Məhkəmə qərarları › İş №2-1(102)-2224/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2224/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2224/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ərazi aiddiyyətinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kada strı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2000-ci il tarixli, 333 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şossesinin sağ kənarında 154 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsi ilə Sumqayıt İnzibati Məhkəməsi arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdeh Az ərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2000-ci il tarixli, 333 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şosesinin sağ kənarında 154 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-12335/2023 saylı qərar dadı ilə (hakim X3) iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə Abşeron rayon ərazi hüdudları daxilində yerləşən torpaq sahəsi ilə bağlı hüquq münasibəti olduğu üçün mübahisəyə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrdə işə ərazi aidiyyatı qaydalarına uyğun olaraq qeyd edilən qaydada baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığının, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-3130/2024 saylı qərardadı ilə (hakim X2) ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

5. Sumqayıt İnzibati Məhkəmə si öz qərardadında qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Maddə

9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi... 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

8. İPM-in 8.1.1-ci maddəsinin məzmunundan görünür ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibat i mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

9. Hazırkı işin hallarından da görünür ki, iddiaçının tələbi 1000 m2 torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Odur ki, İPM-in 8.1.1-ci maddəsi hazırkı iddia tələbinə də şamil olunmalıdır.

10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin sorğusuna verilmiş cavabda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazi hüdudları daxilində yerlə şdiyini bildirmişdir. 11 Bundan əlavə İddiaçı tərəfindən təqdim edilmiş, eyni ərazidə olan və üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********48 reyestr nömrəli çıxarışdan görünür ki, həmin torpaq sahəsi “Bakı şəhəri Sabunçu Rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şosesinin sağ kənarı 186 saylı sahə” kimi dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Sumqayıt İnzibati Məhkəməsi mübahisəli halın araşdırılması məqsədilə məhkəmənin icraatında eyni mübahisə predmetinə dair hazırkı iddiaçının sərhəd qonşuluğunda yerləşən X1 işi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu göndərmiş və 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin çıxarışlar, həmin çıxarışların yerləşdiyi torpaq sahələrinin ortofoto görüntüsü əldə edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsindən əldə edilmiş məlumatlar ilə iddiaçının təqdim etdiyi qonşusunun çıxarışları müqayisə edilmiş və məlum olmuşdur ki, torpaq sahələrinin yerləşdiyi yerlər arasında xeyli məsafədə fərq mövcuddur. Həmçinin, iddiaçının qonşusunun yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaq sahəsi olmaqla mülkiyyətə verilmiş, cavabdehin təqdim etdiyi Abşeron rayonu ərazisi hüdudlarında yerləşmiş və qeydiyyata alınmış torpaq sahələri isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün uzunmüddətli icarəyə verilmiş torpaq sahələridir. Belə olan halda iddiaçının torpaq sahəsinin Abşeron rayonu ərazi hüdudları daxili ndə yerləşməsi mümkün deyil.

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə də, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə həmin torpaq sahəsinin aid olduğu Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 06 aprel 2000-ci il tarixli, 333 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Zabrat-Maştağa şossesinin sağ kənarında 154 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar