Məhkəmə qərarları › İş №2-1(102)-2218/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2218/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2218/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasından tutulmaların aparılmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı(xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli, 51387 s aylı qərarın qismən (tutulmanın aparılması hissəsində) ləğv edilməsi, 2022-ci ilin noyabr ayından iddiaçının pensiyasından aparılan tutulmaların dayandırılması və həmin tarixdən tutulmuş pul vəsaitinin geri ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-267/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1995-ci ildə "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu vaxtda istehsalat xəsarəti almışdır. 2.Aldığı xəsarətlərə dair akt tərtib edilmiş və həmin akt əsasında 1995-ci ilin mart ayından etibarən "xxxx" ASC-dən müavinət almağa başlamışdır.

3. İddiaçıya özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsi xx.xx.2022-ci il tarixli 51387 nömrəli qərarla xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.

4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək qanunsuz tutulmaların dayandırılmasını, qanunsuz tutulmalara görə araşdırma aparılmasını və tutulmalarla bağlı olan qərarın sürətinin ona göndərilməsini xahiş etmişdir.

5. Cavabdeh imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydalarının 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, xx.xx.2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2008-ci il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə verilən aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixindən özəlləşdirilməsin ə baxmayaraq təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Ödənilən aylıq ödənc əvəzinə aylıq müavinətin dayandırılması haqqında məlumatın təqdim edilməsi barədə "xxxx" ASC tərəfindən sorğu daxil olmadığından həmin məlumatın sözügedən müəssisəyə göndərilməsi mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2 023-cü il tarixdə cavabdehə qarşı əlilliyə görə təyin edilmiş tutulmanın dayandırılması və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinin “cavabdehin xx.xx.2022-ci il tarixli, 51387 saylı qərarının qismən (tutulmaların aparılması hissəsində) ləğv edilməsi, 2022-ci ilin noyabr ayından iddiaçının pensiyasından aparılan tutulmalar dayandırılması və həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması:

8. İddiaçının iddia tələbi onunl a əsaslandırılmışdır ki, o, 1995-ci ildə "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu vaxtda istehsalat xəsarəti almışdır. Aldığı xəsarətlərə dair Ağcabədi Pambıq» ASC tərəfindən akt tərtib edilmiş və həmin akt əsasında 1995-ci ilin mart ayından etibarən "xxxx" ASC-dən müavinət almağa başlamışdır.

9. Qeyd edilən müavinəti xx.xx.2008-ci il tarixədək almışdır. Bu tarixdən sonra "xxxx" ASC-nin özəlləşdirilməsi zərurəti yarandığından Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərinə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlən məsi Qaydaları»na müvafiq olaraq onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Laçın şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş müqavilə formasına əsasən müqavilə bağlandı və xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona təyin edilmiş müavinət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Laçın şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ödənilmişdir.

10. Daha sonra isə müavinət verilməsi dayandırıldıqda məlum olmuşdur ki, "xxxx" ASC xx.xx.2016-cı il tarixdən özəlləşdirilmişdir. Buna baxmayaraq ödənişlər davam etdirilmiş və ona 6236 manat məbləğində artıq ödəmə olmuşdu r.

11. Bundan sonra xx.xx.2022-ci il tarixdən başlayaraq onun əlilliyə görə aldığı pensiyasından tutulmalar başlanıb. Dəfələrlə cavabdehə və "xxxx" ASC-yə müraciətlər edib pensiyadan tutulmaların dayandırılmasını tələb etsə də müraciətlərinə hər hansı məhəl qoyulmamış və tutulmalar davam etdirilmişdir.

12. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əlavə olaraq bildirilmişdir ki, iddiaçıya ödənilən aylıq ödənc əvəzinə aylıq müavinətin dayandırılması haqqında məlumatın təqdim edilməsi barədə "xxxx" ASC tərəfindən sorğu daxil olmadığından həmin məlumatın sözügedən müəssisəyə göndərilməsi mümkün hesab olunmur və qərardan aidiyyəti üzrə inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olması izah edilir.

13. Halbuki, onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin Laçın şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş müqavilə formasına əsasən bağlanmış müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayda bir dəfə bağlanmış müqavilələr barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitəsinə məlumat təqdim etməli, müəssisənin özəlləşməsindən dərhal sonra ödəmələrin müəssisə tərəfindən həyata keçirilməsini təmin etməli idi.

14. Cavabdeh təşkilatın hərəkətləri qanunsuzdur. Bu səbəbdən də o pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. cavabdehin etirazı:

15. Cavabdeh i ddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, icraatda olan 2-1(120)-2276/2023 nömrəli iş üzrə verilmiş iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ni itirməklə ona İİ dərəcəli əlilliyin təyin edildiyi müəyyən olunur. Nəticədə iddiaçıya xx.xx.1995-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş, hazırda 327.22 manat məbləğində ödəniş aparılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və m əbləğinin təsdiq edilməsi haqqında” Qərarın 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.

17. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud pe şə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir.

18. Həmin Qaydaların 3.1.4-cü bəndə əsasən peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə - 66 manat məbləğində aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin “Özəl ləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli № 1550 nömrəli Fərmanının əsasən 2022-ci ilin yanvar ayından etibarən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatda n az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir.

19. İddiaçıya özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin olunmuşdur. Qaydalara edilmiş dəyişikliyə uyğun olaraq iddiaçının aylıq ödənc əvəzinə aylıq müavinətinin məbləği xx.xx.2022-ci il tarixdən minimum aylıq əmək haqqının (300 manat) əmək qabiliyyətinin itirilmə faizi (80%) məbləğinə (240,00 manat) çatdırılmışdır.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli ** ********19 nömrəli məktubda bir sıra müəssisələrin özəlləşdirmə vəziyyəti və idarəetməyə verilən dövlət müəssisələri ilə bağlı məlumatlar göstərilmişdir. Qeyd olunan məktuba əsasən, istehsalat qəzası baş vermiş- "xxxx" ASC xx.xx.2016-cı il tarixdə tam özəlləşdirilmişdir. 21.Yuxarıda qeyd olunan “istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarın 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

22. Nəticədə qanunvericiliyin tələblərinə əsasən iddiaçıya özəlləşdirilən və idarəetməy ə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsi xx.xx.2022-ci il tarixli 51387 nömrəli qərarla xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.

23. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və si yasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2010-cu il tarixli Qərarı).

24. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi t ənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Müəssisənin özəlləşməsi başa çatdığından iddiaçıya ödəniş artıq təqsirkar müəssisə tərəfindən həyata keçirilməlidir.

25. Əlavə olaraq qeyd edilir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya "xxxx" ASC tərəfindən ödənilməli olan, lakin Fond tərəfindən ödənilmiş aylıq sosial müavinətin məbləği ümumilikdə 6236 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

26. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2276/2023 nömrəli qərarı ilə iddianın təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 51387 nömrəli qərarının qismən (tutulmaların aparıl ması hissəsində) ləğv edilməsi, 2022-ci ilin noyabr ayından iddiaçının pensiyasından aparılan tutulmaların dayandırılması və həmin tarixdən tutulmuş pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş sosial müavinəti şəxs müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının sosial müavinətdən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş 6.236,60 manat pulun geri qaytarılması məhkəmə qaydasında mübahisələndirilməmişdir.

28. Göründüyü kimi 6.236,60 manat pul məbləğinin tutulmasına münasibətdə iddiaçıya sosial müavinət məbləğinin düzgün hesablanıb-hesablanmaması, hesablanmamışdırsa həmin artıq ödəmənin geri qaytarılıb-qaytarılmaması ilə bağlı əlavə hüquqi dəyərləndirmənin aparılmasına ümumiyyətlə zərurət müəyyən edilmir. Belə ki, cavabdeh pul tutulmalarının aparılmalı olmasını əsaslı hesab edirsə də, bununla bağlı özü həmin məbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq vermiş olsun. Razılığın olmaması isə yuxarıda adıçəkilən maddənin tələbindən də göründüyü kimi məhkəməyə cavabdehin iddiaçı qismində müraciəti üçün əsas y aradır ki, iddiaçı bununla bağlı müraciət etməmişdir.

29. Göründüyü kimi iddia tələbinin tutulmuş 6.236,60 manat pul məbləğinin geri qaytarılması hissəsi, həmçinin “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələbləri baxımından qanunsuzdur.

30. İddiaçıya əlilliyə görə sosial müavinətin ödənilməsi əsası mövcud olsa belə, qeyd olunan hal iddia tələbinin təmin edilməsini istisna etmir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya sosial müavinəti səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddianın rədd edilməsi istisna olunur.

31. İddia tələbinin təmini üçün iddiaçının sosial müavinət ödənişini alması ilə bağlı faktiki şərt özü -özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə sosial müavinətin məbləğinin ödənilməsinə, yəni 6236.60 manat artıq ödəmənin həyata keçirilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir.

32. Göründüyü kimi pul tutulmalarının aparılması il ə bağlı cavabdehin hərəkətlərin qanunsuzdur, bu səbəbdən də cavabdeh tərəfindən əlavə ödəmə kimi tutulmuş pul məbləği geri qaytarılmalı, tutulması nəzərdə tutulan məbləğin də tutulması qadağan edilməlidir.

33. Həmin aktı qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

34. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya müavinət təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırman ı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli 51387 saylı qərarı qəbul etmiş, habelə artıq ödənilmiş müavinətin məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

35. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

36. Məhkəmə hesab edir ki, cavabdeh sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə də cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz. 37.C avabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

38. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-267/2024 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2276/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

40. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulması 41. “Aylıq ödənc əvəzinə aylıq müavinət verilməsi haqqında” imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydalarr’nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də, idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan di gər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, xx.xx.2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir.

42. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağla mlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarın 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

44. Qeyd olunan maddi hüquq normalar ı pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2016cı il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda, iddiaçıya təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir.

45. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3/2- 9176/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan inzibati Məhkəməsinin icraatında olan inzibati işin araşdırılması ilə əlaqədar "xxxx" ASC ilə bağlı məlumatların təqdim edilməsi barədə məktuba Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997 -ci il tarixli, 506 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Ağcabədi Pambıqtəmizləmə zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2016-cı il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

46. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda iddiaçıya təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir.

47. Nəticədə iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müavinət üzrə artıqvermə müəyyən edilmiş, əmək xəsarətinə görə müavinətin dayandırılmasına dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. 48.Vahid məhkəmə təcrübəsi mövcuddur, lakin ziddiyyətlidir: Belə ki, Sosial müavinətlər haqqında qanunun 12.2-ci maddəsinə əsasən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

49. Göründüyü kimi qanunverici həmin maddədə artıq müavinət ödənilmiş şəxsin üzərinə artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmaq öhdəliyi qoymuş və məcburiyyətlə yükləmişdir. Lakin həmin norma yanlış şərh edilərək artıq ödə nilmiş məbləğin kompensasiya edilməsi yalnız artıq müavinət ödənilmiş şəxsin könüllü seçiminə həvalə edilir. Bu hal isə qanunun “şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır” göstərişi ilə ziddiyyət təşkil edir.

50. Artıq ödənilmiş müavinətin şəxsdən tutulması imkanı vardırsa, müvafiq icra hakimiyyəti orqanının həmin imkanı məhdudlaşdırılmamalıdır. Yalnız artıq ödənilmiş müavinətin şəxsdən tutulması imkanı olmadığı təqdirdə həmin məbləğin qaytarılması şəxsin könüllü seçiminə buraxılmalı və məsələ öz həllini tapmadıqda məhkəməyə müraciət edilməlidir.

51. Əlavə olaraq qeyd edilir ki, təcrübədə artıq ödənilmiş müavinətin şəxs tərəfindən könüllü ödənilməsinə dair hər hansı bir nümunəyə rast gəlinməmişdir. Məsələ məhkəmələrdə mübahisələndirildikdə isə etimad hüququna istinad edilərək iddia rədd edilir. Nəticədə qanunun həmin göstərişi (artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır) icrasız qalır. b. kassasiya şikayətinə etirazın dəlilləri

52. İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermişdir.

53. İddiaçı hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini əsassızdır.

54. Maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə kassasiya şikayətində qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədəqorxu v ə ya aldatma yolu ilə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə sosial müavinət məbləğinin alınmasına nail olubsa və ya sosial müavinət məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş sosial müavinətin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər.

55. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində sosial müavinət artıq ödənilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz.

56. Belə ki, sosial müavinətdən artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. 57. “İnzibati icraat haqqı nda” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sır a qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

58. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya yaşa görə sosial müavinət ödənilsə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Buna görə də pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuzdur, bu səbəbdən də cavabdeh tərəfindən əlavə ödəmə kimi tutulmuş pul məbləği geri qayta rılmalı, tutulması nəzərdə tutulan məbləğin də tutulması qadağan edilməlidir.

59. Həmçinin cavabdeh tərəfindən məhkəməyə bildirilmişdir ki, 2016-cı il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi barədə heç bir məlumatı olmamışdır, ona heç bir orqan tərəfindən məlumat verilməmişdir. Lakin işdə olan iddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Laçın şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayda bir dəfə bağlanmış müqavilələr barədə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə məlumat təqdim edilməsi barədə öhdəlik götürdüyü göstərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq müqavilə ilə bağlı Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə məlumat təqdim etməsi barədə sorğu göndərilmiş, lakin cavabdeh orqan tərəfindən 2008-ci il tarixdən 2022-ci il tarixədək öhdəliyini icra edərək, bağlanan müqavilə barəsində mütəmadi olaraq ayda bir dəfə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə məlumat təqdim etməsi barəsində məlumatlar göndərməsi aşkar olunmamışdır.

60. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ən azı 2016-cı il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə haqqında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə məlumat təqdim edilsəydi, sonuncu tərəfindən "xxxx" ASC-nin özəlləşdi rilməsi barədə artıq 2016-cı il tarixdən məlumat verilərdi. TƏTBİQ EDİLƏN HÜQUQ

61. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti v erən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

62. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

63. Şikayətdə apellyasi ya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına istinadla qeyd etmişdir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konst itusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

66. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

67. Konstitusiya ayrılmaz i nsan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da, öz növbəsində sosial hüquqların təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsipinə uyğun olaraq pensiya və müavinətlərin qanuna müvafiq qaydada təyin edilməsini, sosial hüquqların həyata keçirilməsi üçün zəruri sənədlərin hazırlanmasını, müavinət və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.

68. İddiaçıya edilmiş ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa (istehsalat xəsarətinə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. 69. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, sosial müa vinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

70. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.

71. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

72. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş sosial müavinəti alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir.

73. Hazırkı halda isə iddiaçının sosial müavinətdən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan tərəfindən iddiaçıya artıq ödənildiyi iddia edilən vəsaitin geri qaytarılmasını məhkəmə müstəvisində həll etməmişdir.

74. Beləliklə, yuxarıda göstərilənl ər nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-267/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar