Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2221/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2265/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qərardadından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı məcburi iş buraxmaya görə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi əmək haqqının, maddi ziyanın ödənilməsi üçün 5.000 manat, mənəvi ziyanın ödənilməsi üçün 50.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2016-cı il tarixli 11/974 saylı əmri ilə işdən azad olunmuşdur. Həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, çoxsaylı məhkəmə çəkişmələrindən sonra Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 fev ral 2018-ci il tarixli, 2-1(104) 155/2018 saylı qərarı ilə barəsində verilmiş sözügedən əmr ləğv edilmişdir. Məhkəmənin qərarı hüquqi qüvvəyə mindikdən sonra Təhsil Nazirliyi yenidən işə bərpa olunmağına dair 22 may 2018-ci il tarixdə F372 saylı əmr imzalamışdır. Ancaq Təhsil Nazirliyinin işə bərpa barədə verdiyi əmr faktiki olaraq icra edilməmişdir. Yenidən çoxsaylı şikayətlər, çoxsaylı müxtəlif tələblərlə məhkəmə çəkişmələrindən sonra, nəhayət, xx.xx.2020-ci il tarixdə məhkəmə qərarı əsasında Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F372 saylı əmri defakto icra edilmişdir. Göründüyü kimi, Təhsil Nazirliyinin əsassız əmri ilə 3 il 7 ay işsiz qalmışdır. O, ilk dəfə yalnız Təhsil Nazirliyinin işdən azad etmə əmrini mübahisələndirmiş, haqlı olduğunu, əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə sübut etdikdən sonra Əmək Məcəlləsinin 195, 197ci maddələrinin tələblərinə əsaslanaraq əldən çıxan gəlirini, yəni buraxılmış müddət üçün əmək haqqının ödənilməsini hüquqi baxımdan (de-yure) işdə faktiki olaraq (de-fakto) isə işə bərpa olunmasa da cavabdehdən xx.xx.2018-ci il tarixli ərizəsi ilə tələb etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh şəxsən ərizəsini alsa da cavab verməmişdir. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi məcburi iş buraxmaya görə əmək haqqı tələb etməkdə haqlıdır. Cavabdehin xx.xx.2016-cı il tarixli əmrini məhkəmə qaydasında mübahisələndirməyi ilə bağlı vəkil tutmağı, bununla bağlı hüquq mühafizə orqanlarına, aidiyyəti dövlət orqanlarına çoxsaylı müraciətlər etmək məcb uriyyətində qaldığı üçün çəkdiyi poçt xərcləri, məhkəmə iclaslarında iştirak üçün Gəncə-Daşkəsən, Daşkəsən-Gəncə, Bakı-Daşkəsən, Daşkəsən-Bakı gediş - gəliş haqlarının ödənilməsi üçün o, 5 (beş) min manat maddi ziyan çəkmişdir və bu ziyanın ödənilməsi tələbində də haqlıdır. Məktəb direktoru olaraq 3 il 7 ay işsiz qalmış, hətta məhkəmə qərarı icra edilməmiş, Təhsil naziri işə bərpa əmrinin icrasını uzun müddət təmin etməmişdir. Bu isə onda uzun müddət davamlı psixoloji gərginlik, ümidsizlik, ədalətsiz bir ölkədə yaşadığı kimi mənfur və pessimist hisslərə qapılma kimi təsirlər yaratmış, bütün ali orqanlara, ölkə Prezidentinə yazdığı şikayətlərin nəticəsiz qalması, Təhsil Nazirliyinin bütün orqanlara “guya onun işə bərpa edilməyi” barədə yalan məlumat verməsi, onu intihar etmək haqda fikirləş məyə vadar etmişdir. Hesab edir ki, cavabdehin təqsirindən hüquq pozuntusuna məruz qalmaqla uzun müddət mənfi-psixoloji sarsıntı və gərginlik təsiri altında yaşamağa məcbur qalmışdır. Ona görə də mənəvi ziyan tələbi hissəsində də iddia tələbi əsaslı və qanunidir.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Daşkəsən rayon Təhsil şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1981/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim O.X.Həsənov) iddiа mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini on unla əsaslandırmışdır ki, ərizənin məzmunundan göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi; 2) maddi və mənəvi ziyanının ödənilməsi. Tələbin birinci hissəsinin mümkünsüzlüyü ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı bir neçə dəfə Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmələrə müraciət etmişdir. İlkin olaraq iddiaçı işə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsi iddiaçının bu tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmasını bildirmiş və iddianın mümkün sayılm aması barədə qərardad qəbul etmişdir. Məhkəmə bu mövqeyə gələrkən iddiaçının “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçusu hesab edilmədiyinə, hazırda bərpa olunduğu direktor-müəllim vəzifəsinin inzibati və yardımçı vəzifələrinin təsnifatında nəzərdə tutulmadığına əsaslanmışdır. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırda irəli sürülən iddia tələbi ilə bağlı digər bir inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın inzibati icraat qaydasında baxılmalı olmaması barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin yekun məhkəmə aktı yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxl anılmışdır. Beləliklə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələblə əlaqədar ləğv edilməmiş məhkəmə qərarları mövcuddur ki, həmin qərarların ləğv edilmədiyi müddətdə bu məsələyə yenidən inzibati icraat çərçivəsində başqa inzibati məhkəmədə baxılmasını məhkəmə yolverilməz hesab edir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, mülki iş üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin mübahisəyə dair işin inzibati məhkəmədə baxılmalı olmasına dair mövqeyi də işin hazırkı vəziyyətdə Bakı İnzibati Məhkəməsində baxılmasını mümkünsüz edən şəraiti aradan qaldırmır. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı hazırki iddia ilə eyni məzmunda ümumi məhkəməyə müraciət etmiş, ümumi məhkəmə tərəfindən iddiaçının tələbinə mahiyyəti üzrə qiymə t verilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Sözügedən məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinin əsasında duran hal odur ki, tərəflər arasında yaranmış bu mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” ilə bağlı irəli sürdüyü tələbə dair məhkəmələr arasında inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması ilə əlaqədar müxtəlif mövqelər qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, hər iki icraat qaydasında işə baxıla bilməməsi ilə bağlı ləğv edilməmiş məhkəmə qərarlarının mövcudluğu iddiaçının hüquq müdafiə vasitələrinin tükənməsi mənasına gəlmir, nə qədər ki, Gəncə Apellyasiya Məhkəməsinin iddianın göstərilən hissədə baxılmasının inzibati icraat qaydasında yolverilməzliyi ilə bağlı yekun məhkəmə aktı mövcuddur, həmin qərarın qanuniliyinə qiymət verilmədən işə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Bu səbəbdən, məhkəmə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddianı İPM-in 78-ci maddəsinə uyğun olaraq mümkün saymamışdır.
7. İddia tələbinin ikinci hissəsinə münasibətdə birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırkı iddia həmin hissədə (maddi və mənəvi zərərin ödənilməsi) növ etibarı ilə İPM-in 2.2.7-ci maddəs ində göstərilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia hesab edilir. Qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan m ümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2265/2022 saylı, 6 sentyabr 2022-c i il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 35.1, 45.5.1, 78-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, işə ba xan Bakı Apellyasiya Məhkəməsi şikayətdə göstərilən əsasları kənara qoyaraq iddiaçının iddia tələbində qaldırdığı iddianın predmetinə görə mümkünsüzlük məsələsini araşdırmağa çalışıb. İddiaçının şikayətində göstərilən, birinci instansiya məhkəməsinin "qanuni qüvvəyə minmiş Gəncə İnzibati Məhkəməsinin iddia tələbinin inzibati məhkəmələrə aid olmaması səbəbindən mümkünsüz hesab edilməsi" əsasına heç bir hüquqi qiymət verməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı ilə iddiaçının apellyasiya şikayəti tam araşdırılmamışdır. Gəncə İnzibati Məhkəməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "məcburi buraxılmış müddətə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi"nə dair tələbimə mahiyyəti üzrə baxılması süni şəkildə Gəncə İnzibati Məhkəməsinin q anuni qüvvəyə minmiş qərardadı ilə məhdudlaşdırılır. Bu isə iddiaçının pozulmuş əmək hüquqlarının məhkəmə müdafiəsi üçün məhkəməyə müraciət etməsinə maneə yaradır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməs i və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı 2.1-cü bənd. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmişt irakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti qəbul edil əndir. Belə ki, şikayət vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən mə hkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, e ləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə t ərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.
24. Həmçinin nəzərə alınmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
25. Hazırkı iş üzrə iddianın - məcburi iş buraxmaya görə əmək haqqının ö dənilməsi hissəsində mümkünsüz hesab edən aşağı instansiya məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bir neçə dəfə Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmələrə müraciət etmişdir. İlkin olaraq iddiaçı işə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsi iddiaçının bu tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmasını bildirmiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə bu mövqeyə gələrkən iddiaçının “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçusu hesab edilmədiyinə, hazırda bərpa olunduğu direktor-müəllim vəzifəsinin i nzibati və yardımçı vəzifələrinin təsnifatında nəzərdə tutulmadığına əsaslanmışdır. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırda irəli sürülən iddia tələbi ilə bağlı digər bir inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın inzibati icraat qaydasında baxılmalı olmaması barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin yekun məhkəmə aktı yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələblə əlaqədar ləğv edilməmiş məhkəmə qərarları mövcuddur ki, həmin qərarların ləğv edilmədiyi müddətdə bu məsələyə yenidən inzibati icraat çərçivəsində başqa inzibati məhkəmədə baxılmasını məhkəmə yolverilməz hesab edir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, mülki iş üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin mübahisəyə dair işin inzibati məhkəmədə baxılmalı olmasına dair mövqeyi də işin hazırkı vəziyyətdə Bakı İnzibati Məhkəməsində baxılmasını mümkünsüz edən şəraiti aradan qaldırmır. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı hazırki iddia ilə eyni məzmunda ümumi məhkəməyə müraciət etmiş, ümumi məhkəmə tərəfindən iddiaçının tələbinə mahiyyəti üzrə qiymət verilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Sözügedən məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Ba kı Apellyasiya Məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinin əsasında duran hal odur ki, tərəflər arasında yaranmış bu mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” ilə bağlı irəli sürdüyü tələbə dair məhkəmələr arasında inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması ilə əlaqədar müxtəlif mövqelər qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, hər iki icraat qaydasında işə baxıla bilməməsi ilə bağlı ləğv edilməmiş məhkəmə qərarlarının mövcudluğu iddiaçının hüquq müdafiə vasitələrinin tükənməsi mənasına gəlmir, nə qədər ki, Gənc ə Apellyasiya Məhkəməsinin iddianın göstərilən hissədə baxılmasının inzibati icraat qaydasında yolverilməzliyi ilə bağlı yekun məhkəmə aktı mövcuddur, həmin qərarın qanuniliyinə qiymət verilmədən işə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Bu səbəbdən, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia İPM-in 78-ci maddəsinə uyğun olaraq mümkün sayılmamışdır.
26. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iddianın məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində mümkünsüz hesab edilməsi barədə əsaslandırması ilə razılaşır.
27. İddianın maddi və mənəvi ziyanının ödənilməsı hissəsində də mümkünsüzlüyü ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, iddia həmin hissədə (maddi və mənəvi zərərin ödənilməsi) n öv etibarı ilə Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsində göstərilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia hesab edilir. Bu növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan ilkin xüsusi mümkünlük şərti iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
28. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayr ı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir.
29. Hazırki iş üzrə qeyd olunan tələblə bağlı iddiaçının cavabdehə müraciəti müəyyən edilməmişdir. Həmçinin, həmin tələb üzrə müraciətlə bağlı şərt yerinə yetirilsə belə, iddia birinci hissədə məhkəmə tərəfindən mümkünsüz sayıldığından əsas tələbə münasibətdə əlavə tələb kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddianın da hazırkı mərhələdə baxılması üçün mümkünlük şərtləri ödənilmir.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2265/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.