Məhkəmə qərarları › İş №2-1(102)-2230/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2230/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2230/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; bəyannamənin xərc və gəlir sətirlərinin inzibati akta əsasən araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.10.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 sayl ı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-182/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2021-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması nəticəsində 24 oktyabr 2022-ci il tarixli, **********597900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 426.059,82 manat əlavə vergi məbləğləri hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022ci il tarixli, **********597900 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il Mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021- ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” kimi göstərilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması nəticəsində 24 oktyabr 2022-ci il tarixli, **********597900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 426.059,82 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmı şdır. 24 oktyabr 2022-ci il tarixli, **********597900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərar ilə razılaşmadıqlarından qərar ləğv olunmalıdır. Vergi orqanı tərəfindən ilk öncə eyni dövr üzrə 29 sentyabr 2022-ci il tarixində 2021-ci il mənfəət vergisi üzrə **********698700 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən 1852.52 manat əlavə vergi hesablanması tətbiq edilmişdir. Həmin qərar daha sonra ləğv edilərək eyni dövr üzrə ikinci bir yoxlama həyata keçirilmiş 24 oktyabr 2022-ci il tarixli, **********597900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə 426.059,82 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Həmçinin müəssisənin rəhbəri olan və aktı imzalayan şəxs latın qrafikası ilə oxumağı və yazmağı bilməyən bir şəxsdir. O yalnızca rus əlifbası ilə oxumağı və yazmağı bacara bilir. Belə ki, vergi yoxlayıcısı Əhədli Nizami tərəfindən ona təqdim edilmiş SVY aktı müəssisə rəhbərinə tanış edilmədən, hər hansı məlumat verilmədən imzalatdırılmışdır. Daha sonra müəssisə rəhbəri tərəfindən vəkilə müraciət edilərək işin faktiki halları barədə məlumatı olmuşdur. Həmin yoxlamanın nəticəsində 125000 manatadək maliyyə sanksiyası, 426000 manat əlavə vergi və 90000-dək isə faiz borcu hesablanmışdır. Həmçinin müəssisə toxumluq kartof idxal etmişdir. Həmin toxumluq kartof kənd əhalisi üçün nəzərdə tutulmuş, onların əkinlərinin da ha yaxşı olması üçün gətirilmişdir. Həmin hesablamaya əsas kimi tərəflərindən verilmiş dəqiqləşdirilmiş bəyannamə qeyd edilmişdir ki, həmin bəyannamə vergi orqanı tərəfindən bildirildiyi üçün dəqiqləşdirilmiş şəkildə təqdim edilmişdir. Hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3709880.02 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat +217-Cİ (digər gəlirlər - o c ümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 3709880.02 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3719142.63 manat - həmin bəyannamələrin əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən aksiz bəyannamələrinin 406-cı sətrində (cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Daha sonra vergi orqanı yenidən xx.xx.2022-ci il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən xx.xx.2022-ci il tarixində ********* *125600 saylı uyğunsuzluq məktubu göndərmişdir: "Vergi ödəyicisi"xxxx" MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys dəyəri ile ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal etmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 363067,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 manat və 141626,09 manat e qaimə ilə aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alara q yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 426059,82 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulur. (3701881.731571582,61-2130299, 12*20%-426059,82)" xx.xx.2022-ci il tarixində dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş və xx.xx.2022-ci il tarixində **********115600 saylı uyğunsuzluq məktubu hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3709880.02 manat + 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat +202-Cİ (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat +203-CÜ (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqd im edilmiş aktivlərin dəyəri) 0.00 manat +217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 3709880.02 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3719142.63 manat - həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406cı sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. xx.xx.2022-ci il tarixində yenidən Kameral hesablanmış Qərar № ********** 698700 təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 1.233.66 əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.086,18 Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 1852.52 manat göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumatda göstərilmişdir. Hesablama metodu üzrə təqdim edilmiş mənfəətdən vergi bəyannaməsinin 200-cü (malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 3709880.02 manat + 201-ci (amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 202-ci (amortizasiya ol unmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat +217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 3709880.02 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 3719142.63 manat - həmin bəyannamələrin 3. № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406cı sətrində (cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Daha sonra xx.xx.2022-ci il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə yə əsasən xx.xx.2022-ci il tarixində **********984400 saylı məktubun səbəbləri kimi "Vergi ödəyicisi "xxxx" MMC tərəfindən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal etmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 ma nat və 141626,09 manat e- qaimə ilə aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 426059,82 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulur. (3701881.73- 1571582,61-2130299, 12*20%=426059,82)" və xx.xx.2022-ci il tarixində **********024100 saylı səbəblər Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində 3631511.13 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin ‘'Aktivlər, öhdəliklər və kapitallar barədə" 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur" xanalarındakı göstəricilərin cəmi (1574533.58 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 2056977.55 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. xx.xx.2022-ci il tarixində kameral hesablanmış **********597900 saylı qərara əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 3086,18 əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 3086,18 vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 429146.00 manat kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 426059.82 manat bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat "Vergi öd əyicisi "AQRAR-A” MMC (VÖEN **********) tərəfindən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal etmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən. xx.xx.2022-ci il tarixli **********64200 saylı Bəyannamənin təqdim edilməsi haqqında bildirişdə aşağıdakılar qeyd edilmişdir. Baza məlumatlarına əsasən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1494376.62 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal edilmiş, elektron qaimə fakturalarla 141626,09 ma nat alışı olmuşdur. 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1494376.62 manat və 141626,09 manat e qaimə ilə aldığı malları nəzərə alaraq 1636002,71 manat (1494376,62+141626,09=1636002,71) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq yaranmış 2065879,02 manat kənarlaşmaya əsasən 413175,80 manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulur. (3701881.73- 1636002.71=2065879,02*20%=413175.80)M "xxxx" MMC-nin VÖEN:**********) sonuncu göndərilmiş mənfəət bəyannaməsinə əsasən (xx.xx.2022-ci il tarixində) 2021-ci il ərzində ümumi gəlir 3709880.02 manat, xərclər 3632501.73 manat, vergitutma məqsədləri üçün mənfəət 6168.29 manat və mənfəət vergisi 1233.66 manat təşkil etmişdir. Vergi orqanı 37-ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır.

6. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1330/2023 saylı qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş mə hkəmə qərardadı əsasında verilən xx.xx.2023-cü il tarixli, 9/3523 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-182/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.Həsənov sədrlik edən və məruzəçi, M.Həsəno v və Z.Allahyarov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu vergi ödəyicisi İddiaçı MMC-yə (VÖEN **********) 2021-cİ il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakı əsaslarla hesablanmışdır.

13. Vergi ödəyicisi İddiaçı MMC (VÖEN *** *******) tərəfindən hesabat ilində invoys dəyəri ilə ümumilikdə 1429956,52 manat dəyərində mallar (ərzaqlıq və toxumluq kartof) idxal edilmiş, elektron qaimə fakturalarla 141626,09 manat alışı olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumilikdə xərc maddəsində malların dəyəri 3630671,73 manat digər xərclər 71210 manat göstərilmiş və ilin sonuna mal qalığı qalmamışdır.

14. Baza məlumatlarına əsasən idxal edilmiş malların və invoys dəyərinin 1429956,52 manat və 141626,09 manat elektron qaimə fakturalarla aldığı malları nəzərə alaraq 1571582,61 manat (1429956,52+141626,09=1571582,61) xərc göstərməli olduğu halda 3701881,73 manat xərc göstərilmişdir.

15. Qeyd olunanları nəzərə alaraq yaranmış 2130299,12 manat kənarlaşmaya əsasən 42605 9,82 manat əlavə vergi mənfəət vergisi hesablanmışdır. (37018xx.xx1571582,61 =2130299,12*20%=426059,82)

16. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə 04.10;2022-ci il tarixli **********984400 nömrəli bildiriş göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 426059,82 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022-ci il tarixli **********597900 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir.

17. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə bir daha dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. 18. 2021-ci ilin mənfəət verg isi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 425,877,00 manat mənfəət vergisi hesablanmış və xx.xx.20223-cü il tarixli **********801100 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir.

19. Qeyd olunan inzibati mübahisə üzrə məhkəmə tərəfindən 22 dekabr 2022-ci il tarixdə ekspertizanın təyin olunması haqqında qərardad qəbul edilmiş və iş üzrə məhkəmə-mühasibat ekspertizası keçirilmişdir.

20. Məhkəmə-mühasibat ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 9/3523 nömrəli rəy verilmişdir.

21. Lakin ekspert qoyulmuş suallar üzrə heç bir tədqiqat aparmadan sadəcə vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannaməsi üzrə verdiyi məlumatları tərtib etdiyi rəyə köçürərək xərclər yaratmış və ümumi qaydada vergilərin hesablanmasının müəyyən edilməsi fikrini formalaşdırmağa çalışmışdır. Halbuki öncə qeyd edildiyi kimi 2021-ci il üzrə gəlirin müəyyən edilməsi üzrə ekspert tərəfindən heç bir tədqiqat aparmadan və vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatlarındakı məbləğlərin sonradan azaldılması halı barədə hər hansı əsaslandırma aparmadan öz rəyini əsaslandırmağa çalışmışdır.(xx.xx.2023-cü il tarixli qərar üzrə).

22. Halbuki, daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023- cü il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə gəlirinin azaldılmasına dair hər hansı sənədlər vergi orqanına təqdim edilmədən gəlir məbləği azaldılmışdır.

23. Məhkəmə kollegiyası heç bir əsas olmadan və şəxsi mülahizələrinə görə ekspert rəyini digər sübutlardan üstün saymış və qərarın əsası kimi qəbul etmişdir.

24. Bütün yuxarıd a göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmi şdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(106)-182/2024 saylı qərarla, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət v ergisi üzrə xx.xx.2023-cü il tarixli **********801100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən belə hesab etmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən daxil olmuş məhkəmə qərardadı əsasında verilən xx.xx.2023-cü il tarixli, 9/3523 nömrəli ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Cavabdeh tərəfindən isə sözügedən rəyi şübhə altına alan əsaslı sübut təqdim edilməmişdir.”

29. Bununla əla qədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən faktiki olaraq yalnız sözügedən ekspert rəyinə istinad etmiş, işdə olan və yaxud mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış (İPM-in 12.1-ci maddəsi), digər zəruri sübutları toplamamışdır (İPM-in 12.2-ci maddəsi).

30. Halbuki, İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 103-cü maddəsinə görə, Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə q ətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

31. Digər tərəfdən, birinci instansiya məhkəməsi ekspertə verilmiş suallar mübahisənin düzgün həll olunmasına yönəlməmiş, formal xarakter daşıyır, halbuki, cavabdeh təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir.

32. Belə ki, iş materiallarından göründüyü kimi, vergi ödəyicisinin son bəyannaməsi olsa da, bu yalnız sənədin kserosurətidir və məhkəməyə həmin bəyannamənin kim tərəfindən təqdim edilməsi bəlli deyil, yəni sözügedən vergiyə dair son bəyannaməsinin əsli tərəflərdən tələb edilməlidir.

33. Bundan başqa “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında bildiriş” adlı sənəd də tələb edilməlidir, belə ki, adıçəkilən sənədlərdən, məhz hansı pozuntular əsasında mübahisə predmeti olan cavabdehin qərarının qəbul edilməsinin müəyyən edi lməsi mümkün ola bilər.

34. Bundan başqa işdə (işin İ cildinin 14, 15-ci səhifələrində) “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” (tarixləri müvafiq olaraq xx.xx.2022-ci il və 25 iyul 2022-ci il dövrünə aiddir) mövcuddur ki, bundan sonra cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.

35. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh ilk dəfə kameral qərar qəbul edərkən xərclər üzərinə bunu etmişdir. Lakin hazırda mübahisələndirilən inzibati aktın nəyin əsasında, yəni xərcin artırılması və ya gəlirin azaldılması üzərindən qəbul edilməsi bəlli deyil.

36. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə predmeti olan cavabdehin xx.xx.2024-cü il tarixli qərarına dair “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” işdə mövcud deyildir ki, onun da tələb edilməsi zəruridir.

37. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” mübahisə predmetinə çevrilmiş **********801100 saylı, 13 iyun 2023-cü il tarixli qərarının “sair” adlanan hissəsində xx.xx.2023-cü il tarixli, **********294300 nömrəli bildirişə əsasən” yazmışdır, lakin həmin bildiriş işdə yoxdur və o, mütləq qaydada tələb edilməlidir.

38. Cavabdehin iddiaçının iddiasına verdiyi 13 dekabr 2022-ci il tarixli etirazında qeyd edilir ki, (İ cild, iş səhifələri 137-142) “Hazırkı işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə, 3630671,73 manat məbl əğində bəyan edərək xərcləri süni şəkildə şişirtmişdir.”

39. Buna görə də iddiaçıya 2021-ci il üzrə mənfəət vergisi olaraq 426.059.82 manat məbləği hesablanmışdır ( xx.xx.2023-cü il tarixli qərar).

40. Məlum olduğu kimi, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” əvvəl xx.xx.2022-ci il tarixli qərar, sonradan isə hal hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.

41. Eyni zamanda qeyd edilməlidir ki, işin İ cildinin 25-35-ci səhifələrində “mənfəət vergisinin bəyannaməsi” (vergi dövrü 2021-ci il) mövcuddur ki, həmin bəyannamənin 200cü sətrində 3.709.880 göstərilmişdir.

42. Qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli qərarda, hazırda mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli qərarda iddiaçıya əlav ə hesablanan mənfəət vergisi 426.059,82 manat təşkil edir.

43. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli qərarın əsaslandırılması belədir ki, iddiaçının iddiasına dair cavabdehin 13 dekabr 2022-ci il tarixli etirazında bildirildiyi kimi malların alınması ilə bağlı xərc 1571582,61 manat göstərilməli olduğu halda 3701881,73 manat olaraq yazılmışdır. Kənarlaşma, cavabdehin qənaətinə, 2130299,12 manat olduğundan 426.059,82 manat əlavə vergi – mənfəət vergisi hesablanmışdır.

44. Cavabdeh etirazında daha sonra göstərir ki, “... iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə 3630671,73 manat məbləğində bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir."

45. Beləliklə cavabdehin xx.xx.2022-ci il tarixli kameral yoxlanması barədə qərarın əsasını xərclərin artırılması t əşkil edir.

46. Burada xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli qərarın (eyni dövr üçün mənfəət vergisi 2021-ci il) nəyin əsasında hesablanması məlum deyil, çünki qərarın özündə buna rast gəlinmir.

47. Eyni zamanda qeyd edilməlidir ki, işin İ cildinin 25-35-ci səhifələrində iddiaçının 2021-ci il vergi dövrü üçün mənfəət vergisinin bəyannaməsi mövcuddur ki, bəyannamənin 200-cü sətrində (“malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir”) 3709880,02 manat məbləği, 236-cı sətrində isə (“Ümumi gəlirdən çıxılan xərclər”) 3.703.711,73 manat məbləği göstərilmişdir ki, bunun əsasında da iddiaçı bəyannamənin 245-ci sətrində (“ödənilməli mənfəət vergisinin məbləği sət. 243-sət.244”) öz mənfəət vergisini 1.23 3,66 manat olaraq bəyan etmişdir.

48. Yuxarıda artıq göstərildiyi kimi, cavabdeh bununla razılaşmamış və əlavə mənfəət vergisi kimi iddiaçıya 426.059,82 manat hesablanmışdır.

49. Bununla yanaşı işin İİ cildinin 46-50-ci səhifələrində olan iddiaçının 2021-ci il dövrü üzrə dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsinin 200-cü sətrində (“malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir”) bu məbləğ 1.755.741,56 manat yazılmış, 234-cü sətrində (“cəmi xərclər”) 1.739.396,56 manat, 236-cı sətrində (“Ümumi gəlirdən çıxılan xərclər”) 1.739.396.56 manat, 245-ci sətrində isə (“Ödənilməli mənfəət vergisinin məbləği sət.243-sət.244”) 3.269,00 manat göstərilmişdir.

50. Göründüyü kimi, vergi bəyannamələrində eyni mövqelər üzrə fərqli rəqəmlərin qeyd edilməsi, m übahisə predmeti olan xx.xx.2023-cü il tarixli cavabdehin qərarının düzgünlüyü və nəyə əsasən qəbul edilməsi baxımından apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

51. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə üzrə həqiqətə nail olmaq və iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməsi məqsədi ilə malın gömrük idxal sənədlərinin və daxildə alınan malın sənədlərinin (elektron qaimələrin), həmçinin yuxarıda artıq göstərilmiş sübutların araşdırılması, bunun nəticəsində iddiaçının xərclərinin dəqiq məbləğinin müəyyən edilməsi mütləq şərtdir.

52. Başqa sözlə, iddiaçı mənfəət vergisi üzrə (2021-ci il) dəqiqləşdirilmiş bəyannamədə xərcləri düzəldib onları azaldıbsa, o zaman cavabdehin nəyə əsasən əlavə mənfəət vergisinin hesablanması tam və hərtərəfli araşdırma predmeti olmalıdır.

53. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 21(106)-182/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar