Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2223/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü, xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2358/2022 nöm rəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının sağlamlıq vəziyyəti Cəlilabad rayon Mərkəzi Xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir.
3. İddiaçının vəkili xx.xx.2020-ci il tarixli ərizə ilə 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi barədə cavabdeh orqana müraciət etmişdir.
4. Cavabdehin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti Cəlilabad rayon Mərkəzi Xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbə bdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir. Hazırda səhhətində ağırlaşmalar əmələ gəlmişsə, iddiaçı dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və düzgün qaydada tərtib olunmuş göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 19 yanvar 2021-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək ona 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır k i, Cəlilabad rayon Maliyyə İdarəsində mühasib vəzifəsində işləmişdir. İddiaçının səhhətində yaranmış xəstəliklərlə əlaqədar olaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar şəraitdə müalicə almışdır. Həmin müalicəyə dair epikrizdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “Diskogen bel-oma radukulopatisaı, L1-L2, L4-L5 fəqərəarası disklərin yırtığı, L5-S1 fəqərəarası diskin protruziyası davamlı kökcük ağrı sindromu ilə, sol pəncənin parezi və çanaq orqanlarının funksiyasının pozulması”dır. Daha sonra aldığı müalicələrin nəticəsində ona qoyulmuş diaqnoz əsasında Tibbi Sosial Ekspert Komissiyasının Forma 88 göndərişin tərtib olunmasını xahiş etmişdir. Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş tərtib edərək 5 i l müddətinə 2-ci qrup əlillik təyin etmişdir. Həmin göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Bel-oma fəqərələrinin osteoxondrozu, diskogeb lyumboişialgiya. Güclü ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığı, L5-S1 fəqərəarası diskin protruziyası davamlı kökcük ağrı sindromu ilə, sol pəncənin parezi və çanaq orqanlarının funksiyasının pozulması” olmuşdur. Eyni zamanda Cəlilabad rayon Mərkəzi Xəstəxanasından verilmiş xəstənin ambulator, stasionar tibb kartasından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə stasionara daxil olmuş və xx.xx.2019-cu il tarixdə stasionardan çıxmışdır. İddiaçıya qoyulmuş diaqnoz “Bel-omba fəqərələrinin osteoxondrozu, diskogeb lyumboişialgiya. Güclü ağrı sindromu ilə, L4-L5 fəqərəarası disk yırtığı. Sol pəncənin parezi və çanaq orqa nlarının funksiya pozğunluğu” olmuşdur. İddiaçının səhhətində olan xəstəliklərlə əlaqədar onun əmək qabiliyyətinin olmaması ilə bağlı müvafiq sənədlər verilmişdir. Cavabdehin vəsatəti:
7. Cavabdeh vəsatət təqdim edərək bildirmişdir ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0340003AAPZ4 nömrəli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən xx.xx.0219-cu il tarixli, xx/xx-4330 nömrəli məktub daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 105 nəfər şəxsin adına göndərişlər rəsmiləşdirilərkən Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1 bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. İddiaçının soyadı, adı, atasının adı göndərişləri etibarsız edilmiş adlı siyahıda 98-ci sırada qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı tərəfindən mümkünlük şərtlərinə əməl edilməmişdir. Qeyd olunanları nəzərə alınaraq 2-1(112)-3680/2021 nömrəli inzibati iş üzrə iddianın mümkün sayılmaması barədə qərardad q əbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2022 nömrəli iş üzrə 2 fevral 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilərək, iddiaçıya 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Cavabdeh tərəfindən belə icraat aparılmamışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti Cəlilabad rayon Mərkəzi xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən apa rılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 2017-ci ildən ikinci dərəcə əlilliyi 5 il müddət ərzində təyin olunduğundan, inzibati icraat aparılmadan onun əlilliyinin etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2358/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Hə midov /sədrlik edən və məruzəçi/, R.Ə.Eyvazov və C.A.Yusifov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2022 saylı, 2 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddia tələbinə etirazın dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı əlill ik təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2358/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edi lməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli v ə işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Ə sasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir): 5.3. Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir:... 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə;...
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla belə, məhkəmə kollegiyası iddiaçıya təyin edilmiş əlilliyin əlillik altsistemində etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırkı iş üzrə iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinə əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş məktubu göstərilmişdir.
25. Əlilliyin etibarsız hesab edilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci bəndinə əsasən vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilir.
26. Göründüyü kimi, qanunvericilik əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, o nun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. 27. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
28. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin mür aciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
29. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Səhiyyə Nazirliyinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, istinad edilən normat iv aktların formal (məcburi) tələbləri təmin olunmamışdır.
30. Bundan əlavə, iddiaçının əlilliyinin təyin edilməsi barədə cavabdehin qəbul etdiyi 22 may 2017-ci il tarixli inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 24 may 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 24 may 2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüv vədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2358/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlanılır. Qərar qətidir.