Məhkəmə qərarları › İş №2-1(102)-2220/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2220/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2220/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsinə dair arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1995, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid mətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 3 ilə bağlı iddiaçının atası X3 adına arayışın (reyestrdən çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2225/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İK X2 ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714a saylı müqaviləyə əsasən ünvan 3 sonuncunun qanuni istifadəsinə verilmişdir.

2. Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021ci il tarixli 740 nömrəli məktubundan müəyyən olunur ki, X3 xx.xx.2012-ci tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin oğlu İddiaçı olması barədə məlumat verilmişdir.

3. İddiaçının ünvan 3 ilə bağlı atası X3 adına arayışın (reyestrdən çıxarışın) verilməsi barədə müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, xx.xx.1980-cı il tarixi 2714a nömrəli müqavilə barədə idarənin arxivində məlumat aşkar olunmadığı, elektron kadastr məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsinin 39 və 40 saylı bağın ərazisi olduğu, həmçinin, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyi, bundan başqa, texniki baxış keçirilən zaman bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ilə bağlı iddiaçının atası X3 adına arayışın (reyestrdən çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ona atasından miras qalmış Bakı şəhəri, ÇölŞüvəlan bağ massivində 40A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının atası ilə bağlanmış 25 fevral 1980-ci il tarixli 2714A saylı müqavilə İdarənin arxivində aşkar edilməmiş, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi 39 və 40 saylı bağların ərazisidir, həmçinin bağ sahəsinin nömrəsi bağların bölgü sxeminə dair sxematik xəritədə qeyd edilməmiş, sxematik xəritədə qeyd olunmadığı və arxiv cizgisi olmadığı üçün texniki baxış zamanı bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin bağ sahəsi Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının babası X4 arasında bağlanmış 25 fevral 1980- ci il tarixli 2714A saylı müqavilə əsasında sonuncunu n istifadəsinə verilmiş, həmin tarixdən hal-hazıradək iddiaçının ailəsinin istifadəsindədir. İddiaçı atasının vərəsəsidir, hazırda bağ sahəsi onun istifadəsindədir. Bağ sahəsi barədə İdarənin əməkdaşlarının səhlənkarlığı səbəbindən onun arxivində məlumat olmaması, bağ sahəsinin nömrəsinin bağların bölgü sxeminə dair sxematik xəritədə qeyd edilməməsi imtina üçün əsas deyil. Həmçinin, göstərilən bağ sahəsinin 39 və 40 saylı bağların ərazisi olması doğru deyil, həmin bağ sahələri də onun babasının adınadır, onlara ayrılmışdır. 40a saylı bağ sahəsi mövcuddur, bağ sahəsinin yerləşmə yeri müəyyəndir, hər üç bağ sahəsi öz hasarı daxilindədir. Cavabdeh imtina üçün qanunla müəyyən olunmuş əsaslara deyil, formal tələblərə əsaslanmışdır. Bununla da, qanunun tələblərini pozaraq qanunsuz şəkildə hüquql arın qeydiyyatından imtina etmişdir.

6. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq tələblə 10 sentyabr 2021-ci il tarixli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən 25 fevral 1980-ci il tarixli 2714A nömrəli müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsi 39 və 40 saylı bağın ərazisidir. Həmçinin, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa, texniki baxış keçirilən zaman bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından, bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən ə rizəsinin icrası İdarə tərəfindən mümkün olmamış, iddiaçıya 24 sentyabr 2021-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş” ünvanlanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(112)-2884/2022 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi təmin edilərək ünvan 3nin İddiaçı mərhum atası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, surəti iş materiallarına əlavə edilmiş Bakı Şəhər İK X2 ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714a saylı müqavilə ünvan 3 sonuncunun qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ s ahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X6 həmin bağın qanuni istifadəçisi olmuş və onun altındakı torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Müqavilənin DƏDRX arxivində olmaması iddiaçının iradəsindən asılı deyil və həmin əqdin mötəbərliyini mütləq mənada şübhə altına alan hal deyil. Eləcə də qeyd olunmalıdır ki, elektron kadastr məlumatlarına görə bağ sahəsinin başqa əraziyə düşməsi, nömrəsinin sxematik xəritədə göstərilməməsi də iddiaçının iradəsindən asılı olan hal deyil və bu qəbildən olan uyğunsuzluqların aradan qaldırılması, habelə müvafiq mərzçəkmə işləri çərçivəsində torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq sahədə formalaşmış inzibati praktikaya görə əvvəllər hər hansı nömrə ilə işarələnmiş bağ sahəsinin bölünməsi və ya ondan müəyyən hissənin ayrılması zamanı bağ nömrəsinə hərflər əlavə olunmaqla yenidən nömrələnmə (məsələn 40a, 40b və s.) prosedurları aparılmışdır. Odur ki, iddiaçının iddia etdiyi 40a saylı bağ sahəsinin nömrəsi 40 saylı bağ sahəsinin ərazisi daxilində yerləşməsi uyğunsuzluq qismində qəbul olunmamalıdır. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdehin imtinas ı qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-2225/2022 nömrəli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(112)-2884/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının atası X3 «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (bağ sahəsinə dair verilən icarə müqaviləsi) mövcud olmuş, lakin o, bu əmlak üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən vəfat etdiyi üçün və həmin sənədlər onun qanun üzrə vərəsəsi olan iddiaçı tərəfindən təqdim edildiyindən iddiaçıya həmin əmlak üzərində hüququn X3 adına qeydiyyata alınması barədə çıxarış verilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətində "bağ sahəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsi 39 və 40 saylı bağın ərazisidir” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisəli bağ sahəsinin qonşuluğunda olan 39 saylı bağ sahəsinə dair artıq çıxarış verilmiş, digər 40 nömrəli bağ sahəsinə isə çıxarışın verilməsi ərəfəsindədir. Həmçinin İddiaçı təqdim etdiyi sənədlər 39 və 40 saylı bağ sahələrinin qeydiyyata alınmasına maneə törətmir və bağ sahələri mülkiyyətçilərin öz istifadəsindədir. Həmin bağ sahələrinin isə 40a nömrəli bağ sa həsi arasında torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı hər hansı mübahisələndirilən hal iş materialları ilə aşkar olunmamış, eyni zamanda 40a nömrəli bağın icarəyə verilməsinə dair müqavilənin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətində "bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır” barədə dəlilinə münasibətdə isə qeyd etmişdir ki, ünvan 3nin yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etm ək cavabdehin vəzifəsidir. Bu baxımdan Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. İddiaçı tərəfindən təqdim edilən xx.xx.1980-cı il tarixli, 2714a nömrəli müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır.

14. Texniki baxış keçirilən zaman bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olma dığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət q eydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçı lıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olara q çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini t əkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Belə ki, kassasiya şikayətində göstərilən “Texniki baxış keçirilən zaman bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır” barədə dəlili üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 3nin yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçi liyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir.

25. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin qərarından 2 gün əvvəl cavabdeh tərəfindən verilmiş arayışa əsasən İddiaçı təqdim etdiyi hüquq müəyyənedici sənədlər mərhum X1 aid olan ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.

26. Həmçinin cavabdeh kassasiya şikayətində xx.xx.1980-cı il tarixli, 2714a nömrəli müqavilə barədə arxivdə məlumatın aşkar olunmaması dəlilinə istinad etsə də, həmin sənədin mötəbərliyinin müəyyən edilməsi üçün hər hansı tədbirlər görməmişdir. Bu halda söz ügedən müqavilə barədə arxivdə məlumatın olmaması onun həqiqətə uyğun olmadığına dəlalət etmədiyindən, həmin sənəd mötəbər hesab olunur.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 21(103)-2225/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar