Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2226/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sosial müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin Bakı şəhəri 1 saylı Xidmət Nümayəndəliyinə qarşı social müavinətin ödənilməsi öhdəliyinin qoyulması tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-660/2021 nömrəli iş üzrə 09.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 24 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1992-ci ildən 28.06.2010-cu il tarixdək verilməli olan müavinətin ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh 24.02.2020-ci il tarixli, **********2 nömrəli məktubla Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinədən keçmədiyini və ona 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq əlillik dərəcəsi təyin olunmadığını əsas g ötürərək qeyd olunan dövr üçün iddiaçıya sosial müavinətin ödənilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı ona xx.xx.1992-ci il tarixdən 28.06.2010-cu il tarixədək ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992ci ildə Qaradağ rayonunda anadan olmuşdur. Doğulduğu gündən ona orta dərəcəli kəmağıllılıq diaqnozu qoyulmuş və mütəmadi dərmanlar qəbul etməklə bu günə qədər həmi n diaqnoz ilə müalicə olunur. 30.05.2018-ci il tarixdə atası Azər Məmmədov vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3260/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qərarına əsasən İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu, 18 yaşından yuxarı olduğu dövrdə isə əlil olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və 30.05.2018-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddiaçı anadan doğulduğu vaxtdan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarına əsasən müəyyən edildiyi üçün və buna görə müavinət almadığından hesab edirlər ki, onun 18 yaşına çatanadək almalı olduğu və ödənilməmiş xx.xx.1992-ci ildən 28.06.2010-cu il tarixədək müavinətin məbləği hesablanaraq ona ödənilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı aldıqdan sonra 03.02.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə müraicət edərək, İddiaçı xx.xx.1992-ci ildən 28.06.2010-cu il tarixədək verilməli olan müavinətin ödənilməsini xahiş etmişlər. Lakin, cavabdeh qurum **********2 saylı, 24.02.2020-ci il tarixli cavab məktubunda ərizədə göstərilən dövrlərdə İddiaçı Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinədən keçmədiyini və ona 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq əlillik dərəcəsi təyin olunmadığını əsas göstərərək qeyd olunan dövr üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Çünki, imtina məktubunda qeyd e dilən hallar və İddiaçı əlillik dərəcəsini gec almasını və sağlamlıq imkanlarının məhdudluğuna görə vaxtında müavinət ala bilməməsinin səbəbi, səlahiyyətli orqanların məsuliyyətsizliyinin olması Ali Məhkəmənin qərarında müəyyən eidlmişdir. Lakin, ərizəsinə əlavə etməsinə baxmayaraq, cavabdeh qurum Ali Məhkəmənin qərarını nəzərə almayaraq əsassız olaraq müraciətlərindən imtina etmişdir.
4. Birinci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(112)3975/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara almışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4, 7.0.3-cü maddələrinə, İPM-in 52, 68.1, 68.2-ci maddələrinə istinad edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 2-1(103)-660/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(112)-3975/2021 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul ediməsi, iddianın qismən təmin edilməsi, 28 iyun 2007-ci il tarixdən 28 iyun 2010-cu il tarixədək ödənilməli olan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 4.0, 4.0.1.4, 7.0, 7.0.4, 9.1, 9.1.3-cü maddələrini rəhbər tutaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
8. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşin halları üzrə ilk olaraq qeyd edilməlidir ki, iddiaçının iddias ının təmin edildiyi hissədə, yəni 28.06.2007-ci ildən 28.06.2010-cu il tarixədək olan müddətdə ona əlillik dərəcəsi təyin olunmadığından və əlilliyə görə sosial müavinətin ödənilməsi üçün onun tərəfindən DSMF-nin yerli şöbələrinə müraciət edilmədiyindən iddiaçıya həmin illər üzrə sosial müavinətin verilməsindən imtina edilməsi qanunvericiliyə tam uyğundur. Əlilliyin qiymətləndirilməsi üzrə səlahiyyətli orqan tibbi-sosial ekspert komissiyaları olduğundan, hazırkı halda isə tibbi-sosial ekspert komissiyası tərəfindən 1992-2010-cu il tarixləri arasında iddiaçının əlilliyinin müəyyən edilməsinə dair sənəd mövcud olmadığından və iddiaçının əlilliyi 1 saylı Zona TSEK tərəfindən 11.11.2010-cu il tarixdə əmək qabiliyyəti olmayan şəxs hesab olunduğundan ona həmin dövr üçün müavinətin ödənilməsi qey ri-mümkündür.
9. Həmçinin, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
10. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir.
11. Əlavə olaraq hesab edir ki, əgər iddiaçıya son 3 ilə görə sosial müavinət hesablanıb ödənilərsə belə, bu müraciət tarixindən əvvəlki dövrü əhatə etməlidir. Şəxs isə 2020-ci ildə belə bir müraciət etmi şdir. Belə olan halda ona ən yaxşı halda 2017ci il tarixindən sosial müavinət ödənilə bilərdi. Hazırkı iş üzrə iddiaçı müraciət vaxtını ötürdüyündən onun sosial müavinət almaq hüququ istisna edilir.
12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 09.08.2021-ci il tarixli, 2-1(103)660/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçının kassasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, AR Ali Məhkəməsi İK-nın 2-1(102)-3260/2019 nömrəli iş üzrə 17.12.2020-ci il tarixli qərarı ilə iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edi lən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğu müəyyən edilmiş, habelə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin müəyyən edilmədiyi bildirilmişdir. Həmçinin qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona sosial müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin möv cudluğu isə iş materialları ilə təsdiqini tapmır (İPM-in 14.3-cü maddəsi), “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.4-cü maddəsinin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, iddiaçının əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsinə əsaslanan cavabdehin 24.02.2020-ci il tarixli **********2 nömrəli imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
14. Göstərilənlərə əsasən iddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya i nstansiyası məhkəməsinin 09.08.2021-ci il tarixli, 2-1(103)-660/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0.1. Sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0.1.4. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; Maddə 7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qayd ada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir; Maddə 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə; Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı ol mayaraq ödənilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə.96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iş materiallarına əsasən iddiaçının 28.06.2007-ci ildən 28.06.2010-cu il tarixədək olan müddətdə ona əlillik dərəcəsi təyin olunmadığından və əlilliyə görə sosial müavinətin ödənilməsi üçün onun tərəfindən DSMF-nin yerli şöbələrinə müraciət edilmədiyindən iddiaçıya həmin illər üzrə sosial müavinətin verilməsindən imtina edilməsi qanunvericiliyə tam uyğundur.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehi n kassasiya şikayətindəki dəlili əsassızdır.
22. Belə ki, iş materiallarından göründüyü kimi, 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 03.12.2010-cu il tarixli, SER TSE-01 117344 nömrəli arayışına görə iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir.
23. Həmçinin iş materiallarından müəyyən olur ki, Bakı Şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 17.12.2018-ci il tarixli 131 nömrəli “Vətəndaş Qanuni nümayəndə övladı xx xxxx 1992-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi haqqında” sərəncamı ilə Qanuni nümayəndə fəaliyyət qabiliyyəti olmayan iddiaçı üzərində qəyyum təyin edilmişdir.
24. Eyni zamanda iş materiallarında olan 18.02.2019-cu il tarixli, 46 nömrəli tibbi arayışa görə, iddiaçı həqiqətən 9 nömrəli BUX-un poliklinika şöbəsində 10.0 7.1992-ci il tarixdən 28.06.2010-cu il tarixədək dispanser qeydiyyatında olmuşdur. Diaqnozu - orta dərəcəli kəmağıllıq olmuşdur.
25. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 3260/2019 nömrəli iş üzrə 17.12.2020-ci il tarixli qərarına əsasən “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 21(81)-1487/2019 saylı iş) 12 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 30.05.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu, 18 yaşından yuxarı olduğu dövrdə isə əlil olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-məruzəçi, X10 və X6, 2-1(103)-22/2019 saylı iş) 22 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik 18 yaşından sonra təyin olunmuş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.5-ci bəndinin tələbi qaydasında tibbi-sosial ekspert komissiyaları tərəfindən onun sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunmamış, halbuki, “Əmək pensiyaları h aqqında” Qanunun 14.1.1.2-ci maddəsi bu halın 18 yaşınadək müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X1 və X2, 2-1(102)-1485/2019 saylı iş) 29 may 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçıya 18 yaşı tamam olduqdan sonra təyin edilmiş əlillik dərəcəsi sonradan yaranmış xəstəlik nəticəsində təyin olunmamış, uşaqlıqdan müəyyən edilmiş orta dərəcəli kəmağıllıq diaqnozu əsasında təy in edilmiş, işə əlavə edilmiş çoxsaylı tibbi sənədlərdən, xəstəlik tarixindən çıxarışlardan iddiaçının məhz 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğuna görə onun vəfat etmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ müəyyən edilsə də, apellyasiya məhkəməsi işin qeyd edilən faktiki hallarını və mövcud sübutları düzgün qiymətləndirməmiş, işin yalnız formal tərəflərinə əsaslanmaqla iddia tələbini təmin etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X8-məruzəçi, X12 və X11, 2-1(103)1932/2019 saylı iş) 08 avqust 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
27. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci ildə doğulduğu andan 28.06.2010-cu il tarixədək 18 yaşınadək olan yaş dövründə kəmağıllıq xəstəliyindən əziyyət çəkmiş, tibb müəssisələrində müayinədən keçmiş, müalicə olunmuş, xəstəliyi xronoloji xarakter daşımış, mütəmadi sağlamlıq imkanları məhdud olmuş, lakin həmin dövrdə ona əlillik dərəcəsi verilməmiş, 18 yaş həddinə çatdıqdan az sonra ona (1 saylı Zona TSEK tərəfindən) 11.11.2010-cu il tarixdən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur.
28. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, “iddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, bun unla yanaşı Qanunun qeyd olunan 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin də müəyyən edilmədiyini və ona 1 saylı Zona TSEK tərəfindən 18 yaşı bitdiyində dərhal sonra, 11.11.2010-cu il tarixdə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin verildiyi - bütün bunlar “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində qeyd olunan hər iki şərtin mövcudluğunu sübuta yetirir.
29. İddiaçının atası 30.05.2018-ci il tarixdə vəfat etdiyindən və iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olduğundan, onun atasının vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır.”
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona sosia l müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilirmiş, iddiaçının əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsinə əsaslanan cavabdehin 24.02.2020-ci il tarixli, **********2 nömrəli imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur.
31. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək, qanuni və ədalətli qərar qəbul etmişdir.
32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 09.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 21(103)-660/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.