Məhkəmə qərarları › İş №2-1(102)-2227/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2227/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2227/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; kassasiya şikayətinin verilməsinin prosessual müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehə cərimə tətbiq edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-946/2021 nömrəli, 2021-ci il 22 fevral tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehə cərimə tətbiq edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli, 2-1(112)-6740/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-946/2021 nömrəli, 2021-ci il 22 fevral ta rixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı məhkəməyə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21(103)-946/2021 nömrəli iş üzrə 2021-ci il 22 fevral tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə müraciət etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-946/2021 nömrəli, 2021-ci il 24 may tarixli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-946/2021 nömrəli iş üzrə 2021-ci il 22 fevral tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilmişdir.

7. İddiaçı 2021-ci il 22 fevral tarixli qərardaddan kassasiy a şikayəti verərək qərardadın ləğv olunmasını və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT.

8. İddiaçının nəzərinə çatdırılmışdır ki, iddiaçıya hüquqi yardımın göstərilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli 2-1(103)946/2021 nömrəli qərardadından kassasiya şikayəti verməsi üçün həmin məhkəmənin 2021-ci il 24 may tarixli 2-1(103)-946/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır. Həmin qərardad 2021-ci il 22 iyun tarixində Bakı şəhəri 4 saylı Vəkil Bürosuna icra edilməsi üçün göndərilmiş və həmin tarixdə order tərtib edilmişdir. Lakin kassasiya şikayəti 2021-ci il 23 sentyabr tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.

9. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət təqdim etmişdir.

10. Vəsatətdə bildirilmişdir ki, kassasiya şikayətinin hazırlanması üçün ayrılmış vəkil iddiaçı ilə əlaqə saxlamamış, apellyasiya instansiyası məhkəməsinin əməkdaşı iddiaçı ilə əlaqə saxlamış və kassasiya şikayətinə qol çəkməsini bildirmişd ir. İddiaçının hansı vəkil tərəfindən kassasiya şikayətinin tərtib olunmasından xəbərdar olmamışdır. İddiaçı buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə-İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısın a həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1 bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

12. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

13. Məhkəmə qərarından kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.

14. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

15. İddiaçı bəyan edir ki, kassasiya şikayətinin hazırlanması üçün ayrılmış vəkil iddiaçı ilə əlaqə saxlamamış, apellyasiya instansiyası məhkəməsinin əməkdaşı iddiaçı ilə əlaqə saxlamış və kass asiya şikayətini imza etməsini bildirmişdir. İddiaçının hansı vəkil tərəfindən kassasiya şikayətinin tərtib olunmasından məlumatı olmamışdır.

16. Məhkəmə kollegiyası iddiaçının dəlilini vəsatətin təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, 4 saylı Vəkil Bürosunun Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 2021-ci il 19 oktyabr tarixli, 369 №-li məlumat məktubu və ona əlavə olunmuş sənədlərə (o cümlədən, poçt sənədi ilə) müəyyən olunur ki, həmin Büronun vəkili Vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti imzalanması üçün 2021-ci il 7 sentyabr tarixdə iddiaçının ünvanına göndərilmiş, lakin poçt göndərişinin qəbulundan iddiaçı imtina etmişdir. İmtina barədə qeyd poçt sənədində göstərilmişdir. Vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayəti (iddiaçının imzası olmada n) apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. İddiaçının da vəsatətində qeyd etdiyi nəzərə alındıqda, o, həmin şikayəti apellyasiya instansiyası məhkəməsinin əməkdaşı onunla əlaqə saxlayaraq kassasiya şikayətini imza etməyi bildirdikdən sonra imzalamışdır.

17. Beləliklə, vəkil orderinin 2021-ci il 22 iyun tarixdə verildiyi, vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətinin imzalanması üçün 2021-ci il 7 sentyabr tarixdə iddiaçının ünvanına göndərildiyi nəzərə alınmaqla, prosessual müddətin ötürülməsi hətta vəkilin hərəkətsizliyi ilə bağlı olduqda belə, bu, tapşırıq verən üçün (iddiaçı bu tapşırığı məhkəmə vasitəsilə - “vəkil təyin etmə barədə” ərizəsi ilə vermişdir) hüquqi nəticələr yaratdığından, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

18. Yuxarı da göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-946/2021 nömrəli, 2021-ci il 22 fevral tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar