Məhkəmə qərarları › İş №2-1(102)-2224/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2224/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2224/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi; tələb etmək müddətinin başa çatması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçünü şəxs Maliyyə Nazirliyi) İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 2-1(107)268/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2006-cı il tarixdə VÖEN almaqla, ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı Yevlax rayonu ərazisində yerləşir.

2. İddiaçı cavabdehə müraciət edərək artıq ödənilmiş pul vəsaitinin ona qaytarılmasını xahiş etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya heç bir məlumat vermədən və xəbərdarlıq etmədən xx.xx.2020-ci il tarixində İddiaçı MTK-nın şəxsi vergi vərəqəsindən 44.014,06 AZN məbləğində sərbəst vəsaiti silmişdir. Həmin vəsait təsisçi tərəfindən bir neçə il öncə nağd qaydada gələcəkdə yaranan vergi borclarının ödənilməsi məqsədilə icra edilmişdir. Lakin müəyyən obyektiv və subye ktiv səbəblərdən müəssisə işləmədiyi üçün həmin vəsaitdən az istifadə edildiyinə görə ondan 44.064 AZN artıq ödəmə kimi qalmışdır ki, həmin məbləğdən bu il istifadə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müəssisə artıq fəaliyyətə başlayıb və həmin vəsaitə böyük ehtiyac yaranmışdır. Şəxsi vərəqədə olan artıq ödəmənin geri qaytarılması və ya vəsaitin MTK-nın DSMF-yə olan borcuna silinməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya nə məbləğ geri qaytarılmış, nə də əvəzləşdirmə aparılmışdır.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ halhazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məb ləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də xx.xx.2020ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Göründüyü kimi, vergi ödəyicisinin artıq ödəmə məbləği yarandığı tarixdən 9 ildən artıq vaxt keçməsinə baxmayaraq, qanunvericiliyin tələbinə zidd olaraq 44.014,06 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir.

6. Şəki İnzibati Məhkəməsinın 2-1(116)-427/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsm ayılzadə) iddia təmin edilmiş, iddiaçının şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə hesab etmişdi ki, cavabdehin hərəkətləri məhkəmə tərəfindən faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququndan məhrum edilmədiyi maliyyə vəsaitləri üzərində sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirməsini məhdudlaşdırır.

8. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün, Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə, Mülki Məcəllənin 6, 152.1, 152.5-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə istinad etmişd ir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-175/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdi r. c. Kassasiya instansiyası məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(102)-289/2023 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən, R.Nəbizadə və S.Kərimov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-175/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının şəxsi vərəqəsindən silinmiş və hal-hazırda onun qaytarılmasını tələb etdiyi 44.014,06 manat pul vəsaitinin necə formalaşmasını araşdırı lmalı, eləcə də bəyan edilmiş sözügedən məbləğin yaranmasının əsaslarının və səbəblərinin doğruluğunu təsbit etmək məqsədi ilə, dövlət büdcəsinə ödənilmiş 02.2014 – 02.2019-cu illər dövründə dəqiq vergi məbləğləri ilə, həmin dövrdə əlavə dəyər vergisi üzrə aparılmış əvəzləşdirmə nəticəsində artıq ödəmə məbləğinin konkret düzgün rəqəminin müəyyən edilməsi və sözügedən məbləğin nəyə əsasən köçürülməsinin, qaytarılması tələb olunan vəsaitin hansı növ vergi tədiyyəsinin müəyyən edilməsi araşdırma predmeti olmalıdır. ç. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 21(107)-268/2023 nömrəli qərarı ilə (hakimlər: E.Hüseynov - sədrlik edən və məruzəçi, G.Cаvаdovа və E.Mehdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2012-ci il tarixdə 103.692,50 manat məbləğdə artıq ödəməsi yaranmış, həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablaşmalar aparılmaqla xx.xx.2020-ci il tarixə iddiaçının 44.014,06 manat məbləğdə artıq ödəməsi qalmışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmas ını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında və apellyasiya şikayətində vergi ödəyicisi olan İddiaçı MTK-nın 5 il ərzində artıq ödənilmiş vergilərin tələb edilməsi barədə müraciət etmədiyini əsas gətirsə də, işdən göründüyü kimi həm İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 50 manat məbləğində ödəniş edilmiş, həmin də vergi orqanı iddia etdiyi xx.xx.2017-ci il tarixdən 3 il sonra (vergi ödəyicisinin artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı müraciət müddətinin bitdiyi vaxt) qalan 44,014,06 manat məbləğin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirildiyini bildirmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparılmış və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı müəyyən edilmiş 5 il müddətin xx.xx.2017-ci il tarixdə bitdiyini göstərsə də, cavabdeh tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar üzrə vergi ödəyicisinə əlavə vergi məbləğlərinin və maliyyə sanksiyaları hesablanmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətində qeyd edilir ki, vergi ödəyicisi tərəfindən qaytarılmasını tələb etdiyi artıq ödəmə xx.xx.2012-ci il tarixdən mövcud olmuşdur və vergi ödəyicisi tərəfindən artıq ödəmənin qaytarılmasını ilk dəfə tələb etdiyi 2019-cu ilin fevral ayında həmin məbləğin qaytarılmasını tələb etmək hüququ olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Vergi Məcəlləsi: Maddə 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikası Naz irlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 48 nömrəli qərarı

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyasınin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

26. Hazırkı işdə iddiaçının hüquqi marağı artıq ödənilmiş 44.064 manat vergi məbləğinin ona geri qaytarılması barədə rəy verilməsinə yönəlmişdir.

27. İş materialları ilə müəyyən olunur ki, 2011-ci ildə vergi ödəyicisində vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair qəbul edilmiş xx.xx.2011-ci il tarixli **********504624 nömrəli qərar əsasında vergi ödəyicisinə hesablamalar edilmiş, həmin qərar vergi orqanının xx.xx.2012-ci il tarixli **********541894 nömrəli qərarına əsasən ləğv edilmiş və vergi ödəyicisinin şəxsi hesab v ərəqəsində xx.xx.2012-ci il tarixə 103692,50 manat məbləğində artıq ödənilmiş vergi məbləği yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri aparılmış hesablamalar nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçıya aid şəxsi hesab vərəqəsindən çıxarışa görə artıq ödəmənin yarandığı tarixdən 5 il keçdikdən, yəni xx.xx.2017-ci il tarixdən sonra, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək müxtəlif tarixlərdə hesablama və azalma əməliyyatları aparıldığının və sonuncu tarixə 44.014,06 manat artıq ödəmə yarandığı müəyyən edilir. Yəni, cavabdeh öz mövqeyi ni müddətin keçməsi ilə əsaslandırsa da, vergi orqanının özü tərəfindən müxtəlif tarixdə azalmalar verilməklə əvəzləşdirmə əməliyyatları həyata keçirilmiş, son nəticədə xx.xx.2020-ci il tarixə 44.014,06 manat artıq ödəmə yaranmışdır. Həmçinin, şəxsi hesab vərəqəsinə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ödəniş edilmiş, həmin məbləğ də, iddiaçının şəxsi hesab vərəqəsində qeyd edilmiş artıq ödəmə məbləğinin üzərinə əlavə edilməklə 44.064,06 manat artıq ödəməsinin olduğu göstərilmişdir. Belə olan halda cavabdeh tərəfindən artıq ödəmənin yarandığı tarix düzgün müəyyən edilməmiş, bu isə əsassız olaraq müddət tətbiq edilməklə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Əgər cavabdeh müddətin keçdiyinə istinad edirsə, vergi orqanı tərə findən də yaranmış artıq ödəməyə münasibətdə heç bir əməliyyat aparılmamalı idi.”

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etməyərək qeyd edir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinə və “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli qərarı ilə tənzimlənir.

30. Vergi ödəyicisi tərəfindən qaytarılmasını tələb etdiyi artıq ödəmə xx.xx.2012-ci il tarixdən mövcud olmuşdur və vergi ödəyicisi tərəfindən artıq ödəmənin qaytarılmasını ilk dəfə tələb e tdiyi 2019-cu ilin fevral ayında həmin məbləğin qaytarılmasını tələb etmək hüququ olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

31. Cavabdeh öz mövqeyini müddətin keçməsi ilə əsaslandırsa da, vergi orqanının özü tərəfindən müxtəlif tarixdə azalmalar verilməklə əvəzləşdirmə əməliyyatları həyata keçirilmiş, son nəticədə xx.xx.2020-ci il tarixə 44.014,06 manat artıq ödəmə yaranmışdır.

32. Məhkəmə kollegiyası qeyd ed ir ki, apellyasiya məhkəməsi tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əksini tapmış azalma əməliyyatlarının mahiyyətini müəyyən edilə bilməmişdir. Belə ki, həmin azalma əməliyyatları vergi orqanı tərəfindən aparılmamışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunmuş həmin azalma qeydlərinə nəzər saldıqda görünür ki, həmin qeydlər xx.xx.2017, xx.xx.2018, xx.xx.2019 tarixlərdə edilmişdir və sözügedən tarix aralığında vergi ödəyicisinin şəxsi hesab vərəqəsində vergi ödəyicisinin özünün təqdim etdiyi əmlak vergisi bəyannamələri üzrə büdcəyə ödənilməli olan əmlak vergisi məbləğinin onun tərəfindən Vergi Məcəlləsinin 201.3-cü maddəsinə əsasən cari vergi ödəmələri şəklində ödədiyi əmlak vergisi məbləğindən az olması nəti cəsində baş vermişdir. Vergi Məcəlləsinin 201.3-cü maddəsinə əsasən Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

33. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qaytarılmasını tələb etdiyi artıq ödəmələr onun tərəfindən əlavə dəyər vergisi üzrə xx.xx.2011-ci il tarixdə 12000,0 manat, xx.xx.2011-ci il tarixdə 12000,0 manat, xx.xx.2011-ci il tarixdə 10000,0 manat, xx.xx.2011- ci il tarixdə 8000,0 manat, xx.xx.2011-ci il tarixdə 3000,0 manat, xx.xx.2011-ci il tarixdə 7000,0 manat, xx.xx.2011-ci il tarixdə 10000,0 manat xx.xx.2011-ci il tarixdə 35000,0 manat, xx.xx.2012-ci il tarixdə 40000,0 manat, 19.01,2012-ci il tarixdə 5000,0 manat və xx.xx.2012-ci i l tarixdə 5000,0 manat məbləğində etdiyi ödəmələrdən yaranmışdır.

34. Göründüyü kimi, iddiaçı tərəfindən sonuncu ödəmə üzrə artıq ödəmənin qaytarılmasını, yaxud digər vergilər üzrə borcların hesabına aid edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 5 illik müddət 2017-ci ilin mart ayından etibarən başa çatmışdır.

35. Belə olan halda, iddiaçının qaytarılmasını tələb etdiyi artıq ödənilmiş məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəndə mövcuddur.

36. İnzibati Proses sual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi üzərinə düşən vəzifələri icra etməmiş və iş materiallarına əlavə edilən sənədləri ətraflı araşdırmamış və mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları düzgün tətbiq edilməmiş nəticədə hazırkı qərarın 2022-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir.

37. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2023-cü il tarixli, 21(107)-268/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar