Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2222/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın düzgün hesablanması, hesablanmış ödənişlərdən gəlir vergisinin tutulması və məlumat vərəqəsinin göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(103)-1693/2023 nömrəli qərarından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1990-ci il tarixədək Azərbaycan SSR-nin Maliyyə Nazirliyinin Bakı Şəhəri Lenin və Nərimanov rayon Maliyyə Şöbələrində iqtisadçı və böyük iqtisadçı, xx.xx.1990-cı il tarixdən 01.111993-cü il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət X1 rayon X2 Şöbə rəisi və xx.xx.1996-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Baş X3 və Vergilər Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. Səhhəti ilə əlaqədar olaraq xx.xx.2017-ci il tarixdə 2-ci qrup əlilliyə görə pensiyaya çıxmış, lakin pensiyaya çıxdıqdan sonra xx.xx.2018-ci il tarixədək xidməti vəzifələrini icra etməyə davam etmişdir. xx.xx.2018-ci il tarixdən Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamentində böyük dövlət vergi müfəttişi kimi təqaüdə çıxmışdır.
2. İddiaçı işlədiyi dövr ərzində ona verilmiş vəzifə maaşına əlavələrin son haqq hesabına ödənilməsi üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaması ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli məktublarla imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə son haqq-hesab aparılmış və büdcədənkənar vəsaitdən ödənilən vəzifə maaşına əlavələr mövcud qaydalara müvafiq olaraq hesablama zamanı nəzərə alınmamışdır. Eyni zamanda hesabat dövründə, yəni oktyabr ayında işdən azad olunduğuna görə işçilərin həvəsləndirilməsi məqsədi üçün verilən vəzifə maaşına ə lavə həmin ay üzə hesablanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, faktiki olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı hesablamaya görə verilməlidir. 12 ay üzrə əmək haqqı 5832 manat; 2. 12 ay üz rə mükafat 13689 manat; 3. 12 ay üzrə Staj və rütbəyə görə 650 manat; cəmi: 5832+13689+650= 20171 manat. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı formada hesablanmalıdır. 20171: 12 ay = 1680 manat; 1680: 30.4 gün = 55 manat; 55.263 manat x 291 gün istifadə edilməmiş məzuniyyət = 16081.57 manat. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə təqdim edilmiş **********494900 nömrəli xx.xx.2018-ci il tarixli məktubda göstərilən yekun məlumatda son haqq hesabda istifadə edilməmiş məzuniyyət günlərinə görə 4176 manat az göstərilmişdir. Bu da pensiyanın az hesablanmasına təsir edir. Bu fə rqin az hesablanmasının səbəbini dəqiqləşdirmək üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir.
5. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri üzrə vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 124 nömrəli Qərarına əsasən xx.xx.2018-ci il tarixindən şöbə rəhbəri vəzifəsi üzrə 385 manat, baş dövlət vergi müfəttişi vəzifəsi üzrə 352 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi üzrə 347 manat, dövlət vergi müfəttişi vəzifəsi üzrə 341 manat, ona verilmiş kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə görə əlavə 39 manat və vergi orqanlarında xidmət i llərinə görə əlavə 39 manat təşkil etmişdir. Sabiq vergi orqanı əməkdaşı iddiaçı ilə Əmək Məcəlləsinə və Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”na əsasən istifadə etmədiyi məzuniyyət günləri hesabına son haqq-hesab aparılmış və ödənilməsi təmin edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin hesablanması baxımından əsassızdır. İddia tələbinin həmin kompensasiyadan gəlir vergisinin məzuniyyət illərinə görə tutulması hissəsinə gəldikdə isə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır. Bu səbəbdən də iddia tələbində ifadə olunduğu kimi hesablanmış pul əvəzindən gəlir vergisi nin illər üzrə ayrı-ayrı tutulması Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımından əsassızdır. İddia tələbinin yeni hesablanmış kompensasiyaya uyğun məktub verilməsi hissəsində isə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli **********494900 nömrəli məktubla iddiaçının əmək haqqı barədə pensiya hesablanmasını həyata keçirən səlahiyyətli orqana müvafiq məlumat verilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1266/2020 nömrəli qərardadı ilə DSMF-nin Xətai rayon şöbəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim A.P.Oruczadə) 18 iyun 2020-ci il tarixli, 21(112)-1266/202 0 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin vəzifə maaşına edilən əlavələr hesablanaraq iddiaçıya ödənilməsi, həmin ödənişdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və yeni məlumat vərəqəsinin DSMF-nin Xətai rayon şöbəsinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqanın vəzifə maaşına əlavələrin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması barədə daxili əmri olsa da, qüvvədə olan qanunvericiliyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş normativ hüquqi akta əsasən vəzifə maaşına verilən əlavələr işçinin məzuniyyətə çıxdığı zaman orta əmək haqqına daxil edi lməlidir. Qanunvericilikdə istifadə olunmamış illər üzrə məzuniyyət günlərinin əvəzinə pul məbləği ödənilərkən həmin məbləğdən gəlir vergisinin hansı qaydada tutulması ilə bağlı müddəa mövcud olmasa da, işçinin bir ilinə görə yalnız bir əmək məzuniyyəti verildiyindən hər il üçün ayrı-ayrılıqda istifadə olunmamış məzuniyyətlərin əvəzi olaraq nəzərdə tutulan pul məbləğinə görə gəlir vergisi ayrı-ayrılıqda nəzərdə tutulmalıdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən məhkəmə iclasında təqdim olunmuş məlumat xarakterli icmal məktubun surətinə və həmin məktubun doğruluğunu təsdiq edən internet mənbələrinə (www.vergilər.az) istinad edərək göstərmişdir ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən ca ri iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, Ş.A.Məhərrəmova və R.M.Həsənov) 01 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1614/2020 nömrəli qərardadı ilə üçüncü şəxs DSMF-nin Xətai rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və üçüncü şəxsin apellyasiya şikayəti mümkün hesab edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və İ.Ə.Kərimli) 10 mart 2021-ci il tarixli, 2-1(103)131/2021 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2-1(112)-1266/2020 nömrəli qərarı qismən “ iddiaçıya hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmış və razılaşmadığı hissədə qeyd etmişdir ki, qanunvericilikdə işçiyə bir neçə il üzrə istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə pul məbləğinin illər üzrə ayrı-ayrılıqda hesablanması, bu pul məbləği ödənilərkən həmin məbləğdən gəlir vergisinin hansı qaydada, yəni həmin illər üzrə ödənilməli məbləğlər toplandıqdan sonra, yaxud da hər il üzrə verilməli olan ödənişlərdən ayrı-ayrılıqda gəlir vergisinin tutulmalı olması konkret olaraq göstərilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbi ilə bağlı qanunvericilikdə müvafiq normanın dəqiq müəyyənləşdirilmədiyini və cavabdeh inzibati orqanın da bununla bağlı hər hansı vəzifəsinin olmadığını nəzərə almadan həmin tələbin təmin olunaraq, cavabdeh inzib ati orqanın üzərinə qanunla müəyyən edilməyən - istifadə olunmamış məzuniyyət günlərinə görə iddiaçıya ödəniləcək məbləğdən gəlir vergisinin məzuniyyət illərinə görə (hər il üçün ayrı-ayrılıqda) tutulması vəzifəsinin qoyulması qənaətinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsinin istinad etdiyi iddiaçı tərəfindən məhkəmə iclasında təqdim olunmuş məlumat xarakterli icmal məktub və həmin məktubun doğruluğunu təsdiq edən internet mənbələrindəki məlumat (www.vergilər.az) iddiaçının ikinci tələbinin təmin olunması üçün əsas verə bilməz.
13. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iddiaçı qərarın ləğv edilməsi, cavabdeh isə qərarın qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, K.N.Bədəlov və İ.K.Hüseynov) 13 iyul 2021 il tarixli, 2-1(102)-1224/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(103)- 131/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtlərini tərəflərin bildirməsindən asılı olmayaraq yoxlamalı və bu zaman cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını müəyyən etməli idi. Belə ki, vergi orqanının vəzifəli şəxsləri ilə bağlı vergi orqanı arasında hər hansı bir əmək mübahisəsi, pul tələbi və digər məsələlərlə bağlı mübahisə olduqda həmin işlər üzrə cavabdeh qismində Dövlət Vergi Xidməti (o zaman Vergilər Nazirliyi) çıxış edir. Odur ki, məhkəmə işə mahiyyəti üzrə baxmazdan əvvəl ilk növbədə iddianın ona cavab verməli olan cavabdehə qarşı qaldırılıb-qaldırılmadığını müəyyən etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə qiymət verdikdən sonra işə mahiyyəti üzrə baxaraq ədalətli qərar qəbul etməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.Ə.Hüseyn) 04 fevral 2022-ci il tarixli, 21(103)-200/2022 nömrəli qərardadı ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2-1(112)1266/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanının vəzifəli şəxsləri ilə bağlı vergi orqanı arasında hər hansı bir əmək mübahisəsi, pul tələbi və digər məsələlərlə bağlı mübahisə olduqda həmin işlər üzrə cavabdeh qismində Dövlət Vergi Xidməti (o zaman Vergilər Nazirliyi) çıxış edir. Odur ki, məhkəmə işə mahiyyəti üzrə baxmazdan əvvəl ilk növbədə iddianın ona cavab verməli olan cavabdehə qarşı qaldırılıbqald ırılmadığını müəyyən etməli idi. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı, iddiaçıya müvafiq olaraq hüquqi yardım olunmaqla tələblərini dəqiqləşdirmək və cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmalı, dəqiqləşdirilmiş tələbin mümkünlüyü məsələsi aydınlaşdırıldıqdan sonra mahiyyəti üzrə qərar qəbul edilməlidir. d) birinci instansiya məhkəməsində ikinci icraat
18. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)7632/2022 nömrəli protokol qərarı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası İqt isadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir.
19. Bakı İnzibati Məhkəməsinin (hakim: P.A.Hüseynov) xx.xx.2022-ci il tarixli, 21(112)-7632/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin “işdən azad edilmə haqqında” xx.xx.2018-ci il tarixli əmrinə əsasən Bakı şəhəri Lokal Gəlirlər Departamentində Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu v əzifədən azad edilmişdir, əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır, ona istifadə etmədiyi məzuniyyəti günlərinə görə 11992,31 manat məbləğində vəsait ödənilmişdir. Hazırda iddiaçı ona işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşının nəzərə alındığını, lakin hər ay əmək haqqına ödənilmiş əlavələrin nəzərə alınmadığını bildirir və ona ödənilən həmin pul əvəzinin vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsini tələb edir. Əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilərkən cavabdeh iddiaçının vəzifə maaşına əlavələri nəzərə almamışdır. Bundan ba şqa, iddiaçı işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilən ödənişdən gəlir vergisinin məzuniyyət illəri üzrə tutulmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cü maddəsinin 1-4cü hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim g ünlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
21. Göründüyü kimi, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məcəllənin qeyd olunan maddəsinin tələbindən görünür ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır, müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim g ünlərinin sayına vurulur. Bu səbəbdən də hesablanmış istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi məbləğindən gəlir vergisinin illər üzrə ayrıca hesablanması tələbi də əsassızdır. İddiaçının tələb etdiyi ödənişlər cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun hesablanaraq pensiya hesablanmasını həyata keçirən orqana təqdim edildiyi üçün iddia tələbi məlumat vərəqəsinin göndərilməsi hissəsində də əsassız hesab edilməlidir.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və C.A.Yusifov) 16 may 2023cü il tarixli, 2-1(103)-1693/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)-7632/20202 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
26. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əmək haqqı kartının tərkibinə əlavələr daxildirsə onda hər hansı bir lokal normativ aktın qanunsuz tələbi ilə vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxt ı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaya bilməz. Ona 291 gün istifadə edilməmiş məzuniyyət günlərinə kompensasiya hesablanarkən vəzifə maaşına əlavələr daxil edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
139. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət va xtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə
157. Əməyin ödənilməsi sistemi və növləri 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyi n ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157.4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. 157.5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşın a, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 157.6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 29. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
26. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə, sosial sığorta ayırmaları tutulan bütün əmək haqqı növləri, o cümlədən daxili əvəzçilik üzrə əmək haqqı nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlərin geniş siyahısını, habelə zəruri hallarda məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb təsdiq edir. Maddə
31. İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” nın 3.1.2-ci bəndinə əsasən işçilərin vəzifə m aaşlarına əlavələrin verilməsi büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən xərclərə aiddir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabd ehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 1.1, 1.3, 2.1, 2.3-cü bəndləri).
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcb uretmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilə n həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilməmiş, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir.
36. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın düzgün hesablanaraq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
37. Əvvəla məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə pul məbləği onun vəzifə maaşı nəzərə alınmaqla hesablanmış və ödənilmişdir. Lakin iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı istifadə etmədiyi məzuniyyət günlərinə pul məbləğinin məhz vəzifə maaşına edilən əlavələr də nəzərə al ınmaqla hesablanmasından ibarətdir.
38. Hazırki qərarın 28-30-cu bəndlərində sadalanan qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, yaxud natura formasında verilən haqdır. Aylıq tarif (vəzifə maaşı), tarif (vəzifə) maaşına verilən əlavə ödənclər və mükafatlar aylıq əmək haqqının tərkibini təşkil edir. Əmək haqqına əlavə dedikdə, işçilərə əmək şəraitinə, yüksək ixtisasına, elmi dərəcəyə müvafiq olaraq, habelə həvəsləndirmək məqsədilə verilən digər ödəmələr başa düşülür. İşçilərə məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən əmək haqqı anlayışına daxil olan nəzərə alınan və alınmayan əmək haqqı növlərini, habelə əmək haqqının əmsallaşdırılması qaydasın ı müəyyənləşdirilir. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əsaslandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 137 nömrəli qərarı ilə “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” və bu barədə müvafiq ödənişlərin geniş siyahısı təsdiq edilmişdir. Həmin Siyahıdan görünür ki, kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələri n) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatları nəzərə alınan ödənişlərə daxildir.
40. Vergi orqanlarının işçilərinə sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə büdcədənkənar vəsaitdən vəzifə maaşlarına əlavələr verilir ki, həmin əlavələr Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir.
41. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin imt ina əsasına münasibətdə də qeyd edir ki, Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2017-ci il tarixli əmri ilə təsdiq olunmuş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi” Qaydasının 2.7-ci bəndinə əsasən bu qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır.
42. Vəzifə maaşına əlavələrin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmaması ilə bağlı inzibati orqanın daxili əmri olsa da, qüvvədə olan qanunvericilikdə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş Siyahıda vəzifə maaşına verilən əlavələr işçinin məzuniyyətə çıxdığı zaman orta əmək haqqına daxil edilməsi nəzərdə tutulmuşdur. Hansı ki, “Norm ativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.2-ci, 2.6cı və 2.8-ci maddələrinə əsasən Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmə orqanları konkret işlərin həlli ilə əlaqədar icra orqanlarının normativ-hüquqi a ktlarının Azərbaycan Respublikasının Konstitusiyası və ya qanunlarına zidd olduğunu müəyyən etdikdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında, qanunlar arasında ziddiyyət olduğunu müəyyən etdikdə isə zamanca daha sonra qüvvəyə minmiş qanunlar əsasında qərar qəbul edirlər.
43. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanının qəbul etdiyi daxili əmrdən daha yüksək hüquqi qüvvəyə malikdir və belə olan halda iddiaçı istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyanın vəzifə maaşına əlavələr nəzərə alınmaqla hesablanmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi birinci hissədə (ist ifadə olunmamış məzuniyyət günləri üçün kompensasiyanın vəzifə maaşına əlavələr nəzərə alınmaqla hesablanması) təmin edilməlidir.
44. Məhkəmə kollegiyası iddianın hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi hissələrinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd olunan hissələrdə mümkün sayılmamalıdır.
45. Belə ki, məhkəmənin hazırki qərarı əsasında cavabdeh inzibati orqan iddiaçıya istifadə olunmamış məzuniyyət günləri üçün vəzifə maaşına əlavələr nəzərə almaqla kompensasiya hesablayarkən, bundan irəli gələn və qanunvericiliyin tələblərinə uyğun şəkildə vəzifələrini icra etməlidir. Hazırki halda cavabdeh inzibati orqanın iddiaçının qeyd olunan tələblə ri üzrə heç bir qanunsuz hərəkəti və ya hərəkətsizliyi mövcud deyildir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
46. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya istifadə olunmamış məzuniyyət günləri üçün vəzifə maaşına əlavələr nəzərə almaqla kompensasiya hesablanıb ödənildikdən sonra cavabdeh inzibati orqan iddiaçının hüququnu pozduqda, yaxud müraciətini təmin etməkdən imtina etdikdə iddiaçı inzibati orqanın hərəkətindən və ya hərəkətsizliyindən müdafiəyə dair iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi istifadə edilməmiş məzuniyyətə görə əlavələr nəzərə alınmaqla kompensasiya hesablanaraq ödənilməsi hissəsində təmin edilməli, iddia qalan hissələrdə mümkün sayılmamalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(103)-1693/202 3 nömrəli qərarı ləğv edilsin. İddiaçı istifadə etmədiyi məzuniyyətə görə əlavələr nəzərə alınmaqla kompensasiya ödənilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. İddia tələbi hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək məbləğ nəzərə alınmaqla məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi hissəsində mümkün sayılmasın. Qərar qətidir.