Məhkəmə qərarları › İş №2-1(102)-2230/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2230/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2230/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 (55+2) yaş, quraşdırıcı çilingər peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-460/2021 saylı, 22 iyun 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xxxxx-ci il tarixdə doğulmuşdur, 18.10.1979-cu ildən 01.12.1981-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. 04.01.1982-ci ildə Dəmirçi sexinə 3-cü dərəcəli nəqliyyat ilə mal nəql edən işinə qəbul edilmişdir. 14.02.1983-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur. 06.04.1983-cü ildə 2 saylı Bakı Sahəsinə 2-ci dərəcəli izolyasiyaçı işinə qəbul olunmuşdur. 12.07.1984-cü ildə X1ma İdarəsinə qazma avadanlığının təmiri üzrə 3cü dərəcəli çilingər işinə qəbul edilmişdir. 24.07.1985-ci ildə qazma avadanlığının xidməti üzrə çilingər işi üzrə 4-cü dərəcəsi verilmişdir. 04.11.1987-ci il də Bakı Dərin Özülləri Zavoduna köçürülməsi yolu ilə əlaqədar işdən azad edilib. 16.11.1987-ci ildə köçürülmə yolu ilə Qaz Sənayesi Nazirliyinin Dayaq hissələrinin hazırlanması üzrə Bakı Stasionar Dərin Özülləri Zavodunun TQİ-nin 4 saylı sahəsinə 4-cü dərəcəli m/k quraşdırıcı işinə qəbul edilmişdir. 25.04.1988-ci ildə “Şelflayihə-Tikinti” İstehsalat Layihə-Tikinti Birliyinin 22.04.1988-ci il tarixli, 1 saylı əmrinə müvafiq olaraq BSDÖZ TQİ adı dəyişdirilərək “Ş elf Layihə-Tikinti” İstehsalat Layihə-Tikinti Birliyinin 1 saylı TQİ adlandırılmışdır. 01.05.1988-ci ildə “Şelf Layihə-Tikinti” İstehsalat Birliyinə 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. 01.08.1990-cı ildə metal konstruksiyalarının quraşdırıcısı işi üzrə 5-ci dərəcəsi verilmişdir. 01.03.1991-ci ildə liftçi ixtisası verilmişdir. 01.09.1993-cü ildə metal konstruksiyalarının quraşdırıcısı işi üzrə 6-cı dərəcəsi verilmişdir. 13.05.1996-cı ildə köçürülmə yolu ilə 4-cü dərəcəli çilingər-quraşdırıcı işinə qəbul olunmuşdur. 28.08.1997-ci ildə çilingər-quraşdırıcı işi üzrə 5-ci dərəcəsi verilmişdir. 09.09.1997-ci ildə köçürülmə yolu ilə 6-cı dərəcəli çilingər-quraşdırıcı işinə qəbul olunmuşdur. 01.12.1999-cu ildə 1-ci sahəyə 6- cı dərəcəli quraşdırıcı işinə qəbul olunmuşdur. 01.08.2002- ci ildə əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 20.11.2019-cu il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmi n Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinet inin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir- beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və hidroaqreqatların quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan 9.9.1997-1.8.1999cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İB-nin 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı-çilingər peşəsi yuxarıda qeyd olunan sahəyə aid olmadığı, həmin səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir.

3. Heydər Əliyev adına Bakı X8nun 2 iyul 2019-cu il tarixdə iddiaçıya ünvanlanmış arayışda iddiaçının 09.09.1997-ci il tarixdən 01.08.2002-ci il tarixədək quraşdırıcı peşəsində işləməsi öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 24 dekabr 2019-cu il tarixdə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 20 yanvar 2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılm ışdır ki, iddiaçı əmək fəaliyyətinə 4 yanvar 1982-ci il tarixdən başlamışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna yazılı müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən əmək kitabçasında qeyd olunan 09.09.199729.08.1999-cu il tarixləri arasındakı dövr ərzində “Şelflayihətikinti” İB-nin 2 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdi q edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı Heydər Əliyev adına Bakı X8nun 2 iyul 2019-cu il tarixli arayışını idarəyə təqdim etmişdir. Hansı ki, həmin arayışda onun 9.9.1997-ci il tarixdən 1 avqust 2002-ci il tarixədək quraşdırıcı peşəsində işləməyi öz əksini tapmışdır. Cavabdehin imtinası əsassızdır və qanuna ziddir.

6. Cavabdeh iddiaçıya verdiyi imtina məktubu ilə eyni məzmunlu iddiaya qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Məhkəmə sorğusuna cavab olaraq, 23 aprel 2020-ci il tarixdə “SOCAR” Heydər Əliyev adına X8 tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının 09.09.1997-ci il tarixdən 01.12.1999-cu il tarixədək “Şelflayihət ikinti” İB-nin 2 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı sahəsində quraşdırıcı peşəsində işlədiyi, həmçinin texnoloji prosesə əsasən iddiaçının işlədiyi quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” bəndində göstərilən “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsinə uyğun olduğu bildirilmişdir. Həmin məktuba qoşma olaraq iddiaçıya verilmiş güzəştli arayış da əlavə edilmişdir. Qeyd olunan güzəştli arayışdan müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 13 il 11 ay 17 g ün təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-1084/2020 saylı iş) 6 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 20.01.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi “Şelflayihətikinti” Trestinin Tikinti Quraşdırma idarələrində işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı bölməsinin güzəştli iş stajı verən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 13 il 11 ay 17 gündən ibarətdir. İddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi “quraşdırıcı” peşəsi həmin Siyahıda qeyd olunan “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə bərabər tutulmalıdır. Bu əsasdan cavabdeh tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Məhkəmə sorğusuna cavab olaraq, Heydər Əliyev adına Bakı X8 tərəfindən məhk əməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Heydər Əliyev adına Bakı X8nun arxivinə "xxxx" Birgə Müəssisəsinə aid heç bir sənəd təhvil verilməmişdir. Bu müəssisənin hansı dövrlərdə fəaliyyət göstərməsi və hal-hazırda fəaliyyət göstərib göstərməməsi ilə bağlı heç bir məlumata da malik deyillər. Odur ki, iddiaçının həmin müəssisədə 12.05.1996-cı ildən 29.08.1997-ci ilədək hansı peşələrdə işləməsi barədə məlumat yoxdur. “Quraşdırıcı çilingər” və “quraşdırıcı” peşələri üzrə yerinə yetirilən işlər metalkonstruksiyaların quraşdırılması üzrə texnoloji prosesin tərkib hissələridir. SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəssisəsi tərəfindən “quraşdırıcı çilingər” və “quraşdırıcı” peşələri eyni dərəcədə zərərli iş kimi qiymətləndirilmiş və bu peşələrdə işləyən işçilərə Azərbaycan Respub likası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22.08.2002-ci il tarixli qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir. Yalnız “quraşdırıcı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-cü il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxil edilmiş, “quraşdırıcı çilingər” peşəsi isə bu siyahıya daxil edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X4, 2-1(103)-460/2021 saylı iş) 22 iyun 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh 22 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 4 avqust 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri 14. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıda şərtlər ə riayət edilməklə yaranır: - İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; - İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; - İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi.

15. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 13.5.1996- 29.8.1997, 9.9.1997 - 1.12.1999-cu illər ərzində işlədiyi peşə olan “quraşdırıcıçilingər” peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsində mövcud deyildir. Qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v erən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və hidroaqreqatların quraşdırıcıları peşəsi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayını tamamlanmamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şərai tinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edil ir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çal ışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsin də nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ v erən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) gös tərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlər ə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

24. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin müvafiq olaraq a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim e tdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcm də) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

29. İddiaçı xx xxxxxx 1961-ci ildə doğulmuş, 20 yanvar 2018-ci ildə 57 yaşı tamam olmuşdur. Zərərli sahədə quraşdırıcı çilingər və quraşdırıcı peşələrində işlədiyini, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

30. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajını toplamadığından, yəni işlədiyi quraşdırıcı çilingər peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından, həmçinin həmin tarixədək 25 ildən az olmayan ümumi stajı toplamadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

33. İddiaçının əmək kitabçasında olan məlumatlar görə o, 18 oktyabr 1979-cu ildən 1 dekabr 1981-ci ilə qədər Sovet Ordusunda xidmət etmiş, 4 yanvar 1982-ci ildən əmək fəaliyyətinə başlamış, qısa fasilələrlə 1 avqust 2002-ci il tarixədək, həmçinin 2 avqust 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək işləmişdir.

34. Əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçı: - 18.10.1979-cu ildən 01.12.1981-ci ilədək Sovet Ordusunda xidmət etmiş (2 il 1 ay 13 gün); - 24.12.1981-ci ildə dəmirçi sexinə 3-cü dərəcəli nəqliyyat ilə mal nəql edən işinə qəbul edilmiş, 15.02.1983-cü ildə öz xahişi ilə işdən azad olunmuş (1 il 1 ay 21 gün); - 05.04.1983-cü ildə 2 saylı Bakı Sahəsinə 2-ci dərəcəli izolyasiyaçı işinə qəbul olunmuş, 12.06.1984-cü ildə öz xahişi ilə azad olunmuş (1 il 2 ay 7 gün); - 12.07.1984-cü ildə X1ma İdarəsinə qazma avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, 24.07.1985-ci ildə qazma avadanlığının xidməti üzrə çilingər işi üzrə 4-cü dərəcəsi verilmiş, 04.11.1987-ci il də Bakı Dərin Özülləri Zavoduna köçürülməsi yolu ilə əlaqədar işdən azad edilmiş, 16.11.1987-ci ildə köçürülmə yolu ilə Qaz Sənayesi Nazirliyinin Dayaq hissələrinin hazırlanması üzrə Bakı Stasionar Dərin Özülləri Zavodunun TQİ-nin 4 saylı sahəsinə 4-cü dərəcəli m/k quraşdırıcı işinə qəbul edilmiş, 25.04.1988-ci ildə “Şelflayihə-Tikinti” İstehsalat Layihə-Tikinti Birliyinin 22.04.1988-ci il tarixli, 1 saylı əmrinə müvafiq olaraq BSDÖZ TQİ adı dəyişdirilərək “Şelf Layihə-Tikinti” İstehsalat Layihə-Tikinti Birliyinin 1 saylı TQİ adlandırılmış, 30.04.1988-ci ildə “Şelf Layihə-Tikinti” İstehsalat Layihə-Tikinti Birliyinin 22.04.1988-ci il tarixli, 1 saylı əmrinə əsasən “Şelf Layihə-Tikinti” İstehsalat Birliyinin 2 saylı TQİ köçürülmə yolu ilə azad olunmuş, 01.05.1988-ci ildə “Şelf Layihə-Tikinti” İstehsalat Birliyinin 1 saylı TQİ köçürülmə yolu ilə 1 saylı sahəyə 4-cü dərəcəli quraşdırıcı işinə qəbul olunmuş, 01.08.1990-cı ildə metal konstruksiyalarının quraşdırıcısı işi üzrə 5-ci dərəcəsi verilmiş, 01.03.1991-ci ildə liftçi ixtisası verilmiş, 01.09.1993-cü ildə metal konstruksiyalarının quraşdırıcısı işi üzrə 6-cı dərəcəsi verilmiş, 11.05.1996-cı ildə müqavilə üzrə iş müddətinə "xxxx" Birgə Müə ssisəsinə köçürülmə yolu ilə müvəqqəti işdən azad olunmuş, 13.05.1996-cı ildə köçürülmə yolu ilə 4-cü dərəcəli çilingər-quraşdırıcı işinə qəbul olunmuş, 28.08.1997-ci ildə çilingər-quraşdırıcı işi üzrə 5-ci dərəcəsi verilmiş, 29.08.1997-ci ildə əvvəlki iş yerinə köçürülmə yolu ilə Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad olunmuş, 09.09.1997-ci ildə köçürülmə yolu ilə 6-cı dərəcəli çilingər-quraşdırıcı işinə qəbul olunmuş, 01.12.1999-cu ildə bağlanmış əmək müqaviləsi № 48 əsasən 1-ci sahəyə 6-cı dərəcəli quraşdırıcı işinə qəbul olunmuş, 01.08.2002-ci ildə Azərbaycan Respublikası ƏM-nin 65-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, başqa yerdə 2 avqust 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək (3 il 4 ay 28 gün) işləmişdir ( 21 il 5 ay).

35. Yuxarıda qeyd edilən dövr (2 il 1 ay 13 gün) + (1 il 1 ay 21 gün)+ (1 il 2 ay 7 gün)+ (21 il 5 ay)=25 il 10 aydan çoxdur.

36. İddiaçının hərbi xidmət dövrü, habelə əmək kitabçasında qeyd edilən 1 yanvar 2006-cı ilədək olan dövr ümumilikdə 25 ildən çoxdur. Bu səbəbdən 1 yanvar 2006cı ilə qədər 25 il ümumi stajın mövcud olmadığı barədə şikayətin dəlilləri əsaslı deyildir.

37. Heydər Əliyev adına Bakı X8nun 2 iyul 2019-cu il tarixli güzəştli arayışında olan məlumatlara görə 16 aprel 1987-ci il tarixdən 30 aprel 1988-ci il tarixədək, 1 may 1988-ci il tarixdən 11 may 1996-cı il tarixədək və 9 sentyabr 1997-ci il tarixdən 1 avqust 2002-ci il tarixədək cəmi 13 il 11 ay 17 gün quraşdırıcı peşəsində işləmişdir və bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 ya nvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu bölmənin a) bəndində göstərilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 13 il 11 ay 17 gün təşkil edir.

38. Heydər Əliyev adına Bakı X8nun birinci instansiya məhkəməsinə göndərdiyi 23 aprel 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 9 sentyabr 1997-ci ildən 1 dekabr 1999-cu il tarixədək olan dövrdə iddiaçı quraşdırıcı peşəsində işləmişdir, texnoloji prosesə əsasən iddiaçının işlədiyi quraşdırıcı peşəsi Siyahıda göstərilən “polad və dəmir-beton konstruksiyalarının quraşdır ılması üzrə quraşdırıcı” peşəsinə uyğundur.

39. İşin apelyasiya icraatı zamanı məhkəmə tərəfindən Heydər Əliyev adına Bakı X8na sorğu ünvanlanaraq, "xxxx" Birgə Müəssisəsi ilə bağlı məlumatları (arxivə sənədlərin təhvil verilib-verilməməsi), hazırda fəaliyyət göstərib-göstərməməsi, nə vaxtdan fəaliyyət göstərməməsi, iddiaçının həmin müəssisədə 12.05.1996-cı il tarixdən 29.08.1997-ci il tarixədək işlədiyi peşələr və işlədiyi dövrlər barədə məlumatları, eyni zamanda iddiaçının həqiqətən quraşdırıcı-çilingər və ya quraşdırıcı peşələrində işləməsi ilə bağlı olan məlumatları, quraşdırıcı-çilingər və ya quraşdırıcı peşələrinin eyni işlə bağlı olub-olmaması, bu peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına daxil olub-olmaması ilə bağlı olan məlumatların B akı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur.

40. İşin apelyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanaraq, iddiaçının işlədiyi quraşdırıcı və quraşdırıcı-çilingər peşəsinin eyni işlə bağlı olub-olmaması, bu peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına daxil olub-olmaması ilə bağlı olan məlumatların Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur.

41. Məhkəmənin sorğusuna cavab olaraq Heydər Əliyev adına Bakı X8 tərəfindən məhkəməyə ünvanlanmış 27.04.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Heydər Əliyev adına Bakı X8nun arxivinə "xxxx" Birgə Müəssisəsinə aid heç bir sənəd təhvil verilməmişdir. Bu müəssisənin hansı dövrlərdə fəaliyyə t göstərməsi və halhazırda fəaliyyət göstərib göstərməməsi ilə bağlı heç bir məlumata da malik deyillər. Odur ki, iddiaçının həmin müəssisədə 12.05.1996-cı ildən 29.08.1997-ci ilədək hansı peşələrdə işləməsi barədə məlumat yoxdur. Bildirmişlər ki, “quraşdırıcı çilingər” və “quraşdırıcı” peşələri üzrə yerinə yetirilən işlər metalkonstruksiyaların quraşdırılması üzrə texnoloji prosesin tərkib hissələridir. SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəssisəsi tərəfindən “quraşdırıcı çilingər” və “quraşdırıcı” peşələri eyni dərəcədə zərərli iş kimi qiymətləndirilmiş və bu peşələrdə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksə k məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında ” 22.08.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir. Yalnız “quraşdırıcı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-cü il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxil edilmiş, “quraşdırıcı çilingər” peşəsi isə bu siyahıya daxil edilməmişdir.

42. İşin apelyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş Heydər Əliyev adına Bakı X8nun 7 iyun 2021-ci il tarixli cavab məktubu ilə iddiaçı barəsində tələb olun arxiv sənədlərinin təsdiqlənmiş sur ətləri göndərilmişdir.

43. Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi peşəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlanan XXVİİ bölmədə 2290000a14612 kodu ilə nəzərdə tutulmuşdur.

44. İddiaçının çalışdığı “quraşdırıcı” peşəsi həmin Siyahıda qeyd olunan “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə bərabər tutulması və iddiaçının tələb olunan 12 il 06 ay lıq güzəştli iş stajına malik olması sübuta yetmişdir.

45. İddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda olması iş yerinin ətraflı arayışları ilə təsdiq olunduğundan, 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

46. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

47. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-460/2021 saylı, 22 iyun 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar