Məhkəmə qərarları › İş №2-1(102)-222/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-222/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-222/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin səbəbinin dəyişdirilməsi barədə Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1737/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu TSEK-in 17.03.1994-cü il tarixli 53 №-li aktı ilə iddiaçıya “Kəskin nəzərə çarpan astenonevrotik sindrom, tez- tez təkrarlanan vegetativ damar krizlərilə, qalxanvari vəzin İİ dərəcə hiperplaziyası diaqnozu” ilə Peşə xəstəliyi kimi tövsiyə olan müddətsiz ikinci qrup Çernobıl əlilliyi təyin edilmişdir. Daha sonra iddiaçı 16 saylı poliklinikaya Çernobıl Əlili kimi əlillik səbəbinin dəyişdirilməsi məqsədilə 21.07.2015ci il tarixdə müraciət etmiş və ona Respublik a İdarələrarası Ekspert Şurasına göndəriş verilmişdir. Göndərişə əsasən 08.04.2016-cı il tarixli Ekspert Rəyinə görə “Postradiasion toksiki ensefalopatiya kəskin ifadə olunan asteno-nevrotik vəziyyət” diaqnozu ilə xəstəlik Çernobıl AES-də baş vermiş qəzanın ləğvi zamanı şüalanma ilə əlaqələndirilmişdir.

2. İddiaçı 2016-cı ildən bu xəstəliyinə görə müvafiq vaxtlarda Rusiya Federasiyasında, Ukrayna Respublikasında, AR Respublika Əlillərinin Bərpa Mərkəzində, X5 stasionar-reabilitasion müalicələr almışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.09.2018-ci il tarixli 1426 nömrəli qərarında göstərilmişdir ki, “Bakı ş. Yasamal RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış vətəndaş İddiaçı 1987-ci ildə Çernobıl faciəsinin nəticələrinin arada n qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və 08.04.2016-cı ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz “Postradiasion toksiki ensefalopatiya. Kəskin ifadə olunmuş astenonevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon idarəsinin 03.08.2018-ci il tarixli 1347 nömrəli göndərişi, 31.07.2018-ci il tarixli 378 nömrəli arayışı, Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən verilmiş 08.04.2016-cı il tarix li ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir),“ XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR””. Daha sonra 16 saylı Şəhər Poliklinikası əlillik səbəbinə yenidən baxılmaq məqsədilə iddiaçı barəsində 0085003AA54 №-li F-88 yazılaraq TSEK-ə göndərilmişdir. 4. 16 saylı Şəhər Poliklinikasının 204 nömrəli 12.06.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Əlavə stasionar və ambulator müayinə müalicələrdən sonra 20.07.2019-cu il tarixdə əvvəlki nöqsanları tam aradan qaldırmaqla yenə əlillik səbəbinə yenidən baxılmaq məqsədilə 0085003AA54 №-li F-88 yazılaraq TSEK-in sərəncamına göndərilmişdir. Yenə TSEK-in imtina qərarı alındı imtinanın səbəbləri: 1) Natamam doldurma; 2) Xəstəlik 1989-cu ild ən başlasa da 2018-ci ilə qədər müalicələr qeyd edilməyib; 3) Əsas diaqnoz və ağırlaşmalar səthi yazılıb. İmtina səbəblərini araşdıraraq diqqətinizə çatdırmağı özümüzə borc bilirik: 1) Xəstə 16 saylı poliklinika ərazisinə 2015- ci ildə qeydə alınıb. Ona qədər aldığı müayinə və müalicələr haqqında bizə tibbi sənədlər təqdim etməyib. 2) Hesab edirik ki, F- 88 standartlara uyğun tərtib edilmiş, bütün müasir laborator- diaqnostik və pariklinik müayinələr aparılmış və F88- də fiksə olunmuşdur. 3) TSEK-ə göndəriş zamanı xəstəliyin əsas diaqnozu, ağırlaşmaları və yanaşı xəstəlikləri ətraflı olaraq xəstəliklərin Beynəlxalq Təsnifatı - 10 bütün tələblərinə əməl olunmaqla yazılmışdır. 4) Hesab edirik ki, bütün sadalanan arqumentlər, eləcə də MN MHHK- nın mövcud qərarı, iddiaçının xəstəliyinin səbə bini xidməti vəzifələrin icrası kimi tövsiyə edilməsi üçün əsas verir.”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin olunmuş əlillik dərəcəsinin səbəb əlaqəsinin 28.09.2018-ci il tarixdən, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən tarixdən “xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrini icrası zamanı alınmış” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixdə hərbi toplanışda olduğu zaman Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üçün işlərə cəlb olunmuşdur. Həmin vaxtı aldığı güclü şüalanma nəticəsində İİ qrup əlil olmuşdu və buna dair cavabdeh tərəfindən ona Arayış verilmişdir. Sonradan əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Komissiya tərəfindən müraciətinə baxılmış və 1426 N-İi 28.09.2018-ci il tarixli qərarla əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrini icrası zamanı alınmışdır» kimi qeyd olunmuşdur. Sonradan qeydiyyatda olduğu 16 Nömrəli şəhər Poliklinikası tərəfindən əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı olaraq yeni Forma 88 tərtib olunmuş və elektron qaydada cavabdehə ünvan lanmışdır. Lakin, hər dəfəsində cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-413/2021 saylı iş) 29 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin 28.09.2018-ci il tarixdən, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı qəbuledilən tarixdən “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar alınmışdır” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1987-ci ildə Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yet irməsi və nəticədə müvafiq xəsarət alması iş materialları ilə öz təsdiqini tapmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarında əlilliyin təyin edilməsi üçün xüsusi səbəblərin sırasında “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəbi birbaşa nəzərdə tutulmuşdur.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X1 və X4, 2-1(103)-1737/2021 saylı iş) 10 sentyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instan siya məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

12. İddiaçının əlillik vəziyyəti Bakı Dəmir yol xəstəxanasının 02.06.2017-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

13. Sözügedən qərar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvanlanmış, 5 fevral 2019-cu il tarixli məktuba əsasən tibb müəssisəsində müayinə və müalicə olunmadığı, verilmiş tibbi rəyin və epikrizin müəssisənin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi üçün əlillik müayinəsi əlillik altsistemində etibars ız edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əlillik müayinəsi 01.03.2019-cu ildən etibarsız hesab edilmişdir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. 15. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.

16. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılir. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsi stemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

17. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını pozduğu üçün qeyd olunan qərar ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdi q edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (bundan sonra mətndə TSEK və göndərişə baxılan dövrdə qüvvədə olmuşdur): 1.2-ci bənd. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3-cü bənd. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bənd. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5-ci bənd Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.3-cü bənd. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.9-cu bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bənd. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhi yyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bənd. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-); 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; (-); 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspert iza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, al tsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəbl ərinin müəyyən olunması barədə Təlimat”:

3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştat dankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatl ı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. (-). 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Cavabdeh apelyasiya m əhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

27. Bakı şəhəri Binəqədi rayonu TSEK-in 17.03.1994-cü il tarixli 53 №-li aktı ilə iddiaçıya “Kəskin nəzərə çarpan astenonevrotik sindrom, tez- tez təkrarlanan vegetativ damar krizlərilə, qalxanvari vəzin İİ dərəcə hiperplaziyası diaqnozu” ilə peşə xəstəliyi kimi tövsiyə olan müddətsiz ikinci qrup Çernobıl əlilliyi təyin edilmişdir. Daha sonra iddiaçı 16 saylı poliklinikaya Çernobıl əlili kimi əlillik səbəbinin dəyişdirilməsi məqsədilə 21.07.2015-ci il tarixdə müraciət etmiş və ona Respublika İdarələrarası Ekspert Şurasına göndəriş verilmişdir. Göndərişə əsasən 08.04.2016-cı il tarixli ekspert rəyinə görə “Postradiasion toksiki ensefalopatiya kəskin ifadə olunan asteno- nevrotik vəziyyət ” diaqnozu ilə xəstəlik Çernobıl AES-də baş vermiş qəzanın ləğvi zamanı şüalanma ilə əlaqələndirilmişdir.

28. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası iddiaçı barəsində “xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı almasına dair” 28 sentyabr 20 18-ci il tarixli qərar qəbul etmişdir.

29. Bundan sonra 16 saylı Şəhər Poliklinikası əlillik səbəbinə yenidən baxılmaq məqsədilə iddiaçı barəsində F-88 yazılaraq cavabdehə göndərilmişdir.

30. Cavabdeh əlilliyin səbəbinin dəyişdirilməsindən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndəriş natamam doldurulmuşdur. Qiymətləndirməyə əsas verən göndərişdə xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumatlar qeyd edilməmiş, xəstəliyin qeyd edilmiş ağırlaşmaları isə əlilliyin təyininə əsas vermir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqəd ar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 3.1-ci bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir.

31. Mübahisə əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlıdır.

32. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə 28 sentyabr 2018ci il tarixdə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasın a göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). 33. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keç irir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

34. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə 28 sentyabr 2018ci il tarixdə qərar (göndəriş) verilməsinə baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir.

35. Cavabdehin istinad etdiyi “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir.

36. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mü bahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır.

37. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

38. İddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasın da təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır.

39. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1737/2021 saylı 10 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar