Məhkəmə qərarları › İş №2-1(102)-2223/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2223/2020

15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2223/2020 15.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( şəhid ailəsi statusunun bərpa edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "xx.xx.2010-cu il tarixli aktın his səvi ləğv edilməsi və şəhid ailəsi statusunun bərpa edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-322/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladı X5 1975-ci ildə anadan olmuşdur. O, xx.xx.1993-cü ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası MTN-nin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 14 nömrəli əmri ilə xx.xx.1994-cü ildən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. X5 xx.xx.1995-ci ildə ölmüşdür. Onun meyiti Naxçıvan MR Səhiyyə Nazirliyi nin Məhkəmə-Tibbi Ekspertizasının eksperti tərəfindən müayinə olunmuş və ölümün səbəbi kimi "Baş beyin toxumasının əzilməsi" və "Kəlləni dəlib keçən odlu güllə yarası", zədənin alındığı yer və şərait kimi isə "Hərbi hissədə özü avtomat silahdan atəş açaraq özünü vurmuşdur" göstərilmişdir. Azərbaycan Respublikası MTN SQ-nin N nömrəli hərbi hissənin komandirinin xx.xx.1995-ci il tarixli 81 nömrəli əmri ilə X5 ölümü ilə əlaqədar xx.xx.1995-ci ildən şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmin əmrdə göstərilmişdir ki, X3 ölümü xidməti vəzifələrini yerinə yetirərkən özünə qəsd etməsi ilə bağlıdır. Azərbaycan Respublikası MTN X2 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmri ilə X5 hərbi hissədə odlu silahdan təsadüfi açılmış atəşdən vəfat etmiş hesab olunmuş və şəxsi heyətin siyahısından çıxar ılmışdır.

2. X3 ölümü Şəki ŞİHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyində xx.xx.1995-ci ildə qeydə alınmış, ölümün səbəbi kimi vətən uğrunda gedən döyüşlərdə şəhid olması göstərilmişdir.

3. Şəki Şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 adına arayışlar verilərək, X3 xx.xx.1995-ci ildə Naxçıvan ərazisində gedən döyüşlərdə şəhid olması göstərilmişdir. Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.1995-ci ildə İddiaçı1, xx.xx.2004-cü ildə isə İddiaçı2 adına "Şəhid ailəsi" vəsiqəsi verilmişdir. 4. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi” ilə bağlı hərtərəfli araşdırmalar aparılması, şəhid və şəhid ailəsi statusu verilmiş şəxslərin sənədlərinə yenidən baxılması və bu statusun verilməsi zamanı qanunvericiliy in tələblərinə əməl edilməsinin araşdırılması məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Rayon Hərbi Komissarlığının və Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin nümayəndələrinin iştirakı ilə Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2007ci il tarixli 159İ nömrəli əmri ilə yaradılmış birgə işçi qrupu xx.xx.2010-cu ildə akt tərtib edərək, 5 nəfərin, o cümlədən X3 şəhid statusunu və onların ailə üzvlərinə verilmiş şəhid ailəsi statusunu ləğv etmişdir. Həmin aktda X3 şəhid hesab edilməməsinin səbəbi kimi, onun X2 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmrindən çıxarışa əsasən, odlu silahdan təsadüfi açılmış atəş nəticəsində vəfat etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı3, İdd iaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə qarşı "mərhum X4 şəhid statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər.

6. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə verərək, X1 şəhid statusunun ləğv edilməsi barədə xx.xx.2010cu il tarixli aktın müvafiq hissəsinin ləğv olunmasını və şəhid ailəsi statusunun bərpa edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

7. Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-253/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: V.K.Qasımov) hazırkı iddia üzrə İddiaçı3 tələbinə dair hissədə mümkün say ılmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı3 hazırkı tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İşdən görünür ki, İddiaçı3 hazırkı tələblə bağlı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinə müraciət etməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-253/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim: V.K.Qasımov) İddiaçı1 və İddiaçı2 iddiası təmin edilməm işdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. X1 şəhid hesab edilməsi üçün onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması müəyyən edilməlidir. Lakin iş materialları ilə müəyyən edilir ki, X5 hərbi xidmətdə olduğu zaman həlak olsa da, bu, hərbi əməliyyatlar zamanı, yaxud döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verməmiş, o, özünün açdığı atəş nəticəsində yaralanaraq ölmüşdür. Belə olan halda, mərhum X5 şəhid hesab olunmur, onun valideynlərinə verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi qanuni olmuşdur.

11. Birinci instansiya məhkəməsinin qərarından id diaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-322/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-253/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mərhum X5 şəhid hesab olunmadığından onun valideynlərinə verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi qanuni olmuşdur.

14. İddiaçılar həmin qərardan kass asiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, X3 özünü öldürməsi barədə qeyd edilənlər tamamilə yalandır. Əgər xxx özünü öldürmüş olsaydı, onun özünü öldürməsi ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən Azərbaycan SSR Cinayət Məcəlləsinin müvafiq maddəsi (yəni hazırkı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi) ilə cinayət işi başlanılaraq istintaq aparılardı. Lakin Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, N saylı hərbi hissədə X3 xx.xx.1995-ci ildə odlu silahdan yaralanması nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1 Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2 Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına m üraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Maddə 8 Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edil miş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşm üş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1 Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciət i və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmət ə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan mübahisə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun tətbiqi üzrə iddiaçı ilə cavabdeh orqanın arasında yaranmış olan inzibati mübahisədir. İddia tələbinin hüquqi əsasını təşkil edən əsas norma «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsidir. Həmin normaya görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

24. Bu qərarın 17-18-ci bəndlərində istinad edilən Qanun və Qaydalarda əks edilmiş normalara əsasən iddiaçıların mərhum oğlunun döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ölməsi sübut olunmur. Əksinə, X2 xx.xx.1995-ci il tarixli 563s/h nömrəli əmrindən çıxarışa əsasən, məhrum İsaq Babayevin odlu silahdan təsadüfi açılmış atəş nəticəsində vəfat etməsi göstərilmişdir.

25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin araşdırması, həmçinin işdə olan sübutlarla iddiaçıların mərhum oğluna münasibətdə Qaydaların 1.2-ci bəndində olan ha lların hər hansı birinin mövcudluğu təsdiq edilmir.

26. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

27. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-322/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar