Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2229/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: magistr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; magistr təhsili üzrə distant təhsilalma forması; mütənasiblik və bərabərlik prinsipləri; COVİD-19 pandemiyasının yaratdığı xüsusi şərait.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1985, FİN:xxx xxxx) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “magistr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-395/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Türkiyə Respublikasının İstanbul Universiteti İdarəetmə Fakutəsi Biznes və İqtisadiyyat İnstitutu tərəfindən İddiaçı 14 fevral 2022-ci il tarixdə verilmiş 197 nömrəli diploma əsasən o, Ümumi biznesin idarə edilməsi (distant təhsil) şöbəsində dissertasiyasız magistratura pilləsini müvəffəqiyyətlə başa vuraraq magistr dərəcəsi almaq hüququ qazanmışdır.
2. İddiaçı qeyd edilən diplom üzrə aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 02 avqust 2022-ci il tarixli qərarı ilə İddiaçı təhsilalma forması üzrə təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizminin hər-hansı qanunvericilik aktları ilə tənzimlənmədiyi əsas gətirilərək iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Türkiyə Respublikasının İstanbul Üniversiteti tərəfindən 14 fevral 2022-ci il tarixdə ona verilmiş 197 nömrəli magistr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadə tnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə İstanbul Universitetinə daxil olmuş və distant MBA ixtisası üzrə magistr təhsilini almışdır. 2020-ci ildə dünyada COVİD-19 pandemiyası elan edildiyindən bütün dünya distant təhsilə keçmiş və “online” təhsil alınmışdır. Eyni zamanda, imtahanlar da bu qaydada həyata keçirilmişdir. İddiaçı müvəffəqiyyətlə imtahanlarını verdikdən sonra bunu təsdiq edən diplom verilmiş və həmin diplom Türkiyə Respublikasında tanınmışdır. Bundan sonra iddiaçı Azərbaycan Respublikasında diplomun tanınması üçün Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş və ona 02 avqust 2022-ci ildə imtina məktubu verilmişdir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq ali təhsil pilləsi üzrə magistr səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, iddiaçı distant formada, ümumi təhsil müddəti ərzində İ stanbul Universitetində distant texnologiyaların tətbiqi ilə keçirilən təhsilalma forması üzrə təhsil aldığı müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikasında distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının təqdim etdiyi diplomun ekvivalentliyi mümkün hesab edilməmiş və bu təhsil sənədinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerl əşdirilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2964/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilmiş, Türkiyə Respublikasının İstanbul Universiteti tərəfindən 14 fevral 2022-ci il tarixdə İddiaçı verilmiş 197 nömrəli magistr diplomunun tanınması və müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil alması üçün qəbul bildirişində də “Uzaktan öyretim”, yəni magistr təhsilini qiyabi şəkildə distant tədris texnologiyalarından istifadə etməklə alacağı qeyd edilmişdir ki, bu hal Azərbaycan Respublikasının hüdudlarını tərk etmədən təhsil almağa imkan vermişdir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh iddiaçının magistr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)395/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2964/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşar aq əlavə olaraq qeyd etmişdir ki, ali təhsil pilləsi üzrə magistratura səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin əsası kimi çıxış edə bilməz. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, magistr dissertasiyası müdafiə etməyənlərə də magistr diplomunun verilməsi Azərbaycan Respublikasının qanunvericiliyində və təcrübədə də mövcud olmuş, yalnız 7 mart 2020-ci il tari xli 85 №-li qərarla Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda dəyişikliklər edərək həmin qərarla təsdiq edilmiş ali təhsil müəssisələrinin magistr diplomunun təsvirinə və məzmununa dəyişiklik edərək “magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilmişdir. Başqa sözlə, həmin dəyişiklikdən sonra magistr diplomunun doktoranturada təhsili davam etdirmək (magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə) əsas verməsi müəyyən edilmişdir ki, iddiaçı hətta bununla bağlı Təhsil Nazirliyinin rəsmi internet səhifəsindən müvafiq məlumatı da apellyasiya şikayətinə etirazla b irlikdə təqdim etmişdir.
11. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”nın 1.1-ci maddəsinə əsasən bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən, magistratura səviyyəsind ə əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. Belə olan halda, İddiaçı Türkiyə Respublikasının İstanbul Universiteti - Cərrahpaşa “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr təhsil proqramını distant təhsilalma istiqaməti üzrə həmin ölkədə ümumiyyətlə olmadan bitirməsi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən magistr pilləsi üzrə təhsilinin məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər baxımından əhəmiyyəti fərq yaradır və tanınması mümkün hesab edilməmişdir. İnzibati icraatın aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsi l sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsilalma formasına yol verilməməsi tanınma şəhadətnaməsinin verilməsi haqqında mənfi rəy verilməsi üçün əsaslar arasında göstərilmişdir. Həmin qərardakı normaya əsasən təhsilalma formalarının Azərbaycan Respublikası təhsil sistemində və təhsilalma formaları üzrə normativlərin, mexanizmlərin tənzimləndiyi aktlarda göstərilməməsi həmin təhsilalma formasında əldə edilmiş xarici ali təhsilə aid kvalifikasiyaların tanınmaması üçün əsas qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, Qərarın qüvvəyə mindiyi d övrdə distant təhsilalma formasında habelə distant texnologiyaların tətbiqi ilə təhsil alınması dünya və Azərbaycan Respublikası praktikasında mövcud olmadığı üçün 3.7-ci bənddə qiyabi və əyani-qiyabi təhsilalma formaları kimi distant təhsilalma formasının da Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsilalma formasına yol verilməməsi tanınma şəhadətnaməsinin verilməsi haqqında mənfi rəy verilməsi üçün əsas kimi birbaşa əks olunmamışdır. 19 iyun 2009-cu il tarixli, №833-İİİQ nömrəli Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda distant (məsafədən) təhsilalma forması Qanunun 13-cü maddəsi ilə müəyyən olunmuş təhsilalma formaları sırasında əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edi lmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları öz əksini tapsa da, həmin Qərarın 8.9-cu bəndində distant təhsil xüsusi təhsilalma forması kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda yalnız bakalavriat səviyyəsi üçün distant təhsilalma formasında tədrisin təşkili barədə müddəa yer alır, magistratura üzrə bu dispozisiya xarakterli normaya rast gəlinmir. Eyni normativ aktda bakalavriat səviyyəsi üzrə bu növ təhsilalma formasında tədrisin təşkili ilə bağlı distant (məsafədən) formada yalnız bakalavr hazırlığının Azərbaycan Respublikasının Na zirlər Kabineti tərəfindən müəyyən olunan Əsasnamə əsasında həyata keçirildiyi vurğulanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”nda distant təhsilma forması formal təhsilin tədris edilməsi vasitələri arasında qeyd olunur. Bununla bərabər, həmin Qaydaların 5.4-cü bəndində bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində distant təhsilalma formasının tətbiqi nəzərdə tutulsa da, magistratura səviyyəsi üzrə təhsilalma formalarını tənzimləyən 5.5-ci bəndə əsasən magistratura səviyyəsi üzrə distant təhsilalma forması üzrə təhsilin təşkili nəzərdə tutulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssi sələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda isə Azərbaycan Respublikasında ali təhsilin tədrisinin təşkili formaları kimi yalnız əyani və qiyabi təhsilalma formaları üzrə normativlər əks olunmuş, distant təhsilalma forması barədə müddəa və normalar nəzərdə tutulmamışdır. Apellyasiya Məhkəməsinin qərarının qəbul edildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (b aza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması xarici ali təhsilə aid kvalifikasiyaların tanınmasına dair tələblər arasında göstərilmişdir və ənənəvi təhsil formalarından başqa metodlarlarla (distant, eksternat) tədrisi təşkilinə bütün tədris müddətinin maksimum üçdə biri nisbətində yolverilməsi nəzərə tutulmuşdur. Distant təhsilalma forması üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ-hüquqi aktların xronologiyası, distant təhsilalma forması ilə bağlı müddəaların əks olunmasına mahiyyəti ilə birlikdə nəzər yetirdikdə normativ hüquqi aktların ardıcıllığı və iyerarxiyası çərçivəsində həmin təhsilalma forması üzrə tədrisin Az ərbaycan Respublikası təhsil qanunvericiliyi ilə bakalavriat səviyyəsi üçün əlaqəli əsasnamə ilə tətbiqi nəzərdə tutulsa da, magsitratura səviyyəsi üzrə qanunverici bunu istisna etmişdir. Bu şüurlu istisnanın normativ-hüquqi aktın mövcud olmaması kimi dəyərləndirilməsi normativ-hüquqi aktların mahiyyəti və onların ehtiva etdiyi ardıcıllığın düzgün qiymətləndirilməməsidir və bununla da, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 69.4-cü bəndində göstərilmiş tələblər pozulmuşdur. Belə ki, xarici ali təhsilə aid kvalifikasiyaların tanınması istiqamətində qüvvədə olan mövcud Qaydalarda distant təhsilalma formasını xarici ali təhsilə aid kvalifikasiyaların əldə edilməsi üçün bir metod kimi qadağan etməmiş, əksinə, 4.1.5-ci yarımbənddəki dispozitiv hüquq norması ilə onun tətbiq edi lməsi sərhədlərini müəyyən etmişdir ki, bu da özüözlüyündə daha üstün qanunun və ondan əvvəlki normativ-hüquqi aktlarda da əks olunmuş məsələ üzrə çərçivəni müəyyən etmişdir. Apellyasiya məhkəməsi iş üzrə icraat davam edərkən artıq qüvvəyə minmiş Qaydalardakı bu müddəalara münasibət bildirməmiş, distant təhsilalma forması üzrə müvafiq normaların olmamasını mübahisəsiz fakt kimi qəbul edərək qərar vermişdir. b)
13. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Mad də
22. Ali təhsil 22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını hə yata keçirmək; Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıda kılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları” 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsil in təşkili Qaydaları”
4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani;
19. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
91. Mübahi sə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan, şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən saxla nılmalıdır.
23. İddiaçı distant təhsilalma formasında xaricdə aldığı magistratura səviyyəsində təhsilə görə verilmiş magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb edir.
24. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, distant təhsilalma forması üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ-hüquqi aktların xronologiyası, distant təhsilalma forması ilə bağlı müddəaların əks olunmasına mahiyyəti ilə birlikdə nəzər yetirdikdə, normativ hüquqi aktların ardıcıllığı və iyerarxiyası çərçivəsində həmin təhsilalma forması üzrə tədrisin Azərbaycan Respublikası təhsil qanunvericiliyi ilə bakalavriat səviyyəsi üçün əlaqəli əsasnamə ilə tətbiqi nəzərdə tutulsa da, magsitratura səviyyəsi üzrə qanunverici bunu istisna etmişdir. Başqa sözlə, bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində distant təhsilalma formasının tətbiqi nəzərdə tutulsa da, magistratura səviyyəsi üzrə distant təhsilalma forması üzrə təhsilin təşkili nəzərdə tutulmur. Ona görə də, iddiaçının tələbi rədd olunmalıdır.
25. Cavabdeh həmçinin kassasiya şikayətində belə bir dəlilə də istinad etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə icraat davam edərkən artıq qüvvəyə minmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”ndakı müddəalara münasibət bildirməmiş, distant təhsilalma forması üzrə müvafiq normaların olmamasını mübahisəsiz fakt kimi qəbul edərək qərar vermişdir.
26. Kollegiya tətbiq ediləcək hüquqla bağlı məsələyə aid olduğu üçün ilk növbədə həmin dəlilə münasibət bildirilməsini zəruri hesab edir.
27. Məlum olduğu k imi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları uzun müddət qüvvədə olmuş, daha sonra isə Nazirlər Kabineti tərəfindən 03 fevral 2023cü il tarixdə qəbul edilmiş 34 nömrəli qərarla yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul olunmuşdur. İddiaçının təhsil aldığı zaman, eləcə də ekvivalentliliyin tanınması üzrə cavabdehə etdiyi müraciət üzrə inzibati icraatın aparıldığı dövrdə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ek vivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları qüvvədə olmuşdur. Ona görə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi hazırkı işin həllinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının normaları tətbiq olunmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Qaydaların tələblərinə əsasən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır.
29. Bu mənada, hazırkı işdə aydınlaşdırılmalı olan həlledici hal distant formada xaricdə alınmış magistr təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu ilə bağlı məsələdir.
30. Qanunvericiliyin buna dair yuxarıda sadalanmış normalarının təhlilindən hasil olan nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikasında distant (məsafadən) təhsil, təhsilalma formalarından biri kimi ümumən, tanınmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi bu təhsil formasının bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində tətbiqini nəzərdə tutsa da, magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasını yol verilən hesab etməmişdir.
31. Nəzərə almaq lazımdır ki, dünyada mövcud olan ayrı-ayrı təhsilalma formalarını qəbul etmək, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birini (və ya bir neçəsini) qəbul etməmək hər bir dövlətin həyata keçirdiyi təhsil siyasəti və bundan irəli gələn mülahizə sərbəstliyi ilə sıx bağlı olan məsələdir. Dövlətlər özlərinin bu sahədəki siyasətlərini və mülahizə sərbəstliyi imkanlarını müxtəlif amilləri nəzərə almaqla formalaşdırır və həyata keçirirlər. Bir qayda olaraq, belə mülahizə sərbəstliyi daxilində edilmiş seçimlər məhkəmə nəzarətindən kənardırlar. Çünki, konkret təhsilalma formasının, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birinin (və ya bir neçəsinin) tanınmasına qiymət vermək son nəticədə hüquqilik yox, məqsədə müvafiqlik dəyərləndirilməsin in aparılmasına gətirib çıxarır. İnzibati məhkəmələrin inzibati orqanların fəaliyyəti üzərindəki məhkəmə nəzarəti isə məqsədə müvafiqliyin yoxlanılmasını nəzərdə tutmur.
32. Bu dəyərləndirmənin işığında məhkəmə kollegiyası qeyd edir ki, ümumən magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasının Azərbaycan Respublikasında tanınmamasına qiymət verilməsi, hazırkı işin halları baxımından məhkəmə qaydasında yoxlanılmalı və qiymətləndirilməli məsələni təşkil edə bilməz. Qanunvericinin mülahizə sərbəstliyi çərçivəsində etdiyi bu seçim Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartı kimi qəbul edilməlidir. Müvafiq olaraq xaricdə distant formada magistratura səviyyəsində alınmış təhsil, təhsilalma forması ilə bağlı dövlət standartına uyğunsuzluq halı yaratdığı üçün ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas təşkil edə bilər. Lakin bu qaydanın tətbiqinə münasibətdə müəyyən istisnalar mümkün və yolveriləndir.
33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin xüsusi hallarına münasibətdə sözügedən ümumi qaydanın tətbiq edilməsi iddiaçıya münasibətdə mütənasiblik və bərabərlik prinsiplərinin tələblərinin pozulmasına gətirib çıxara bilər. 34. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxı mından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 35. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təhsil hüququnun böyük əhəmiyyətinə baxmayaraq, bu hüququn tamamilə mütləq olmadığını, əksinə, məhdudiyyətlərə məruz qala biləcəyini söyləmişdir. Belə ki, təhsil müəssisələrinin tənzimlənməsi müxtəlif vaxt və yerlərdə cəmiyyətin ehtiyaclarına və resurslarına, habelə təhsilin müxtəlif səviyyələrinin müstəqil xüsusiyyətlərinə görə dəyişə bilər və üzv dövlətlərin bu sahədə mülahizə yürütmək səlahiyyəti vardır. Amma, tətbiq edilən məhdudiyyətlər sözügedən hüququ onun mahiyyətinə xələl gətirəcək və onun effektivliyindən məhrum edəcək dərəcədə məhdudlaşdırmamalı, maraqlı şəxslər üçün öncədən görülə bilən olmalı və legitim məqsədlər daşımalıdır. Təhsil hüququnun məhdudlaşdırılması 1 saylı Protokolun 2-ci maddəsinə yalnız o halda uyğun olacaq ki, istifadə olunan vasitələr və nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (X3rşı [BP], № 44774/98, AİHM 2005-Xİ, § 154).
37. Hazırkı işin xüsusi halları ondan ibarətdir ki, iddiaçının təhsil aldığı dövrlər (2020-2022-ci illər) COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı Türkiyədə, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş, məsafədən tədris üsullarının tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr, eləcə də Türkiyə və Azərbaycan sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla məsafədən tədrisin nəticələrini tanımış, hətta əyani təhsil forması üzrə təhsilin müəyyən dövrü ərzində məsafədən keçirilmiş tədris dövrü də nəzərə alınmaqla verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər.
38. Bel əliklə, iddiaçı tərəfindən distant təhsil alınması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin diqtəsi ilə bağlı olmuşdur. Belə olan halda, sözügedən şəraitin tələblərinin nəzərə alınmaması iddiaçını qeyri-mütənasib və həddindən artıq yükə məruz qoymuş olar, eləcə də fərdin hüquqları ilə cəmiyyətin maraqları arasındakı ədalətli balansın pozulmasına gətirib çıxarar.
39. Bundan başqa, qeyd edilən xüsusi vəziyyətin nəzərə alınmaması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna da səbəb ola bilər. Belə ki, yaranmış xüsusi şəraitin diqtəsi altında ölkəmizdə məsafədən alınmış təhsil digər şəxslərə münasibətdə tanındığı halda, iddiaçıya münasibətdə əksi vəziyyəti yaratmış olar. Halbuki, hər iki vəziyyət eyni mühüm faktiki hallara malikdirlər. Eyni mühüm faktiki hallara malik olan m üxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi isə qadağan edilir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-395/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.