Məhkəmə qərarları › İş №2-1(102)-2231/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2231/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2231/2020 22.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə dair çıxarışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Qaradağ Rayon İcra Hakimiyyəti) qarşı “yaş ayış evinə dair çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1173/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X1 İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etmiş, həmin yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh orqana yazılı müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının həmin müraciətinə heç bir münasibət bildirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəty edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 286 nömrəli sərəncamına əsasən Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı orada yaşayış evi inşa etmiş, həmin evə dair çıxarışın verilmə sindən cavabdeh imtina etmiş və “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə zidd olaraq iddiaçıdan sözügedən ünvana mülkiyyət hüququnun olmasını təsdiq edən əlavə sübutlar tələb etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-4911/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Qaradağ rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, sözügedən ünvanda yoxlamaölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsi üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililər var. Digər torpaq sahəsi ilə ara sərhədlər ayrılmamışdır. Yerləşmə sxemi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi var.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim – A.A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair İddiaçı adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona məxsus qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində uzun illərdir ki, fərdi yaşayış evi tikdiyindən və orada yaşadığından, eləcə də, həmin fərdi yaşayış evinin eskiz layihəsi mövcud olduğundan, evin layihəsi (planı) İcra Hakimiyyətinin tərəfindən razılaşdırıldığ ından, bugünədək həmin fərdi yaşayış evi ilə bağlı İcra Hakimiyyəti tərəfindən hər hansı bir irad bildirilmədiyindən, bununla da həmin fərdi yaşayış evi üzərində iddiaçının qanuni hüquqları yarandığından, iddiaçının göstərilən fərdi yaşayış evinin onun adına qeydiyyata alınmaqla çıxarışın verilməsini tələb etmək hüququ vardır

9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1173/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və X.A.Cəmilova) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan qeyd edilən sərəncamın (iş materialları: səh 57) əslinin deyil, kserosurətinin notarial qaydada təsdiq olunmuş surətidir. İşdə olan adı çəkilən sərəncamın Qaradağ rayon İcra başçısı Y.Əliyev tərəfindən qəbul edildiyi görünsə də, həmin səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Sərəncamın qeyd edilən surətində yalnız bir imza və 1 möhür var, həmin imza “əsli ilə düzdür” cümləsindən sonra qeyd edilmiş, həmin nüsxəni təsdiq edən struktur və ya bölmənin adı, vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və s. kimi rekvizitlər qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyətini n sərəncamının nə əsli təqdim edilmiş, nə də arxivdə saxlanılan nüsxəsi müəyyən olunmuşdur. Belə olan halda həmin sərəncam iddiaçının qanuni istifadə hüququnu təsdiq edən mötəbər hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Bundan başqa, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin eskiz layihəsi “xxxx” MMC tərəfindən hazırlanmışdır. Lakin işdə olan iddiaçının təqdim etdiyi həmin layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli evin yuxarıdan çəkilmiş planının İcra Hakimiyyəti tərəfindən imza edilməsinə istinad etmişdir. Halbuki, iş materiallarında olan (i.v səh 56) torpaq sahəsinin ayrılması barədə plan-cizgi hesab edilmir. Həmin sənəddə torpağın yerləşmə sxemi, koordinatları göst ərilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız hesab etmişdir.

12. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim olunmuşdur.

13. Məhkəmə qərarından iddiaçı xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1173/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansi yası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadığı üçün qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mübahisəli sərəncamın arxivdə nüsxəsi olmasa da, iddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə cavabdeh tərəfindən sərəncamın həqiqətə uyğun olmaması ilə bağlı sübut təqdim edilməmişdir. Bu səbəbdən də, həmin sərəncam mötəbər hesab edilməlidir.

15. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslardan biri də fərdi yaşayış evinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasıdır. İddiaçı ona məxsus qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində uzun illərdir ki, fərdi yaşayış evi tikmişdir və orada yaşamaqdadır. Eləcə də, həmin fərdi yaşayış evinin eskiz layihəsi mövcuddur və bugünədək həmin fərdi ya şayış evi ilə bağlı İcra Hakimiyyəti tərəfindən hər hansı bir irad bildirilməmişdir. Bu da həqiqətən də evin layihəsinin (planının) İcra Hakimiyyəti tərəfindən razılaşdırıldığını və iddiaçının göstərilən fərdi yaşayış evinin onun adına qeydiyyata alınmaqla çıxarışın verilməsini tələb etmək hüququnun olduğunu göstərir.

16. Dövlət Arxivi tərəfindən verilmiş məktubda 286 saylı sərəncamın fərdi yaşayış evinin tikintisi üçün verilmədiyinə dair məhkəmənin mövqeyi yanlışdır. Belə ki, bu texniki səhv ola bilər və bunun vətəndaş üçün heç bir hüquqi əhəmiyyəti yoxdur. Yəni vətəndaş sərəncamı aldığı zaman ona sərəncamların qeyd edildiyi dəftər göstərilmir. Bu inzibati orqanın öz işinin təşkili və ona nəzarət edilə bilməsi üçün olan bir prosedurdur və hər hansı bir texniki yanlışlığın olması vətəndaşı n hüquqlarının pozulması ilə nəticələnə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

19. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

20. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşın maz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013- cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur... 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilik lə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul ed ilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

25. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müdd əaları tətbiq oluna bilər.

26. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. xx.xx.2020-ci il tarixi qeyri-iş günü (həftənin bazar günü) olduğundan həmin qərardan kassasiya şikayəti vermə müddətinin sonu həmin gündən sonrakı ilk iş günü, yəni xx.xx.2020-ci il tarixinə uyğun gəlir. İddiaçı da məhkəmə qərarından xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verdiyinə görə kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət ötürülməmiş hesab edilir.

28. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş dir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 286 nömrəli sərəncamın a əsasən onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun mövcud olmasıdır. İddiaçının mövqeyinə görə həmin sərəncamın Dövlət Arxivində saxlanılmamasının onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 286 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan sərəncam fərdi yaşayış evinin tikintisi üçün deyil, “1999-2000-ci tədris ilində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə müvafiq olaraq hərbi təhsil müəssisələrinə namizədlərin seçilməsi işinin yekunları və 2000/2001-ci tədris ilində hərbi təhsil müəssisələrinə daxil olmaq üçün namizədl ərin seçilməsi işində qarşıda duran vəzifələr haqqında”dır.

33. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilən və hazırkı qərarın 11-ci qərarında göstərilən hallar xx.xx.2000-ci il tarixli, 286 saylı sərəncamın iddiaçının daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmasını istisna edir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsində işin halları və iş materiallarına əlavə edilmiş sənədlər tam və hərtərəfli araşdırılmış, nəticədə iddiaçının mübahisəli torpaq sahəsinin ona ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 286 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı mötəbər sübut kimi qiymətləndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası haqlı olara q iddia tələbini əsassız hesab etmişdir.

35. Bundan başqa, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin eskiz layihəsi “xxxx” MMC tərəfindən hazırlansa da, həmin layihə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır.

36. Hazırkı qərarın 21-ci bəndində göstərilən normaya əsasən isə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililər üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Eyni zamanda, hazırkı qərarın 22-ci bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.

38. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda iddiaçının iddia etdiyi fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsasların mövcud olmadığı müəyyən olunur ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.

39. Göründüyü kimi, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının iddia etdiyi fərdi yaşayış evi üzərində onun mülkiyyət hüq uqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.

40. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 22-ci bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reystrində qeydiyyata alınaraq ona bu barədə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

41. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1173/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar