Məhkəmə qərarları › İş №2-1(102)-2232/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2232/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2232/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması; çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1959, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə hüquqların qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh orqana müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 33, 10 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh orqan tərəfindən təqdim olunmuş 03 mart 2021-ci il tarixli **********96 nömrəli məktubda “Daşınmaz əmlakın dövlət reye stri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1 və 15-ci maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı qeyd olunan daşınmaz əmlak yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 33, 10 saylı mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu ma ddəsinin üçüncü hissəsinə, 71-ci maddəsinin birinci hissəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 12.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.0.2, 2.0.4, 2.0.6, 15.1, 15.2, 19.1, 19.2-ci, İnzibati Prosessual Məcəllənin 2.2.2, 14.3, 33.1, 33.2, 34.1, 35.1, 38.2, 73.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, inzibati orqanın imtinası əsassızdır. Belə ki, "xxxx" MMC tərəf indən inşa edilmiş yaşayış binasında 4 otaqlı mənzil iddiaçı tərəfindən müvafiq qaydada ödəniş edilərək əldə edilmişdir. Yaşayış binası 15 ildən artıqdır ki, istifadəyə verilmişdir, tam yaşayışlıdır və bir çox sakinlərin hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5183/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

5. Cavabdeh qurum tərəfindən imtinanın məzmununa uyğun iddiaya verilən etirazda qeyd edilmişdir ki, sözügedən çoxmənzilli yaşayış binasının istismarına icazə sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir.

6. Bundan əlavə, çoxmənzilli yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmamışdır. Həmçinin təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 -cü il tarixli 302 saylı Qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əl avə olunmalıdır. 8. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X1 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövl ət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

9. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barəsində icazə tələb olunan, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5-ci bəndinə əsasən tikinti obyektində tikinti- quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir; 6-cı maddəsinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi: 6.1.tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Ak.H.Əliyev küçəsi ev 33, mənzil 10 üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən mənzilə dair iddiaçıya müvafiq order Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 2002-ci ildə verilmiş, həmin order hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. Mənzil 20 ildir ki, iddiaçın ın qanuni sahibliyindədir.

12. İş materiallarına əsasən müəyyən edilir ki, qeyd edilən bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl inşa edilmiş və bu səbəbdən onun tikintisinə dövlət nəzarəti həmin qurum tərəfindən həyata keçirilməmiş, həmin bina istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur (qeyd edilən hallar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəmə sorğusuna verilmiş cavaba əsasən müəyyən olunur). Bina özbaşına inşa edilməmiş, səlahiyyətli qurum tərəfindən müvafiq torpaqayırma qərarı, tikintiyə icazə sənədi və layihə sənədləri təsdiq olunmuşdur. İddiaçı binanın sifarişçisi olmamışdır, odur ki, istismara icazə sənədlərinin təqdim edilməsi iddiaçı tərəfindən təmin oluna bilməz. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, hazırda binanın müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur.

13. İddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırkı müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X4 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

14. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətində olmuşdur. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.

15. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya in stansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.P.Oruczadə) "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5183/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qərardadı ləğv olunmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

19. Apellyasiya in stansiyası məhkəməsi qeyd etmişdir ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur.

20. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir.

21. Cavabdeh inzibati orqan mənzilin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismara qəbul aktını tələb etməkdə haqlı olmaqla iddiaçı tərəfındən cavabde h inzibati orqana müvafiq mənzilə dair yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinası qanunvericiliyin müddəalarına uyğun olub, qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.

22. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Aparılan araşdırma zamanı məhkəmə sorğusuna cavab olaraq AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bildirilib ki, Nərimanov rayonu X3 küçəsi, 945-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyəti ba şçısının 466 nömrəli 18 sentyabr 2003-cü il tarixli Sərəncamı ilə “X2” MMC-yə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icarə əsasında torpaq sahəsi ayrılıb. Torpaq sahəsində MMC tərəfindən 3 girişli 8 mərtəbəli binalar Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl inşa edilmiş və bu səbəbdən onların tikintisinə dövlət nəzarəti tərəfimizdən həyata keçirilməyib. Qeyd olunan binalar istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur.

24. AR Fövqəladə Hallar Nazirliyi isə 16 dekabr 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Qeyd edilən mənzilə dair iddiaçıya müvafiq order Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 2002-ci ildə verilib.

25. Müəyyən edilib ki, bina özbaşına inşa edilməmiş, səlahiyyətli qurum tərəfindən müvafiq torpaqayırma qərarı, tik intiyə icazə sənədi və layihə sənədləri təsdiq olunub. İddiaçı binanın sifarişçisi olmayıb. Uzun müddət binanın müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur.

26. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimləri bu halların hamısını təkzib edib, qeyd edilən məsələ ilə bağlı imtinada bildirilən sənədlərin həqiqətən iddiaçının təqdim edib-etməməsi araşdırılmamış, həmin sənədləri əgər iddiaçı təqdim etməli deyilsə, tələb edilən sənədlərin kimin təqdim etməsini, hansı səbəblərdən həmin sənədlərin cavabdehə verilməməsi müəyyən edilməmiş, bu öhdəliyə hüquqi qiymət verilməmiş, məhkəmə qərarında sadəcə şablon maddi normalar qeyd edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi iş üzrə təqdim edilən sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, üçüncü şəxs "xxxx" MMC, ümumiyyətlə, prosesə cəlb edilməmiş, proses barədə heç bir məlumat verilməmişdir.

28. İş materiallarında olan məhkəmə sorğusuna cavabda Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən iddiaçının adına verilmiş 000795 nömrəli xx.xx.2002-ci il tarixli orderin təsdiqlənmiş kserosurəti mövcuddur. Bu orderin verilməsi üçün əsas BŞİH-nin xx.xx.2002-ci il tarixli 372 nömrəli sərəncamı olmuş və əsası: Fond 503, siyahı -2, saxlama vahidi -40 ibarətdir. Yəni iddiaçı ailəsi ilə birgə 20 ildir ki, həmin ünvanda yaşayır.

29. Məhkəmə üçüncü şəxs kimi pr osesə cəlb edilməli olan MMC-nin bir sənədlərinin mövcud olmasını və iş materiallarına əlavə edilməsini müəyyən etsə də, üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlərin hansı səbəbdən cavabdeh quruma təqdim edilmədiyini, əgər edilmişsə, hansı səbəbdən imtina edilməsini, belə imtinanın qanuni və ya qanunsuz olmasını müəyyən etməmişdir.

30. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

32. İnzibati Prosessual Məcəllə (İPM): 12.1. Məhkəmə proses işt irakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 95.1.1. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 95.1.2. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 95.1.4. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 95.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəm ə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. 95.3. Apellyasiya instansiyası məhkəməsi şikayətin daxil olduğu vaxtdan 5 gün ərzində həmin şikayəti, mübahisə ilə bağlı işin materialları ilə birlikdə Ali Məhkəməyə göndərir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellya siya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, işdə işin halları ilə bağlı olan və iş üzrə qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsinə bilavasitə təsir edən bir sıra sənədlər mövcuddur ki, həmin sənədlər, onlarda olan müxtəlif məlumatlar tam və hərtərəfli araşdırılmamış, ziddiyyətlər məhkəmə tədqiqatının predmeti olmamış, nəticə etibarilə sözügedən ziddiyyətlər aydınlaşdırılmayaraq aradan qaldırılmamışdır.

36. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Ak.H.Əliyev küçəsi ev 33, mənzil 10-a dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

37. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)773/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən belə hesab etmişdir ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur. Tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir.

38. Buna görə də a pellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, cavabdeh inzibati orqan mənzilin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismara qəbul aktını tələb etməkdə haqlı olmaqla iddiaçı tərəfindən cavabdeh inzibati orqana müvafiq mənzilə dair yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinası qanunvericiliyin müddəalarına uyğun olub, qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.

39. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsindəki tələb ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə dair olduğundan, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (iş səh. 20), eləc ə də Bakı şəhər İcra Hakimiyyətinə (iş səh. 21) "xxxx" MTK tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasına dair sənəd və məlumatların məhkəməyə təqdim edilməsi barədə sorğu göndərmişdir.

40. Xüsusi olaraq qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsinin sözügedən sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən məhkəməyə cavab verilməklə "xxxx" MTK-ya məxsus yaşayış binasının tikintisinə dair həmin Mərkəzin arxivində olan bütöv bir qovluq içində saxlanılan sənədlər göndərilmişdir (iş səh. 33).

41. Adıçəkilən qovluqdakı sənədlərdən məlum olur ki, "xxxx" MTK-ya yaşayış binasının tikintisi üçün ərazi Ak.H.Əliyev küçəsi 33 ünvanında deyil, eyni küçənin 945-ci məhəlləsində ayrılmış və bu, Bakı şəhər İcra Ha kimiyyəti Başçısının 18 sentyabr 2003-cü il tarixli, 466 saylı (bənd 5) sərəncamına əsasən baş vermişdir (qovluğun səhifələri işin 34cü səhifəsindən başlayır).

42. Eyni zamanda işin 10-cu səhifəsinə tikilmiş iddiaçının adına olan 000795 saylı order 14 iyun 2002-ci il tarixli olmaqla, Bakı şəhəri, İnqilab (indiki Ak.H.Əliyev) küçəsi, ev 33, mənzil 10-a verilmişdir və həmin order Bakı şəhər İcra Hakimiyyətinin 372 saylı, 07 iyun 2002-ci il tarixli sərəncamına əsasən verilmişdir.

43. Lakin sözügedən sərəncamların heç biri işdə yoxdur, yəni apellyasiya instansiyası məhkəməsi Bakı şəhər İcra Hakimiyyətinin verdiyi nə xx.xx.2002-ci il tarixli, 372 saylı, nə də ki xx.xx.2003-cü il tarixli, 466 saylı sərəncamların tələb edib onları araşdırmamış, bunun nəticəsində də qeyd edilən sərəncamlardakı B akı şəhəri, İnqilab (indiki Ak.H.Əliyev) küçəsi, ev 33 və ünvan 4 ünvanlarında olan binanın eyni bina olubolmaması aydınlaşdırıb iş üzrə böyük əhəmiyyət kəsb edən sözügedən halı müəyyən etməmişdir.

44. Digər tərəfdən, adıçəkilən mənzilin "xxxx" MTK tərəfindən iddiaçıya verildiyi halda, bununla əlaqədar tərəflər arasında müqavilə, mənzilə görə edilmiş maliyyə arayışı kimi sənədlər də mövcud olmalıdır.

45. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən məsələni də araşdırmamışdır.

46. Həmçinin qeyd edilməlidir ki, sözügedən sərəncamların məhkəmə tərəfindən nəzərdə keçirilməsi, həm də ona görə önəmlidir ki, işin 21-ci səhifəsində olan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda deyilir ki, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının istismara qəbul edilməsinə dair məlumat Komitədə yoxdur.

47. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının 30 dekabr 2021-ci il tarixli məktubunda (iş səh. 51) İddiaçı xx.xx.2002-ci il tarixli 000795 saylı orderin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş olduğu göstərildiyi halda, həmin məktuba əlavə edilmiş sözügedən orderin "xxxx" MTK tərəfindən verildiyi yazılmışdır.

48. Bununla yanaşı, iddiaçıya adıçəkilən mənzilin order əsasında verilməsi məlum olur, o zaman həmin mənzilin dövlət fondundan verilib-verilməməsi halı araşdırılmalıdır.

49. Belə ki, bütün yuxarıda göstərilmiş mühüm məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən, ümumiyyətlə, araşdırılmamış və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul edilmişdir.

50. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

51. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar