Məhkəmə qərarları › İş №2-1(102)-2224/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2224/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2224/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Rusiya Federasiyasında qiyabi təhsil üzrə diplomun tanınması; sərhədkeçmə məlumatları giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-577/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti “Hüquqşünaslıq” ixtisası üzrə 22.12.2015-ci il tarixli, 107819 ******* nömrəli diplom verilmişdir. 14.12.2015-ci il tarixli diploma əlavədə qeyd olunmuşdur ki, iddiaçı 2010-2015-ci illər ərzində həmin institutda ali bakalavr təhsili almışdır. İddiaçı diplomun Azərbaycan Respublikasında tanınması üçün cavabdeh orqana müraciət etmişdir. Müraciətinə diplom və ona əlavə tərcümə edilməklə və apostil möhürü vurulmaqla əlavə ol unmuşdur. Cavabdehin 12 fevral 2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələblərinə riayət edilməmişdir. Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ö lkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq standartlarına qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün əsasdır. Qaydaların 3.7-ci bəndinə əsasən, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən iddiaçıya verilmiş diplomun ölkə ərazisində tanınması mümkün sayılmır. İddiaçı cavabdehə qarşı 6 avqust 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin 22.12.2015-ci il tarixli, 107819 ******* nömrəli diplom üzrə verilən ixtisasın tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabde hin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan diplom və ixtisasın tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16, 42ci, “Təhsil haqqında” Qanunun 44.1, 44.2-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad olunmuşdur. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, nazirlikdə iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplom Nazirlər Kabinetinin 13. 05.2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən, iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Belə ki, ekspert rəyində qeyd edilir ki, Rusiya Federasiyası SanktPeterburq Dövlət Mülki Aviasiya Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Buna görə də İddiaçı adına verilmiş diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-3701/18 saylı iş) 21 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən verilmiş 107819 ******* nömrəli, 22 dekabr 2015-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Leninqrad vilayəti ümumi və peşə təhsili komitəsi tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Cavabdehin dəlili, yəni iddiaçının həmin ölkədə qısa müddətdə olması imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Belə ki, mövcud qanunvericilik ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasların dairəsini konkret müəyyən etmişdir və onlardan biri də mənfi “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə Qaydaların 3.7-ci bəndində “konkret şəkildə” nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X2 və X1, 2-1(103)-577/2019 saylı iş) 16 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibatiİq tisadi Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçının tədris müddəti ərzində Rusiya Federasiyasında olduğu müddətlərdə iş materiallarına əlavə edilmiş diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Buna görə də ona məxsus diplom üzrə ixtisasın tanınmasının heç bir hüquqi əsası yoxdur. İddiaçı 15 may 2019-cu il tarixdə qərarın surətini almış, 20 may 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti rəsmi və qan uni fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Əgər hər hansı qanunsuzluq olsaydı, bu halda Rusiya Təhsil və Elm Nazirliyi iddiaçının diplomunu tanımaz və apostil möhürü ilə qanuniləşdirməzdi. Ali təhsil müəssisəsi kimi Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti tərəfindən tanınırsa və apostil möhürü ilə təsdiq olunursa, cavabdeh qurum qanuni əsas olmayan bəhanə ilə diplomu tanımaqdan imtina edə bilməz. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. 13 may 2003-cü il tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haq qında sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”də də qeyd edilən əsas tərəflərin öz dövlətlərinin ərazisində verilmiş təhsil haqqında sənədlərinin qarşılıqlı tanınmasının imtinasının əsaslarından biri deyildir. Buna baxmayaraq Təhsil Nazirliyi apellyasiya şikayətində bu Sazişə istinad etmədən özlərinin yaratdığı qrupun rəyini əsas götürmüşlər. Baxmyaraq ki, qanunla təsdiq olunmuş dövlətlərarası saziş daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd olunanlar bir daha əsas verir ki, cavabdehin imtinası əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə almamış, bununla da işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipini pozmuşdur. tərəflərin izahatları: İ ddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci m addəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına mü vafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostri fikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2015-ci ilin dekabr ayında verilən diplomunda onun Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin hüquqşünaslıq ixtisası üzrə qiyabi şöbəni bitirdiyi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qiyabi təhsil dövründə sessiyalar zamanı ali təhsil ocağının yerləşdiyi Sankt-Peterburq şəhərində (Rusiya Federasiyası) bütövlükdə təhsil dövründə olması sübuta yetməmişdir. İddiaçının işdə olan pasportundakı sərhədkeçmə ilə bağlı giriş-çıxış qeydiyyatlarından, habelə sərhəd keçmə barədə sənədlərdən onun təhsil dövründə sessiyalar zamanı təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır. Azərbay can Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən, qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bənddə isə qeyd edilmişdir ki,...Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulimlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali tə hsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İşdə olan sənədlərlə iddiaçının əyani təhsil forması üzrə həftəlik maksimal 180-240 saatlıq tədris yükünü öyrənməsi, hər tədris ilində 24 kredit müəyyənləşdiriılməsi və tədris dövrü ərzində 5 il müddətində Sank-Peterbuqr şəhərində olması sübuta yetməmişdir. Nəticədə iddiaçının Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan m üddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəs ində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixt isas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının bütövlükdə təhsil dövrü ərzində Rusiya Federasiyasının Sank-Peterburq şəhərində olması sübut olunmadığından onun aldığı təhsilin məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-577/19 saylı, 16 aprel 2019-cu il tarixli q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar