Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2227/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-hökumət təşkilatının qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1987-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı2 (xx.xx.1986ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı3 (xx.xx.1987-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirl iyinə qarşı “qeyri-hökumət təşkilatının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2-1(103)-2205/2022 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar ərizə ilə cavabdehə müraciət edərək “X1” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
2. Cavabdeh 11 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar 20 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X2” İctimai Birliyinin dövlət qeydiyyatına alınaraq qeyrikommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar “X1” İctimai Birliyini təsis etmişlər və cavabdehə müraciət edərək ictimai birliyin dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qurumun adında ictimai birli yin fəaliyyətinin xarakteri göstərilməmişdir. Qurumun adında fəaliyyət xarakteri göstərilmişdir. Qurumun adı “X1”dir. Qurumun adından bəllidir ki, qurum hər hansı təşkilat bağlılığı olmayan hüquqşünaslar arasında şəbəkələnmə fəaliyyətini göstərmək niyyətindədir. Azərbaycan Dilinin İzahlı Lüğətinə əsasən “Şəbəkə” sözü isim olub digər mənaları ilə yanaşı həmçinin hər hansı bir ərazidə yerləşən oxşar idarələrin, müəssisələrin və s.-nin məcmusu mənasına gəlir. Həmçinin Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinə görə Azərbaycan dilində şəbəkələnmək feli mövcuddur. Göründüyü kimi, Azərbaycan ədəbi dilində şəbəkə oxşar sahədə olan subyektlərin və obyektlərin birgə fəaliyyəti mənasını verir. Bu halda fel kimi şəbəkələnmək də oxşar sahədə olanların birgələnməsi mənasına gəlir. Nəticə etibarı ilə qurum un adında göstərilən “şəbəkə” ifadəsi onun fəaliyyətinin xarakterini ifadə edir. Bu halda qurumun fəaliyyətinin xarakteri hər hansı təşkilat bağlılığı olmayan hüquqşünaslar arasında “şəbəkələnməyi”, yəni oxşar maraqlar naminə məcmu (birgə) fəaliyyət göstərməyi nəzərdə tutur. Bu baxımdan cavabdehin mövqeyi əsassızdır. Qanunvericilikdə “fəaliyyətin xarakteri” ifadəsi aydınlaşdırılmamışdır. Amma sözün adi mənasında “xarakter” – səciyyə, əlamət mənasına gəlir. Fəaliyyətin xarakteri dedikdə isə görülən işin mahiyyəti, məğzi başa düşülməlidir. Qanunvericilikdə “fəaliyyət xarakteri” Mülki Məcəllənin 109.11-ci maddəsində kooperativlərə münasibətdə qeyd edilir. Həmin normadan görünür ki, qanunverici kooperativləri fəaliyyət xarakterinə görə istehsal, istehlak və qarışıq növlərə bölür. Bu normadan a ydın görünür ki, fəaliyyət xarakteri dedikdə qanunverici fəaliyyətin mahiyyətini, istiqamətini və s. əlamətini başa düşür. Buna əsasən də iddiaçıların təsis etdikləri “MHŞ”-in adında olan “şəbəkə” ifadəsi də həmin qurumun fəaliyyətinin mahiyyətini, istiqamətini və ya əlamətini müəyyən edir. Bundan əlavə cavabdeh imtinasını əsaslandırmamışdır. Belə ki, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 60-61-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Cavabdeh “fəaliyyət xarakteri” dedikdə nəyi nəzərdə tutduğunu izah etməmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(112)-2467/2022 nömrə li qərarı ilə (hakim Hаcıbəyоvа Miminаt Tаcib qızı) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçıların təsis etdikləri qeyri-hökumət təşkilatının adında qeyri-hökumət təşkilatının fəaliyyətinin xarakteri ifadə edilməmişdir. Belə ki, iddiaçılar yaratdıqları ictimai birliyi “X1” İctimai Birliyi adlandırmışlar və fəaliyyətin xarakteri fel formasında ifadə edilə bildiyi halda (Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir) birliyin adında fəaliyyəti (hərəkəti) bildirən fel (söz) mövcud deyildir. Belə olan halda, məhkəmə iddiaçıların müraciətinin təmin edilməməsi ilə cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulmasına yol verilməsini müəyyən etməmişdir.
8. İddiaçılar həmin qərardan apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2-1(103)-2205/2022 nömrəli qərarı ilə (hakimlər: X5-sədrlik edən və məruzəçi, X6 və X3) Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “dəstək, kömək, yardım və sair” sözlərinin fəaliyyət xarakteri kimi istifadəsini məqbul saymışdır. Lakin şəbəkə sözünün niyə bu siyahıya aid olmadığını aydın göstərməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi (gəldiyi qənaət) ziddiyyətli və natamamdır. Həmçinin QHT-nin adlandırılmasında onun fəaliyyətinin xarakteri göstərilməlidir (substantiv tələb). Ümumi adlandırma müddəasının substantiv tələbinin bu cür şərhi həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1-ci maddəsini nəzərdən keçirilməsi vasitəsilə aydınlaşdırıla bilər. Belə ki, həmin normaya əsasən: “Qeyri-hökumət təşkil atının nizamnaməsində qeyri-hökumət təşkilatının.... fəaliyyətinin məqsədləri... müəyyən edilməlidir.” Bundan başqa, qurumun adında göstərilən “şəbəkə” ifadəsi onun fəaliyyətinin xarakterini ifadə edir. Bu halda qurumun fəaliyyətinin xarakteri hər hansı təşkilatı bağlılığı olmayan(“müstəqil” sözü bu mənada istifadə edilib) hüquqşünaslar arasında “şəbəkələnməyi”, yəni oxşar maraqlar naminə məcmu (birgə) fəaliyyət göstərməyi nəzərdə tutur. Bu baxımdan cavabdehin mövqeyi əsassızdır. Ədliyyə Nazirliyi adında “şəbəkəsi” sözü olan MHŞ ilə oxşar formada adı olan ictimai birlikləri, hətta adı bir sözdən ibarət olan ictimai birlikləri qeydiyyata almışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Q eyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun: Maddə
2. Qeyri-hökumət təşkilatı 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır.... Maddə
3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer 3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumları nın və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz... Maddə
13. Qeyri-hökumət təşkilatının nizamnaməsi 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyrihökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir....
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qayd asında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9
6. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şi kayət mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusə n məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxa rıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi qeyri-hökumət təşkilatının qeydiyyata alınması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçıların təsis etdikləri qeyri-hökumət təşkilatının adında qeyrihökumət təşkilatının fəaliyyətinin xarakteri ifadə edilməmişdir. Cavabdeh də «Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Qanunun 3.1-ci maddəsinə istinad edərək iddiaçılar tərəfindən təqdim olunmuş sənədlərdə qurumun adında onun fəaliyyət xarakterinin müəyyən olunmadığını əsas gətirməklə qeydiyya tla bağlı sənədləri geri qaytarmışdır.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür.
24. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2-1(103)-2205/2022 nömrəli qərarı iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.