Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-223/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-223/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Ağaşirinov Ağalar Əzizağa oğlunun, Üçüncü şəxsin vəkili (nümayəndəsi) Qəşəmov Fuad Azad oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs: x2) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)1540 /2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Üçüncü şəxsin nümayəndəsi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasına ərizə ilə müraciət edərək x3 adlı əmtəə nişanının (2016 1438 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 2017-ci il 26 sentyabr tarixli, **********76 nömrəli qərarı ilə ərizə əsaslı hesab edilmiş, iddiaçıya məxsus x3 adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1438 nömrəli qeydiyyatı etibarsız sayılmışdır. İddiaçı 2017-ci il 15 dekabr tarix də cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Apellyasiya Şurasının 2017-ci il 26 sentyabr tarixli, **********76 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC qənnadı sənayesi sahəsində uğurlu fəaliyyət göstərir. 2006-cı ildə təsisçilər yerli qənnadı məhsullarının istehsalını artırmaq məqsədilə x4-ni təsis etmiş və yerli qənnadı istehsalını təşkil etmişlər. x1, x4 ilə yanaşı x5 Azərbaycan Respublikası ərazisində qənnadı fabrikləri inşa etmiş, müasir tələblərə cavab verən texnologiya və avadanlıqlarla təchiz etmiş, yüzlərlə yeni iş yerləri açmışlar. Müəssisələrin istehsal etdiyi 100-dən artı q çeşid və məhsulların əmtəə nişanları dövlət qeydiyyatına alınmaqla qorunurlar. Müəssisələrinin istehsal etdiyi məhsullar nəinki Azərbaycan Respublikası ərazisində istehlakçıları yüksək keyfiyyətli yeyinti məhsulları ilə təmin edir, hətta istehsal etdikləri 60 növdə qənnadı məhsulları 10-dan çox xarici ölkələrə ixrac edilməklə qeyri-neft sektorunun inkişafında və milli valyutanın möhkəmlənməsində mühüm rol oynayır. 2017-ci ilin yanvar ayından başlayaraq x6 x1-nin aşağıda göstərilən əmtəə nişanlarını təqlid etməklə Müəssisələrinə külli miqdarda zərər vurmuş, banklar qarşısında olan öhdəliklərinin vaxtında icra edilməsində əngəllər yaratmışdır. x6 iddiaçıya məxsus əmtəə nişanlarını və ona oxşar əmtəələri təqlid etməklə hər ay Azərbaycan Respublikası ərazisində qənnadı mallarını idxal etməkl ə, istehlakçıları aldadılmış, x1-nin əmtəə nişanlarından qanunsuz istifadə etmiş, müəssisələrinə hər ay zərər vurmaqda davam etmişdir. “Den i noç” əmtəə nişanı 2013-cü il 10 oktyabr tarixdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən x4 adına beynəlxalq qeydiyyata alınmışdır. “Den i noç” əmtəə nişanı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq geniş tanınmış əmtəə nişanı kimi Azərbaycan Respublikasında qeydiyyata alınmamış və eyni zamanda, geniş tanınmış əmtəə nişanı deyildir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinə əsasən, əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış ge niş tanınmış əmtəə nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanın qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən qüvvədə olduğu müddət ərzində verilir. Qanunun tələbinə görə “Den i noç” əmtəə nişanı geniş tanınmış əmtəə nişanı olmadığından x3 əmtəə nişanı etibarsız hesab edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 yanvar tarixli 2-1(81)694/2018 nömrəli qərardadı ilə x2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, x3 adlı əmtəə nişanı və “Den i noç” əmtəə nişanı bənzər olan nişanlardır və müxtəlif dillərdə olan ifadələr mənaca tam üst-üstə düşü r. Belə ki, müqayisə edilən əmtəə nişanları sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Üçüncü şəxsin adına “Den i noç” adlı əmtəə nişanı 2013-cü il 10 oktyabr tarixində beynəlxalq qeydiyyata alınmışdır, bu tarix ilkinlik tarixi hesab olunur. x1 adına 2016-cı il 2 dekabr tarixində qeydiyyata alınmış x3 adlı əmtəə nişanın ilkinliyi isə 2016-cı il 21 sentyabr tarixdir. Göründüyü kimi “Den i noç” adlı əmtəə nişanının ilkinliyi daha üstündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 2018-ci il 12 fevral tarixli 2-1(81)694/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 2017-ci il 26 sentyabr tarixli, **********76 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 avqust tarixli 2-1(103)-1540/2018 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi prosessual hüquqi varisi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmişdir. Apellyasiya i nstansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1540/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 5 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 5 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Den i noç” əmtəə nişanı “Əmtəə nişanları və coğrafi g östəricilər haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq geniş tanınmış əmtəə nişanı kimi Azərbaycan Respublikasında qeydiyyata alınmamış və eyni zamanda, geniş tanınmış əmtəə nişanı deyildir. Məhkəmədə bunu cavabdeh və üçüncü şəxsin nümayəndələri etiraf etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Den i noç” və x3 sözlərindən yaradılmış əmtəə nişanları müxtəlif dillərdə mənaca üst-üstə düşür. Üçüncü şəxsin adına “Den i noç” adlı əmtəə nişanı 2013-cü il 10 oktyabr tarixində beynəlxalq qeydiyyata alınmışdır, bu tarix ilkinlik tarixi hesab olunur. x1 adına 2016-cı il 2 deka br tarixində qeydiyyata alınmış x3 adlı əmtəə nişanın ilkinliyi isə 2016-cı il 21 sentyabr tarixdir. Göründüyü kimi “Den i noç” adlı əmtəə nişanının ilkinliyi daha üstündür. Cavabdeh göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Üçüncü şəxsin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildi rişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Şikayətin əsassızlığı, ilk növbədə iddianın əsassızlığından irəli gəlir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, “Den i noç” adlı əmtəə nişanı UƏMT-nın “Nişanların beynəlxalq qeydiyyatı ilə bağlı Madrid sazişinə dair” Protokola uyğun olaraq 30-cu sinfin əmtəələri üzrə 2013-cü il 10 oktyabr tarixində İR ******* nömrəsi ilə beynəlxalq qeydiyyata alınmışdır. Beynəlxalq qeydiyyatın sahibi x2dir. Həmin qeydiyyat Azərbaycan Respublikası ərazisində 2014-cü il 27 mart tarixindən qüvvədədir. İddiaçı “Den i noç” adlı əmtəə nişanına münasibətdə üçüncü şəxsin hüquqlarını mübahisələndirmir. İddiaçının iddia tələbinin, habelə şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Den i noç” əmtəə nişanı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq geniş tanınmış əmtəə nişanı kimi Azərbaycan Respublikasında qeydiyyata alınmamışdır və geniş tanınmış əmtəə nişanı deyildir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Q anunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəs na hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə niş anının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilə n nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Normaların məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlar ının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nda aşağıdakılar təsbit olunmuşdur:
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması: (...) 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; 29.6.5. Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. Cavabdeh inzibati orqan iddiaçıya məxsus əmtəə nişanın qeydiyyatı ilə bağlı mübahisələndirilən qərarı qəbul edərkən həmin qeydiyyatın aparılması zamanı yuxarıda istinad edilən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın tələblərinin təmin olunmadığını, buradan, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin (a) və (b) bəndlərinin, 29-cu maddəsinin 1-ci hissəsinin tətbiqi üçün əsasların mövcud olduğunu müəyyən etmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublik asında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... Həmin Qanunun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Beləliklə, cavabdeh inzibati orqanın qərarı həmin normaların tələblərinə uyğun olduğundan, iddianın əsassızlığına dair məhkəmələrin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə ko llegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 sentyabr tarixli 2-1(103)-1540/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.