Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-222/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR 16.04.2019 GİRİŞ HİSSƏ Hakimlər: Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X3 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Cavabdeh İdarəninin vəkili Vəkil iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın yeni dən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüdə çıxarkən aldığı sonuncu aylıq vəzifə maaşı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəziəfə maaşları arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən 01 mart 2013-cü il tərixədək olan dövrə müvafiq hesablanaraq iddiaçıya ödənilməsinin cavabdeh İdarəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarı ilə (hakim Ş.Məmmədova; iş № 2-1(81)-2394/2018) iddianın təmin edilməsi; təqaüdə çıxarkən aldığı sonuncu aylıq vəzifə maaşı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən 01 mart 2013-cü il tərixədək olan dövrə müvafiq hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər A.Nuriyeva və V.Ağayev; iş № 2-1(103)2063/2018) cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarını pozmuşdur, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış etmiş cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏS ASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 06.10.1992-05.09.2003-cü il tarixlərdə müxtəlif rayonlarda hərbi komissar vəzifəsində işləmişdir, hazırda ehtiyyata buraxılıb və pensiyaçıdı r. İddiaçı hərbi komissarlıqda çalışdığı sonuncu aylıq vəzifə maaşı ilə Azərbaycan Respublikaasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan müvafiq vəzifə maaşı arasındakı fərqi 01 aprel 2012-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan dövr üzrə pensiyasında nəzərə alınmaqla hesablanıb verilməsi haqqında müvafiq ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Həmin inzibati orqanın iddiaçıya ünvanladığı 12.02.2018-ci il tarixli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina olunmuş və əsas kimi, köhnə hərbi komissarlıq dövrünün vəzifələri, sonradan yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mövcud vəzifələrinə - Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 saylı qərarı ilə təsdiq olunmuş siyahıya əsasən uyğunlaş dırıldığına, həmin qərar isə 01 mart 2013-cü il tarixdən qüvvəyə mindiyinə görə, iddiaçının pensiyasına artım da elə həmin tarixdən hesablanıb iddiaçıya ödənildiyindən onun 01.04.2012-01.03.2013-cü il tarixə qədər olan dövr üzrə fərqin ödənilməsini tələb etməsi əsassızdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, cavabdeh İdarənin mövqeyi ilə razılaşmaq olmaz, eyni zamanda iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Hərbi Komissarlığı (və onun qürumları) əsasında yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vəzifələr 01 aprel 2012-ci il tarixdən qüvvəyə minmiş ştat cədvəli üzrə yenidən müəyyənləşdirilmiş, deməli, həmin vax tdan da Xidmətin yeni vəzifəli şəxsləri həmin ştat cədvilənə uyğun qaydada fəaliyyət göstərmiş, tutduqları müvafiq vəzifələrə uyğun olan vəzifə maaşlarını almışlar. Lakin Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 593 №-li Fərmanı ilə digər normativ hüquqi aktların “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılınası üç ay müddətndə təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunsa da, sonuncunun yalnız 27 fevral 2013-cü il tarixli 30 №-li qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Pensiya təyin edilməsi üçün hərbi qulluqçuların ailə üzvülərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələ rinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılınası siyahısı” təsdiq olunmuş və həmin qərar imzalındığı gündən qüvvəyə minmişdir. (Siyahıya görə Azərbaycan Respublikasının Hərbi Komissarı vəzifəsi Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə uyğun hesab edimişdir). Eyni zamanda, 2013-cü il martın 1-dən qüvvəyə minmiş Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli, 365 №-li növbəti qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçuların ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılınası siyahısının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 №-li qərarında dəyişiklik edilərək Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki hərbi komissarlıqda, Naxçıvan MR Hərbi Komissarlığında və bu Komissarlığın tabeliyindəki komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Azə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət strukturlarında, eləcə də, Naxçıvan MR Səf Dövlət Xidmətində və həmin Xidmətin vəzifələrinə uyğunlaşdırılınası siyahısına müvafiq əlavələr edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 13.02.2012-ci il tarixli 593 №-li Fərmanı ilə hərbi kommissarlığın ləğvi və onun əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması həyata keçirildiyi və yaradılmış yeni Xidmətdə çalışan sabiq kom issarlıq əməkdaşlarının əvvəlki vəzifə maaşları ilə yeni ştat cədvəli üzrə aylıq vəzifə maaşları arasındakı fərq onlara 01 aprel 2012-ci il tarixdən etibaran ödənildiyi halda, həmin Fərman hərbi komissarlığın pensiyası, hərbi komissarlığın sabiq əməkdaşı olan iddiaçıya da şamil edilməli və onun mövcud vəzifə maaşında baş verən həmin artım nəzərə alınmaqla, 01.04.2012-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan dövr üzrə onun almadığı sonuncu vəzifə maaşı ilə yeni vəzifə maaşı arasındakı pensiya fərqi hesablanıb ona ödənilməlidir. Ən azından “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cü maddəsinin tələbidir ki, bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq s tajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır (Həmin Qanunun 20.1.11-ci maddəsinə əsasən bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.1.12. bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulaı). Beləliklə də sübuta yetirilir ki, cavabdeh tərəfindən sonrakı artımlar nəzərə alınmaqla 01.04.2012-01.03.2013 dövr iddiaçının tutmuş olduğu vəzifə maaşları arasındakı fərq pensiyasında nəzərə alınmaqla, hesablanıb ona ödənilməsindən imtina edilməsi qanunvericilyin tələblərinə ziddir. Bu isə onun deməyə əsas verir ki, cavabdeh qanunla üzərinə düşən öhdəlyini yerinə yetirməmiş, əsassız olaraq iddiaçıya imtina cavabı verməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda, Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinin tələbi baxımınlan, iddiaçı cava bdehə qarşı vəzifə maaşları arasında yaranmış 11 aylıq fərqin hesablanıb ona verilməsini tələbini irəli sürməkdə haqlıdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindəne düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respubltkası Prezidentinin ““Hərbi vəzifə və hərbi xidmət haqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli, 274-İVQ №-li Qanunun qüvvəyə minməsi ilə əlaqədar” 13 fevral 2012-ci il tarijxli, 593 №-li Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılaraq Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabinetinə digər normativ hüquqi aktların “hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasının üç ay müddətində təmin olunması həvalə edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Nazirlər Kabineti növbəti bir 11 may 2012-ci il tarixli, 112-2 №-li Qərarı ilə həmin Xidmətin ştat cədvəli təsdiq edilmiş və bu qərar 01 aprel 2012-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hal larda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələr ində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-222/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-222/2019
16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver