Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2231/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.12.2022 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1991-ci il təvəllüdlü; FİN: 1D998D) cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(103)-1442/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2018-ci ildə Rusiya Federasiyası, Federal Dövlət büdcə Ali Təhsil Müəssisəsi “O.Y.Kutafın adına X7 Universiteti (MDHU)”əyani-qiyabi fakültəsinə daxil olmuş, qeyd edilən təhsil ocaqını 40.04.01. “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə maqistr proqramını mənimsəmiş və dövlət yekun atesstasiyanı müfəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə 20 noyabr 2020-ci il tarixdə, iddiaçıya magistr dərəcəsi verilmiş və 107732 ******* N°-li, 2899 qeydiyyat nömrəsi, maqistr diplomu verilmişdir. 15 dekabr 2020-ci il tarixdə 107732 ******* N«-li Magistr Diplomuna əlavə iddiaçıya verilmişdir. 11 yanvar 2021-ci il tarixdə, 545611 nömrə ilə qeydiyyatdan keçirilmiş, Moskva şə həri Elm və təhsil Departamenti tərəfindən maqistr dərəcəli diplom təsdiqlənmişdir və 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Apostil sənədi verilmişdir.
2. İddiaçı diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə, ərizə ilə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”- nə müraciət etmişdir. 26 iyul 2021-ci il tarixdə, TKTA tərəfindən müsahibəyə dəvət olunmuş lakin, TKTA 17 avqust 2021-ci il tarixli, X6 təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrikasiyasınm) müəyyən edilməsi barədə NA00002333 nömrəli qərarında göstərilmişdir ki, ərizəçinin təhsilalma forması üzrə, təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi hər hansı qanunvericilik aktları ilə tənzimlənməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə etdiyi müraciət üzrə 17 avqust 2021-ci il tarixli imtina qərarının ləğv edilməsi, adına olan 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə ona verilmiş magistr diplomunun “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” tərəfindən əyani və ya qiyabi kimi tanınması üçün qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1991-ci ildə X2 şəhərində doğulmuş, həmin dövlətin vətəndaşıdır. Milliyyətcə azərbaycanlıdır, hər iki valideyni Azərbaycan Respublikasında doğulmuşdur. x x.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə olan müddət, Azərbaycan Respublikası Miqrasiya haqqında Qanunun tələbləri əsasında, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququna malik şəxsdir (vəsiqə seriyası DYİ № 0018024). 2018-ci ildə Rusiya Federasiyası, Federal Dövlət büdcə Ali Təhsil Müəssisəsi “O.Y.Kutafin adına X7 Universiteti (MDHU)” əyani-qiyabi fakültəsinə daxil olmuş, qeyd edilən təhsil ocağını 40.04.01. “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr proqramını mənimsəmiş və dövlət yekun attestasiyanı müvəfəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə 20 noyabr 2020-ci il tarixdə, 02 saylı protokolla, 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi təsdiq olunmaqla, magistr dərəcəsi verilmişdir. 107732 ******* №-li magistr diplomuna əlavə 2899 qeydiyy at nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə ona verilmişdir. 11 yanvar 2021-ci il tarixdə, 545611 nömrə ilə qeydiyyatdan keçirilmiş, Moskva şəhəri Elm və təhsil Departamenti tərəfindən magistr dərəcəli diplomu təsdiqlənmişdir və 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Apostil sənədi verilmişdir. Adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə ərizəsiylə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə müraciət etmişdir. Müraciəti **********0 sıra nömrəsi ilə qeydə alınmış, 26 iyul 2021-ci il tarixdə TKTA tərəfindən müsahibəyə dəvət olunmuş və həmin mərhələni uğurla keçmiş, lakin TKTA-nın 17 avqust 2021-ci il tarixli, X6 təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə NA00002333 №-li qərarında göstərilmişdir ki, ərizəçinin təhsilalma forması üzrə, təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi hər hansı qanunvericilik aktları ilə tənzimlənməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən təhsilalma formaları üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, imtina qanuni və əsaslıdır. Belə ki, İddiaçı Rusiya Federasiyasının O.Y.Kutafin adına X7 Universiteti tərəfindən verilmiş magistr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haq qında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “X6 təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiy i müəyyən edilmişdir. Belə ki, iddiaçının “əyani-qiyabi” təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” Qanunun və “X6 təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9657/2021 nömrəli qərarı (hakim-A.Əhədova) ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğ un yoxlanılmasıdır. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyani-qiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Həm də nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Qaydaların 3.7- ci bəndi xarici ölkədə əyani-qiyabi formada təhsil alındığı halda həmin formanı Azərbaycan Respublikasında təhsil forması kimi yol verilmədiyindən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün əsas olan mənfi rəyin verilməsinin qeyd şərtsiz əsası kimi müəyyən etmişdir. Belə olan halda cavabdeh orqanı n müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(103)-1442/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9657/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış,iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X6 Təh sil Sahəsində İxtisaslarinin X3 Müəyyən Edilməsi (Nostrifikasiyasi) Qaydaları’nin X4 Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərarinin 13 may 2003- cü il tarixli, 64 saylı qərarı ilə Ümumi müddəaların 3.8-ci bəndində göstərilmişdir ki, “Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir.Bununla yanaşı apellyasiya məhkəməsi qeyd etmişdir ki, əyani və ya əyani –qiyabi təhsil formasından heç bir fərq olmamışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının diplom əlavəsinin 5-ci bəndində onun təhsilalma formasının əyani-qiyabi olması birbaşa qeyd edilsə də, məhkəmə heç bir sübut əldə etmədən heç bir mənbə göstərmədən mülahizələrə əsaslanaraq əyani və əyani -qiyabi təhsilin eyni olması barədə nəticəyə gəlmişdir. Ümumiyyətlə, hər hansı bir təhsil pilləsi üzrə təhsilin məzmunu və standartının müəyyən edilməsi məhkəmənin səlahiyyətlərinə aid deyil və bu sahədə analogiyanın aparılması xüsusi biliklər tələb edir.İddiaçının diplom əlavəsində təhsilalma formasının əyani-qiyabi olaraq göstərilməsinə baxmayaraq məhkəmə iddiaçının təhsilinin əyani təhsilalma forması ilə uyğunluğunu müəyyən etmişdir.Lakin bu uyğunluğun hansı qaydada müəyyən edilməsinə dair nə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamış, nə də məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, hər hansı bir mütəxəssis rəyi alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsin in qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Təhsil Haqqında Qanun Maddə
13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat).
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-c i il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.5-ci bəndinə əsasən X6 təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir -1.6-cı bənd. X6 təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspert iza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəf dar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğu l olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sü butlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
20. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixində “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə etdiyi müraciət üzrə 17 avqust 2021-ci il tarixli imtina qərarının ləğv edilməsi və adına olan 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixində ona verilmiş magistr diplomunun “Təhsildə Keyfiyyət Təminatı Agntliyi” tərəfindən əyani və ya qiyabi kimi tanınmasıdır.
21. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının diplom əlavəsinin 5-ci bəndində onun təhsilalma formasının əyani-qiyabi olması birbaşa qeyd edilsə də, məhkəmə heç bir sübut əldə etmədən heç bir mənbə göstərmədən əyani və əyani-qiyabi təhsilin eyni olması barədə nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası kassatorun həmin dəlilini əsaslı sayaraq qeyd edir ki, “Təhsil haqqında” Qanunun 13-cü maddəsində Azərbaycan Respublikasında təhsilalma formaları müəyyən edilmişdir. Bunlar əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat) təhsilalma formlarından ibarətdir. Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılmasıdır.
24. Bu qərarın 14 və 15-ci bəndlərində qeyd edilmiş maddi normaların məzmunundan görünür ki, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyaniqiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Həm də nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Qaydaların 3.7-ci bəndi xarici ölkədə əyaniqiyabi formada təhsil alındığı halda həmin formanı Azərbaycan Respublikasında təhsil forması kimi yol verilmədiyindən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün əsas olan mənfi rəyin verilməsinin q eyd şərtsiz əsası kimi müəyyən etmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış, iddia tələbinin əsaslı olması barədə qənaətə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş materialına əlavə olunmuş ümumvətəndaş pasportun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən iddiaçıya viza verilmişdir və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə sərhəddi keçmişdir. Magistraturada oxuduğu müddətdə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası TKTA-nin tərəfindən müsahibəyə dəvət olunmuşdur. Bu məqsədlə O.Y. Kutafin adına X7 Universitetinin “İctimai Hüquq və İdarəetmə İnstitutu”nun dekanına ərizə yazaraq iki günlük icazə almağı üçün müraciət etmiş və müraciət müsbət cavablandırılmışdır. xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikası ərazisinə sərhəddi keçmiş və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə sərhəddi keçib təhsilini davam etdirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, əyani və ya əyani-qiyabi təhsil formasından heç bir fərq olmamışdır.
26. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qərar qəbul edərkən iddiaçının “əyani-qiyabi” təhsilalma forması üzrə aldığı təhsilin “əyani” təhsilalma forması ilə eynilik təşkil etdiyini qeyd etmiş və beləliklə iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “X6 təhsil sahəsin də ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”ının və “Təhsil haqqında” Qanunun tələbləri baxımından uyğunluğuna düzgün qiymət verməmişdir.
27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə, təmin edilməməlidir.
28. İşə təkrar baxan məhkəmə iddiaçının “əyani-qiyabi” təhsilalma forması üzrə aldığı təhsilin və iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “X6 təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin m üəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na və “Təhsil haqqında” Qanunun tələbləri baxımından Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, qeyd edilən məsələyə aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.
29. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 21(103)-1442/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.