Məhkəmə qərarları › İş №2-1(102)-222/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-222/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-222/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məqsədli təyinatı dəyişdirilməklə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina) 19.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədinin təyinat qrafasında “kənd təsərrüfatı” sözünün “həyətyanı” sözünə dəyişdiri lərək iddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2-1(107)-189/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 nömrəli qərarı ilə Oğuz rayonunun Kərimli kəndi ərazisində 4660 kv.m və 2234 kv.m torpaq sahələri “kənd təsərrüfatı məhsullarının istehsalı” məqsədilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

2. Azərba ycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.2011-ci il tarixli, A371685 nömrəli və xx.xx.2011-ci il tarixli, A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində həmin torpaq sahələrinin “kənd təsərrüfatı məhsullarının istehsalı” (“kənd təsərrüfatı” təyinatlı) məqsədilə verildiyi qeyd edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, sözügedən plan-ölçü sənədlərinin ləğv edilməsini, 4660 kv.m və 2234 kv.m torpaq sahələrinə “həyətyanı” torpaq sahəsi kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırm ışdır ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Sözügedən “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi və müvafiq torpaq sahələrinin “həyətyanı” kimi iddiaçının adına qeydiyyata alınması cavabdehin səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2011ci il tarixli, A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində “həyətyanı” torpaq sahəsi kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alı naraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət edən zaman ona məlum olmuşdur ki, qeyd edilən plan-ölçü sənədində həmin torpaq sahəsinin səhvən “kənd təsərrüfatı” təyinatlı olduğu yazılmışdır. Halbuki sözügedən torpaq sahəsinin əhatəsində olan torpaqların plan-ölçü sənədlərində onların təyinatının “həyətyanı” olduğu yazılmışdır. Cavabdeh isə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.

7. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmi n olunmamasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsi tərəfindən X2, X5, X6 və X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: Fərid İsmayılzadə) 01 dekabr 2022-ci il tarixli, 2-1(116)-844/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçının hüquqi marağı ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin “həyətyanı” torpaq sah əsi kimi ailə üzvləri və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olsa da, məhkəmə araşdırması nəticəsində iş materiallarına əlavə olunmuş torpaq sahəsinin plan-ölçü sənədi və mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsinin “kənd təsərrüfatı” təyinatlı olduğu müəyyən edilmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, xx.xx.2011-ci il tarixli, A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında “kənd təsərrüfatı” sözünün “həyətyanı” sözünə dəyişdirilərək, ona və ailə üzvlərinə verilmiş 223 4 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Mahir Əsədli və Günay Cavadova) 12 iyul 2023-cü il tarixli, 2-1(107)-164/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin üzərinə xx.xx.2011-ci il tarixli, A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında “kənd təsərrüfatı” sözünün “həyətyanı” sözünə dəyişiklik edilərək, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi “kənd təsərrüfatı” təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzində verildiyinə görə “kənd təsərrüfatı” təyinatlı göstərilmişdir. Faktiki olaraq sözügedən torpaq sahəsinin Kərimli kənd inzibati ərazi vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşməsi mütəxəssis rəyi, məhkəmə tərəfindən keçirilən yerli ba xış və məhkəmə kollegiyasının iclasında mütəxəssisin verdiyi izahatla öz təsdiqini tapmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 08 dekabr 2023cü il tarixli, 2-1(102)-2620/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən torpaq sahəsinə yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bir tərəfdən yol, şimal, cənub, qərb tərəfdən isə yaşayış evləri ilə qonşuluqda yerləşir, həmçinin qeyd edilmişdir ki, qonşu torpaq sahələri “yaşayış məntəqəsi” kimi qeydiyyata alınmışdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi barədə sorğusuna cavab olaraq cavabdeh tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış təqdim edilmişdir. Həmin çıxarışa əsasən Oğuz rayonunun Kərimli kəndində yerləşən 0,13 ha torpaq sahəsinə, təyinatı “yaşayış məntəqəsi torpağı” kimi göstərilməklə X1 xüsusi mülkiyyət hüququ qeydə alınmışıdır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər tələb edilməmişdir. Bu səbəbdən mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə baxış keçirmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin ilkin təyinatı işin hallarından müəyyən olunmur.

18. İddiaçıya məxsus hüquqmüəyyənedici sənədlərdə isə torpağın təyinatı kadastr baza məlumatlarına əsasən “kənd təsərrüfatı torpağı” kimi qeydə alınıb. İşə əlavə edilmiş və apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi üçün əsas götürülmüş mütəxəssis rəyində də torpağın uqodiyası “əkin” kimi göstərilmişdir. Bununla yanaşı, mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaq sahəsi “kənd təsərrüfatı” təyinatlı pay torpağının çat ışmayan hissəsinin əvəzinə verilmiş və elektron məlumat bazasına əsasən 2234 kv.m və 4660 kv.m torpaq sahələri Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 nömrəli qərarı ilə “kənd təsərrüfatı məhsullarının istehsalı” məqsədi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bundan başqa, həmin rəydə qeyd olunmuşdur ki, Oğuz rayonunun Kərimli kəndi ərazisində, habelə digər ərazilərdə yaşayış məntəqəsi sərhədləri daxilində uqodiyası “əkin”, “örüş”, “çoxillik əkmələr”, “kolluq” olan “kənd təsərrüfatı” təyinatlı torpaq sahələri mövcuddur. Həmin rəydə əlavə olaraq qeyd olunmuşdur ki, sözügedən torpaq sahələri Oğuz rayonunun Kərimli kənd inzibati ərazi vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir. Həmin torpaq sahələri “kənd təsərrüfatı” təyi natlı pay torpağının çatışmayan hissəsinin əvəzinə verildiyinə görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində “kənd təsərrüfatı” təyinatlı olaraq qeyd edilmişdir.

19. Halbuki, məhkəmə iclasında iştirak edən mütəxəssis X10 izahatında bildirmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi tamamilə yaşayış məntəqəsinə aid olan torpaq sahələrinin içərisində yerləşməklə “kənd təsərrüfatı” təyinatlı olmaqla “çoxillik əkmələr” kimi, yəni bağ kimi istifadə olunur və elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi “kənd təsərrüfatı” məqsədilə verilmiş torpaq sahəsi kimi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi də həmin dəlilə istinad edərək iddianı təmin etmiş və torpağın kadastr məlumatlarında qeydə alınmış təyinatının dəyişdirilməsinə imkan verən hər hansı bir maddi hüquq normasına istinad etməmişdir. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – qonşu torpaq sahələrinə dair torpaqayırma sənədlərinin olub-olmaması və həmin ilkin torpaqayırma sənədlərində torpaq sahələrinin hansı torpaq kateqoriyasına aid olması araşdırılmalı, bu hallara qiymət verilməli, bundan sonra əsaslandırılmış qərar qəbul edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Tural Həsənov və Əyyub Kərimov) 08 avqust 2024-cü il tarixli, 2-1(107)-189/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən, məhkəmə kollegiyası tərəfindən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən X11, X3, X4 məxsus torpaq sahələrinə dair verilmiş ilkin hüquqmüəyyənedici sənədlərin (şəhadətnamələrin və dövlət aktının) təsdiq olunmuş surətlərinin təqdim edilməsinə dair cavabdehə sorğu verilmişdir. Sorğu əsasında alınmış çıxarış və plan-ölçü sənədləri ilə müəyyən olunur ki, iddia predmeti olan torpaq sahəsinin ətrafında olan və digər şəxslərə məxsus torpaq sahələri “həyətyanı” məqsədilə verilmişdir. İddiaçının və onun ailə üzvlərinin sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yeganə əsas Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tari xli, 68 nömrəli qərarı olmuşdur. Həmin qərarla Oğuz rayonunun Kərimli kəndi ərazisində 2234 kv.m və 4660 kv.m torpaq sahələri məhz “kənd təsərrüfatı məhsullarının istehsalı” məqsədilə mülkiyyətə verilmişdir. Bununla yanaşı, pay torpaq sahəsi alacaq subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvlərində 0,69 ha faktiki torpaq sahəsi vardır. Həyətyanı torpaq sahəsi alacaq subyektlər siyahısından isə görünür ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0,25 ha torpaq sahəsi vardır.

22. Bundan əlavə, Oğuz rayonunun Kərimli kəndi ərazisində yaşayış məntəqəsi sərhədləri daxilində uqodiyası “əkin”, “örüş”, “çoxillik əkmələr”, “kolluq” olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əlavədə qeyd edilmişdir k i, iddiaçının adına tərtib edilmiş 2234 kv.m və 4660 kv.m torpaq sahələrinin kateqoriyası “kənd təsərrüfatı” təyinatlı torpaqlara aid olmaqla uqodiyası “çoxillik əkmələr”dir.

23. Göründüyü kimi, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında tərtib edilmiş müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, habelə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində sözügedən torpaq sahəsinin “kənd təsərrüfatı” təyinatlı olması göstərilmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 nömrəli qərarı isə hazırda qüvvədədir və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda, xx.xx.2011-ci il tarixli, A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin torpaq sahəsinin təyinatı qrafasında hər hansı dəyişikliyin edilm əsi yolverilməzdir və qanunsuzdur. Həmçinin qanunvericiliyə əsasən, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər.

24. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digə r hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 9.3 (xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyada). Torpaqların kateqoriyalara aid edilməsi və onların bir k ateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 9.3 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 10.1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 10.2. Torpaqların hüquqi rejimi — torpaqların istif adəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Maddə 10.3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbi i-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Maddə 10.4-1 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır. Maddə 10.5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı nda, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Maddə 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Maddə 12.2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Maddə 12.3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir. Maddə 12.4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq q orunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 18.1 Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 18.2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının öd ənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarix-mədəniyyət təyinat lı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. 29. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərb aycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 04 avqust tarixli, 176 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: 2.1 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.1-1 (xx.xx.2025-ci il tarixdən qüvvədə olan redaksiyada). həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 2.1-2 (xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyada) həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icr a hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərin in müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdi kdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin tə min edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müva fiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında “kənd təsərrüfatı məhsullarının istehsalı” məqsədilə onun və ailə üzvlərin mülkiyyətinə verilmiş 2234 kv.m torpaq sahəsinin məqsədli təyinatının “həyətyanı” olaraq dəyişdirilməsinə və bunun üzərindən həmin torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının qeyd edilən məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessua l qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı həmin əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında və həmin sənədlərin məzmununa uyğun olaraq ayrılır. Nəzərə almaq lazımdır ki, cavabde h həmin hüquqmüəyyənedici sənədlərin məzmununa bağlıdır və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatları və göstəriciləri özbaşına dəyişdirmək haqqına malik deyildir. Bu baxımdan iddiaçı hazırkı məzmunda tələbinin təmin olunması üçün mübahisəli torpaq sahəsinin məhz həyətyanı torpaq sahəsi qismində ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərə istinad etməli və həmin sənədləri təqdim etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən belə sənədlərin təqdim edildiyi görünmür. Bu zaman həm də nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə münasibətdə bu qərarın 30-cu bəndində istinad olunan norma anlamında hüquqmüəyyənedici sənəd qismində plan-ölçü sənədi deyil, 2234 kv.m torpaq sahəsinin ayrılması barədə Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı çıxış edir. Odur ki, idd iaçı ilk növbədə ilkin hüquqmüəyyənedici sənədlərdə müvafiq qeydlərin aparılmasına nail olmalı və yalnız bundan sonra hazırkı məzmunda tələb irəli sürməlidir.

41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2-1(107)-189/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar