Məhkəmə qərarları › İş №2-1(102)-2227/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2227/2019

15.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2227/2019 15.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.04.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşının tamam olduğu 26.08.2012-ci il tarixindən güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, əmək pensiyasının baza hissəsinin üzərinə fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanmasının və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-852/2019) iddianın təmin edilməsi, iddiaçıya 52 yaşının tamam olduğu 26.08.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının baza hissəsinin üzərinə fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üz ərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.04.2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abıyeva; iş № 21(103)-883/2019) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli Qərarının qismən - «əmək pensiyasının baza hissəsinin üzərinə fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması» hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın qismən - “«əmək pensiyasının baza hissəsinin üzərinə fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması» hissəsində ləğv edilməsi və iddianın həmin hissəd ə təmin edilməməsi” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə qismən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası M PM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçı cavabdeh şöbəyə qarşı məhkəmədə 2 iddia tələbi ilə çıxış etmiş, bunlardan 1-cisi güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçən dövr üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi; 2-cisi isə əmək pensiyasının baza hissəsinin üzərinə fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması və keçən dövr üçün hesablanaraq birdəfəlik ödənilməsi olmuşdur. 1-ci instansiya məhkəməsi öz qərarında hər iki iddia tələbini təmin etsə də, apellyasiya instansiya məhkəməsi bu qərarı 2-ci tələbə aid hissədə ləğv etmiş və həmin iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından cavabdeh şöbə kassasiya şikayəti verməmişdir. Həmin qərarın iddiaçının 2-ci tələbi hissəsində, bu tələbin təmin edilməməsindən iddiaçı kassasiya şikayəti vermişdir ki, kassasiya baxışı şikayət həddində bu hissədə olan apellyasiya instansiya məhkəməsi nin qərarı üzərində qurulacaq. Araşdırılan qərarın iddiaçının 2-ci tələbinə aid hissəsindən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı əmək pensiyasının baza hissəsinin üzərinə fəlsəfə doktoru elmi dərəcəsinə görə əlavənin hesablanmasını, bu əlavənin keçən dövr üçün hesablanaraq birdəfəlik ödənilməsini tələb etsə və bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinin 01.07.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına istinad etsə də, işin materiallarına əlavə edilmiş AMEA Fizika İnstitutunun verdiyi 24.10.2018-ci il tarixli Arayışa görə, iddiaçı, 01.10.2012-ci il tarixdən 02.07.2018-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğuna görə, ona ə mək haqqı hesablanmamış və DSMF-yə ödəniş edilməmişdir. Arayışdan göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən dövrdə Fizika İnstitutundan işdən çıxmamış, yalnız uzun müddət ödənişsiz məzuniyyətə olmuşjur, bu da fərqli hallardır. Lakin istinad olunan Qanunun 19.3-cü maddəsinin köhnə redaksiyasında söhbət əlavələrin yalnız işləməyən şəxslərə verilməsi nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsin ə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Oxşar müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinin hazırki redaksiyasında da öz əksini tapmışdır, burada fərq ondan ibarətdir ki, qeyd edilən əlavə pensiyanın baza hissəsində deyil, onun sığorta hissəsinə hesablanır. Lakin maddənin yeni redaksiyasında da, əlavənin yalnız işləməyən pensiyaçılara aid olduğu nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçının 2-ci iddia tələbi təmin oluna bilməzdi. Azərbaycan Respublikası Konstitusiyasının 3 8-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; iddiaçı kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Eyni zamanda iddiaçıya izah olunmalıdır ki, O, işdən pensiyaya çıxdığı tarixdən (2018-ci ildən) yuxarıda tələb etdiyi əlavənin onun pensiyasına hesablanmasını tələb hüququna malik olacaqdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəli lləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.04.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.04.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar