Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2226/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı ali təhsil haqqında bakalavr diplomunun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-304/2019 sayl ı iş üzrə 18 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsinə əsasən işə Ali Məhkəmənin binasında 30 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçının Ukrayna Respublikası Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən verilmiş bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 iyul 2018-ci il tarixli qərarı ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şi kayəti vermişdir. İddiaçı və vəkili ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək kassasiya şikayətindən imtina etdiklərini, şikayəti geri götürdükləri üçün icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili ərizənin təmin edilməsini xahiş etmişlər. İddiaçı və vəkilinə şikayətdən imtinanın nəticələri izah edilmiş, onlar ərizələrini müdafiə etdiklərini bildirmişlər. əsaslandırma hissəsi: İddiaçı və vəkilinin ərizəsi nəzərə alınaraq kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 97.1-ci maddəsinə əsasən kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. İPM-in 97.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. İPM-in 97.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Kassasiya şikayətinin geri götürülməsinin nəticələri iddiaçı və vəkilinə izah edilmişdir. Bəhs olunan prosessual hüquq normalarına əsasən iddiaçı və vəkilinin ərizəsinə əsasən kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 97 və 98.1-ci maddələrini rəhbər tutaraq qərar verdi: Ərizə təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-304/2019 saylı, 18 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayəti üzrə
Məhkəmə qərarları › İş №2-1(102)-2226/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2226/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver