Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-222/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: vergi öhdəliyi üzrə hüquq varisliyi; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022 -ci il tarixli, **********5464 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 2-1(106)-176/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır.
2. Cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********5733 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, vergi ödəyicisinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y ST-nin cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı anbarda idxal olunmamış 3822919,44 manat dəyərində maldan 264082,79 manat e-qaimə ilə satış edilməsi, 625691,40 manat mal qalığının aşkar edilməsi, əksik qalan 2933145,25 manat (ƏDV və 5% ticarət əlavəsi daxil) dəyərində olan mallar anbardan pərakəndə satış üçün yeni nəsil kassa aparatı olmayan kassaya mədaxil etməklə pərakəndə satış kimi rəsmiləşdirilməsinə baxmayaraq, top dan satış qaydasında e-qaimə tətbiq etmədən digər vergi ödəyicilərinə 3634166,96 manat sənədsiz satış keçirilməsinin müəyyən edilməsi, lakin Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********5464 nömrəli qərar qəbul edilmişdir.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5464 nömrəli qərarını n ləğv olunmasını xahiş etmişdir.
4. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) xx.xx.2022-ci il tarixli 21(120)-1970/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli, **********5464 nömrəli qərarı ləğv edilmişdir.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.K.Həsənov /sıdrlik edən və məruzəçi/, S.F.Həsənov və İ.Q.Əsədov) xx.xx.2023-cü il tarixli 2-1(106)-176/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmışdır.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
8. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
77. Vergi öhdəliyi... 77.4 Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:... 77.4.3. vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;... Maddə
81. Vəfat etmiş, fəaliyyət qabiliyyətini itirmiş və ya itkin d üşmüş fiziki şəxslərin vergi öhdəliklərinin yerinə yetirilməsi 81.1. Vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Həmin maddə əvvəlki redaksiyada: Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər....
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər....
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə.... Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... KASSASİYANİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası mübahisəyə dair icraat materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş üzrə icraata xita m verilməlidir.
13. Hazırkı qərarın 9-cu bəndində istinad olunan Vergi Məcəlləsinin 77.4.3-cü maddəsinin tələbinə əsasən, vergi ödəyicisi vəfat etdikdə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə, onun vergi öhdəliyinə xitam verilmiş hesab olunur. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyir.
14. Qeyd edilən hüquq norm alarının müddəalarının məzmununa görə, vergi ödəyicisi vəfat etdiyi təqdirdə onun vergi öhdəliyi yalnız əmlak vergilərinə münasibətdə vəfat etmiş şəxsin varisinə (varislərinə) keçə bilər. Həmin normalarda nəzərdə tutulmuş hüquqi tənzimləmə vəfat etmiş şəxsin digər vergilər üzrə vergi öhdəliyinin hüquq varisliyi qaydasında keçməsini istisna edir.
15. Hazırkı mübahisəyə münasibətdə iddiaçı barəsində olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********5464 nömrəli qərarı ona 363416,70 manat maliyyə sanksiyası tətbiq edilməsi ilə bağlıdır. Başqa sözlə, vəfat etmiş iddiaçının vergi öhdəliyi əmlak vergisi ilə əlaqədar deyildir.
16. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddia çı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Belə olan halda, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********5464 nömrəli qərarla iddiaçı barəsində hesablanmış vergi öhdəliyinə qanunvericiyə əsasən xitam verilmiş sayılmalıdır.
17. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi təqdirdə, iş üzrə icraata xitam verilir.
18. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən və İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsi, Mülki Prosessual Məcəllənin 261-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir.
19. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: x x.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin İdxalİxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı hazırki iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.