Məhkəmə qərarları › İş №2-1(102)-2230/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2230/2025

10.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2230/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın satılması üçün əsasın olmaması, vergi ödəyicisinin mülkiyyətində olmayan əmlak ) 10.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzib ati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2-1(106)-304/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m və 171 kv.m sahələr, müddətin uzadıla bilməsi şərti ilə, xx.xx.2020-ci il tarixədək Aysel Ələkbərova tərəfindən cavabdehə icarəyə verilmişdir.

2. Həmin icarə müqaviləsinə 1 saylı əlavə ilə qeyd edilən sahələr cavabdehə təhvil verilərkən, onun istifadəsinə ayrılacaq əşyaların siyahısı müəyyənləşdirilmiş və siyahıda sadalanmış avadanlıqla r arasında 1 ədəd “CAF” markalı dinamik səsgücləndirici də qeyd edilmişdir.

3. Notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m sahə, daha 1 il müddətinə uzadıla bilməsi şərti ilə, xx.xx.2023-cü il tarixədək Aysel Ələkbərova tərəfindən cavabdehə icarəyə verilmişdir.

4. Cavabdehin İcbari Tibbi Sığorta Fonduna 414,16 manat məbləğində borcu yaranmışdır.

5. İddiaçı müvafiq bildirişlə cavabdehə müraciət edərək, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin olunmasını tələb etmiş, lakin cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir.

6. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən, iddiaçının xx.xx.2023-cü il tarixli q ərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik siyahıya alınmışdır.

7. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun müvafiq fonda ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

8. Notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair müqaviləyə əsasən, Aysel Ələkbərova və cavabdeh arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 414,16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakının (Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik) satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona b ildiriş verilmişdir. Lakin buna baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 414,16 manat borcuna görə 500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələb lərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 414,16 manat ödənilməmiş borcu qalmışdır.

11. X1 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədə iddiaçı tərəfindən siyahıya alınmış 1 ədəd “CAF” markalı dinamikin onun mülkiyyətində olduğu qeyd edilmiş və iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş edilmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən X1 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

13. Şirvan İnzibati Məhkəməsinin (hakim: Amilya Hüseynova) 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1057/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci i nstansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən başqa şəxsə məxsus əmlak – Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik siyahıya alınmışdır ki, bu da, üçüncü şəxs Aysel Ələkbərovanın mülkiyyət hüququna məhdudiyyət yaratmış və maraqlarına toxunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, üçüncü şəxs Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m və 171 kv.m sahələri cavabdehə icarəyə vermişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavə ilə qeyd edilən sahələr cavabdehə təhvil verilərkən, onun istifadəsinə veriləcək əşyaların siyahısı müə yyənləşdirilmiş, restoranda yerləşən xeyli sayda sadalanmış avadanlıqlar arasında 1 ədəd “CAF” markalı dinamik səsgücləndirici qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, üçüncü şəxs tərəfindən Bakı şəhəri, H.Ələsgərov 31/33 ünvanında yerləşən binanın qeyri-yaşayış mərtəbəsində yerləşən 403 kv.m sahə cavabdehə icarəyə verilmişdir və icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilədən görünür ki, üçüncü şəxs və cavabdeh arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəfindən bu halın əksini sübut edən hər hansı məlumat və ya sənəd məhkəməyə təqdim edilməmişdir.

15. Bundan əlavə olaraq, iddiaçı, İcbari Tibbi Sığorta Fonduna yaranmış borcun ödənilməsini təmin etmək üçün cava bdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən, qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 414,16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanında yerləşən restoranda 1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamikin satılması üçün heç bir hüquqi əsas yoxdur.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov və Ceyhun Quliyev) 22 aprel 2025ci il tarixli, 2-1(106)-304/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, verg i ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

23. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli, ***** *****043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar” 6.10. Siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: 6.10.5 Vergi o rqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. 6.19. Əmlakın siyahıya alınma prosesində bir neçə mütəxəssis iştirak edirsə, Protokolun və Siyahının müvafiq sətirlərində prosesdə iştirak edən hər mütəxəssisin soyadı, adı, atasının adı qeyd edilir və Protokol ilə Siyahı hər bir mütəxəssis tərəfindən ayrıca imzalanır. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbu l edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunver iciliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 414,16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 500 manat məbləğində siyahıya alınmış əmlakın (1 vahidinin qiyməti 500 manat olan 1 ədəd “CAF” markalı dinamik) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması haqqında qərarın qəbulu üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və belə əsasların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qə rarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsin i təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.

34. Vergi Məcəlləsinin 89-cu maddəsinin müddəaları baxımından əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının məhdudlaşdırılmasını ehtiva edir. Belə məhdudlaşdırma nəticəsində vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququnu itirir, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

35. İstinad olunan normaların hazırkı mübahisəyə münasibətdə tətbiqi zamanı nəzər ə almaq lazımdır ki, vergi ödəyicisi yalnız mülkiyyət hüququ əsasında qeyd-şərtsiz ona məxsus olan əmlak üzərində sərəncam vermə səlahiyyətinə malik ola bilər. Bu baxımdan vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması yalnız o halda mümkündür ki, vergi ödəyicisi həmin əmlak üzərində sərəncam vermə səlahiyyətinə malikdir. Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicisinin qeyd-şərtsiz və birmənalı mülkiyyətində olan əmlak siyahıya alına və hərrac vasitəsilə satışa çıxarıla bilər. Başqa cür yanaşma, əmlak üzərində mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

36. Bununla yanaşı qeyd edilməlidir ki, vergi ödəyicisinin əmlakının siyahıya alınmasının vergi qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olub-olmaması, eləcə də əmlakın siyahıya al ınması, dəyərinin müəyyən olunması və qiymətləndirilməsi prosedurunun pozuntularla müşayiət olunması hazırkı məhkəmə icraatının predmetini təşkil edə bilməz. Nəzərə almaq lazımdır ki, qeyd edilən həmin məsələlər, vergi ödəyicisi tərəfindən ona məxsus əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının hərəkətlərinin mübahisələndirildiyi təqdirdə, həmin mübahisəyə dair məhkəmə baxışının predmeti ola bilərdi. Bu mənada əmlakın siyahıya alınması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş tələblərin pozulması hazırkı iddianın təmin olunmaması üçün əsas qismində çıxış edə bilməz.

37. Hazırkı mübahisəyə münasibətdə isə məhkəmə baxışının predmetini siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması üçün əsasların mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Bu qərarın 30-cu bəndində də qeyd edildiyi kimi, məhkəmə araşdırması nəticəsində belə əsasların mövcudluğu müəyyən edilməmiş, eyni zamanda, iddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı mötəbər sənəd (sübut) təqdim edilməmişdir.

38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

39. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2025-ci il tarixli, 21(106)-304/2025 nömrəli qərarı d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar