Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2227/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” barədə iddia tələbi üzrə yeni açılmış hallarla bağlı ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizəsinə dair iş üzrə Şirva n Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel N0N4-cü il tarixli, N-1(106)-N44/N0N4 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmrin ləğv edilərək hərbi xidmətə bərpa olunması və işləmədiyi müddətdə almadığı əmək haqqı məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 5 aprel N0NN-ci il tarixli, N-1(11N)-5695/N0NN nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN nömrəli qərarı ilə iddia təmin edilmişdir.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel N0N3-cü il tarixli, N-1(106)-190/N0N3 nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.
6. Cavabdeh orqan tərəfindən qərardaddan kassasiya şikayəti verilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N3-cü il tarixli, N-1(10N)-17N4/N0N3 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel N0N3-cü il tarixli, N-1(106)-190/N0N3 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. Cavabdehin nümayəndəsi məhkəməyə “yeni açılmış hallara dair” ərizə ilə müraciət edərək, inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xidmət dövründə yol verdiyi nöqsanlara görə Müdafiə nazirinin N oktyabr N015-ci il tarixli əmri ilə “Hərbi Xidmət Keçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən-xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. N7 sentyab r N0N0-ci il tarixdə ordu sıralarına səfərbər olmuş, N nömrəli hərbi hissənin tabor komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin N7 yanvar N0N1-cl il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Məhkəmə qərarında iddiaçının 44 günlük vətən müharibəsində iştirakı və faəliyyətini nəzərə alaraq həmçinin, iddiaçının Tərtər Hərbi Məhkəməsinin 1N iyun N007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.N-ci maddəsinə əsasən məhkum edilməsinə istinad edilərək hazırki halda iddiaçının ilkin müraciətindən imtina edilməsinin düzgün olmamasına, 1 may N0N0-ci il tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi, maddənin AR CM-dən çıxarılması və dekriminallaşmasına istinad edərək iddia tələ binin təmin edilməsi qənaətinə gəlinmişdir. İcraatın təzələnməsinin faktiki əsası ilə əlaqədar qeyd edilir ki, inzibati işə Şirvan İnzibati Məhkəməsində baxılarkən hazırkı mübahisə üzrə müəyyən sənədlərin məxfi olması səbəbindən vaxtında təqdim edilməməsi cavabdehin məhkəmə araşdırılması zamanı inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılması hüququndan məhrum etmişdir. Belə ki, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı barəsində N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmr ləğv edilmiş, İddiaçı ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmə tərəfindən qərara alınmışdır. İnzibati iş Şirvan İnzibati Məhkəməsində baxılan zaman iddiaçının şəxsi işinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində saxlandığından və inzibati işə məhkəmədə baxılan zaman şəxsi işə baxış keçirilməsi həmin dövrdə mümkün olmadığından, digər tərəfdən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə nazirinin N8 yanvar N0N1-ci il tarixli əmrinin verilməsinə əsas olmuş N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli təqdimatı məxfi olduğundan və məxfi təqdimata lazımi qaydada əsaslandırılmış sorğu əsasında yalnız 31 oktyabr N0N3-cü il tarixdə baxış keçirildiyindən inzibati iş üzrə yeni açılmış hallar üzrə icraat qaydasında məhkəmə baxışının təzələnməsi zərurəti yaranmışdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N 0 yanvar N0N1-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamına əsasın 4-cü Ordu Korpusunun tabeliyində olan briqada və Əlahiddə taborların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə qəbul olunmuş adları qeyd olunmuş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlərin ünvana göndərilməsi bildirilmiş, İddiaçı adının siyahıda adı 6 nömrə ilə qeyd edilmiş və polkovnik-leytenant İddiaçı Əliağa oğlunun sənədlərinin qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərildiyi qeyd edilmişdir. Beləliklə də iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas Azərbaycan Respu blikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamı olmuşdur və əmrin ləğvi üçün əsaslar müəyyən olunmamışdır. İddiaçı öz növbəsində ehtiyata buraxılmasına dair N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmri deyil, yenidən xidmətə qəbuluna dair edilən müraciətə cavabdeh tərəfindən verilən imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməli idi. Ərizənin təmin olunmasını, İddiaçı Əliağa oğlunun N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmrin ləğv edilməsi, İddiaçı ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair N-1 (1N0)-174N/N0NN nömrəli inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icr aatın təzələnməsi barədə qərardad qəbul edilməsini, İddiaçı barəsində N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmrin ləğv edilməsi, İddiaçı ehtiyata buraxıldığı gündən (işləmədiyi müddətdə) almadığı vəzifə maaşının (əmək haqqı məbləğinin) ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ərizəyə əlavə təqdim edilərək, ərizəyə baxılarkən qeyd olunan halların da nəzərə alınmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli N-1(1N0)-174N/N0NN nömrəli qərarının əsaslandırıcı hissəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 1 may N0N0-ci il tarixli 68-VİQD nömrəli qanuna istinad edilmiş, AR CM-in 331.N-ci maddəsinin (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) Məcəllədən çıxarıldığı, bununla da əməlin dekriminallaşması qeyd edilmişdir. Bununla əlaqədar olaraq qeyd etmək zəruridir ki, Tərtər Hərbi Məhkəməsinin 1N iyun N007-ci il tarixli hökmünə əsasən İddiaçı N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsini yerinə yetirərəkən tabeliyində olan həmin bölüyün əsgəri V.O.Əliyevi icazə almadan tabordan hərbi hissənin qərargahına getməsi və sıra baxışına gecikdiyi üçün sıraya durmağını tələb edərək yumruqla bir dəfə sağ gözaltı nahiyyəsinə qəsdən vuraraq təhqir etdi yi müəyyən edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-in 3N9.1-ci maddəsində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Zor tətbiq etmə dedikdə zərərçəkmişin sağlamlığına yüngül zərər vurmanı, sağlamlığa zərər vurmadan hər hansı fiziki zorakılığı, döyməni və sair nəzərdə tutulur. Tabelikdə olan şəxsin hərbi xidmət üzrə vəzifələrini yerinə yetirməsi zamanı və ya yerinə yetirilməsi ilə əlaqədar rəisin ona zor tətbiq etməsi hallarında bu əməllər Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsinin tərkibini yaratmış olur. Bununla da, İddiaçı törətdiyi əməl hazırda Azərbaycan Respublikası CM-nin 3N9.1-ci ma ddəsinin tərkibi ilə əhatə olunduğundan onun əməlinə münasibətdə dekriminallaşma şamil oluna bilməz. Azərbaycan Respublikası müdafiə nazirinin “Azərbaycan Orusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr N0NN-ci il tarixli 369 nömrəli əmrinin tətbiqi zamanı qarşıya çıxan məsələlərin həllinə dair metodiki göstərişə əsasən AR CM-nin 331.N-ci maddəsinin köhnə redaksiyası (rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) ilə məhkum edilmiş şəxslər barəsində rəy verilərkən cinayət zor tətbiq etməklə törədildikdə bağlaşmanın imzalanmasından imtina edilməlidir, (əsas hazırda olan qüvvədə olan CM-nin 3N9.1 və 330.1-ci maddələri). Bununla da, Şəxsi Heyət Baş İdarəsinin 15 dekabr N0N1-ci il tarix li 1/A-N0701 nömrəli məktubuna əsasən əsaslı olaraq İddiaçı xidmətə yenidən qəbul edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Orusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr N0NN-ci il tarixli 369 nömrəli əmrin tətbiqi zamanı qarşıya çıxan məsələrin həllinə dair metodiki göstərişin surətini təqdim edərək yeni açılmış hallar üzrə ərizəyə baxarkən qeyd olunan xüsusatların əlavə olaraq nəzərə alınmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.
11. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)-5347/N0N3 saylı qərardadı ilə (hakim A.A.Hüseynova) ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə yeni açılmış hallarla bağlı ərizəsi təmin edilmiş və icraat təzələnmi şdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “yeni açılmış hallarla bağlı” ərizəyə baxılması üzrə yaranmış zərurətlə əlaqədar məhkəməyə baxış üçün təqdim edilən məxfi sənəd üzrə N nömrəli hərbi hissə komandirinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamına əsasında 4-cü Ordu Korpusunun tabeliyində olan briqada və Əlahiddə taborların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə qəbul olunmuş adları qeyd olunmuş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlərin ünvana göndərilməsi bildirilmiş, İddiaçı adının siyahıda adı 6 nömrə ilə qeyd edilmiş və polkovni k-leytenant İddiaçı Əliağa oğlunun sənədlərinin qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərildiyi qeyd edilmişdir. İddiaçı ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olaraq Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamı göstərilmişdir. İddiaçı tərəfindən yenidən xidmətə qəbuluna dair edilən müraciətlə bağlı inzibati mübahisə və ya xx.xx.N015-ci il tarixli, 061N saylı həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr mübahisələndirilməli olduğu halda, ehtiyata buraxılması barədə N8 yanvar N0N1-ci il tarixli 017N nömrəli əmri mübahisələndirilmişdir. Həmçinin Tərtər Hərbi Məhkəməsinin 1N iyun N007-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 331.N-ci maddəsi ilə t əqsirli bilinərək, barəsində CM-nin 6N.1 maddəsi ilə tətbiq olunmaqla bu məcəllənin 44-cü maddəsinə əsasən şərti maliyyə vahidi məbləğinin üç yüz misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. İPM-in 58.8-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı tərəfindən CM-in 331.N-ci maddəsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 1 may N0N0-ci il tarixli 68-VİQD nömrəli qanuna istinad edilmiş, AR CM-in 331.N-ci maddəsinin (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) Məcəllədən çıxarıldığı, bununla da əməlin dekriminallaşması qeyd edilsə də, Qüvvədə olan Azərbaycan Respublikası CM-in 3N9.1-ci maddəsinə əsasən, 3N9.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi əməli göstərilmişdir. “Zor tətbiq etmə” dedikdə zərərçəkmişin sağlamlığına yüngül zərər vurmanı, sağlamlığa zərər vurmadan hər hansı fiziki zorakılığı, döyməni və sair nəzərdə tutulur. Məhkəmə tərəfindən qeyd edilir, İddiaçı barəsində Tərtər Hərbi Məhkəməsinin 1N iyun N007-ci il tarixli hökmü inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
13. Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)-5347/N0N3 saylı qərardadından iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) 16 aprel N0N4-cü il tarixli, N1(106)-N44/N0N4 saylı qərardadı ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0N3-cü il tarixli, N-1(1N0)5347/N0N3 saylı qərardadı ləğv edilmiş, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş ərizə mümkün sayılmamışdır.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0N1-ci il tarixli 051 nömrəli raportu (təqdimatı) məxfi olsa da və həmin sənədə cavabdeh tərəfindən sonradan baxış keçirilsə də, həmin raport (təqdimat) və raportun (təqdimatın) əsasında qəbul edilən mübahisələndirilən N8 yanvar N0N1-ci il tarixli, 017N nömrəli əmr, o cümlədən Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı barədə məlumatlar ilkin icraat zamanı iş materiallarında olan sənədlərdə mövcud olmuş və proses iştirakçıları, o cümlədən cavabdeh həmin sənədlərdən məlumatlı olmuşdur (bax 1-ci cild, iş vərəqi 108, 109). Yəni, işə mahiyyəti üzrə baxılan zaman həmin sənədlər birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş və həmin sənədə sübut kimi is tinad olunmuşdur.
16. Hətta, hazırda mübahisələndirilən əmrin cavabdeh tərəfindən qəbul edildiyini nəzərə alsaq, həmin əmrin qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasların, o cümlədən N nömrəli hərbi hissə komandirinin N0 yanvar N0N1-ci il tarixli 051 nömrəli raportunun məzmunundan və Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamından ilkin məhkəmə icraatından öncə cavabdehə məlum olduğu qənaətinə gəlmək olar. Bu baxımdan həmin sənədlərin sonradan aşkar olunan yeni sübutlar və ya hallar kimi qiymətləndirmək başadüşülən deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı ərizəyə əsasən icraatın təzələnə bilməsi üçün həmin subutlar məhkəmə icraatı başa çatdıqdan sonra aşkar edilməlidr. Bununla belə, cavabdeh həmin sübut və hallardan çıxış edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə vaxtında deyil, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci tarixli, N-1(1N0)174N/N0NN saylı qərarının qanuni qüvvəyə mindiyi N0N3-cü ilin fevral ayından 3 aylıq müddət keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə əks etdirdiyi sübutlar və hallar sonradan aşkar edilmiş yeni sübutlar və ya hallar deyildir, həmin sübutlar və hallar ərizəçiyə əvvəlcədən məlum olmuş, hətta ərizədə qeyd edilən məlumatları özündə əks etdirən sübutlar ilkin icraat zamanı məhkəmə tərəfindən tədqiq olunmuşdur. Lakin, cavabdeh birinci instansiya məhkəməsinin yekun qərarından məlumatlı olduğu və qan uni qüvvəyə mindiyi vaxtdan 3 (üç) aydan artıq müddət keçdikdən sonra yuxarıda qeyd edilən sübutlara əsaslanaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni vermişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsi bu qəbildən olan ərizələr üzrə iddia müddətini 3 ay müəyyən etmişdir. Beləliklə də, Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci tarixli, N-1(1N0)-174N/N0NN saylı qərarının N0N3-cü ilin fevral ayında qanuni qüvvəyə mindiyini və yeni açılmış hallarla bağlı ərizənin verilməsinə əsas olan sübutlar ilkin icraat zamanı, hətta ondan öncə (əmr verilməmişdən qabaq) ərizəçiyə məlum olduğunu nəzərə alsaq, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutul muş 3 aylıq prosessual müddəti ötürmüş olur.
17. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel N0N4-cü il tarixli, N-1(106)-N44/N0N4 nömrəli qərardadını ləğv edərək, inzibati işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati işə Şirvan İnzibati Məhkəməsində baxılan zaman iddiaçının şəxsi işinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində saxlandığından şəxsi işə baxış keçirilməsi həmin dövrdə mümkün olmamışdır. Tərəflərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsin ə ünvanlanmış məktuba əsasən Şöbənin 10 oktyabr N0N3-cü il tarixli məktubu ilə iddiaçının şəxsi işi Müdafiə Nazirliyinin Hüquq İdarəsinə təqdim edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Müdafiə nazirinin N8 yanvar N0N1-ci il tarixli əmrinin verilməsinə əsas olmuş N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli təqdimatı məxfi olduğundan və tərəflərindən məxfi təqdimata lazımi qaydada əsaslandırılmış sorğu əsasında yalnız 31 oktyabr N0N3-cü il tarixdə baxış keçirilmiş və yalnız yeni açılmış hallar üzrə ərizə Şirvan İnzibati Məhkəməsində baxılan zaman təqdimata məhkəmədə baxış keçirilmişdir. Belə ki, N nömrəli hərbi hissə komandirinin Şəxsi Heyət Baş İdarəsinə ünvanladığı N0 yanvar N0N1-ci il tarixli məktubunda Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamına əsasın 4-cü Ordu Korpusunun tabeliyində olan briqada və Əlahiddə taborların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə qəbul olunmuş adları qeyd olunmuş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə sənədlərin ünvana göndərilməsi bildirilmiş, İddiaçı adının siyahıda adı 6 nömrə ilə qeyd edilmiş və polkovnikleytenant İddiaçı Əliağa oğlunun sənədlərinin qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə göndərildiyi qeyd edilmişdir. Beləliklə də iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 nömrəli Sərəncamı olmuşdur və əmrin ləğvi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən də hesab edirlər ki, tərəflərindən yeni açılmış hallara dair Şirvan İnzibati Məhkəməsinə ərizə AR İPM-in 103.1ci maddəsinin imperativ tələbinə uyğun olaraq 3 ay müddət daxilində (N0N3-cü ilin noyabr ayında) verilmişdir. Bu səbədən də hesab edirlər ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış və apellyasiya şikayəti əsassız olaraq təmin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin nümayəndəsinin ərizəsində və ərizəyə əlavədə icraatın təzələnməsinə əsas ola biləcək yeni sübutlar və ya hallar ortaya qoyulmamışdır. MN-nin ərizədə qeyd etdiyi s ənədlər (şəxsi işi, N №-li hərbi hissə komandirinin N0 yanvar N0N1 il tarixli təqdimatı) məhkəmənin NN dekabr N0NN il tarixli qərarı qəbul edildiyi vaxtda da və hal-hazırda da məxfi olduğundan, iddia ərizəmə ilkin baxılarkən olan şəraitlə müqayisədə hal hazırda heç nə dəyişməyib. Ona görə də işə ilkin baxılarkən həmin sənədlərin olmaması yeni açılmış hal kimi qəbul edilə bilməz. Bundan başqa, Müdafiə Nazirliyinin məxfi sənədinin vaxtında məhkəməyə təqdim olunmaması kənar təsirlərdən deyil, Müdafiə Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından asılı olan məsələ olmuşdur. Digər tərəfdən, məxfi sayılan sənədlər formal olaraq təqdim olunmamışdısa da belə, həmin sənədlərdə əksini tapmış məlumatlar (onun Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və N №-li hərbi hissə komandirinin N0 yan var N0N1 il tarixli təqdimatına əsasən ordu sıralarından tərxis edilməyi) ümumi məlum faktlar olmasından başqa, həm də məhkəmədə araşdırılmış və müzakirə predmeti olmuşdur. Belə ki, məhkəmənin sorğusuna əsasən 5 may N0NN il tarixdə onun ordu sıralarından tərxis olunmağına dair MN-nin N8 yanvar N0N1 il-ci tarixli əmri, həmin əmrin verilməsinə əsas olmuş N №-li hərbi hissə komandirinin N0 yanvar N0N1-ci il tarixli təqdimatının mahiyyətini açıqlayan MN-nin Kadrlar idarəsinin N6 aprel N0NN il tarixli məktubu məhkəməyə təqdim olunmuş və müzakirə predmeti olmuşdur. Həm bu səbəbdən, həm də iş üzrə obyektiv qərar qəbul edilməsinə təsiri olmadığından, adı çəkilən təqdimatın ilkin işə baxılarkən məhkəmədə olmaması yeni açılmış hal kimi qəbul edilə bilməz. Şəxsi işin Səfərbərlik və Hərbi Xidmətə Çağı rış üzrə Dövlət Xidmətindən tələb olunaraq məhkəməyə təqdim olunmaması və həmin sənədə baxış keçirilməməsi də Müdafiə Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından asılı olan səbəblərdən baş vermişdir. AR İPM-in 100-cü maddəsinə əsasən isə inzibati icraat aşkar olunmuş yeni sübutlar yalnız ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim olunmadığı təqdirdə təzələnə bilər. Bundan başqa, Şirvan İnzibati Məhkəməsinin hakimi Amilya Hüseynovanın 13 sentyabr N0NN il tarixli sorğusuna cavab olaraq 30 sentyabr N0NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən məhkəməyə şəxsi işində olan sənədlərin surəti təqdim olunmuş və müzakirə olunmuşdur. Digər tərəfdən şəxsi işi faktiki olaraq məhkəməyə təqdim olunmasa da, on da olan sənədlər, hərbi xidmətdən tərxis olunmağının əsasları məhkəmədə müzakirə predmeti olmuşdur. Onun tərxis olunmağının Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli N361 №-li Sərəncamına əsasən həyata keçirilməsi və buna görə də tərxis olunma barədə MN-nin əmrinin əsaslı olması və ləğv edilməsi üçün əsasların olmaması barədə MN-nin nümayəndəsinin mülahizəsi düzgün deyil. Belə ki, hərbi qulluqçuların tərxis olunması barədə Sərəncam arzu etdikləri halda onların hərbi xidmətdə saxlanmasına qadağa qoymamışdır. Qeyd etdiklərinin təsdiqi həm də odur ki, adı çəkilən Sərəncam imzalandıqdan sonra Müdafiə Nazirliyindən Ordu Korpuslarına telefonoqramlar göndərilərək qalıb xidmət etmək arzusunda olan hərbi qulluqçulara təqrirlə yuxarı komandanlığa müraciət etmələri təklif olu nmuş və onlarla zabit və gizir müvafiq vəzifələrə təyin edilərək hərbi xidmətdə saxlanılmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, 3 aylıq müddət pozulmaqla verildiyindən və AR İPM-in 100-106-cı maddəsində nəzərdə tutulan şərtlərə cavab vermədiyindən, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsinə dair Müdafiə Nazirliyinin nümayəndəsinin ərizəsi mümkün hesab edilə bilməz. Ona görə də ərizənin mümkün hesab edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.N. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.N-ci ma ddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.N. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasi ya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı inzibati i craatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövc udluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
28. İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
29. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş v ə araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.
30. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.
31. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da Şirvan İnzibati Məhkəməsinin NN dekabr N0NN-ci il tarixli, N-1(1N0)-174N/N0NN nömrəli qərarında qiymət verilmişdir.
32. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halla rın ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
33. Göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhəkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel N0N4-cü il tarixli, N-1(106)-N44/N0N4 saylı qəra