Məhkəmə qərarları › İş №2-1(102)-2225/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2225/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2225/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1949-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) ““ texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, daşınmaz əmlaka ünvan verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022ci il tarixli, 2-1(103)-359/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Mülkiyyət hüququ haqqında xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən 933 saylı aptekin (ayrıca tikili) mülkiyyətçisidir. İddiaçıya qeyri-yaşayış sahəsinə dair 12 avqust 1998-ci il tarixli texniki pasport verilmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış sahəsinə dair 24 yanvar 2006-cı il tarixdə Azərbaycan Resp ublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli sərəncamı ilə ünvan 3 ünvanda yerləşən iddiaçıya məxsus 933 saylı aptek binasının rekanstruksiya olunmasına, eləcə də Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018ci il tarixdə sözügedən ünvana dair tikinti obyektinin istismarına icazə verilmişdir. ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib olunmuşdur.

2. İddiaçı 24 dekabr 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasına aid texniki pasportun tərtib edilməsini, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsini xahiş etmişdir.

3. Cavabdeh 23 yanvar 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən qeyri-yaşayış binası ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 4 fevral 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 5 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan ver ilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 1998-ci il 12 avqust tarixli texniki pasport verilmişdir. 2006-cı il 24 yanvar tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 2006-cı il 31 yanvar tarixli sərəncamı ilə ünvan 3 ünvanda yerləşən iddiaçıya məxsus 933 saylı aptek binasının rekonstruksiya olunmasına icazə verilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 15 aprel tarixdə sözügedən ünvana dair tikinti obyektinin istismarına i cazə verilmişdir. ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib olunmuşdur. Sözügedən ünvana dair texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 2019-cu il 24 dekabr tarixdə cavabdehə ərizə ünvanlanmışdır. Cavabdeh cavabında göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 18 mart 2020-ci il tar ixli, 2-1(112)-3045/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3045/2020 nömrəli qərardadı ilə iddia “daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq ərizə ilə əvvəlcə iddiaya cavab verməli olan cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, həmin məzmunda iddia mümkün sayılmamalıdır.

11. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(112)-3045/2020 nömrəli qərarı ilə (X4) iddia qismən təmin edilmiş, iddiaçının ünvan 5 ünvanda yerl əşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ünvanında ziddiyyətlər mövcud olsa da, cavabdeh inzibati orqan inzibati icraat zamanı qeyd edilən halı araşdırmamışdır, həmçinin iş materiallarından görünür ki, cavabdeh inzibati orqan yalnız formal tələblərə əməl etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl ol unmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Cavabdeh orqan tərəfindən qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxılmasına dair öhdəlik qoyulmalıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(103)-833/2021 nömrəli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X18) Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış dır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1325/2021 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X1) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 2020-ci il 24 noyabr tarixli, 2- 1(112)-3045 /2020 nömrəli qərardadla “daşınmaz əmlaka ünvan verilməsi” tələbinə aid hissədə iddianı mümkün saymadığı halda, eyni tarixli qərarla həmin tələb üzrə iddianı həll etmiş, cavabdehin üzərinə iddiaçının “daşınmaz əmlaka ünvan verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi qoymuşdur. Beləliklə, məhkəmə iddia tələbindən kənara çıxmış, İPM-in 52-ci maddəsinin tələbini pozmuşdur. Cavabdeh imtina məktubunda, eyni ilə iddia tələbinə qarşı etirazında, bundan sonra isə apellyasiya şikayətində iddiaçının müraciəti və tələbi ilə bağlı mövqeyini (imtinanın səbəblərini) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarına, o cümlədən 2013-cü il 1 yanvar tarixədək inşa olunmuş qeyriyaşayış sahələrinə dair hüquqların qeydiyyatı ilə bağlı şərtləri müəyyən edən 8.0.9.2-ci maddəsinə is tinadla aşkar göstərmişdir. İşdə olan “İstismara hazırlıq aktı”na görə, qeyri-yaşayış sahəsi olan obyektin tikintisinə 2006-cı il 15 mart tarixdə başlanılmış, 2007-ci il 22 aprel tarixdə başa çatmışdır. Birinci instansiya məhkəməsi və onun hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi öz qərarlarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə istinad etsələr də, hazırkı iddianın həmin normanın dispozisiya şərtlərinə uyğun qaydada yoxlanılmasının və həllinin (müvafiq qərarın qəbul edilməsinin) mümkünsüzlüyünün səbəblərini göstərməmişlər. Eyni ilə, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi həmin normanın dispozisiya şərtləri, həmçinin tərəflərin dəlilləri ilə bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. ç. apellyasiya instansiyası mə hkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-359/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X2 və X12) ilə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.1998-ci il tarixli Texniki Pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 1 saylı satış sahəsi (18,9 m2 ), 2 saylı kabinet (7,3 m2 ), 3 saylı dərmanların hazırlanması (9,6 m2 ), 4 saylı mətbəx (3,2 m2 ), 5 saylı ayaqyolu (2,0 m2 ), 6 saylı dəhliz (1,5 m2 ), 7 saylı anbar (6,1 m2 ) tikililərindən ibarət olmaqla cəmi sahəsi 48,6 kv.m təşkil etmişdir. Eyni zamanda texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin tikinti sahəsi 63,7 kv.m təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının “Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 31 ünvanında yerləşən 933 saylı aptekin rekonstruksiya olunması haqqında” 35 nömrəli xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 saylı ünvanda yerləşən, İddiaçı məxsus 933 saylı aptek binasının rekonstruksiya olunmasına icazə verilmişdir. Həmçinin iş materiallarında olan notarial qaydada təsdiq edilmiş Xəzər Rayon İcr a Hakimiyyətinin Ə-10-149 nömrəli xx.xx.2018-ci il tarixli “Tikinti obyektinin istismarına İcazə”sinə əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. İş materiallarında olan ünvan 8 ünvanında vətəndaş İddiaçı məxsus qeyri-yaşayış obyektinin 2017-ci il tarixli, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Eskiz Layihəsindən görünür ki, qeyri yaşayış sahəsi 7 müxtəlif tikilidən ibarət olmaqla ümumi sahəsi 67,3 kv.m təşkil edir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6853 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki v əziyyətdə ölçüləri ayrı-ayrı tikililərin yerləşmə vəziyyəti və.s texniki göstəriciləri həmin qeyri-yaşayış sahəsinə dair 2017-ci il tarixdə tərtib edilmiş və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğundur. İşin hallarından da göründüyü kimi iddiaçıya məxsus qeyriyaşayış binasının rekonstruksiya olunmasına icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş, faktiki vəziyyətdə ölçüləri icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğun olmuş və obyektinin istismarına icazə verilmişdir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində qeyd e dilmişdir ki, iddiaçı müvafiq ünvanda yerləşən qeyri-yaşayış binasına dair texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi İlə bağlı xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İddiaçının müraciəti zamanı İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı müəyyən olunmuşdur ki, şəhadətnamə və texniki pasportda qeyd olunan qeyri-yaşayış binası sökülmüş və layihə əsasında tikintialtı sahəsi 72.4 kv.m olan yeni qeyri-yaşayış binası inşa edilmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Yeni inşa edilmiş tikilinin altında yerləşən torpaq sahəsinə dair sənəd, həmçinin, qeyri-yaşayış binasının tikintisinə icazə təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş sərəncam tikintiyə icazə verilməsi barədə deyil, yenidənqurma (rekonstruksiya) işlərinin aparılması barədədir. Təqdim edilmiş istismara icazə qanunvericiliyə uyğun şəkildə tərtib edilməmiş və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Ba,« İdarəsi tərəfindən razılaşdırılmamışdır. Hesab edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş v düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-359/2022 saylı qərarı ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

23. İddiaçı və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəy yən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9.2 çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə

15. Hüq uqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışında olmuş və bunun nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1325/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentya br 2021-ci il tarixli, 2-1(102)-1325/2021 nömrəli qərarında İPM-in 96.11-ci maddəsinı müvafiq olaraq, hazırkı inzibati mübahisəyə dair Ali Məhkəmənin hüquqi mövqeyi bildirilməklə, apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan konkret göstərişlər verilmişdir.

30. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-359/2022 nömrəli qərarının əsaslandırma hissəsindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almış və göstərişlərini yerinə yetirmiş, bunun nəticəsində də iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.

31. Belə ki, apellyasiya m əhkəməsi hazırkı inzibati mübahisəni təkrar həll edərkən “Normativ aktlar haqqında” Konstitusiya Qanununun 13.1, 13.2-ci maddələrinə, “İnzibati icraat haqqında” qanunun 1.1, 2.0.2, 2.0.4, 2.0.6-cı maddələrinə, İPM-in 2.2.2, 14.3, 34.1, 73.1-ci maddələrinə istinad edib, doğru olaraq qeyd etmişdir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zərur idir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər.

32. Bunun məntiqi və davamı olaraq yuxarıda göstərilmiş hüquq normalarına əsaslanan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Mülkiyyət hüququ haqqında xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə görə İddiaçı ünvan 2 ünvanında yerləşən 933 saylı aptekin (ayrıca tikili) mülkiyyətçisidir.

33. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının “Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 31 ünvanında yerləşən 933 saylı aptekin rekonstruksiya olunması haqqında” 35 nömrəli xx.xx.2006-cı il tarixli Sərəncamına əsas ən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 saylı ünvanda yerləşən, İddiaçı məxsus 933 saylı aptek binasının rekonstruksiya olunmasına icazə verilmişdir.

34. Məlum olduğu kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, ünvan 8 ünvanda yerləşən qeyri yaşayış binasına dair 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin aidiyyəti şöbəsinin mütəxəssisi tərəfindən keçirilmiş texniki baxış zamanı şəhadətnamə və texniki pasporta göstərilən tikintialtı sahəsi 63,7 m2 olan qeyri yaşayış binası sökülmüş, yerində tikintialtı sahəsi 72,4 m2 olan yeni 1-mərtəbəli tikili inşa edildiyi müəyyən edilmişdir.

35. Bununla belə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, notarial qaydada təsdiq edilmiş Xəzər Rayon İcra Hakimiyyətinin Ə-10-149 nömrəli xx.xx.2018-ci il tarixli “Tikinti obyektinin istismarına İcazə”sinə əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi inzibati mübahisəni həll edərkən düzgün olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 101.2-ci maddəsini, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 i yun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 4.7-1.2-ci bəndini, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1, 7.1, 8.0.1, 8.0.9.2, 12.1, 13.1, 15-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasna məsinin 2.0.3, 3.0.23, 3.0.24-cü bəndlərini tətbiq etməklə haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin ünvanında ziddiyyətlər mövcud olsa da, cavabdeh inzibati orqan inzibati icraat zamanı qeyd edilən halı araşdırmamışdır, həmçinin iş materiallarından görünür ki, cavabdeh inzibati orqan yalnız formal tələblərə əməl etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

37. Məlum olduğu kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ünvanında ziddiyyətlər mövcud olsa da, cavabdeh inzibati orqan inzibati icraat zamanı qeyd edilən halı araşdırmamışdır, həmçinin iş materiallarından görünür ki, cavabdeh inzibati orqan yalnız formal tələblərə əməl etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

38. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3045/2020 saylı qərardadı ilə iddia tələbinin daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Qərardaddan apelyasiya şikayəti verilməmişdir.

39. Bununla yanaşı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)3045/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının “ünvan 5 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsinin, dövlət reyestrindən çıxarışın verilməsinin və daşınmaz əmlaka ünvan verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

40. Beləliklə, birinci instansiya məhkəməsi 2020-ci il 24 noyabr tarixli, 2-1(112)3045/2020 nömrəli qərardadla “daşınmaz əmlaka ünvan verilməsi” tələbinə a id hissədə iddianı mümkün saymadığı halda, eyni tarixli qərarla həmin tələb üzrə iddianı həll etmiş, cavabdehin üzərinə iddiaçının “daşınmaz əmlaka ünvan verilməsi” ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi qoymuşdur.

41. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə iddia tələbindən kənara çıxmış, İPM-in 52-ci maddəsinin tələbini pozmuşdur və bu zaman İddiaçının müraciətinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olduğuna dair məhkəmələrin qənaətinə gəldikdə, birinci instansiya məhkəməsi bu qənaətin prosessual hüquqi əsası kimi İPM-in 73.2-ci maddəsinə istinad etmişdir.

42. Bununla əlaqədar apellyasiya məhkəməsi öz qərarında doğru olaraq vurğulamışdır ki, məhkəmə iddia tələbindən kənara çıxmış, İPM-in 52-ci maddəsinin tələbini po zmuşdur. birinci instansiya məhkəməsi istinad olunan maddəyə əsasən iddiaçının müraciətinə yenidən baxılması barədə cavabdehin üzərinə öhdəlik qoymuş, lakin həmin normada nəzərdə tutulan iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları göstərməmiş, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır.

43. İPM-in 73.3-cü maddəsində bununla bağlı olaraq təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirm əsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

44. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsi İPM-in 73.3-cü maddəsini təhlil edib haqlı olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məsələ İPM-in 73.3.3-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda tətbiq edilə bilər. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür.

45. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki yeganə dəlilini, yəni “sözügedən qeyri-yaşayış binası ilə bağlı tikintiyə icazə, tam tərtib edilmiş istismara icazə təqdim olunmamış və eskiz layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır və elektron kadastr məlumatına əsasən sənədlə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur” barədə dəlilin əsassız sayır, belə ki, ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.1998-ci il tarixli Texniki Pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 1 saylı satış sahəsi (18,9 m2 ), 2 saylı kabinet (7,3 m2 ), 3 saylı dərmanların hazırlanması (9,6 m2 ), 4 saylı mətbəx (3,2 m 2 ), 5 saylı ayaqyolu (2,0 m2 ), 6 saylı dəhliz (1,5 m2 ), 7 saylı anbar (6,1 m2 ) tikililərindən ibarət olmaqla cəmi sahəsi 48,6 kv.m təşkil etmişdir. Eyni zamanda texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin tikinti sahəsi 63,7 kv.m təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının “Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 31 ünvanında yerləşən 933 saylı aptekin rekonstruksiya olunması haqqında” 35 nömrəli xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 saylı ünvanda yerləşən, İddiaçı məxsus 933 saylı aptek binasının rekonstruksiya olunmasına icazə verilmişdir. Həmçinin iş materiallarında olan notarial qaydada təsdiq edilmiş Xəzər Rayon İcra Hakimiyyətinin Ə-10-149 nömrəli xx.xx.2018-ci il tarixli “Tiki nti obyektinin istismarına İcazə”sinə əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 30 ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. İş materiallarında olan ünvan 8 ünvanında vətəndaş İddiaçı məxsus qeyri-yaşayış obyektinin 2017-ci il tarixli, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Eskiz Layihəsindən görünür ki, qeyri yaşayış sahəsi 7 müxtəlif tikilidən ibarət olmaqla ümumi sahəsi 67,3 kv.m təşkil edir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6853 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə ölçüləri ayrı-ayrı tikililərin yerləşmə vəziyyəti və.s texniki göstəriciləri həmin qeyri-yaşayış sahəsinə dair 2017-ci il tarixdə tərtib edilmiş və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğundur. Ekspert rəyinin tədqiqatın nəticəsinə əsasən iddiaçıya məxsus ünvan 10 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda göstərilən texniki parametrlər (tikililərin yerləşmə vəziyyəti, ölçüləri, konfiqurasiyası, qeyri-yaşayış sahəsinin ümumi sahəsi) ilə həmin qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında fərq olduğu müəyyən edilir. Qeyd olunmuşdur ki, İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən 933 saylı qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə ölçüləri ayrı-ayrı tikililərin yerləşmə vəziyyəti və.s texniki göstəriciləri həmin qeyri-yaşayış sahəsinə dair Xəzər Rayon İcr a Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsinə uyğundur.

46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-359/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-359/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar