Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2228/2020 09.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Avtomobil X5 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X5 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı «dövlət ehtiyacları üçün sökülmüş evin və altındakı torpaq sahəsinin dəyə rinin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-824/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində, Qələbə küçəsi 15 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə və sahəsi 98 kv.m. olan fərdi yaşayış evinə görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
2. Cavabdeh Azərbaycan Avtomobil X4 xx.xx.2019-cu il tarixli, Ə-3/16-9671 saylı imtina məktubunda qeyd olunmuşdur ki, qeyd olunan ünvanda Agentlik tərəfindən heç bir tikili sökülməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 13 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə görə 20.000 manat, sahəsi 98 kv.m. olan fərdi yaşayış evinə görə 76.832 manat və həmin daşınmaz əmlakın kompensasiyasının 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 19.366 manat olmaqla, cəmi 116.198 manat pulun dövlət büdcəsindən tutularaq ona ödənilməsinin cavabdehə həvalə edlməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin xx xxxxx 2005-ci il tarixli, 016 saylı qərarı ilə Bilgəh qəsəbəsi ərazisində, Kardiologiya Sanatoriyasının qərbində, Qələbə küçəsi ev 15 ünvanında yerləşən 98 kv.m. torpaq sahəsini alqı-satqı yolu ilə Bilgəh Bələdiyyəsindən almışdır. Həmin vaxtdan mülkiyyətində olan torpaq sahəsində hələ 1996-cı ildən ümumi sahəsi 98 kv.m.dən ibarət fərdi yaşayış evini inşa etmişdir. 2011-ci ilə kimi ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Bu müddət ərzində həmin tikililərin əmlak və torpaq vergisini Bilgəh Bələdiyyəsinə ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 08.07. 2008-ci il tarixli 2930 saylı sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün tədbirlər Planı” təsdiq edilərək sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilmişdi r. Tədbirlər Planının 2.3-cü bəndində X6 Limanı Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun 6 cərgəli hərəkət üçün yenidən qurulması nəzərdə tutulmuş və icraçı qurumlar kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müəyyən edilmişdir. Bununla əlaqədar ona məxsus ümumi sahəsi 98 kv.m-dən ibarət fərdi yaşayış evi sökülmüş, lakin ona kompensasiya ödənilməmişdir.
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı birinci instansiya məhkəməsinə yazılı etiraz təqdim olunmamış və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(082)4469/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən 98 kv.m. olan tikililərə görə 73.500 (yetmiş üç min beş yüz) manat məbləğində kompensasiyanın İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X5 həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən ərazidə cavabdeh orqan tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus tikililərə dair heç bir kompensasiya ödənilməmişdir. Torpaq sahəsinə dair iddiaçının hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır.
8. Cavabdeh və üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunan hissədə rədd olunmasını xahiş etm işdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-824/2020 nömrəli qərarı və xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-824/2020 nömrəli əlavə qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və X.Cəmilova) üçüncü şəxsin və cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan X1rşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən 98 kv.m. olan fərdi yaşayış evinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası nın təmin edilməməsi qərara alınmışdır.
10. Apelyasiya instansiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi sahəsi 98 kv.m olan tikilinin mövcudluğu və həmin tikiliyə dair hüquqların dövlət reyestrində qeydiyyatı müəyyən olunmamışdır. Belə olan halda iddiaçının həmin əmlaka dair mülkiyyətçi statusundan irəli gələn kompensasiya verilməsini tələb etmək hüququ yaranmamışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a.Kassasiya şikayətinin dəlilləri 12.1. Apelyasiya instansiyası məhkəməsi sözügedən tikilinin 1 kvadrat metrinin 750 manat dəyərində qiymətləndirmə sini də həm məntiqi hüquqi baxımdan, həm də məhkəmə praktikası baxımından əsassız saymışdır. Əvvəla, apelyasiya instansiyası məhkəməsi belə bir tikilinin ümumiyyətlə mövcud olmadığı qənaətinə gəlibsə, onda olmayan tikilinin qiymətləndirilməsi barədə əsaslı və ya əsassız olmasından asılı olmayaraq mülahizə yürütməsi özü məntiqsizlikdir. Məhkəmə praktikasına gəldikdə isə, elə həmin ərazidə, həmin birinci instansiya məhkəməsinin hazırda qüvvədə olan və icra edilən məhkəmə qərarına əsasən tikiliyə dair hüquqların dövlət reyestrində qeydiyyatı olmayan, birmərtəbəli fərdi yaşayış evinin 1 kvadrat metri 750 manat dəyərində qiymətləndirilib. Bu mənada, qiymətləndirmə ilə əlaqədar məhkəmə praktikasına istinad edilirsə, hazırda qüvvədə olan konkret məhkəmə qərarlarını inkar etmək düzgün deyil. Həmin ərazidə söküntü ilə əlaqədar bir çox sakinə kompensasiya verilib və həmin məbləğ kommersiya sirri deyil. İddia tələbində həmin fakta əsaslanmış və üçüncü şəxs kimi Maliyyə Nazirliyi həmin məbləği mübahisələndirməyib. 12.2 Yuxarıda sözügedən 98 kv.m. torpaq sahəsi xx xxxxx 2005-ci il tarixindən iddiaçının mülkiyyətində və həmin tarixdən əvvəl də mübahisəsiz qaydada istifadəsində olub. Evə aid olan və ümumi sahəsi 98 kv.m. olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etməmişdir. Buna görə də formal olaraq evin sökülməsi zamanı torpağa mülkiyyət hüququ rəsmiləşdirilməyib. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq o, həmin torpağın qanuni mülkiyyətçisi olmuşdur. 12.3. Həmin dövrdə göstərilən ərazidə torpaq sahəsinin kvadrat metrinin dəyəri təxm inən 110-120 manat arasında olub. Hazırda həmin ərazidə bu qiymət 25.000-30.000 manat civarındadır. Bunu nəzərə alaraq, mülkiyyətində olan daşınmaz əmlakın (98 kvm. torpaq sahəsinin) dəyəri ödənilməlidir. Mövcud qanunvericiliyin tələbinə görə, ona həmçinin sökülən evin və torpaq sahəsinin dəyərinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. b. Kassasiya şikayətinə etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları 14.1. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 14.2. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə mə hkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 8 dekabr tarixli Qərarını habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Res publikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin: Azərbaycan Respublikasının məhkəmələri üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: (-)... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin. 14.3 Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümükünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 14.4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının kassasiya şikayətində və iddia ərizəsində göstərdiyi ünvan 1 ünvana bildiriş göndəri lmiş, lakin iddiaçının ünvanı düzgün olmadığı göstərilməklə bildiriş geri qaytarılmışdır. 14.5. Məhkəmə prosesinin digər iştirakçıları işə şifahi məhkəmə baxışında və ya şifahi dinləmələr keçirilmədən yazılı icraat qaydasında baxılmasına münasibət bildirməmişdir. 14.6. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə
29. Mülkiyyət hüququ İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövl ət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. «İnzibati icraat haqqında» Qanun Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. 17. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə
3. Qanun əsasında insan hüq uqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər … 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa e tmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun Maddə 7.1 torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaql a kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavil ənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13 2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BA XİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı qərarın bütövlükdə ləğvini tələb etdiyinə görə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən, ona məxsus torpaq ahəsinə görə 20.000 manat kompensasiyasının 20%-i miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi” tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin olunmamışdır və qərarın həmin hissəsindən iddiaçı apelyasiya şikayəti vermədiyinə gərə qərar həmin hissədə qanuni qüvvəyə minmişdir. Buna görə də iddiaçının kassasiya şikayətində torpaq sahəsinə görə kompensasiya ödənilməsi ilə bağlı dəlilləri araşdırılmır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə iddiaçıya məxsus evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üzrə yaranmış mübahisədir.
25. Bu iddia tələbinin hüquqi əsasları kimi “İ nzibati icraat haqqında” qanunun 89.1-ci maddəsi, Mülki Məcəllənin 21-ci maddəsi və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 7-ci maddəsinin tətbiqi üçün iddiaçı onun iddia ərizəsində göstərilən evinin olduğunu və cavabdeh tərəfindən söküldüyünü sübut etməlidir.
26. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil edərək göstərmişdir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi sahəsi 98 kv.m olan tikilinin mövcudluğu və həmin tikiliyə dair hüquqların dövlət reyestrində qeydiyyatı müəyyən olunmamışdır. Belə olan halda iddiaçının həmin əmlaka dair mülkiyyətçi statusundan irəli gələn kompensasiya verilməsini tələb etmək hüququ yaranmamışdır.
27. Apelyasiya instansiyası məhkəməsi daha sonra bildirmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, kardioloji sanatoriyanın ərazisində yerləşən yaşayış binalarının sökülməsi zamanı vətəndaş İddiaçı məxsus tikilmiş 98 kv.m. fərdi yaşayış evinin mövcud olduğunu, lakin cavabdeh orqan tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus tikiliyə dair heç bir kompensasiya ödənilmədiyi nəticəsinə gələrkən iddiaçının iddia etdiyi tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənədə istinad etməmişdir.
28. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən ona məxsus torpaq sahəsinə dair sənədlərini təqdim etsə də həmin torpaq üzərində yerləşən 1996-cı ildən tikdiyini iddia etdiyi evlə bağ lı hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, həmin dövr qanunvericliyi ilə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hüquqmüəyəynedici sənəd qismində hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunduğu halda iddiaçı iddia etdiyi tikiliyə dair adı çəkilən sənədləri, o cümlədən razılaşdırlmış tikinti layihəsi, icazə sənədi, texniki pasport və s. kimi sənədlər təqdim etməmişdir. Belə olan halda iddia edilən torpaq sahəsində mövcudluğu təsdiqini tapmayan tikiliyə görə kompensasiyanın ödənil məsi tələbinin hüquqi və faktiki əsası yoxdur.
29. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddia tələbinin faktik əsaslarını həm iddiaçının hüquqları qeydə alınmış mülkiyyətçi kimi, həm də faktik sahib kimi araşdırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşır. Həqiqətən də iddiaçı tərəfindən mülkiyyətində və ya sahibliyində evin olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Bu da iddianın təmin olunmaması üçün müstəqil əsasdır.
30. İddiaçı kassasiya şikayətinə Bilgəh bələdiyyəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş “xx xxxxx 2005-ci il tarixli, 06 saylı qərarla Sabunçu rayonu, Bilgəh qəsəbə bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı verilmiş 0,98 kv.m torpaq sahəsində onun tərəfindən inşa edilmiş fərdi yaşayış evini n texniki göstəriciləri barədə arayış”ı əlavə etmişdir. Arayışda evin sahəsi və hansı tikinti materiallarından inşa edildiyi göstərilmişdir.
31. Məhkəmə kollegiyası bu arayışı apelyasiya instansiyası məkəməsinin qərarının ləğv olunması üçün mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçı sözügedən evinin 2011-ci ildə söküldüyünü iddia edir. Yəni bələdiyyə tərəfindən bu arayış tərtib olunan 2020ci ildə artıq həmin ev mövcud deyildi. Bu vəziyyətdə bələdiyyə tərəfindən həmin arayışın hansı məlumatlar əsasında tərtib edildiyi müəyyən olunmur. Arayışda hər hansı məlumat mənbəyinə istinad edilmir. Kassasiya şikayətinə əlavə olunmuş ortofoto da qeyri-müəyyən olmaqla, kim tərəfindən və hansı dövr üçün çəkildiyi müəyyən deyildir.
32. Apelyasiya instansiyası məhkəməsinin tikilinin ümumiyyətlə möv cud olmadığı qənaətinə gəldiyi halda, olmayan tikilinin qiymətləndirilməsinin əsaslı və ya əsassız olması haqqında fikir bildirməsinin məntiqsiz olması barədə kassasiya dəlili də kassasiya şikayətinin təmin olunmasına əsas vermir. Çünki iddianın həlli üçün ilk növbədə müəyyən edilməli olan məsələ tikilinin qiyməti deyil, onun mövcudluğu və sökülməsi faktıdır. Bu fakt müəyyən edildikdən sonra tikilinin qiyməti məsələsi əhəmiyyətli ola bilər. Hazırki işdə iddiaçıya məxsus tikilinin sökülməsi müəyyən edilmədiyinə görə qiymətlə bağlı mövqelərin təhlilinə zərurət yoxdur.
33. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayə tində irəli sürdüyü dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vermir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-824/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.