Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2232/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 2-1(103)-1102/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı prokurorluq orqanlarında xidmət etmişdir. Pensiya yaşı çatdığına görə ona 2009-cu ildə prokurorluq işçisi kimi pensiya təyin edilmişdir, hazırda 2073,17 manat pensiya alır.
2. İddiaçı 2019-cu ildə cavabdehə müracət edərək prokurorluq işçilərinin sosial müdafiəsi ilə bağlı “Prokurorluq orqanlarında qulluqk eçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmasını və artımlarla pensiyasının yenidən düzgün hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 26.12.2019-cu il tarixli **********3 nömrəli imtina məktubunda bildirmişdir ki, komissiyada iddiaçının pensiya məbləğinə yenidən baxılmış və təyin edilmiş 2073,17 manat pensiyanın düzgünlüyü müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı Məhəmməd oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmağı ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinətinin, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləğinin, yəni əmək haqqındakı sonrakı artırmaların cəmi hesablanaraq əmək haqqının 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, bundan başqa 2018-ci ilin mart ayında prokurorluq işçilərinin əmək haqqının 10% miqdarında artırılması ilə əlaqədar ona təyin edilmiş pensiyanın düzgün hesablanması, (yəni 182,53 manat məbləğində artırılması) və eləcə də, 2009-cu ilin dekabr ayından başlaya raq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 01.04.1992-ci ildən 02.12.2009-cu ilədək prokurorluq orqanlarında xidmət etmişdir, xidmətinə xitam verildikdən sonra 09.12.2009-cu ildə DSMF-nin Bərdə rayon şöbəsi tərəfindən ona aylıq əmək haqqının 80% miqdarında yaşa görə pensiya təyin edilimişdir. Əmək pensiyası iddiaçının seçdiyi 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq müstəntiqi, Ağdam rayon prokurorunun köməkçisi, böyük köməkçisi və müavini vəzifəsində işləyərkən beş il ərzində ona ödənilmiş orta aylıq əmə k haqqından hesablanmışdır. Pensiya hesablanarkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə ki, qanunvericiliyin ümumi prinsiplərinə əsasən prokurorluq işçilərinin əmək pensiyasına əmək haqqındakı artımlar şamil edilir. 2018-ci ilin mart ayında prokurorluq işçilərinin orta aylıq əmək haqqı 10% miqdarında artırılmışdır. Həmin artıma qədər onun əmək pensiyasının məbləği 1941,98 manat, artımdan sonra isə 2073 manat olmuşdur. Sadə hesablama ilə əslində 10% artımla onun pensiyası 194,98 manat artaraq 2135,98 manat olmalı idi. Lakin cəmi 131,20 manat artırılaraq 2073 manata çatdırılmışdır. Prokurorluq işçilərinin əmək haqqında baş vermiş artımların hesablanaraq ona təyin olunmuş pensiyaya əlavə edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon dunun Bərdə rayon şöbəsinə 13.12.2019-cu ildə ərizə ilə müraciət etmiş, lakin pensiyasına qeyd olunan əlavələrin edilməsindən imtina edilmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı, prokurorluq orqanlarında 17 il 6 ay iş stajına malik olmuş və ona 07.12.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının öz arzusu ilə, 1992-1997-ci illərdə aldığı vəzifə maaşı və aldığı maddi yardımlar nəzərə alınmışdır. 01.01.2014-cü il tarixdən etibarən iddiaçının aldığı pensiya məbləği 1941,98 manat təşkil etmişdir. 01.01.2018-ci il tarixdən prokurorluq işçilərinin aylıq vəzifə maaşlarının 10% artırılması ilə əlaqədar iddiaçıdakı artırma aşağıdakı kimi hesablanmışdır: artımdan sonrakı əmək haqqı (2655,65 manat) məbləğindən artımdan əvvəlki əmək haqqı (2427,48 manat) məbləği çıxılıb, əldə edilən məbləğin (228,17 manat) 57,5% miqdarında (131,2 manat) əmək pensiyasına artım hesablanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-4484/2020 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı Məhəmməd oğluna hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rе spublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, vətəndaşların pensiyası sığorta və yığım hissəsindən ibarət olduğu, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində isə yalnız pensiyaya əlavələrin hesablanması qaydası göstərildiyi üçün yalnız “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən iddiaçıya pensiya hesablanması ilə iddiaçının sosial təminat hüququ pozulmuş, iddiaçıya pensiyasının sığorta hissəsi hesablanmayaraq ona yalnız pensiyaya əlavələrdən ibarət pensiya təyin edilmişdir. Bundan başqa, işin faktiki hallarına əsasən prokurorluq işçilərinin əmək haqqında orta aylıq əm ək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablandığından iddia tələbi qalan hissədə əsassızdır.
9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və təmin olunmamış hissədə iddianın təmin edilməsini xahiş etmişdir.
10. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 21(103)-1102/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Səadət Bəktaşi və Afaq Nuriyeva) cavabdehin apellyasiy a şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-4484/2020 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iddia rədd edilmiş, qəra r qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nəzərə alınmasını tələb etdiyi əlavələr ona ödənilmədiyinə görə Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarına uyğun olaraq həmin artımların pensiya məbləğinə hesablanması mümkün deyildir.
13. Məhkəmə qərarı iddiaçıya 09.09.2021-ci il tarixində təqdim edilmişdir.
14. İddiaçı 28.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 2-1(103)-1102/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri 1
5. Kassasiya şikayətinin dəlillərinə görə işdəki bütün sübutları tam və müqayisəli şəkildə tədqiq etməyən məhkəmə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 2018-ci ilin mart ayında prokurorluq işçilərinin əmək haqqı 10 faiz miqdarında artırılarkən iddiaçının pensiyasının artımı 131,20 manat deyil, 182,53 manat təşkil etməli idi və onun əmək pensiyasını ümumi məbləği 2124,51 manata çatdırılmalı idi. Pensiyaya çıxmazdan əvvəlki 9 il ərzində adı çəkilən əlavələr iddiaçıya hər il ödənilib və onlardan sığorta haqqı tutulub. Mübahisə edilən əlavələr qanunla birbaşa bütün prokurorluq işçiləri üçün nəzərdə tutulduğundan bu hal əmək haqqı artımı kimi qəbul edilməli və mütləq qaydada pensiyaya əlavə edilməlidir. 16. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə görə prokurorluq işç ilərinin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək haqqı” anlayışı isə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.1-ci maddəsində belə müəyyən edilmişdir ki, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 17. “Prokurorluq işçilərinin pensiyalarının hesablanması barədə izahat”ın 4-cü bəndinə əsasən prokurorluq işçisinə aldıqları istənilən beş ilin orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin şəxsə şamil edilir. Əmək haq qı artdıqca buna uyğun olaraq pensiyanın hesablanması üçün orta aylıq əmək haqqının da məbləğinə yenidən baxıla bilər. Odur ki, iddiaçıya təyin olunmuş pensiya məbləğinə işlədiyi dövrdə aldığı əmək haqqında daxil olan bütün ödənişlərin, o cümlədən ərizəsində iddia etdiyi əlavələrin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir.
18. Beləliklə, həm Qanunun məzmunundan irəli gəldiyindən, həm qanunun geriyə qüvvəsi olması baxımından, həm də pensiyaya çıxanadək işlədiyi son 8 il müddətində qeyd olunan əlavələri aldığına görə həmin əlavələri 80 faizi miqdarında iddiaçının pensiyasına daxil edilməsi Qanunla birbaşa müəyyən edilmişdir. Əks təqdirdə, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsi öz əhəmiyyətini itirmiş olur. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamış, işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Tərəflərin mülahizələri
20. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
21. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
22. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab ed ir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14-cü maddəsinin 19.10.2007-ci il tarixinədək qüvvədə olan mətninə görə pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.
24. Həmin maddənin 19.10.2007-ci il tarixindən sonra qüvvədə olan redaksiyasına əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 25. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
26. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq et miş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstəri lən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
28. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosia l sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
29. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
32. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti v axtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, işin məhkəmələ r tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı 01.04.1992-ci il tarixindən 02.12.2009-cu il tarixinədək prokurorluq orqanlarında çalışmış, həmin müddətin 1992-1997-ci illərini Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq idarəsinin müstəntiqi, Ağdam rayon prokurorunun köməkçisi, böyük köməkçisi və müavini vəzifələrində işləmişdir. İddiaçıya pensiya təyin edilərkən də hazırkı qərarın 26-cı bəndində göstərilən normaya uyğun olaraq onun öz seçimi əsasında iddiaçının 1992-1997-ci illərdə aldığı vəzifə maaşı və maddi yardımlar nəzərə alınaraq orta aylıq əmək haqqı hesablanmışdır.
37. Lakin iddiaçı “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xah iş etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlumdur ki, iddiaçı 1992-1997-ci illərdə həmin əlavələri almamışdır.
38. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun 2001-ci ildə qüvvəyə mindiyindən həmin Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələr də Qanun qüvvəyə mindikdən sonra ödənilməyə başlanmışdır. Belə olan halda, iddiaçı da həmin əlavələri 1992-1997-ci illərdə yox, 2001-ci ildən sonra almışdır. Bu halı iddiaçı özü də kassasiya şikayətində etiraf edərək bildirmişdir ki, “pensiyaya çıxmazdan əvvəlki 9 il ərzində adıçəkilən əlavələr iddiaçıya hər il ödənilib və onlardan sığorta haqqı tutulmuşdur”. İddiaçının öz arzusu ilə seçdiyi 5 il isə 1992-1997-ci illəri əhatə edir ki, iddiaçı həmin dövrdə tələb etdiyi əlavələri alma mışdır.
39. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 25-26-cı bəndlərində göstərilən qərarında qeyd olunmuşdur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
40. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasi yası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
41. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
42. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçı öz arzusu ilə pensiya hesablanması üçün seçdiyi 1992-1997-ci illərdə göstərilən əlavələri almadığı üçün həmin əlavələrin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir.
43. Bu hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli 2-1(102)-1312/2021 nömrəli, 22.06.2021-ci il tarixli 2-1(102)-1157/2021 nömrəli, 08.06.2021-ci il tarixli 2-1(102)-827/2021 nömrəli, 25.05.2021-ci il tarixli 2-1(102)1017/2021 nömrəli qərarları).
44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı həm Konstitusiya Məhkəməsi Plenumunun, həm də oxşar işlə r üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 2-1(103)-1102/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
46. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 21(103)-1102/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.