Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-222/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qərarının çıxarılması ilə yekunlaşmış icraata qoşulması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və üçüncü şəxs Yevlax rayon Qaraməmmədli Bələdiyyəsinə qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-547/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından üçüncü şəxslər qismində icraata qoşulmaq istəyən şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-69/2019 saylı, xx xxxxxx 2019-cu il tarixl i qərarı (hakim – İ.H.Cabbarov) ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Cavabdeh üzərinə xx.xx.1998-ci il tarixli JN ********** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 9,54 ha torpaq sahəsinin reyestrdə qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra X1, X2, X3, X4 və X5 vəsatətlə məhkəməyə müraciət edərək, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-69/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmələri və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, sözügedən qərar onların maraqlarına toxunur. Belə ki, onlar ünvanında 3,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri olmaqla hüquqları JN **** saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən təsbit edlimişdir və iddiaçı ilə sərhəd qonşularıdırlar. Respublikada gedən torpaq islahatının nəticələrinə uyğun olaraq ünvanında eyni banitet balı üzrə hər bir subyektə düşən kənd təsərrüfatı təyinatlı torpaq pay norması 0.75 ha olmuşdur. İddiaçı bildirir ki, həmin ailədə hər bir subyektə 1.6 ha torpaq payı norması verilmişdir. Belə olan halda, həmin ərazidə onların torpaqlarının həcmi azalır, iddiaçının və onun ailə üzvlərinin torpaq payı qanunsuz və əsassız olaraq çoxalır. Mə hz bu səbəblərdən də hazırda onların pay torpaqlarının yerində, həmin ərazidə olmamasına dair İddiaçı və onun ailə üzvüləri olan digər iddiaçılar öz mövqelərini bildirirlər. Halbuki, həmin əraziyə JN ***, JN ***, JN **** saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı işlənmişdir, torpaqlar hər bir subyektə 0.75 ha norma olaraq ayrılaraq təhvil verilmişdir. İddiaçının iddia tələblərinin təmin ediləcəyi təqdirdə qanuni əsaslarla onlara ayrılmış hər bir subyektin 0.75 ha pay torpaq payı normaları itir. Çünki, iddiaçılar qeyri-rəsmi düzəlişlə guya ki, adambaşına 1.6 ha torpaq norması olduqlarını bildirirlər. Bu isə tamamilə yalandır. Həmin ərazidə norma 0.75 ha olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-69/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı (hakim - İ.H.Cabba rov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (3-cü şəxs Yevlax rayon Qaraməmmədli Bələdiyyəsi) qarşı "xx.xx.1998ci il tarixli JN-******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 9,54 ha torpaq sahəsinin reyestrdə qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə X1, X2, X3, X4 və X5 Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)69/2019 nömrəli qərarının ləğv edilməsi, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zərur i cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatəti təmin edilməmişdir. İX1, X2, X3, X4 və X5 həmin qərardaddan apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-547/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və M.R.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-69/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxslər qismində icraata qoşulmaq istəyən şəxslər X1, X2, X3, X4 və X5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib onların üçüncü şəxs qismində işə cəlb olunmalarına dair qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış, qərardad maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki,ünvanda onlar 3.74 ha kənd təsərrüfatı təyin torpaq sahəsinin mülkiyyətçiləri olmaqla, mülkiyyət hüquqları JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən təsbit edilmişdir və onlar İddiaçı və digər iddiaçılarla sərhəd qonşularıdırlar. Respublikada gedən torpaq islahatının nəticələrinə uyğun olaraq ünvanda eyni banitet balı üzrə hər bir subyektə düşən kənd təsərrüfatı təyinatlı torpaq pay norması 0.75 ha olmuşdur. İddiaçı ilə yanaşı onlara da eyni banitet balı üzrə, eyni ərazidən, habelə qonşu olmaqla torpaq payı verilmişdir, İddiaçı və onun ailə üzvləri bildirirlər ki, həmin ailədə hər bir subyektə 1.6 ha torpaq payı norması verilmişdir. Belə olan halda, həmin ərazidə onların torpaqlarının həcmi azalır və İddiaçı və onun ailə üzvlərinin torpaq payı qanunsuz və əsassız olaraq çoxalır. Halbuki, həmin əraziyə JN ***, JN ***, JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı işlənmişdir, torpaqlar hər bir subyektə 0.75 ha norma olaraq ayrılaraq təhvil verilmişdir. İddiaçının tələbləri təmin ediləcəyi təqdirdə qanuni əsaslarla onlara ayrılmış hər bir subyektin 0.75 ha torpaq payı itir. Çünki, iddiaçılar qeyri-rəsmi düzəlişlə guya ki, adambaşına 1.6 ha torpaq norması olduqlarını bildirirlər. Bu isə tamamilə yalandır. Həmin ərazidə, norma 0.75 ha olmuşdur. JN *** saylı dövlət aktına əsasən təsbit edilmiş torpaq sahəsi İddiaçı və onun ailə üzvləri olan qeyrilərinə məxsusdur. JN *** saylı dövlət aktına əsasən pay torpaq sahəsi isə onların ailə üzvlərinə məxsusdur. JN *** saylı dövlət aktına əsasən təsbit edilmiş pay torpaq sahəsi isə X6 və onun ailə üzvlərinə məxsusdur. Hər üç dövlət aktına əsasən təsbit edilmiş torpaq sahəsi sərhəd qonşularıdır. Torpaqların keyfiyyəti və münbitliyi eynidir. Lakin subyektlərin pay torpaq sahələrinin norması azdır. Onların ailə üzvlərinə az digərlərinə isə çox pay torpağı verilmişdir. JN *** saylı dövlət aktına əsasən təsbit edilmiş pay torpaq sahəsinin mülkiyyətçisi ailə başçısı X6 Şəki İnzibati-İqtisadi Məhkəməsində Cavabdehnə qarşı "JN ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətində 3,18 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia qaldırmışdır. Həmin iddia üzrə onların müraciəti əsasında onlar ailəvi olaraq üçüncü şəxs qismində işə qoşulmuşlar. Anoloji iddia ərizəsi ilə İddiaçı da məhkəməyə müraciət etmiş və onlar artıq işə baxılıb qərar qəbul edilən gün bununla bağlı məlumat əldə etmişlər. İstər BX6 istərsə də İddiaçı iddia tələbləri eyni olduğu kimi, onların da hər iki iş üzrə maraqları eynidir. Yəni, onlar bildirirlər ki, sərhəd qonşuları saxtakarlıqla onların adambaşına düşən pay torpaq sahələri artıq, onların ailə üzvlərinin isə adambaşına düşən pay torpaq sahələrinin həcmi nisbətən azdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin təmin edilmədən qanuni və əsa slı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəiyşdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına c əlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə İX1, X2, X3, X4 və X5 tərəfindən verilmiş vəsatətin (ərizənin) taleyi İPM-in istinad olunan normaları ilə yanaşı, həm də “Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarına görə həll edilməlidir. Həmin Qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konve nsiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Sözügedən qərarda Kontsitusiya Məhkəməsi həmçinin özünün aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “... İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiy a məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatı na mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mü tləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. ….Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibat i məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır”. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına və orada əks olunmuş hüquqi mövqelərə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxslərin icraata qoşulması məsələ həllə edilərkən iki mühüm məsələ nəzərə alınmalıdır – 1) qəbul edilmiş qərar nət icəsində icraata qoşulmaq istəyən şəxslərin qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmaması müəyyənləşdirilməlidir və 2) icraata qoşulmaq istəyən şəxslərin məhkəmə qərarından nə vaxt məlumatlı olması halı dəqiqləşdirilməlidir. Çünki inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında da buna işarə edilərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə xüsusi vurğu edilmişdir. Göstərilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı olaraq kolleg iya aşağıdakıları qeyd edir. Birinci məsələyə münasibətdə nəzərə alınmalıdır ki, X1, X2, X3, X4 və X5 tərəfindən təqdim edilmiş sübutlar tam və hərtərəfli tədqiq olunmaqla onların zəruri cəlbetmə (İPM 28.2) qaydasında icraata cəlb edilməli olduğu nəticəsinə gəlinərsə, o halda, onlar icraata cəlb edilə bilərlər. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halından yalnız o zaman söz edilə bilər ki, o, işə baxılarkən adi cəlbetmə qaydasında deyil, məhz zəruri cəlb etmə qaydasında işə cəlb edilməli olan şəxs olsun, lakin bu və ya digər səbəbdən ilkin icraat zamanı belə cəlb etmə həyata keçirilməmiş olsun. Bununla bağlı işin hallarından görünür ki, maraqlarına toxunma halının müəyyən edilmədiyinə dair özünün mövqeyini apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, vəsatətdə torpaq payı normasının adambaşına 0.75 ha olması, ərizəçilərin torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə sərhəd olması barədə qeyd olunsa da, buna dair heç bir sübut təqdim olunmamışdır, eləcə də iddiaçının mülkiyyət sənədi ləğv edilməmişdir və hazırda da qüvvədədir. Bundan başqa, işdə olan sənədlərlə qeyd edilən torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinə məxsusluğu öz təsdiqini tapdığından şikayətdə göstərilən dəlillər qanundan irəli gələn maraqlarla əhatə olunmur. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-69/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərkən əsas kimi iddiaçının adına v erilmiş JN *** (KOD: ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına istinad olunmuşdur. Həmin dövlət aktında iddiaçıya və ailə üzvlərinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli ** nömrəli qərarı ilə 9,54 ha torpaq sahəsinin mülkiyyətə verildiyi göstərilmişdir. Kassasiya şikayətinin dəlillərindən isə müəyyən olunur ki, ümumən torpaqların müəyyən edilmiş pay normasından artıq bölgüsünün aparıldığı bildirilməklə bunun qanunsuz olduğu irəli sürülür. Bu halda,X1 və qeyriləri hüquqlarının güman olunan pozuntusu ilə bağlı iddiaçının torpaq sahəsi üzərində hüquqlarını müəyyən edən sənədləri mübahisələndirməlidirlər. İddiaçının torpaq sahəsinə münasibətdə hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənəd olan JN *** (KOD: ********) saylı torpağa mülkiyyət hü ququna dair dövlət aktı, eləcə də onun verilməsinə əsas təşkil etmiş Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli ** nömrəli qərarı və onunla bağlı Yerli Aqrar İslahat Komissiyasının qərarı qanuni qüvvədə olmaqda davam etdikləri halda, X1 və qeyrilərinin hazırkı iş üzrə maraqlarına toxunması halı müəyyən edilə bilməz. Çünki X1 və qeyriləri əslində həmin dövlət aktının (JN ***) özünün düzgün verilmədiyini iddia edirlər. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, X1 və qeyrilərinə məxsus olan JN *** saylı dövlət aktında göstərilən torpaq sahəsi ilə JN *** saylı dövlət aktında göstərilən torpaq sahələrinin üst-üstə düşməsi halı da müəyyən olunmur. Baxşəliyev Şahmar Hacı oğlu tərəfindən JN *** saylı dövlət aktına istinadla qaldırılmış iddia üzrə işə baxılması zamanı onlar ın məhkəmə icraatına cəlb edildiklərinə dair dəlillə bağlı olaraq isə kollegiya qeyd edir ki, həmin halın mövcudluğu özü-özlüyündə hazırkı iş üzrə də avtomatik olaraq zəruri cəlbetmə vəziyyəti yaratmır. Hər şeydən əvvəl söhbət mübahisə tərəfləri və predmetləri fərqli olan iki ayrı işdən gedir. Hər iki iş üzrə cəlbetməyə təsir edən işin halları fərqli ola bilər. Hazırkı iş üzrə də zəruri cəlbetmə məsələsi həll edilərkən qiymət verilməli olan hal müraciət edən şəxslərin başqa bir işdə icraata cəlb edildikləri deyil, onların hazırkı işə cəlb edilməsinə əsasən verən faktiki və hüquqi halların olub-olmadığıdır. Məhkəmə tərəfindən isə belə hallar müəyyən edilməmişdir. Bundan başqa, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1685/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadından müəyyən olu nur ki, məhkəmə, X1 və qeyrilərini X6 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qaldırılmış iddia üzrə icraata üçüncü şəxslər kimi cəlb edərkən cavabdehin etirazında bildirdiyi JN *** və JN *** saylı dövlət aktlarında göstərilən torpaq sahələrinin üst-üstə düşdüyü ilə bağlı dəlili əsas götürmüşdür. Hazırkı iş üzrə isə yuxarıda da qeyd olunduğu kimi JN *** saylı dövlət aktında göstərilən torpaq sahəsi ilə JN *** saylı dövlət aktında göstərilən torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən olunmur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasi ya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X1, X2, X3, X4 və X5 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-547/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.