Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2231/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 1993-cü ilə qədər işləmiş prokurorluq əməkdaşının ailə üzvünə ailə başçısını itirməyə görə təyin edilən pensiya hesablanarkən maddi yardım, müalicə pulu və müavinətin nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı1 (b undan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-913/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının mərhum əri X4 1988-ci ildən 1993-cü ilədək prokurorluq orqanlarında işləmiş, 1993-cü ildə həlak olmuşdur. İddiaçıya 2009-cu ildə cavabdeh tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 29.06.2001-ci ildə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanuna əsasən prokurorluq işçilərinə verilən məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələr nəzərə alınmaqla ona ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması xahişi ilə cavabdehə müraciət etmiş, cavabdehin 17.09.2018-ci il tarixli imtinası onunla əsaslandırılmışdır ki, X1 həmin əlavələri almadığından pensiya hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbinə ziddir. İddiaçı cavabdehə qarşı 23 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının mərhum ərinin prokurorluq işçisi kimi məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələr nəzərdə al ınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 uzun illər prokurorluq orqanlarında çalışmış və 15 iyun 1993-cü il tarixdə Samux rayon prokuroru işləyərkən vəzifə başında həlak olmuşdur. İddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, lakin düzgün hesablanma aparılmamış, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrinə əsasən əlavələr nəzərə alınmamışdır. Həmin əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından imtina onunla əsaslandırılmışdır ki, qanuna əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bi r dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı, eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi nəzərdə tutulmuşdur. X1 1993-cü ilədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında işləmiş və o qeyd edilən əlavələri, həmçinin müalicə pulunu almamışdır. İddianın maddi hüquqi əsası kimi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.1-cimaddələrinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-4532/18 saylı iş) 14 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının mərhum ərinin prokurorluq işçisi kimi məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələri nəzərdə alınmaqla yenidən hesablan ması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X3 və X6, 2-1(103)-913/2019 saylı iş)11 aprel 2019-cu il qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 14.12.2018ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki,“Əmək pensiyası”nın məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası olduğu nəzərə alınarsa sığortaolunanların əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə almadığı müavinət, maddi yardım və sığortaolunanla eyni və zifədə işləmiş şəxslərə sosial təminatın yaxşılaşdırılması məqsədilə ödənilən digər vəsaitlərin həmin şəxsə və ya ailə üzvünə əmək pensiyası təyin edilərkən cavabdeh orqan tərəfindən nəzərə alınması üçün qanuni əsaslar mövcud deyil. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14-cü maddəsinin 19.10.2007-ci il tarixli qanunla dəyişiklik edilənədək qüvvədə olmuş redaksiyasında pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verildiyi və əmək haqqı artımındakı sonrakı dəyişikliklərin həmin məbləğə şamil edildiyi nəzərdə tutulsa da həmin norma iddiaçıya pensiya təyin edilərkən qüvvədə olmamışdır. İddiaçı 29 aprel 2019-cu il tarixdə qərarın surətini almış, 29 may 2019-cu i l tarixdə kassasiya şikayəti vermişdir. kassasiya şikayətinin dəlilləri: Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 32.3, 14-cü maddələrinə istinad edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarına görə iddiaçının əri 1993-cü ilin iyun ayına qədər prokurorluq orqanlarında işləmiş, 15 iyun 1993-cü ildə Samux rayon prokuropu vəzifəsində işləyərkən vəzifə başında həlak olmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı 17 sentyabr 2018-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya 28 dekabr 2009-cu ildən ailə başçısını itirməyə görə prokuror ailəsi kimi pensiya təyin edilmişdir. İddiaçı “prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qa nunun 20.8, 20.9 və 20.14-cü maddələrində nəzərdə tutulmuş əlavələrin-məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələrin əmək pensiyası zamanı nəzərə alınmasını və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddianı rədd etmişdir. Cavabdehin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əri 1993-cü ilin iyun ayından prokurorluq orqanlarında işləməmişdir. İddiaçının istinad etdiyi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildə qüvvəyə minmişdir. Bu Qanunun qüvvədə olduğu dövrdə iddiaçının əri prokurorluq orqanlarında işləməmiş və Qanunun 20.8, 20.9 və 20.14-cü maddələrində nəzərdə tutulan müavinət, müalicə xərci və maddi yardımı almamışdır. Bu səbəbdən pensiya təyini zamanı həmin məbləğlər nəzərə alına bilməz. 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun müddəalarına görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir (20.8-ci maddə). Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir (20.9-cu maddə). Həmin Qanunun 21.1-ci maddəsinə görə prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsində isə qeyd edilir ki, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, tutduqları vəzifəyə və prokurorluq orqanlarında iş stajına uyğun olaraq prokurorlar, prokurorluğun müstəntiqləri və əməliyyatçıları, o cümlədən hərbi prokurorlar və hərbi prokurorluğun müstəntiqləri üçün ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr müəyyən edilir (İddiaçıya Milli Məclisin 9 noyabr 1993-cü il tarixli qərarı ilə həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilmişdir). Həmin Qanunun 18.15-ci maddəsində qeyd edilir ki, rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və geyim forması ilə təmin olunurlar. Rütbəyə görə əlavə haqq pensiyaya çıxmış və rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əməkpensiyasıbu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosialsığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölü mü iləəlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7 dekabr 1999-cu ildə qəbul edilmiş və 30 dekabr 1999-cu ildə qüvvəyə minmiş “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinin birinci bəndində qeyd edilir ki, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Qeyd edilməlidir ki, prokurorluq orqanının əməkdaşının pensiya hüququ yaranan zaman pensiya təyini zamanı hər hansı məhdudiyyət qoyulmadan məzuniyyət, müalicə, maddi yardım, iş stajı və rütbəyə görə əlavələr nəzərə alınır. Bəhs edilənlərə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, şəx s 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun qüvvəyə minənə qədər prokurorluq orqanlarında xidmət keçdiyi halda da, sonradan prokurorluq orqanının əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə pensiya təyin edilmişsə, adı çəkilən qanunun normaları ona tətbiq edilə bilər. Lakin işin hazırkı vəziyyətində iddiaçıya hansı əsasla və nə vaxtdan pensiya təyin edilməsini apellyasiya məhkəməsi müəyyən etməmiş, cavabdehin 17 sentyabr 2018-ci il tarixli məktubunda olan məlumatları araşdırmamışdır. Bundan başqa, iddiaçı mərhum ərinin rütbəsinə görə haqqın pensiyaya əlavə hesablanmasını xahiş etsə də, bu barədə məhkəmə tərəfindən araşdırılma aparılmamış, iddiaçının aldığı pensiya məbləğinə həmin əlavənin hesa blanıb-hesablanmaması dəqiqləşdirilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum ərinin 1974-1993-cü illərdə prokurorluq oranlarında işlədiyini bildirib həmin müddətdə əmək haqqına əlavələri almaması əlavələrin təyin edilən pensiyaya hesaablanmasından mərhum edə bilməz. Apellyasiya instansiysı məhkəməsi isə qərarında qeyd etmişdir ki, işin mübahisəsiz halına görə iddiaçının mərhum əri 1988-1993-cü illərdə prokurorluq orqanlarında işləmişdir. İddiaçının mərhum ərinin prokurorluq orqanlarında xidmət illəri məhkəmə tərəfindən müəyyən edilməmişdir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. İddiaçıya ailə başçısını itirməyə görə təyin edilən pensiya məbləğinə mərhum ərinin xidmət illərinə görə əlavələrin, o cümlədən prokurorluq orqanlarında bütün xidmət illərinə görə əlavələrin hesablanması ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparılmamışdır. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara is tinad edə bilər. İddiaçı ona ailə başçısını itirməyə görə pensiya təyin olunduğunu bəyan etsə də, məhkəmələr iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu ümumiyyətlə araşdırmayıblar. Bununla bağlı cavabdeh inzibati orqandan iddiaçıya aid pensiya işi tələb edilməyib, həmin işin materialları məhkəmə araşdırmasının predmeti olmayıb. Halbuki, həmin halların, o cümlədən iddiaçının pensiya hüququnun yarandığı və ona pensiya təyin olunduğu vaxtın müəyyən edilməsi mübahisənin düzgün həlli, xüsusən də pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinin tətbiqi üçün zəruridir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlar ın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün h əmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. İş üzrə yekun qərar qəbul edilməsi üçün əsaslar olmadığından, iddianın təmin edilməsi hissəsində şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-913/2019 saylı, 11 aprel 2019-cu il tarixli qərarı ləğv edil sin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2231/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2231/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver