Məhkəmə qərarları › İş №2-1(102)-2229/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2229/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2229/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxs X9) “mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.8.2022-ci il tarixli, 2-1(103)1299/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yasamal rayon Məhkəməsinin 2(004)- 200/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının X9 ilə birgə nikah dövrü əldə etdiyi “Mersedes E-270” CDİ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000 manat) 1/2 hissəsi 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaiti nin X3 alınaraq iddiaçıya qaytarılması, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakın üzərində 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə cavabdeh X5 payının müəyyən edilməsi və həmin hissəyə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bundan sonra cavabdehlə paylı mülkiyyətində olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq satışıdan əldə edilmiş vəsaitin paylara münasibətdə bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2018 saylı iş üzrə 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bundan sonra iddiaçı və X9 arasında 6.5.2019-cu il tarixli barışıq sazişi bağlanılmışdır. 2.Tərəflər araları nda olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıdakı göstərilənlər barədə tam razılığa gəlmişlər: 1). Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək 1/2 hissədə X5, 1/2 hissədə X1 paylarının müəyyən edilməsi hissəsində X10 öz payından X1 xeyrinə imtina edir. 2). Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000,00) 1/2 hissədə X5, 1/2 hissədə X1 paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından X5 xeyrinə imtina edir. 3). X4 qeyd edilən məhkəmə qətnaməsi ilə X3 tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzildən X5 payına düşən 28.500 (iyirmi səkkiz min beş yüz) manat puldan çıxaraq (735 manat dəyəri olan bölünmüş əmlakdan 370 manat, 300 manat aliment borcundan) ona ümumilikdə 19.600 (on doqquz min altı yüz) manat pul ödəyir. 4). Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər. 5). X9 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. Saziş notarial qaydada təsdiq olundugu andan qüvvəyə minmişdir.

3. Bundan sonra ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində X6, qalan ½ hissəsi üzərində isə İddiaçı mülkiyyət hüq uqu xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

4. İddiaçı cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair tam mülkiyyət ilə çıxarışın verilməsini xahiş etmişdir.

5. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli, **********16 nömrəli imtina məktubunda göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilinə dair (paylı) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə mülkiyyət hüququ (paylı) tanınmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilin üzərində tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əml akın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı X4 iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə üçüncü şəxs aralarında notarial qaydada barışıq müqaviləsi bağlanaraq X2 əmlakdan öz payından iddiaçının xeyrinə imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək ə mlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, ona xx.xx.2020-ci il tarixli məktubla imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak barədə X9 arasında notarial qaydada təsdiqlənmiş müqavilə olmadığı üçün X5 payına mülkiyyət hüquqları qeydiyyata alına bilməz. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan ləğv edilməli, əmlak üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Belə ki, X9 ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişi ilə aşağıdakı hüquq və vəzifələr aralarında müəyyənşdirilmişdir:

1. Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək 1/2 hissədə X5, 1/2 hissədə X1 paylarının müəyyən edilməsi hissəsində X10 öz payından X1 xeyrinə imtina edir.

2. Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000,00) 1/2 hissədə X5, 1/2 hissədə X1 paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından X5 xeyrinə imtina edir.

3. X4 qeyd edilən məhkəmə qətnaməsi ilə X3 tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzildən X5 payına düşən 28.500 (iyirmi səkkiz min beş yüz) manat puldan çıxaraq (735 manat dəyəri olan bölünmüş əmlakdan 370 manat, 300 manat ali ment borcundan) ona ümumilikdə 19.600 (on doqquz min altı yüz) manat pul ödəyir.

4. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər.

5. X9 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. Göründüyü kimi əmlak üzərində 1/2 pay hüququ iddiaçının, 1/2 hissədə isə X5 mülkiyyət hüququ qeydiyyata alınmış, X9 isə öz payından iddiaçının xeyrinə notarial qaydada bağlanmış müqavilə ilə imtina etmişdir ki, bu da əmlak üzərində tam mülkiyyət hüququnun qeydiyyata alınmasına əsasdır.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilinə dair (paylı) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 say lı xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə X1 mülkiyyət hüququ (paylı) tanınmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzili üzərində tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********16 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə növü kimi barışıq sazişi nəzərdə tutulmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1 662/2021 nömrəli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzilin üzərində iddiaçının tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Cavabdeh yalnız formal mülahizələrə əsaslanaraq sazişin hüquqmüəyyənedici sənəd olmadığına istinad etmişdir. Lakin, cavabdeh inzibati orqan həmin notarial qaydada bağlanmış sazişin məhz onu bağlayan tərəflərin iradəsini ifadə edən ikitərəfli əqd-müqavilə olmasını nəzərə almamışdır. Həmin əqdin adına müqavilə və ya saziş yazılması müqavilənin mahiyyətinə xələl gətirmir. Həmin barışıq sazişi mahiyyət etibarı ilə mənzilin tam mülkiyyət hüququ ilə iddiaçıya verilməsini özündə ifadə edir.

11. Qərarla razılaşmayan cavabdeh və üçüncü şəxs ondan apellyasiya şikayətləri verərək qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 19.8.2021-ci il tarixli, 21(103)-1299/2022 nömrəli qərarına əsasən (hakimlər: A.S.Hüseynov-sədrlik edən, S.İ.Bəktaşi və A.Ə.Hüseyni) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1662/2021 saylı, xx.xx.2021-ci il qərarı ləğv edilmiş, iddiaçı X1 iddiası rədd edilmişdir. 3-cü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas olmadığından iddiaçının mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbi əsassızdır. Belə ki, barışıq sazişində qeyd edilən 19600 ( on doqquz min altı yüz) məbləğə dair hesablaşma tərəflər arasında özlərinin raz ılşdıqları şəkildə aparılmışdır. Barışıq sazişinin tərəfləri biri-birinə qarşılıqlı ödənişlər edilməsini sözlə notariatda bildirmişlər. 3-cü şəxsin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd etmişdir ki, şikayət iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı hesab edir ki, cavabdeh imtinanin səbəbi kimi iddiaçının mənzil üzərində tam mülkiyyət hüququnun tanınmasi üçün "Daşinmaz əmlakin dövlət reyestri haqqında" Azərbaycan Respublikasi qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqaviləni təqdim etməm əsi ilə əsaslandırsa da məhkəmə iddiaçının öz adina tam mülkiyyət hüququ ilə qeydiyyata alinmasini istədiyi daşinmaz əmlakın (mənzilin) notarial qaydada bağlanmiş xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasan iddiaçıya 2/1 hissədə X11 tərəfindən onun xeyrinə imtina edilmiş əmlak olduğu üçün cavabdehin imtinasi ilə razılaşmamışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsi qərarında barışıq sazişinin ləğvi barədə Quba rayon məhkəməsində üçüncü şəxsin iddia qaldırdığını əsas gətirsə də, həmin məhkəməni yekun aktını gözləmədən səhv nəticəyə gəlmişdir. Quba rayon məhkəməsinin 2(027)-1730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Baki şəhəri 19 saylı notariat kontorunda bağlanan 3M-424(İS-11249) barışıq sazişinin ləğvi ilə bağlı üçüncü şəxsin iddia ərizəsi tamin edilməmişdir.

16. İddiaçı kassasiyanın hüquqi əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.2, 14.2.1, 139.1.1 139.1.1.3, 144.1-ci və ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1, 15.1.2, 15.1.3, 15.1.4, 15.1.5 və 15.1.6-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.8.2022-ci il tarixli, 2-1(103)-1299/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Məcəllə Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

393. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasla 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyu lmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-y aşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolunda n çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tut ulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə v ə ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mən zil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. (-)

20. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi h allarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və ka ssasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri nin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hazırkı kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddia ərizəsinin eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilinə dair (paylı) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı xx.xx.2016cı il tarixli icra vərəqəsi icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə İddiaçı mülkiyyət hüququ (paylı) tanınmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilin 1 /2 hissəsi X6, 1/2 hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

28. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir.

29. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş 19 saylı notariat ofisində reyestrdə 3M-424 nömrə ilə qeyd edi lmiş xüsusi notarius X16 oglu tərəfindən təsdiq edilmiş X4 ilə X9 arasında baglanmış xx.xx.2019-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək razılığa gəlmişlər və həmin sazişə görə Yasamal rayon Məhkəməsinin 2(004)200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək 1/2 hissədə X5, 1/2 hissədə X1 paylarının müəyyən edilməsi hissəsində X10 öz payından X1 xeyrinə imtina edir. Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000,00) 1/2 hissədə X5, 1/2 hissə də X1 paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından X5 xeyrinə imtina edir. X4 qeyd edilən məhkəmə qətnaməsi ilə X3 tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzildən X5 payına düşən 28.500 (iyirmi səkkiz min beş yüz) manat puldan çıxaraq (735 manat dəyəri olan bölünmüş əmlakdan 370 manat, 300 manat aliment borcundan) ona ümumilikdə 19.600 (on doqquz min altı yüz) manat pul ödəyir. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər. X9 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. Saziş notarial qaydada təsdiq olundugu andan qüvvəyə minmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər 19 saylı Notariat ofisi bildirmişdir ki, tərəflər öz aralarında razılaşdıqları və özləri tərəfindən tərtib edilmiş barışıq sazişini imzaladıqdan sonra bu saziş notariatda təsdiq edilmişdir. Barışıq sazişində qeyd edilən 19600 ( on doqquz min altı yüz) məbləğə dair hesablaşma tərəflər arasında özlərinin razılşdıqları şəkildə aparılmışdır. Barışıq sazişinin tərəfləri biribirinə qarşılıqlı ödənişlər edilməsini sözlə notariatda bildirmişlər. Bu ödənişlər notariat ofisində baş verməmişdir.

31. Apellyasiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzili üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. İddiaçının göstərdiyi dəlillərdən fərqli olaraq, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə növü kimi barışıq sazişi nəzərdə tutulmamışdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

33. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. 34. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan maddələrin məzmunundan göründüyü kimi məhkəmə mübahisəsi üzrə bağlanmış barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas olmadığından iddiaçının mənzilə dair tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehin imtinası qanuni olmuşdur.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərarın ləğv edilməsi və cavabdeh tərəfindən verilmiş iddiaçı şikayətinin təmin edilməsi üçün heç əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.8.2022-ci il tarixli, 21(103)-1299/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar