Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-223/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Törəmə Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (vergi borcunun silinməsi, borcun yaranma əsası kimi istinad edilən məhkəmə aktı aşkar edilmədiyinə görə) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı Törəmə Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamen tinə qarşı 20531,80 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-444/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Törəmə Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı) bank hesabına Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti (bundan sonra cavabdeh) tərəfindən sərəncam qoyulmuşdur. Belə ki, cavabdeh iddiaçı müəssisədə araşdırma apararaq 8326,62 manat vergi borcunun olmasını əsas göstərmişdir. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək 8326,62 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 15137,8 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 20531,80 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddiaya etiraz edərək bildirmişdir ki, Vergilər Nazirliyi 2006-cı ildə elektron sistemə keçən zaman İddiaçı TASC və ya X4 və Kanalizasiya Qurğuları İdarəsi barəsində mə hkəmə qətnaməsi ilə təmin edilmiş məbləğ vergi ödəyicisi olan İddiaçı TASCnin şəxsi hesab vərəqəsinə “əmlaka yönəldilmiş məbləğ üzrə" vərəqəyə işlənilmiş, lakin kağız daşıyıcıda olan sözügedən qətnamənin departamentin arxivindən tapılması mümkün olmamışdır. Həmçinin, cəmiyyətin 20531,80 manat məbləğində vergi borcuna görə məhkəmə tərəfindən qətnamə qəbul edilmiş və xx.xx.2019-cu il tarixə həmin qətnamə üzrə dövlət büdcəsinə 17931,86 manat məbləğində ödəniş edilmiş və ödənməmiş qalan borcun məbləği isə 2599,94 manat təşkil edir. Belə ki, həmin məbləğ məhkəmə qətnaməsi ilə qət edildiyindən və həmin qətnamə hal-hazırda da qüvvədə olduğundan, qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin silinməsinin hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəməd ən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-20/2019 saylı qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, cavabdehin üzərinə 20531,80 manat vergi borcunun iddiaçının hesabından silinməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının vergi borcunun məhkəmə qərarına əsasən yaranmasını təkid etsə də, həmin qərarın mövcudluğu barədə konkret məlumat, o cümlədən qərarın tarixi, onu qəbul edən məhkəmənin adı, hansı iddia ilə əlaqədar qəbul olunduğu, qərarda göstərilən borcun ödənilib-ödənilməməsinə dair hər hansı bir rəsmi məlumat olmadığından iddiaçının mövqeyi əsaslıdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-1(107)444/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: A.A.Mahmudov və V.İ.Məlikov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)-20/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Vergilər Nazirliyi 2006-cı ildə elektron sistemə keçən zaman İddiaçı TASC və ya X4 və Kanalizasiya Qurğuları idarəsi barəsində məhkəmə qətnaməsi ilə təmin edilmiş məbləğ vergi ödəyicisi olan İddiaçı TASC-nin şəxsi hesab vərəqəsinə “əmlaka yönəldilmiş məbləğ üzrə” vərəqəyə işlənilmiş, lakin kağız daşıyıcıda olan sözügedən qətnamənin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin arxivindən tapılması mümkün olmamışdır. Cəmiyyətin 20531,80 manat məbləğində vergi borcuna görə məhkəmə tərəfindən qətnamə qəbul edilmiş və bu günə, yəni xx.xx.2019-cu il tarixə həmin qətnamə üzrə dövlət büdcəsinə 17931,86 manat məbləğində ödəniş edilmişdir və ödənməmiş qalan borcun məbləği isə 2599,94 manat təşkil edir. Şikayət müəllifi hesab edir ki, həmin məbləğ məhkəmə qətnaməsi ilə təmin edildiyindən və həmin qətnamə halhazırda da qüvvədə olduğundan, qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin silinməsinin hüquqi əsası yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəm ə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiy a şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 1441/1 nömrəli məktubundan görünür ki, İddiaçı ATSC-dən borc tutulub 11 saylı Ərazi Vergilər Departamentinə ödənilməsi barədə Gəncə Yerli iqtisad Məhkəməsi tərəfindən 2002-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi üzrə icra sənədi icraata daxil olmamışdır. Ona görə də qeyd edilən qətnamənin nüsxəsinin verilməsi mümkün olmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 100 nömrəli məktubundan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədrinin xx.xx.2015-ci il tarixli 35 nömrəli əmrinə və xx.xx.2015-ci il tarixli akta əsasən 2000-2004-cü illərdə baxılmış iqtisadi işlər üzrə müvafiq məhkəmə aktları saxlanılmaqla digər sənədlər ( iddia ərizələri, etibarnamələr, tələblər, aktlar, arayışlar və iclas protokolları) məhv edilmişdir. Saxlanılan məhkəmə aktları arasında Gəncə Yerli İqtisad Məhkəməsinin İddiaçı TASC barəsində 2002-ci ildə qəbul edilmiş qətnamə aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti **********646300 nömrəli vəsatəti ilə İddiaçı TASC ilə yanaşı X4 və Kanalizasiya Qurğuları idarəsi barəsində qəbul edilmiş məhkəmə qətnaməsinin əldə olunmasına və işə əlavə edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 5434/1 nömrəli məktubundan görünür ki, X4 və Kanalizasiya Qurğuları idarəsi barəsində Gəncə Yerli iqtisad Məhkəməsi tərəfindən 2002-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi üzrə icra sənədi şöbənin icraatına daxil olmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 273 nömrəli məktubundan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədrinin xx.xx.2015-ci il tarixli 35 nömrəli əmrinə və xx.xx.2015-ci il tarixli akta əsasən 2000-2004-cü illərdə baxılmış iq tisadi işlər üzrə müvafiq məhkəmə aktları saxlanılmaqla digər sənədlər ( iddia ərizələri, etibarnamələr, tələblər, aktlar, arayışlar və iclas protokolları) məhv edilmişdir. Saxlanılan məhkəmə aktları arasında Gəncə Yerli İqtisad Məhkəməsinin X4 və Kanalizasiya Qurğuları İdarəsi barəsində 2002-ci ildə qəbul edilmiş qətnaməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının cavabdeh X4 və Kanalizasiya Qurğuları idarəsi barədə 2002-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi barədə sorğuya xx.xx.2019-cu il tarixli 73/3 nömrəli cavab məktubunun məzmunundan məlum olur ki, Gəncə Yerli İqtisad Məhkəməsinin (Gəncə İnzibati-İqtisadi Məhkəməsinin) arxiv sənədləri Dövlət arxivinin Gəncə filialına təhvil verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mö vqeyi ilə razılaşaq qeyd edir ki, cavabdeh iddiaçının vergi borcunun məhkəmə qərarına əsasən yaranmasını təkid etsə də, həmin qərarın mövcudluğu barədə konkret məlumat, o cümlədən qərarın tarixi, onu qəbul etdiyi məhkəmənin adı, hansı iddia ilə əlaqədar qəbul olunduğu, qərarda göstərilən borcun ödənilib-ödənilməməsinə dair hər hansı bir rəsmi məlumat verə bilməmişdir və məhkəmə araşdırması zamanı da cavabdehin mövcudluğunu israr etdiyi qətnamənin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məh kəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir, iddianın təmin edilməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-444/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-223/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-223/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver