Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2221/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanlar arasında mübahisə üzrə iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: X5, X2) “sərəncamın etibarsız hesab olunması tə ləbinə dair” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-ci il tarixli, 2-1(103)-1890/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 384 nömrəli xx.xx.2009-cu il tarixli Sərəncamına əsasən vətəndaş S.S.Kərimova, Sarabski küçəsi 58 №-li binanın yaxınlığında yerləşən qarajların sökülüb yerində razılaşdırılmış layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evinin vətəndaş Z.İ.Səmədovanın adına sənədləşdirilməsi haqqında” 395 nömrəli xx.xx.2017-ci il tarixl i Sərəncamına əsasən Kaveroçkin küçəsi 21 ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Z.İ.Səmədovanın adına sənədləşdirilməsinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 10 fevral 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli, 384 nömrəli və xx.xx.2017-ci il tarixli, 395 nömrəli sərəncamlarının etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən 34 saylı tam orta məktəbin (bundan sonra "Məktəb") yerləşdiyi və onun istifadəsind ə olan torpaq sahəsinin cəmi 0.10373 ha hissəsinin X5 tərəfindən zəbt olunduğu müəyyən edilmişdir. Sözügedən Məktəbin direktoru Təhsil Nazirliyinə müraciət edərək məktəbə aid olan torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılması barədə məlumat vermişdir. Bununla bağlı Təhsil Nazirliyinin əməkdaşları tərəfindən məktəbə baş çəkilərək müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, məktəbə məxsus torpaq sahəsinin bir hissəsinə qanunsuz müdaxilə edilmiş və məktəbin hasarının yeri dəyişdirilərək müvafiq ölçüdə torpaq sahəsi zəbt edilmişdir.
5. Məsələ ilə bağlı, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra "ƏMDX") tərəfindən Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2021-ci il tarixli **********65 saylı məktuba əsasən, ƏMDX tər əfindən Nazirliyin balansında olan məktəbin ərazisində yoxlama-ölçü işləri aparılmış və məktəbin xx.xx.2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin 0.10373 ha hissəsinin məktəbin faktiki hasarlanmış ərazisindən kənarda yerləşdiyi, həmin torpaq sahəsinin digər vətəndaşların istifadəsində olmaqla üzərində 1 mərtəbəli tikili və inşa işləri davam etdirilən 4 mərtəbəli yarımçıq tikilinin bir hissəsinin yerləşdiyi müəyyən olunmuşdur.
6. Qeyd olunan zəbt etmə halı ilə əlaqədar, Təhsil Nazirliyi tərəfindən X4 qarşı mülki iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək, sonuncunun üzərinə "məktəbin stadion tərəfində hasarın sökülərək əvvəlki yerində bərpa edilməsi, inşa edilən tikilinin sökülm əsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması" öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Təhsil Nazirliyinə məlum olmuşdur ki, məktəbin istifadəsində olan torpaq sahəsinin zəbt olunmuş hissəsi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2 Sərəncam qəbul edilmişdir: X1 məktəbin ərazisinə daxil olan Sarabski küçəsi 58 ünvanının yaxınlığında yerləşən sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında xx.xx.2009-cu il tarixli 384 nömrəli Sərəncam (bundan sonra "Birinci Sərəncam") və məktəbin ərazisinə daxil olan Kaveroçkin küçəsi 27 ünvanının yaxınlığında yerləşən sahədə inşa edilmiş fərdi yaşayış evinin X3 adına sənədləşdirilməsi haqqında xx.xx.2017ci il tarixli 395 nömrəli Sərəncam (bundan sonra "İkinci Sərəncam") (sərəncamın surəti əlavə olunur).
7. Qeyd olunan hər iki sərəncam qanunsuz əlverişsiz inzibati akt olduğundan məhkəmə tərəfindən ləğv olunmalıdır. Birinci Sərəncamın məzmunundan göründüyü kimi, həmin Sərəncam qəbul olunarkən, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı əldə edilməmişdir. Bununla əlaqədar, qeyd edilməlidir ki, "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanının 7.2-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, onlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mül kiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər. Göründüyü kimi, Nərimanov Rayon icra Hakimiyyətinin sözügedən Məktəbin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı müstəqil surətdə sərəncam vermək səlahiyyətinə malik deyildir. "İnzibati icraat haqqında" Qanunun 65.1.2-ci maddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Odur ki, məhkəmə tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 384 nömrəli sərəncamı etibarsız sayılmalıdır. Həmçinin, Birinci Sərəncam inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən "İnzibati icraat haqqında" Qanun un 67.1 -ci maddəsinə əsasən həm də qanunsuz inzibati aktdır. Eyni zamanda, Birinci Sərəncam Təhsil Nazirliyinin onun istifadəsində olan torpaqla bağlı hüquqlarını aşkar şəkildə məhdudlaşdırdığından həm də əlverişsiz inzibati aktdır, "İnzibati icraat haqqında" Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.
8. İkinci xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamın məzmunundan göründüyü kimi, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məktəbin ərazisinə daxil olan Kaveroçkin küçəsi 27 ünvanının yaxınlığında yerləşən sahədə inşa edilmiş fərdi yaşayış evinin X3 adına sənədləşdirilməsinə icazə verilmişdir. Müvafiq evin məktəbin ərazisində yerləşdiyini və sənədləşdirmə zamanı layihəyə uyğun evin altındakı torpaq sahəsinin də sənədləşdiriləcəyi ni nəzərə alaraq, ikinci sərəncamla faktiki olaraq dövlət mülkiyyətində olan təhsil müəssisəsinə aid torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmuşdur.
9. Bununla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, “Təhsil haqqında” Qanunun 37.6-cı maddəsinə uyğun olaraq, dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dövlət elmitədqiqat və tədris müəssisələrinin torpaqları, habelə dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Qeyd edilməlidir ki, hətta dövlətə məxsus təhsil-tədris müəssisələrinin ərazilərinin özəlləşdirilməsi mümkün olsaydı, belə özəlləşdirilmə haqqında qərarı yalnız ƏMDX qəbul etmək səlahiyyətinə malikdir. Belə ki, yuxarıda qeyd olunan "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının 5.9-cu bəndinə əsasən, Dövlət mülkiyyətində olan əsas vəsaitlərin qeyri- dövlət hüquqi şəxslərə və fiziki şəxslərə verilməsi Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Göstərilənlərdən göründüyü kimi, sözügedən məktəbin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliklə birbaşa qadağan edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-6149/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2009-cu il tarixli, 384 nömrəli və xx.xx.2017-ci il tarixli, 395 nömrəli sərəncamları etibarsız hesab edilmişdir.
11. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan Sərəncamlarla tikintisinə icazə verilmiş tikililərin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair xx.xx.2008-ci il tarixli 001868 nömrəli Texniki Pasportda (21165 inventar) qeyd olunan torpaq sahəsi daxilində yerləşməsi, həmçinin həmin tikililərin yerləşdiyi torpaq sahəsinin istifadəyə (icarəyə) verilməsi ilə bağlı müvafiq dövlət orqanın rəyinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı id dia tələbi əsaslıdır və təmin olunmalıdır.
12. Cavabdeh və üçüncü şəxslər həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini, iddianın rədd edilməsini və ya mümkün sayılmamasını məhkəmədən xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-ci il tarixli, 21(103)-1890/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6149/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliklə iki inzibati orqan arasındakı mübahisənin həlli icra hakimiyyətini həyata keçirən müvafiq orqanın yaratdığı qurum tərəfindən həyata keçirilir. Prosessual qanunvericiliyin qeyd olunan tələbi onu de məyə əsas verir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edildiyi təqdirdə, inzibati mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, hazırkı iddianın inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür və Məcəllənin 35.1-ci maddəsinin tələbi baxımından əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 4.3-cü və 21-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, hazırkı iş üzrə mübahisə predmeti inzibati orqanın üçüncü şəxsə münasibətdə qəbul etdiyi qa nunsuz inzibati aktdır, yəni maraqlarına toxunan üçüncü şəxsə verilmiş müvafiq sərəncamlardır. Yəni, hazırkı işdə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisə iddianın predmeti hesab olunmur. Burada iddia tələbi yalnız inzibati orqanın qəbul etdiyi qanunsuz inzibati aktların ləğvi ilə bağlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu önəmli məqamı nəzərə almamış və sözügedən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
17. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu mübahisə eyni zamanda üçüncü şəxsin mülkiyyət hüquqlarına da toxunduğu üçün burada publik hüquq münasibətləri də mövcuddur. Publik münasibətlər isə inzibati məhkəmə icraatında araşdırılmalıdır. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən bu kimi hallar araşdırılmamış və sübuta yetirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ma ddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin təl əbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, ey ni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman, onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur.
24. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətin ə malik deyil.
25. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.
26. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun – - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidmət i vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; - 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; - 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
27. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur.
28. Beləliklə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmalı olmadığından iddia mümkünsüzdür.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kol legiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-ci il tarixli, 21(103)-1890/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.