. Müba hisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilmişdir.

32. Hazırkı, qərarın 16-cı bəndində istinad edilən qanunvericilik normalarının 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

33. Beləliklə qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət ü çün hesablanması nəzərdə tutulmuşdur.

34. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8.10.2020-ci il tarixli 03/2020 nömrəli qərardadında qeyd edilmişdir ki, “2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir...... 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciə ti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmış, qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olma maqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir...... Bu əlavə və dəyişikliklərin hazırkı qərardadla bağlı baxılan məsələyə aid hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdə n əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

35. Beləliklə həmin qərardadla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olması qərara alınmışdır.

36. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməli, iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün pensiyasının ödənişi cavabdeh tərəfindən aparıldığından, kassasiya şikayəti təmin edilməli, apellyasi ya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 21(103)-2070/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzr ə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar