Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-223/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Qəbələ bələdiyyəsi) “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli 2-1(107)-343/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı iclas protokolundan çıxarış qərarı ilə iddiaçıya kommersiya təyinatlı tikinti üçün 30 (otuz) kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə 17 fevral 2005-ci il tarixdə 14 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-X5 tərtib olunmuşdur.
2. Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının 22 fevral 2005-ci il tarixli 21 nömrəli Sərəncamı ilə həmin torpaq sahəsində mağazanın tikintisinə icazə verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə ona satılmış 0.003 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Qəbələ bələdiyyəsi tərəfindən iddiaçıya satılmış 0.003 ha torpaq sahəsinin yerləşdiyi ərazi yağış sularının axını üçün istifadə olunan su ötürücü kanalının üzərinə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Qəbələ bələdiyуəsinin 01 noyabr 2004-cü il tarixli 08 saylı qərarına əsasən kommersiya təyinatlı tikinti üçün 30 (otuz) kv.metr torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə 17 fevral 2005-ci il tarixdə 14 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-X5 tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsində tikintiyə icazə verilməsi barədə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı 22 fevral 2005-ci il tarixli 21 nömrəli Sərəncam vermişdir. Bundan sonra iddiaçı aldığı torpaq sahəsində mağaza bi nası inşa etdirmişdir. Lakin heç bir rəsmi sənəd olmadan iddiaçıya məxsus mağaza binası sökülmüşdür. Dəfələrlə müraciət etsə də aldığı torpaq sahəsinə mülkiyyət sənədi ala bilmir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır.
7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Belə ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, X1 Elşən Davud oğluna 30 kv.m sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılmasına dair 08 saylı qərarı, 01 noyabr 2004-cü il tarixli olsa da, həmin torpaq sahəsinə dair Qəbələ rayonu, Qəbələ Bələdiyyəsindinin qərarının hal-hazırda qüvvədə olması barədə məktubu və torpaq sahəsinin məkan göstəriciləini özündə əks etdirən plan ölçü sənədi təqdim edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.
8. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6094/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə İddiaçı ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstərici ləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (planölçü) olmadığı üçün başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Faktiki iddia olunan 0,003 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan ümumi istifadədə torpaqlar olmaqla Qəbələ Bələdiyyəsinin mülkiyyətinə aid ərazidir, iddia olunan torpaq sahəsinin altından çay keçir. Həmin torpaq sa həsi X2 X3 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan Bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim F.Hacızadə) 3 aprel 2024-cü il tarixli 2-1(116)134/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddia olunan torpaq sahəsi X2 X3 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan Bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. İddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
11. İ ddiaçı həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli 21(107)-343/2024 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev – sədrlik edən və məruzəçi, T.Həsənov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: “...iddiaçı tərəfindən təqdim edilən Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarının və həmin qərarın qəbul edildiyi göstərilən xx.xx.2008-ci il tarixli bələdiyyənin iclas protokolunun a rxiv nüsxəsinin təqdim edilməsi üçün müvafiq sorğular verilmişdir. Sorğulara əsasən həmin sənədlərin arxiv nüsxəsi Qəbələ bələdiyyəsi və Qəbələ Rayon Dövlət Arxivində aşkar olunmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi yoxdur. İddia olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd isə təqdim edilməmişdir. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi X2 X3 əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazidir.... Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə İddiaçı ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd ed ilmiş sənəd (plan-ölçü) olmadığı üçün xüsusiyyətləri barədə məlumat verilməsi,.....faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək,.....başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Faktiki iddia olunan 0,003 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan ümumi istifadədə torpaqlar olmaqla Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidir, iddia olunan torpaq sahəsinin altından çay keçir. Həmin torpaq sahəsi X2 X3 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazi k imi göstərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı iclas protokolundan çıxarış isə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, “iclas protokolundan çıxarış” istinad olunduğu iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir.... bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, bələdiyyə kollegial orqan olduğundan, bələdiyyəni n qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edildiyindən torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca “iclas protokolundan çıxarış” verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, qeyd edilən inzibati akt “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar q əbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbinə görə (23-cü bənd) torpağın mülkiyyətə ayrılması haqqında qərar bələdiyyənin növbəti iclasında müzakirə edilərək qəbul edilməlidir.”
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, Torpaq Məcəlləsinin 5.1-ci və 5.2-ci, 9cu və 16-cı maddəsinin 2-ci hissəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.1 və 7.1.2 maddələri, “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsi, 16-cımaddəsinin 4-cü və 6-cı bəndinin hazırki işə tətbiq olunmasına heç bir zərurət yoxdur. Çünki mülkiyyət növlərini və mülkiyyətin mənsubiyyətini heç bir tərəf mübahisələndirmir. Eyni zamanda məhkəmə heç bir qanuni əsas olmadan, yalnız cavabdehin mülahizəsinə əsaslanaraq torpaq sahəsinin ümumi istifadədə olan torpaq olduğunu qeyd etmişdir. Bundan başqa məhkəmə təqdim edilmiş sənədləri nəzərə almadan ilkin hüquqmüəyyənedici sənədlərin olmaması barədə səhv qənaətə gəlmişdir.
16. Həmçinin qeyd edi lmişdi ki, apellyasiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü, 34.1-сi və 35.1-ci maddələrinin də tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya onun əldə edə bilmədiyi sübutların alınmasında yardım etməmişdir. Əldə olunmuş və iddiaçı tərəfindən təqdim edilmiş sənəd və sübutların isə böyük əksəriyyəti nəzərə alınmamış və həmin sübutlar araşdırılmamış və qiymətləndirilməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:... 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;[30] 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahə sinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[31] 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mi nənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münas ibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icar ə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqa viləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:... 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəy yən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlən məyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayət də fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunver iciliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi torpaq sahəsinə mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi barədə tələbin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətd ə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçını hüquqi marağı Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə yönəlmişdir.
29. İddia tələbinin əsası kimi iddiaçı Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı iclas protokolundan çıxarış qərarını, torpaq sahəsinin alqı-satqısına dair 17 fevral 2005-ci il tarixdə 14 nömrəli Aktı və Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının 22 fevral 2005-ci il tarixli 21 nömrəli torpaq sahəsində mağazanın tikintisinə icazə verilməsi barədə Sərəncamdan çıxarış təqdim etmişdir.
30. Məhkəmə kollegiyası apellyasiy a məhkəməsinin mövqeyi ilə razılaşır ki, Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı iclas protokolundan çıxarış sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz.
31. Belə ki, “iclas protokolundan çıxarış” istinad olunduğu iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir.
32. Bununla bağlı həmçinin qeyd edilməlidir ki, bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, bələdiyyə kollegial orqan oldu ğundan, bələdiyyənin qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edildiyindən torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca “iclas protokolundan çıxarış” verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, qeyd edilən inzibati akt “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır.
33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən həmin sənəd lər əsasında hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı deyildir.
34. Beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas yoxdur.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2024-cü il tarixli 21(107)-343/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.