Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2220/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)-2022/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 25.05.2017-ci il tarixdən ümumi xəstəliyə görə təyin edilmiş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi, 25.05.2017-ci il tarixdən 25.05.2022-ci il tarixədək təyin edilmiş əmək pensiyasının onun ödənilməsinin dayandırıldığı 01.07.2019-cu il tarixdən hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilmişdir.
3. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini, eyni zamanda, ərizə ilə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Agentliyə daxil olan müraciətlərin həddindən cox olduğundan və məktubun Agentliyə gec daxil olduğu üçün sözü gedən qərarın qeydiyyatı 18.05.2021-ci il deyil, 19.05.2021-ci il tarixdə aparıldığından, həmcinin 19.06.2021-ci il tarixi qeyri-iş günü olduğundan apelyasiya şikayəti 21.06.2021-ci il tarixdə verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2022/2021 nömrəli, 30.07.2021-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi – Mirzə Tağızadə, hakimlər – Anar Tanrıverdiyev və Azər Hüseynov) ilə cavabdehin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin q ərarını 16.05.2021-ci il tarixində almış, 21.06.2021-ci il tarixində apellyasiya şikayəti verərək 30 günlük prosessual müddəti 7 gün ötürmüşdür. Ərizədə qeyd edilmiş “Agentliyə daxil olan müraciətlərin çox olması” dəlili isə şikayət verilməsi imkanını aradan qaldıran üzrlü səbəb hesab edilməmiş və qeyd edilmişdir ki, bu hal nəzərə alınsa belə, müddət 4 gün ötürülmüş olur.
7. Məhkəmə qərardadı cavabdehə 02.09.2021-ci il tarixində təqdim edilmişdir.
8. Cavabdeh həmin qərardaddan 10.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2022/2021 nömrəli, 30.07.2021-ci il tarixli qərardadını ləğv edib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya ş ikayətinin buraxılmış müddətinin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
9. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsinin qərarını 19.05.2021-ci il tarixində qeydiyyata alan cavabdeh 19.06.2021-ci il tarixi qeyri-iş günü olduğundan 21.06.2021-ci il tarixində apellyasiya şikayəti vermişdir. Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı Agentliyə daxil olan müraciətlərin həddindən çox olması və məktubun Agentliyə gec daxil olması səbəbilə sözüge dən qətnamənin qeydiyyatı 18.05.2021-ci il tarixində deyil, 19.05.2021-ci il tarixində mümkün olmuşdur. Daha sonra prosessual müddətin sonuncu günü (19.06.2021-ci il) qeyri-iş gününə təsadüf etdiyindən apellyasiya şikayəti 21.06.2021-ci il tarixində verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş və cavabdeh təşkilatın apellyasiya şikayəti vermək hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Tərəflərin mülahizələri
11. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
12. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şik ayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
13. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.
15. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.
16. Mülki prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən ş əxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
18. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adı nı, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
19. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisəl ərə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
21. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
22. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəm əsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
24. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 26.Apelyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
28. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh 19.05.2021-ci il tarixində birinci instansiya məhkəməsinin qərarını almış, 19.06.2021-ci il tarixi qeyri-iş günü olduğundan 21.06.2021-ci il tarixində apellyasiya şikayəti vermiş, beləliklə prosessual müddəti ötürməmişdir.
29. Hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan məlumdur ki, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Qərarın təqdim olunması barədə sübut isə hazırkı qərarın 14-19-cu bənd lərində göstərilən normalara uyğun olaraq iş materiallarına əlavə edilməlidir.
30. Kassator mübahisələndirdiyi məhkəmə qərarını 19.05.2021-ci il tarixində aldığını iddia etsə də, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, cavabdehə həmin məhkəmə qərarı 16.05.2021-ci il tarixində təqdim edilib.
31. Lakin məhkəmənin nəyə istinad edərək bu qənaətə gəlməsi qeyri-müəyyəndir. Belə ki, apellyasiya instansiya məhkəməsi qərardadda öz mövqeyini əsaslandırmamışdır. İş materiallarında cavabdehin sözügedən qərarı 16.05.2021-ci il tarixində almasını təsdiq edən hər hansı sübut olmasa da, məhkəmə cavabdehin 16.05.2021-ci il tarixində mübahisələndirilən qərarı aldığını qeyd etmişdir.
32. Beləliklə, məhkəmə öz mövqeyini əsaslandırmadan əsasız və qanunsuz qərar qəbul etmişdir. Odur ki, cav abdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2022/2021 nömrəli, 30.07.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. İşə təkrar baxan məhkəmə birinci instansiya məhkəməsinin qərardadını cavabdehin hansı tarixdə almasını müəyyən etməli, buna uyğun olaraq apellyasiya şikayətinin mümkünlüyünə qiymət verməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2022/2021 nömrəli, 30.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilmə