Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2224/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmrin ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və sair tələbinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İK-nın xx xxxxxxxx 2020-ci il tarixli 2-1(108)-16/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, aaa saylı imtina məktubunu əsassız hesab edərək, iddiaçının barəsində verilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0744 nömrəli, xx xxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, EZ ******* nömrəli ona məxsus hərbi biletin 4-cü səhifəsində əmrin ləğv edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılması, müvafiq əmr verilməmişdən əvvəlki xidməti vəzifəsinə bərpa olunmağı və 29.11 2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı, rütbə maaşı və s.) hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizə si ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(122)-67/2020 nömrəli (sədrlik edən hakim Hicran Muradov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 22.1, 24.1, 24.2, 24.4, 35-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 73.1, 73.2-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarına əsaslanmaqla hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəm əyə müraciət etməmiş və bununla da inzibati aktın mübahisələndirmə müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür.
4. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və inzibati işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
5. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 21(108)-16/20 nömrəli (hakimlər Fərman Abbasov - sədrlik edən və məruzəçi, Yusifəli Qurbanov və Əhliman Xıdırov) qərardadı ilə iddiaçının ap elyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarına əsaslanmışdır. Kasasiya şikayətinin dəlilləri:
6. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində çıxarılan əmr qanunsuz və əsassızdır. Baxmayaraq ki, apelyasiya instansiya məhkəməsinin birinci qərarı çıxarılan zaman bu əmr zahirən qanuni görünə bilərdi, amma son qərardan sonra artıq bu əmrin düzgün olmadığı açıq-aşkar bəllidir. Buna görə də hesab edir ki, bu əmr ləğv edilməli və onun pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır. Apelyasiya instansiyası məhkəməsinin x x.xx.2020-ci il tarixli qərardadın 7-ci səhifəsinin sonuncu abzasında müddətin buraxılmasından bəhs edilir. Müddətin bərpası ilə bağlı ərizəyə gəldikdə iddiaçı məhkəmənin tələbinə əsasən müvafiq ərizəni təqdim etmişdir. Belə hesab etmək olardı ki, məhkəmə yardımetmək vəzifəsi ilə bağlı maddəni rəhbər tutaraq bu ərizənin verilməsini iddiaçıya bildirmiş və iddiaçı da bu ərizəni təqdim etmişdir. Halbuki burada heç bir müddətdən söhbət gedə bilməz. Qərardadın 8-ci səhifəsində iddia müddətinin ötürülməsindən bəhs olunur. AR İPM-nin 38-ci maddəsi iddia müddətindən bəhs edilir və hazırkı iş üzrə iddiaçı da nəzərdə tutulmuş 30 günlük müddətdə məhkəməyə müraciət etmişdir. Qərardadda 9 ay sonra məhkəməyə müraciət olunmasından bəhs edilir. Halbuki müvafiq inzibati orqana müraciət edildikdən və rəsmi cavab alındıqdan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Bunu iş materiallarından da aydın surətdə görmək olar. 9 aylıq müddətin hansı müddət olduğuna və hansı iddia müddətinin buraxıldığına aydınlıq gətirilməmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş müddət daxilində məhkəməyə müraciət etmişdir. Həmçinin birinci instansiya məhkəməsi qərarında buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini qeyd edir, apelyasiya məhkəməsi isə iddia müddətinin ötürülməsini qeyd edir. Halbuki bunlar ayrı-ayrı hüquqi anlayışlar və hüquqi nəticələr olan məsələlərdir. İPM-nin 38-ci maddəsində konkret olaraq iddia müddətlərindən söhbət gedir və ayrı-ayrı iddialar üçün konkret müddətlər müəyyən edilmişdir. Həmin Məcəllənin 5-ci fəslində isə prosessual müddətlərdən bəhs edilir. Hesab edi r ki, bu müddətlər iddia müddətlərinə aid deyildir və onlar məhz məhkəmə qərarlarından verilməli olan şikayətlər üçün nəzərdə tutulmuş müddətləri nəzərdə tutur. İddiaçı qanunla müəyyən olunmuş müddət daxilində məhkəməyə müraciət etmişdir. Prosessual müddət isə yenə də qeyd edir ki, müvafiq məhkəmənin qərarı ilə bağlı olan məsələləri tənzimləyir. Bunun iddia müddətinə heç bir dəxli yoxdur. İddiaçı ilk dəfədir ki, məhkəməyə müraciət edir və məhkəmənin hər hansı qərarından şikayət etmir ki, buraya prosessual müddət tətbiq olunsun.
7. Həmçinin müvafiq qərardadın 8-ci səhifəsində iddiaçının həbsdə olarkən ailəsi ilə danışan zaman müvafiq əmrdən xəbərinin olduğu qeyd edilir. İşin müddətə münasibətdə məsələyə hüquqi qiymət verən zaman müddətin iddialara münasibətdə heç bir aidiyyəti yoxdur. Yuxar ıda qeyd etdiyi kimi istər mübahisələndirmə, istərsə də məcburetmə haqqında iddia ilə bağlı 30 günlük müddət nəzərdə tutulmuşdur. Bu iddia məcburetmə haqqında iddiadır və bunun üçün İPM-nin 38.2-ci maddəsində.... inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
8. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(108)-16/20 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçi rilmədən də qəbul edilə bilər.
10. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxxxx 2020-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
13. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur.
14. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd e tməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
15. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmadığı üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.
16. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı xx xxxxxx 2018-ci ildən Azərbaycan Respublikası Müdafiə N azirliyinin Baş Qərargah rəisinin 0744 nömrəli, xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “a” bəndinə əsasən (həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar) ehtiyata (və ya istefaya) buraxılmışdır. Hazırda İddiaçı həmin əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş edir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcburetmə haqqında qərar qəbul edə bilər. - İş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi i nzibati akt ona elan olunduğu vaxtdan qanunla müəyyən olunmuş iddia müddəti keçəndən sonra, yəni xx xxxx 2020-ci il tarixdə məhkəmədə iddia qaldırmış, xx xxxx 2020-ci il tarixli buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, barəsində çıxarılmış Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1-1(107)-8/2019 nömrəli qərarı ilə müvafiq inzibati orqana müraciət etdiyi dövrünün arasında olan müddətin üzrlü səbəbdən (xəstəlikləri ilə əlaqədar olaraq) bu qədər müddət çəkməsini üzrlü hal kimi qəbul edilməsini, buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, lakin müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən məhkəmə tərəfindən təmin edilməmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi öz q ərarında qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətində mübahisələndirilən əmrlə xx.xx.2019-cu il tarixində müvafiq orqanda tanış olmasını göstərir. İddiaçı xidmətdən xaric edildiyindən xəbərdar olmuşdur və məhkəməyə müraciət etməmişdir, işin materiallarından görünür ki, iddiaçı mübahisələndirdiyi əmrdən həbsdə olarkən telefonla ailəsi ilə danışarkən xəbər tutmuş, daha sonra sonuncu məhkəmə qərarından sonra hərbi biletini aldıqdan 9 ay sonra məhkəməyə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı göndərdiyi xx xxxxxxxx 2019-cu il tarixli, ddd saylı cavab məktubu da iddiaçının həmin tarixdən əvvəl də əmrdən xəbərdar olmasını və bu haqda müraciət etməsini göstərir. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi h alda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğundundur.
20. Belə ki, göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli, 0744 nömrəli əmrinin ləğv edilməsi ilə bağlı iddia qaldırmaqla qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildi yi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
22. Həmin Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqla rının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
23. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İK-nın xx xxxxxxxx 2020-ci il tarixli 2-1(108)-16/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxl