Məhkəmə qərarları › İş №2-1(102)-2222/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2222/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2222/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Binəqədi rayon Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarının ləğv olunması üçün əsasların müəyyən edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlundan və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (X8, X7, Mehriban Aslan qızı üçüncü şəxslər olmaqla) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)1007/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin 595 №-li, 29.12.2006-cı il tarixli qərarına əsasən, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.metr torpaq sahəsinin vət.İddiaçı tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığı və onun tərəfindən istifadə edildiyi nəzərə alınaraq həmin torpaq sahəsi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə verilmişdir.

2. Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.metr torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqq ında 682 №li, 30.12.2006-cı il tarixli müqaviləyə əsasən iddiaçıya satılmış və həmin torpağın situasiya planı tərtib edilmişdir. Situasiya planına əsasən nəzərdə tutulan torpaq sahəsi 14x14.3 kv metr ölçüdə olmuşdur.

3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 245 №li, 13.10.2004-cü il tarixli qərarına əsasən, qərara əlavə edilmiş cizgiyə uyğun olaraq Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 200 kv.metr torpaq sahəsi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə verilmişdir. Sonradan o, adını və soyadını Pənah Həsənova dəyişdirdiyi üçün torpaq sahəsinə mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra torpaq sahəsi Həsənov Anar Rəşad oğluna satılmış, o, da torpaq sahəsini 23.07.2017-ci il tarixli, ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Mehriban Aslan qızına satmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsinin 200 kv.m sahəsinə dair qəbul etdiyi qərarın və onun əsasında hər hansı sənəd (akt) vermişdirsə, həmin sənədin etibarsız sayılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsi Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 595 nömrəli qərarı ilə 30.12.2006-cı il tarixində 682 nömrəli alqı-satqı müqaviləsi bağlamaqla fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. Həmin vaxt maddi imkanı yaxşı olmadığından tikintini həyata keçirə bilməmişdir. Lakin mütəmadi torpaq sahəsinə baş çəkmiş, həmişə onu nəzarətdə saxlamışdır. Təxminən 2011-2012-ci illərdə 30000 manata yaxın pul xərcləyərək, həmin torpaq sahəsini abadlaşdırmış, torpaq sahəsinə beton svaylar vurmuş, tikilmiş hasarı böyütmüş, qapı qoymuşdur. 2018-ci ilin noyabr ayının əvvəllərində yaşayış evinin tikilməsinə başlayan zaman bir qrup şəxs gələrək bu yerin 200 kv.m sahəsinin başqa şəxsə məxsus olduğunu bildirmişlər. Bu yaxınlarda Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 17/68-1517/8-4 nömrəli icra işi ilə bağlı on a məlum olmuşdur ki, Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 595 nömrəli qərarı ilə ona ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən 330 kv.m torpaq sahəsinin 200 kv.m sahəsinə dair Mehriban Aslan qızının adına 03.08.2017-ci il tarixində RX № ******* çıxarış verilmişdir. İddiaçı hesab edir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin X5 (hazırda X7) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6. 16.01.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona ay rılmış Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsinin 200 kv.m sahəsinə dair qəbul edilmiş qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 7. 06.03.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Mehriban Aslan qızı, X8 və X7 (əvvəlki adı X6) məhkəmə icraatına cəlb edilməklə, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinin X5 (hazırda X7) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8. 15.03.2019-cu il tarixdə iddiaçı ərizə təqdim edərək, Mehriban Aslan qızı, X8 və X7 (əvvəlki adı X6) məhkəmə icraatına cəlb edilməklə, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsinin 200 kv.m sahəsinin X5 (hazırda X7) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-782/2019 saylı, 27 mart 2019cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ləğv olunması xahiş edilən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.10.2004-cü il 245 n ömrəli qərarının qanun pozulmaqla qəbul edilməsi halları müəyyən edilmədiyindən iddia əsassızdır.

12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Apelyasiya instansiyası mə hkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən arxa – 24.10.2004-cü il tarixə X5 (hazırkı adı X7) torpaq ayrılması barədə qərar hazırlanmışdır. Bu müvafiq sənədlərlə təsdiq edilməsinə baxmayaraq, məhkəmələr bu hala qiymət verməmişlər. Eyni zamanda, mübahisəli torpaq sahəsi ilə uzun illər ərzində heç kim maraqlanmamış, iddiaçı şəxsən özü həmin torpaq sahəsini abadlaşdırmış, torpaq sahəsində xeyli işlər görmüşdür.

17. Daha sonra şikayət müəllifi bildirir ki, birinc i instansiya məhkəməsi tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün situasiya planı ilə təklif olunan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, iddiaçıya ayrılmış torpaq sahəsi ilə 03.08.2017-ci il tarixli çıxarışla üçüncü şəxs Mehriban Aslan qızının mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, əgər düşürsə, hansı hissədə düşməsinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. Ekspert rəyi qeyri-müəyyən olmaqla, məhkəmənin suallarına cavab verilməsi mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilm əsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq in zibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 6 7.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.8 Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu b arədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. İş materiallarından görünür ki, iddiaçı Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv metr torpaq sahəsinin X5 ayrılması haqqında Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 245 №li, 13.10.2004-cü il tarixli qərarını mübahisələndirərək ləğv edilməsini tələb etmiş və tələbini onunla əsaslandırırmışdır ki, iddiaçı özünə məxsus torpaq sahəsində tikinti işləri aparmadığından ona məxsus torpaq sahəsinə dair arxa tarixlə müqavilə və qərar tərtib edilmiş, həmin əməlləri pərdələmək üçün torpaq sahəsini başqa şəxslərin adına rəsmiləşdirməyə çalışmışlar.

24. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Əvvəla qe yd olunmalıdır ki, aşağı instansiya məhkəmələrində icraat zamanı “X1”nin 105 №li, 10.01.2020-ci il tarixli ekspert rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi ilə mübahisələndirilən qərarda göstərilən torpaq sahəsinin eyni torpaq sahəsi olması sübuta yetirilməmişdir.

26. Digər tərəfdən, iddiaçının mübahisələndirdiyi qərar ona torpaq sahəsi ayrılmazdan daha əvvəl qəbul edilmişdir və bu baxımdan, ilkinlik mübahisələndirilən qərara məxsusdur. İddiaçı həmin qərarın sonradan, əvvəlki tarixə “düzəldilməsi” barədə dəlil irəli sürsə də, məhkəmə araşdırmaları zamanı bu fakt öz təsdiqini tapmamışdır. İddiaçı da bu barədə heç bir mötəbər sübuta istinad edə bilmir. Odur ki, iddiaçının bu dəlili mülahizə xarakteri daşıyır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.

28. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2021 saylı iş üzrə 27 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar