Məhkəmə qərarları › İş №2-1(102)-2221/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2221/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2221/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əlilliyə görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üz ərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-276/2020 nömrəli iş üzrə 27.07.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq 25 noyabr 2020-ci il tarixdə qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1964-cü il tarixdə Şəki rayonunun Dərəcənnət kəndində anadan olmuşdur.

2. Cavabdeh olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.09.1979-cu il tarixdən - 01.03.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin və X2 filialı tərəfindən verilmi ş 10.10.2016cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün sosial sığorta stajına daxil edilməklə, ona 20.09.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o əmək pensiyası təyin olunmasını 20.09.2012-ci il tarixdən tələb edir və həmin vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən ona Əmək pensiyası təyin olunması üçün (48 yaşı tamam olduğundan) ancaq 11 il sosial sığorta stajı t ələb olunur. Onun isə tələb olunan stajı vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Birinci instansiya məhkəməsinin 10.06.2020-ci il tarixli, 2-1(116)-692/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 01.09.1979-cu il tarixdən - 01.03.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin, X2 filialı tərəfindən verilmiş 10.10.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi və ona 20.09.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyanın 38 və 149-cu maddələrinə, 01.06.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək pensiyaları haqqında” Qanununun 11.1-ci, 10.03.2017-ci il tarixli 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 31.1, 32.2-ci maddəsi və yeni redaksiyada olan 12.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində əsaslanaraq iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı 20 sentyabr 2012-ci il tarixdə 48 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il sosial sığorta stajı tələb olunur (48 il - 15 il = 33 x 4 ay /12 = 11 il). İddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışı və diplomuna əsasən isə iddiaçının həmin tarixə tələb olunan 11 il sosial sığorta stajı tamamlandığına (mübahisələndirilməyən 7 il 8 ay və mübahisələndirilən 3 il 11 ay, cəmi 11 il 7 ay) dair nəticəyə gəlmişdir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin apelyasiya şikayətində qeyd olunanları nəzərə alaraq apelyasiya instansıyası məhkəməsində yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.07.2020-ci il tarixli, 2-1(107)-276/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Rafail Əliyev) qərarı ilə birinci instansiya məhkəməsinin 10.06.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyanın 38, 57, 60 və 1 49-cu maddələrinə, Azərbaycan Respublikası «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Qanununun 1 və 2-ci maddələri, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1 və 109-ci maddələrinə, Azərbaycan Respublikası 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 və 3-cü bəndlərinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 sa ylı qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD nömrəli yeni redaksiyada 12.1-ci maddəsinə əsaslanaraq iddiaçının 01.09.1979-cu il tarixdən 01.03.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin və X2 filialı tərəfindən verilmiş 10.10.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi, ona 20.09.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödən ilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsindən imtinası qanuni və əsaslı olmamasına dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:

10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığı üçün onun müraciətindən imtina edilmişdir. Buna görə, cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin müvafiq imtina məktubu əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin 27.07.2020-ci il tarixli, 2-1(107)-276/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi b arədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.07.2020-ci il tarixli, 2-1(107)-276/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

13. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 27.07.2020-ci il tarixli qərarı “20.09.2012 - 23.01.17-ci il” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

16. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.

17. Hər kəs qanunla müəyyən edilmiş yaş həddi nə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. 19. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var.

20. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı o laraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir.

21. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığı üçün o müraciətindən imtina edilmişdir. Buna görə, cavabdeh DSMFnin Şəki şöbəsinin müvafiq imtina məktubu əsaslıdır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər qismən əsaslıdır.

23. Belə ki, A zərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli №3/2020 qərardadı ilə qərara alınmışdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”

24. İş materiallarından görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 23.01.2020-ci ildə müraciət etm işdir.

25. Bu səbəbdən də iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki üç il üçün əmək pensiyası ödənilməlidir.

26. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 27.07.2020-ci il tarixli qərarı “20.09.2012 - 23.01.17-ci il” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2020-ci il tarixli 21(107)-276/2020 nömrəli qərarı “20.09.2012 - 2 3.01.17-ci il” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar