Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2229/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X1 Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr, məcburi köçkünlərə sosial müaviəntin verilməsi GİRİŞ HİSSƏ 28.08.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X2 və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, tərəflərin iştiakı olmadan, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinə və 3-cü şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı müavinətin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin X3 10 aprel 2019-cu il tarixli qərarından cavabdeh Komitə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə və 3-cü şəxs Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə və iki övladı, 2008-ci il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü israfilzadə Nihat Elman oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 24.01.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən, vahid aylıq müavinətin verilməsi vəzifəsinin cavabdeh Komitəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı ilə (hakim.E.Məmmədov; iş No 2-1(81)-385/2018) iddianın təmin edilməsi; iddiaçıya və hər iki övladı - 2008-ci il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü israfilzadə Nihat Elman oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən, 01.01.2017-ci il tarixdən (qərar qanuni qüv vəyə mindiyi tarixdən) vahid aylıq müavinətin verilməsi vəzifəsinin cavadeh Komitəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş No 2-1(103)-1206/18) cavabdeh Komitənin apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Quiyev; hakimlər N.Rəsulbəyova və İ.Hüseynov; iş No 2-1(102)-2155/18) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 31 may 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş No 2-1(103)-736/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh Komitənin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Komitə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından x ahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Komitənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvlərə yol vermiş, bunun da nəticəsində əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin və 3-cü şəxs İcra Hakimiyyətinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı əvvəllər məcburi köçkün statusuna malik olmuş, sonradan 2006-cı ildən məcburi köçkün statusu olmayan şə xslə nikaha daxil olmuş, bununla əlaqədar olaraq ona ödənilən müavinət dayandırılmışdır. İddiaçının nikahda olduğu dövrdə iki övladı doğulmuşdur. Sonradan 2013-cü ildə iddiaçının nikahı pozulmuşdur. İddiaçı məcburi köçkün olduğu üçün hazırda özünə və övladlarına məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin verilməsini istəyir. Cavabdeh Komitə iddiaçının məcburi köçkün statusu olmayan şəxslə evləndiyini rəhbər tutaraq, iddiaya qarşı etiraz edir. Lakin işin materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16.01.2018-ci il tarixli, 55 saylı arayışına əsasən, iddiaçı və övladları ayrıca təsərrüfat kimi qeyd edilmişlər. " Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslər ə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları r ayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan,Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. «Məcburi köçkün» statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Həmin qaydaların 4.2-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zaman ı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə; 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatmdan çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. «Məcburi köçkün» statusu olmayıb, «məcburi köçkün» şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayman, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə; 4.2.5. Sakini olduğu rayonun işğalından sonra «məcburi köçkün» statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş «məcburi köçkün» statusuna malik olmayan şəxslərə; 4.2.6. « Məcburi köçkün» statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki və hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Adıçəkilən Qaydaların 4.1.1-ci bəndi ilə iddiaçının məcburi köçkün statusuna malik olması müəyyən edildiyindən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, ona və himayəsində olan hər iki övladına məcburi köçkünlər üçün ödənilən aylıq müavinət təyin edilməlidir. Azərbaycan Respublikası N azirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının 3-cü bəndinə əsasən, həmin qərar 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minmişdir. Qeyd olunmalıdır ki, hazırki işə baxmış Ali Məhkəmənin 07 noyabr 2018-ci il tarixli qərarında da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 2.4-cü bəndinin ilkin mətni aşağıdakı redaksiyada olmuşdur: “Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara”. Həmin bənddə “Həmçinin sonradan boşanmış qadınlara” əlavəsi isə 02 iyun 2017-ci il tarixdə edilmişdir. Lakin Azərbaycan Res publikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuş, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Komitənin kassasiya şikayətində qeyd edilənlər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7- ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın lə ğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X3 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2229/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2229/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver