Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2221/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayon İHB-nın 06 aprel 2000-ci il t arixli, 337 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şosesinin sağ kənarında, 155 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınaraq dövlət reyestrində qeydiyyata almaqla X1 adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)2236/2024 nömrəli qərardadına əsasən məhkəmə aidiyyətinin müəyyən olunmasına dair işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon İHB-nın 06 aprel 2000-ci il tarixli, 337 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şosesinin sağ kənarında, 15 5 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınaraq dövlət reyestrində qeydiyyata almaqla X1 adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 27 oktyabr 2023-cü il tarixli, 21(112)-12337/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Birinci instansiya məhkəməsi aidiyyətlə bağlı mövqeyini onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazisində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi etirazda vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin Abşeron rayonunun ərazi hüdudları daxilində yerləşdiyini bildirmişdir. İddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə müraciətində isə torpaq sahəsinin yerləşməsi ilə bağlı hər hansı bir pretenziya irəli sürülməmiş, iddiaçının müraciətinə mahiyyəti üzrə baxılaraq imtina verilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar olduğundan, hazırkı iddia tələbinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilən aidiyyətin təsir dairəsinə düşür. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Sumqayıt İnzibati Məhkəməsidir.
4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmm ədov) 14 may 2024-cü il tarixli 2-1(118)-2236/2024 nömrəli qərardadı ilə iddianın məhkəmə aidiyyətinin müəyyən olunması üçün inzibati iş Ali Məhkəməyə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır;... Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi... 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyət li məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.... 6. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin13 iyun 2008-ci il tarixli 2866 nömrəli Sərəncamı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, eyni ərazidə olan və üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********48 reyestr nömrəli çıxarışdan görünür ki, həmin torpaq sahəsi “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şosesinin sağ kənarı 186 saylı sahə” kimi dövlət reye strində qeydiyyata alınmışdır.
9. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən mübahisəli halın araşdırılması məqsədilə iddiaçının qonşuluğunda yerləşən və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış torpaq sahələrinin çıxarışlarının təqdim edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsindən tələb edilmiş, müvafiq torpaq sahələrinin çıxarışları və həmin torpaq sahələrinin ortofoto görüntüsü təqdim edilmişdir.
10. Beləliklə, iş materiallarında olan mülkiyyət sənədlərinin qarşılaşdırılması nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin Abşeron rayonu ərazi hüdudları daxilində yerləşməsi mümkün deyildir.
11. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmaqla, yaran masının məqsədi ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etməkdən ibarət olmuşdur. Rayon həmçinin, hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir.
12. Göründüyü kimi, iki şəhəri kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə yaradılmış Abşeron rayonunun torpaqlarının əksər hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş, iddiaçının qonşuları kimi göstərilmiş şəxslərin icarəsin də olan kənd təsərrüfat təyinatlı torpaq sahələrinin qeydə alınması barədə çıxarışları da bunu təsdiq edir.
13. Həmçinin qeyd edilməlidir ki, həmin ərazilərdə olan yaşayış məntəqələri torpaqları Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazisinə qaytarılmışdır.
14. İddiaçının qonşusu kimi göstərdiyi Nanə Şıxıyeva adlı şəxsə də **********48 reyestr nömrəli çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazisi tərəfindən verilmiş və həmin çıxarışda torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları kimi göstərilmişdir.
15. Nəticə etibarı ilə məhk əmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərinin inzibati ərazisində yerləşdiyindən hazırkı qərarın 5-ci bəndində istinad olunan qanunvericiliyin tələbi baxımından inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İnzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qətidir.