Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2221/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.11.2025 Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-289/2025 nömrəli qərarından i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. SX № ******* saylı “Hərbi bilet”inin surətində əsasən, İddiaçı xx.xx.2021-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.
2. N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1201 nömrəli “Travma haqqında arayış”dan görünür ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Ural markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində xəsarət almışdır. Həmin arayışda həmçinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadələri qeyd edilm işdir.
3. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(095)7/2023 saylı Hökmünün fabulasından görünür ki,... 03 mart 2022-ci il tarixdə hərbi hissənin dislokasiya yerindən, yəni Şuşa şəhərindən Xocalı rayonunun Sığnaq yaşayış məntəqəsi istiqamətində 5 və 10 km məsafədə təchizatlı yürüşü keçirilmişdir. Yürüş zamanı şəxsi heyət 03 mart 2022-ci il tarixdə saat 9 radələrində 3-cü taborun balansında olan “Ural-432066” markalı “E-712-QQ” və “KAMAZ-43114” markalı “D-215-QQ” hərbi dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə müəyyən olunmuş marşrut üzrə hərəkət edərək tapşırığı yerinə yetirmişdir. Tapşırıq yerinə yetirildikdən sonra şəxsi heyət hərbi hissənin dislokasiya yerinə qayıdan zaman əsgər X3 şəhəri istiqamətində idarə etdiyi ona təhkim olunmuş xüsusi təyinatlı nəqliyyat vasit əsi hesab edilən “Ural-432066” markalı “E-712-QQ” hərbi dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 03 mart 2022-ci il tarixdə saat 11:50 radələrində Füzuli-Əhmədbəyli-Şuşa avtomobil yolunun Xocalı rayonu Sığnaq kəndi ərazisindən keçən enişli hissəsində asfalt örtüklü yolda hərəkətdə olan zaman diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yolun enişli-sərt döngəli olmasını nəzərə alaraq idarəetmə ilə əlaqədar hərəkətləri yol şəraitinə uyğun yerinə yetirməli, vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı və avtomobilin enişli-sərt döngəli yol şəraitində dayanıqlı hərəkətini təmin edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərə kəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq avtomobilin idarə etməsini itirmiş və avtomobilin yolun sol kənarına aşması nəticəsində ehtiyatsızlıqdan..... əsgər İddiaçı.... dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş.....
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran a dlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1201 nömrəli Travma haqqında arayışında Sizin xx.xx.2022-ci il tarixdə “URAL” markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində “Avtoqəza Qarın boşluğu orqanlarının çoxsaylı hematoması, bel əzələlərinin cırılması, hemipertoneum, Hemmorrargik travmatik şok İV dərəcə” xəsarəti almısınız. Xəsarətlər hərbi xidmət vəzifələrini yerinə yetirən zaman alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 11483 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, ştatlı hərbi həkim komissiyası tərəfindən almış olduğunuz travmaya ə sasən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır”, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” şəhadətləndirilmişdir. Qeyd olunanlara əsasən, “URAL" markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində almış olduğunuz xəsarətlər həmin vaxtda döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ““müharibə veteranı” adı və vəsiqəsinin verilmə si öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və həmin tarixdən xidməti başlamışdır. Xidmət zamanı əmr əsasında sığınacaq adlı əraziyə traves getmişdir. Hərbi hissəyə qayıdarkən xx.xx.2022-ci il tarixdə “Ural” markalı avtomobillə qəzaya düşmüşdür. Həmin qəza nəticəsində bir əsgər yoldaşı Kazımov Vüsal şəhid olmuşdur. O da həmin qəzada ağır xəsarətlər almışdır. Dərhal onları Füzuli rayonunda yerləşən hospitala apardılar. Artıq həmin vaxt o özündə olmamışdır. Daxili orqanlarında qanaxma olduğundan dərhal əməliyyata götürmüşlər. Aldığı xəsarətlərlə ba ğlı, çanaq sümüyünün dağılması, sinirinin qırılması və s. bir neçə dəfə əməliyyat olunmuşdur. Çanaq sümüyünü nə qədər yığsalar da, düzəlməmişdir. Sinir qırığı isə olduğu kimi qalır. Yarımcan olmuşdur. Hazırda çəliklə gəzir. Sağlamlığı imkan vermədiyi üçün ondan asılı olmayan səbəblərdən heç bir əmək fəaliyyəti məşğul ola bilmir. Sağalmaz xəstəlikləri ilə əlaqədar ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Halbuki ağır xəsarətlər və xəstəlikləri ona verilən əlillik dərəcəsindən qat-qat ağırdır. Xidmət etdiyi hərbi hissə tərəfindən travma haqqında arayış verilmiş, həmin hərbihəkim komissiyasına təqdim edilmişdir. MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 11483 saylı “Xəstəlik haqqında şəhadətnamə” verilmişdir. Onda olan sənədlərlə ona Müharibə veteranı adı və vəsi qəsinin verilməsi ilə bağlı müraciət etmiş, lakin ərizəsinin təmin edilməsindən imtina edilmişdir.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə hərbi hissəyə məxsus “URAL” markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində “Avtoqəza. Qarın boşluğu orqanlarının çoxsaylı hemotoması, bel əzələlərinin cırılması, hemipertoneum, Hemmorrargik travmatik şok, İV dərəcə” diaqnozu ilə xəsarət almışdır. Göründüyü kimi, iddiaçı hərbi xidmətdə olarkən “Ural” markalı avtomobil texnikasında avtoqəzaya düşərək xəsarət almışdır. Həmin vaxt heç bir döyüş əməliyyatları olmamış və iddiaçının aldığı xəsarət döyüş əməliyyatları zamanı olmamışdır. Qeyd e dilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur.
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4684/2024 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya “müharibə veteranı” adının və vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim – L.Mirzəyeva).
9. Birinci instansiya məhkəmə si qeyd etmişdir ki, iddiaçıya məxsus “Hərbi bilet”in surətindən görünür ki, o, xx.xx.2003-cü il təvəllüdlüdür, 05 aprel 2021-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılmışdır. İş materiallarında olan N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1201 nömrəli “Travma haqqında arayış”dan müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Ural markalı avtomobillə hərbi hissəyə qayıdarkən avtomobilin qəzaya düşməsi nəticəsində xəsarət almışdır. Həmin arayışda həmçinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadələri qeyd edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-c i il tarixli, 3160 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə birlikdə həmin qəzada zərərçəkmiş (həlak olmuş) şəxs olan “X1 xx.xx.2022-ci il tarixdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur”, “Bu səbəbdən mərhum V.V. Kazımov qayıtmaz itkilərin uçot sənədlərinə şəhid hərbi qulluqçu kimi əlavə olunmalı, ailəsi tələb olunan arayışla təmin edilməli və Xidmət rəisinin müvafiq göstərişlərinin rəhbər tutaraq ailəsi diqqət mərkəzində saxlanılmalıdır”. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(095)7/2023 saylı Hökmündən müəyyən edilir ki, yuxarıda qeyd edilən şəxs iddiaçı ilə eyni avtoqəzaya düşmüş, nəticədə o, həlak olmuşdur. Göründüyü kimi, iddiaçı ilə eyni avtoqəzaya düşmü ş X2 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğu üçün “şəhid” statusu verildiyi halda, iddiaçıya “döyüş tapşırıqlarını yerinə yetirməməsi səbəbindən” “Müharibə veteranı” statusunun verilməsindən imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı iddianın təmin edilməsi ilə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqa yıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-289/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir (sədrlik edən – G.Cabbarova, hakimlər – V.Əzizova, İ.Quliyev).
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının aparılmış döyüş əməliyyatlarında iştirak etməməsi və ya döyüş tapşırığını yerinə yetirməməsi işin mübahisəsiz halıdır, bu halı hər iki tərəf qeyd edir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı məhz baş vermiş qəzada xəsarət alması ilə bağlı hallara istinad edir. Cavabdeh məhz iddiaçının aldığı xəsarətlərin döyüş tapşırığın ın icrası ilə bağlı olmaması halına istinad etmişdir. Kollegiya işin mübahisəli halı ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi avtomobil qəzasının baş verməsinin hər hansı döyüş əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı olması halı müəyyən edilməmişdir. İş materiallarında olan müvafiq məhkəmə hökmünün məzmununda baş vermiş hadisənin təfərrüatları qeyd edilmiş, şəxsi heyətin döyüş hazırlığının və fiziki dözümlülüyünün yüksəldilməsi məqsədilə təchizatlı yürüş keçirilməsi, yürüş zamanı yol hərəkəti qaydasını pozması nəticəsində avtomobilin idarə etməsini itirməsi ilə əlaqədar olaraq baş verdiyi qeyd edilmişdir
13. Həmçinin, kollegiya iddiaçının onunla eyni qəzada həlak olmuş şəxsə “Şəhid” statusunun verilməsi ilə bağlı istinad etdiyi hallarla bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, “şəhid” statusu ilə “müharibə veteranı” statusu fərqli anlayışlar olmaqla, onların verilməsi qaydaları da qanunvericilik normasında fərqli qaydada tənzim olunmuşdur. Belə ki, “şəhid” statusunun verilməsi əsasları və qaydaları məhz “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaları ilə tənzim edildiyi halda, “müharibə veteranı” statusunun verilməsi əsasları məhz yuxarıda istinad edilən qanunvericilik norması ilə tənzimlənir. Belə olan halda, kollegiya hesab etmişdir ki, şəhid statusunun verilməsi əsaslarını tənzimləyən qanunvericilik normasının dispozitiv şərtlərinin hazırki iddia tələbinin qanuni əsası qismində çıxış etmədiyi halda, habelə müharibə veteranı statusunun verilməsi əsaslarını dəqiq tənzimləyən qanunv ericilik norması mövcud olduğu halda, başqa şəxsə şəhid statusunun verilməsi ilə bağlı hallara istinad etməklə, iddia tələbinin əsaslılığının bərabərlik prinsipinin tələbi baxımından müəyyən edilməsi qanunvericiliyin tələbinə ziddir
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüv vələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və y a döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təm inatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissi yanın rəyinə əsasən verilir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdi r.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxış ının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırda iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsin in verilməsinə yönəlmişdir.
26. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi Şuşa şəhərində yerləşən N saylı hərbi hissədə müddəti həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət zamanı təlim üçün başqa əraziyə gedərkən, xx.xx.2022-ci il tarixdə avtomobillə qəzaya düşmüş, bir əsgər yoldaşı şəhid olmuş, özü isə ağır xəsarətlər almış, sağlamlığı pozulmuş, əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, müvafiq hərbi həkim komissiyası tərəfindən ona “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” barədə qərar qəbul edilərək, xəstəlik şəhadətnaməsi verilmişdir.
27. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə hadisənin heyətin döyüş hazırlığının və fiziki dözümlülüyünün yüksəldilməsi məqsədilə təchizatlı yürüş keçirilməsi, yürüş zamanı yol hərəkəti qaydasının pozulması nəticəsində avtomobilin idarə etməsinin itirilməsi ilə əlaqədar olaraq baş verdiyi qeyd edilmişdir.
28. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, baş vermiş avtomobil qəzası məhz təlim məqsədli yürüş keçirilməsi zamanı yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş, hər hansı döyüş tapşırığının və ya döyüş əməliyyatının yerinə yetirilməsi ilə bağlı ortaya çıxmamışdır.
29. Ümumiyyətlə, məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iddiaçının sülh dövründə, yəni İİ Qarabağ müharibəsi başa çatdıqdan sonra hərbi xidmətə çağırılması, məlum avtomobil qəzasını keçirməsi və məhz bunun nəticəsində müvafiq xəsarətlər alması işin mübahisəsiz hallarını təş kil edir. Bu da qanunvericiliyə əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsini mümkünsüz edir.
30. Bərabərlik hüququna münasibətdə də apellyasiya məhkəməsi tərəfindən düzgün və əsaslı qiymət verildiyindən məhkəmə kollegiyası həmin dəlillər üzrə təkrar münasibət göstərilməsinə zərurət görmür.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-289/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar