Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2225/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə çıxarışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1031/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13.12.2017-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 52,1 kv.m mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
2. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1sının 12.09.2019 -cu il tarixli 52 nömrəli qəbul aktına əsasən, iddiaçının müraciəti üzrə ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi 79,6 kv.m təşkil edir. Ümumi sahədəki fərq mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Göstərilənləri nəzərə alaraq, komissiya iddiaçıya məxsus 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir.
3. Nəsimi RİH başçısının 12.09.2019-cu il tarixli 150 nömrəli “iddiaçının mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının surətinə görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən iddiaçıya məxsus Nəsimi rayonu 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m hesab edilərək, qeyri-yaşayış sahəsinə keçirilmişdir.
4. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq 16.010.2020-ci il tarixli bildirişində göstərmişdir ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin, texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 31 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bu səbəbdən, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qeyd olunan mənzilin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xah iş etmişdir. Onun müraciətindən sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Daimi fəaliyyət göstərən X1 məsələyə baxmış və müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin çıxarışa əsasən ümumi sahəsi 52.1 kv.m göstərilsə də, komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsinin 79.6 kv.m-dən ibarət olması aşkar edilmişdir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Bundan sonra Komissiyanın 52 saylı, 12.09.2019-cu il tarixli Qəbul aktına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab ed ilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 12.09.2019-cu il tarixli sərəncamına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmiş və bununla bağlı ona müvafiq bildiriş verilmişdir. Bundan sonra o, qəbul aktı və sərəncam əsasında daşınmaz əmlakın yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməklə dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh 20.11.2019-cu il tarixli və 16.01.2020-ci il tarixli məktubları ilə ona cavab vermiş və məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən qeyd olunan əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilat ərizəsi ilə bağlı imtina verərkən heç bir əsaslı səbəb gətirməmiş, əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın veri lməsi üçün zəruri sənədlər təqdim edilsə də, əsassız olaraq ərizəsinin icrasından imtina edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-2921/2020 saylı iş) 1 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m olmaqla, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi və bu barədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,, mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzil çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hak imiyyəti orqanının qərarı mövcuddur. Həmçinin imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5məruzəçi, X3 və X4, 2-1(103)-1031/2021 saylı iş) 23 avqust 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2020ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
12. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri
13. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasının əsası kimi istinad etdiyi hallar hüquqi əsası olmayan dəlil olmaqla birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv olunmasına əsas ola bilməz. Belə ki, əvvəla qeydə alınması tələb olunan sahə uzun müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunmuş və hal-hazırda da mübahisəsiz olaraq istifadə olunmaqdadır. Bundan başqa həmin sahəyə dair ilkin hüquqverici sənəd olan Nəsimi RİH başçısının 12.09.2019-cu il tarixli 150 nömrəli sərəncamı mövcuddur. Qeyd olunan sərəncam isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar dan biridir. Həmin Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır.
14. Bakı Apellyasiya Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edərkən imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsasların heç birinin olmadığını da nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. Mənzil Məcəlləsi: Maddə
20. Yaşayış sah əsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (x eyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. (-). Maddə
21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra haki miyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahə si olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. (-). 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. (-). 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçü n əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağını n qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürl üyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdır ma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
18. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə: (-)
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-). 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək; (-).
19. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri (-). 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-). 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüqu qlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; (-).
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etmə yə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə r iayət edilməmişdir.
24. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncama uyğun olaraq hüququn qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
25. Cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda göstərmişdir ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin, texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.
26. Mübahi sə ilə bağlı yuxarıda bəhs olunan məhkəmə qərarları qəbul edilmişdir.
27. İddiaçının şikayətinin dəlillərinə görə icra hakimiyyəti başçısının sərəncamı hüququn qeydə alınması üçün əsas olmuş, məhkəmə iddianı rədd edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbini pozmuşdur.
28. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İşdə olan sənədlərlə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 52,1 kv.m mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
30. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1sının 12.09.2019-cu il tarixli 52 nömrəli qəbul aktına əsasən, iddiaçının müraciəti üzrə ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzilin faktiki ümumi sa həsi 79,6 kv.m təşkil edir. Ümumi sahədəki fərq mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Göstərilənləri nəzərə alaraq, komissiya iddiaçıya məxsus 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir.
31. Nəsimi RİH başçısının 12.09.2019-cu il tarixli 150 nömrəli “iddiaçının mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının surətinə görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən iddiaçıya məxsus Nəsimi rayonu 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m hesab edilərək, qeyri-yaşayış sahəsinə keçirilmişdir.
32. Nəsimi rayonu 28 May küçəsi 11 saylı evin 18 saylı mənzil iddiaçının mülkiyyətindədir, rayon icra hakimiyyəti başçısının 12 sentyabr 2019-cu il tarixli sərəncamına və həmin tarixli qəbul aktına əsasən Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin tələblərinə uyğun mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədə uyğun hesab edilmişdir.
33. İddiaçı mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını arzu edir. 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamənin tələbinə görə da şınmaz əmlaka hüququn qeydə alınması cavabdehin səlahiyyətinə aiddir.
35. Cavabdeh imtinasında hüququn qeydə alınmasının faktiki əsasını bildirmiş, lakin apelyasiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının təqdim etdiyi rayon icra hakimiyyəti başçısının 12 sentyabr 2019-cu il tarixli sərəncamının məzmununa münasibət bildirməmişdir.
36. Rayon icra hakimiyyəti başçısının 12 sentyabr 2019-cu il tarixli sərəncamında iddiaçının mülkiyyətində olan 18 saylı mənzilin 79,6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, ümumi sahədəki fərqin mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranması, mənzilin ümumi sahəsinin 79,6 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi qeyd edilmişdir.
37. Cavabd ehin 22 fevral 2017-ci il tarixdə tərtib etdiyi texniki pasportda mənzilin ümumi sahəsinin 71,7 kv.m olduğu, 1887-ci ildə tikildiyi qeyd edilmişdir.
38. Apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, çıxarışda əks olunan 52,1 kv.m ilə hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m sahənin əvvəlcə kimə, hansı hüquqi əsaslarla məxsus olması və kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçı belə bir sənəd kimi Nəsimi RİH başçısının 12.09.2019-cu il tarixli 150 nömrəli sərəncamına istinad edir ki, həmin inzibati aktda da 27,5 kv.m sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. Mübahisənin digər mü hüm məqamı isə, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşməsidir. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində qeyd edilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
40. Apelyasiya instansiyası məhkəmə İPM-in 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq 27,5 kv.m sahənin əvvəllər dövlətə, yaxud hər hansı digər şəxslərə məxsus olmasını müəyyən etməmiş, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mül kiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olmasını yoxlamamış, bununla bağlı cavabdehdən və rayon Nəsimi rayon İcra Hakimiyyətindən sorğu edib sənədləri tələb etməmiş, həmçinin iddia tələbinin məhz mütləq qaydada 79,6 kv.m sahəyə, yoxsa daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə təmin edilib-edilməməsi ilə bağlı iddiaçının mövqeyini öyrənməmiş, bununla bağlı iddiaya hüquqi qiymət verməmişdir.
41. İPM-in 12 və 58-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli, kasasiya şikayəti qismən təmin edilməlidir.
42. Məhkəmə kollegiyas ı şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1031/2021saylı 23 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.