Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2232/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2320/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Əfqanıstan Respublikası, Cövzcan vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. İddiaçının arvadı Momena Ghaffari, oğlu Fahimi Sina və qızı X5 Respublikası, Sare-Paul vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikasının vətəndaşlarıdır.
2. Qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizə-anket) görünür ki, “iddiaçı 08 iyul 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti həzarə, dini etiqadı islam (şiə), ana dili fars (dər i) dili olmuşdur. İddiaçı 1361-ci (1982) ildə İranın Məşhəd şəhərində “Şəhid Nəvayi “ adına məktəbdə 1-ci sinfi, Məşhəd şəhərində “22 bəhmən” adlı məktəbdə 2-ci sinfi, “14 məsum” adlı məktəbdə 3-5-ci sinifləri, “Şəhid Çeraqçi” adına məktəbdə 6-7-ci sinifləri, “Şəhid Məhəllatı” adına məktəbdə 8-ci sinfi, "Şəhid Torabi” adına məktəbdə 9-12-ci sinifləri oxumuşdur. Təxminən 1391-ci (2012) ildə Sərepol pedoqoji texnikumuna (Darülmoəllemine Sərepol) daxil olmuş, 2 il orada təhsil almışdır. 2017-2018-ci illərdə Məzariş Şərifdə “Rəhnəvərd” universitetində riyaziyyat müəllimi ixtisasını bitirmişdir. Peşəsi informasiya texnologiyası üzrə mütəxəssisdir.
3. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-30/4 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndini rəhbər tutaraq Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı – xx.xx.1980-cı il təvəllüdlü Momena Ghaffari qızı xx.xx.2005-ci il təvəllüdlü Yalda Fahimi, oğlu - xx.xx.2009-cu il təvəllüdlü Sina Fahimi) qaçqın statusu verilməsindən imtina edilmişdir.
4. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının dediklərindən onun Əfqanıstanda heç vaxt heç kim tərəfindən təhdid və ya təqib olunmadığı məlum olmuş, ölkəsini ümumi ictimai-siyası vəziyyətə görə tərk etdiyini bildirmişdir. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Şəxsin əsaslı təqib qorxusunun olmaması onun 1951-ci il konvensiyasının 1-ci maddənin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Eyn i zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da ərizəçinin əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-26/1 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtina edici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə onun 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona ailə üzvləri ilə birlikdə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzif əsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-30/4 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtina edici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona ailə üzvləri (xx.xx.1980-cı il təvəllüdlü arvadı Momena Ghaffari, xx.xx.2005-ci il təvəllüdlü qızı Yalda Fahimi, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sina Fahimi) ilə birlikdə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qər ar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası mərhum X1 vərəsəlik qaydasında ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1848 (düzəliş olunduqdan sonra 1843) saylı bağ sahəsinin tam sənədləşdirilməsi yəni, ona miras qalmış bağ sahəsinə texniki pasportun və çıxarışın verilməsi məqsədi ilə Bakı şəhəri, 19 saylı notariusu tərəfindən 31 may 2021-ci il tarixdə 494 nömrəli məktubu ilə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya xx.xx.2021-ci il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab verilərək bildirilmişdir ki, təqdim edilən bağ sahəsinə dair müqavilədə bağ nömrəsinə düzəliş edilmişdir (1848 düzəliş olunduqdan sonra 1843 saylı), düzəliş olunan hissəyə isə səlahiyyətli şəxsin imzası və möhürü vurulmamış, həmçinin göstərilən bağ sahəsinin ərazisi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğunsuzluq təşkil edir, yəni digər bağ nömrəsinin ərazisinə uyğun gəlir. Atası mərhum X4 məxsus bağ sahəsi həmin vaxt sənədləşdirilərkən əsas müqavilədə səhvən bağın nömrəsi 1848 qeyd olunmuşdur. Bundan sonra atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinin əsas müqaviləsinə düzəliş olunaraq 1843 edilmişdir, lakin həmin düzəliş olunarkən həmin düzəlişin üzərinə möhür vurulmamışdır. Hal-hazırda bu xırda səhvlərin nəticəsində atasından ona miras qalmış bağ sahəsini öz adına sənədləşdirə bilmir.
8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Əfqanıstan İslam Respub likası vətəndaşı olan İddiaçı xx.xx.2022-ci il tarixdə ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün DMX tərəfindən qeydiyyata alınmış, adına 602022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü və ailə üzvləri ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Bəlxab ulusvaliliyinin Sərepo vilayətinin Doşax kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, ailəsi irana köçdüyündən orta məktəbi İranın Məşhəd şəhərində müxtəlif məktəblərdə, 1-ci sinfi “şəhid Nəvayi” adına məktəb, 2-ci sinfi 2 2 bəhmən adlı məktəbdə, 3-5-ci sinifləri “14 məsum” adlı məktəbdə, 6-7-ci sinifləri “şəhid Çeraqçi” adına məktəbdə, 8-ci sinfi “şəhid Məhəllatı” adına məktəbdə, 9-12-ci sinifləri "şəhid Torabi” adına məktəbdə oxuduğunu, 1995-2000-ci illərdə İranda yaşadığını, 2002-ci ildə Əfqanıstana qayıtdığını, 2012 ildə X2 texnikumuna daxil olduğunu, 2 il təhsil aldıqdan sonra diplom aldığını, 2017-2018-ci illərdə Məzari Şərifdə “Rəhnəvərd” universitetində riyaziyyat müəllimi ixtisasına yiyələndiyini bildirmişdir.
9. Əmək fəaliyyəti haqqında məlumat verən İddiaçı orta məktəbi bitirdikdən sonra 1996-cı ildə Bəlxabda məktəbdə 6-8-ci siniflərdə riyaziyyat, ingilis dili, təbiət elmləri (fizika, kimya, biologiya) üzrə dərs dediyini, 1997-1998-ci illərdə Bamyanda “Vəhdət” partiyasının mədəni komissiyasında kompyuter operatoru kimi işlədiyini, 1998-2001-ci illərdə İranın Qum şəhərində "Mısaqe vəhdəti” jurnalında redaktor, kompyuter operatoru və tədqiqat heyətinin üzvü olduğunu, 2002-ci ildə "Misaqe vəhdət” jurnalının redaksiyası Kabilə köçdüyü üçün burada işini davam etdirdiyini, 2005-ci ildə tikintilərdə fəhlə kimi işlədiyini, 2006-cı ildə Bəlxabda yenidən müəllim işlədiyini, 2007-ci ildən Əfqanıstan İslam Respublikasında taliban hakimiyyətə gələnə qədər seçki komissiyasında informasiya texnologiyası mütəxəssisi kimi işlədiyini, bu dövrdə məhəlli xarakter daşıyan “Vilayət Sərepol” və “Pəyame şura” adlı jurnallarda çalışdığını qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verən iddiaçı evli olduğunu, 2002-ci ildə Ghaffari Momena adlı şəxslə ailə qurduğunu, bu evlilikdən Fahimi Yalda adlı qızın ın və Fahimi Sına adlı oğlunun olduğunu, özünün ailədə birinci övlad olduğunu, 4 qardaşı, 3 bacısının olduğunu, ailə üzvlərindən atasının vəfat etdiyini, Sidiqə adlı bacısından başqa anası və digər qardaş-bacılarının İranın Məşhəd şəhərində yaşadığını, Sidiqənin isə İsveçdə yaşadığını bildirmişdir. İddiaçı taliblərin onu təhdid etməsi ehtimalından şübhələndiyini, həzara və şiə olduğu üçün həyatı üçün təhlükə hiss edərək 2021-ci ilin dekabr ayında Əfqanıstanı tərk edib İrana getdiyini, İranda yaşamaq icazəsi verilmədiyindən xx.xx.2022-ci ıl tarixdə İranın Ərdəbil bölgəsinin Germi şəhəri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq qaçaqçı vasitəsilə arvadı və uşaqları ilə birlikdə qeyri-qanuni yolla ölkəyə daxıl olduğunu bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibə si zamanı onun verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İddiaçının dediklərindən onun Əfqanıstanda heç vaxt heç kim tərəfindən təhdid və ya təqib olunmadığı məlum olmuş, ölkəsini ümumi ictimai-siyasi vəziyyətə görə tərk etdiyini bildirmişdir. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqan ları tərəfindən təqibə məruz qalmamışdır. Şəxsin əsaslı təqib qorxusunun olmaması onun 1951-ci il konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır.
10. Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da onun əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İddiaçının arvadı Momena Ghaffarinin müsahibə zamanı verdiyi məlumatlardan da onun ərinin şəxsən heç vaxt təhdid edilmədiyi, “Taliban" hakimiyyəti qurulduqdan sonra işsiz qaldığı aydın olmuşdur. Həm iddiaçının, həm də arvadının dediklərindən məlum olmuşdur ki, onların qohumlarının əksər iyyəti İranda yaşadığından və İrana bağlılıq daha çox olduğu üçün ailənin əsas məqsədi əslində Azərbaycanda deyil, İranda yaşamaq olmuşdur. Onlar İranda BMT QAKa qaçqın statusu almaq üçün müraciət etsələr də, müsbət cavab ala bilməmiş və Azərbaycana gəlməyi qərara almışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işı "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçq ın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3335/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim S.Salahova) iddia rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, qaçqın statusunun verilməsi ilə bağlı əsaslı təqib qorxusunun real mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə həm də iddiaçının özünün verdiyi məlumatlara əsaslanır. İddiaçı tərəfindən özünün fərdi təqib qurbanı olmaq təhlükəsi ilə bağlı ciddi və real əsasları özündə ehtiva edən hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, irqi, milli və müəyyən sosial qrupa mənsubiyyətinə, dini etiqadına və ya siyasi əqidəsinə görə əsaslı təqib qorxusunun mövcudluğunu göstərən hər hansı ağlabatan, inandırıcı və mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, fərd olaraq məhz iddiaçıya yönəlik təqib ehtimalı və bunun üzərindən təqib riski real səbəblərdən və faktlardan qaynaqlanmalıdır. Bunun əksinə olaraq, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatçılıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməs i üçün yetərli sayıla bilməz.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvləri (xx.xx.1980-ci il təvəllüdlü arvadı Momena Ghaffari, xx.xx.2005-ci il təvəllüdlü qızı Yalda Fahimi, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sina Fahimi) qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını, cavabdeh Dövlət Miqrasiya Xidmətinin İQ-30/4 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtina edici qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2320/2023 nömrəli, 6 iyul 2023 -cü il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.T.Axundova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, yeni qərar qəbul edilməsini və cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvləri (xx.xx.1980-ci il təvəllüdlü arvadı Momena Ghaffari, xx.xx.2005-ci il təvəllüdlü qızı Yalda Fahimi, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sina Fahimi) qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını, cavabdeh Dövlət Miqrasiya Xidmətinin İQ-30/4 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsinə dair qərar qəbul edilməsini, cavabdeh Dövlət Miqrasiya Xidmətinin İQ-30/4 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtina edici qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ddiaçı etnik/dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilməsi riskidir. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır.
18. Hüquq tətbiq edən orqan iddiaçının izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabat anlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdıqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlum atı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır.
19. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifıkdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhat ə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir.
20. DMX Ərizəçinin yaşı, milliyyəti və mənşə yerini müəyyən edib. Ərizəçinin iddiası onun etnik mənsubiyyətinə görə Həzara olmasıdır ki, onlar da daimi olaraq anti-hökumət qüvvələri tərəfindən hədəfə alınır.
21. Ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə Ölkəsində baş verə bilən olduğu müəyyən edilir. B una görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir.
22. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. B una görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatla rı mötəbər sayılmalıdır.
23. Yoxlamanın 1-ci mərhələsindən görünür ki, ərizəçinin izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq ərizəçinin şərti siyasi əqidəsinə görə əsaslı qorxusu təsdiq edilir.
24. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilər ki, ərizəçi Əfqanıstana qayıdacağı təqdirdə ona dini etiqadına görə ziyan vurula bilər.
25. Ərizəçiyə qarşı təqibi həyata keçirən qeyri-dövlət birləşməsi olan anti-həzara silahlı birləşmələridir.
26. Ərizəçi təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəçi həzaradır. MÖM göstərir ki, həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. Lakin Əfqanıstan rəsmi onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. b) Kassasiya şika yətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə
1. «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Madd ə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
29. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Q ayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbə blərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə ba ğlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.
10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-26/1 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtina edici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə onun 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona ailə üzvləri ilə birlikdə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
34. Daha sonra iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-30/4 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqq ında imtina edici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona ailə üzvləri (xx.xx.1980-cı il təvəllüdlü arvadı Momena Ghaffari, xx.xx.2005-ci il təvəllüdlü qızı Yalda Fahimi, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sina Fahimi) ilə birlikdə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir.
35. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3335/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
36. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvləri (xx.xx.1980-ci il təvəllüdlü arvadı Momena Ghaffari, xx.xx.2005-ci il təvəllüdlü qızı Yalda Fahimi, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sina Fahimi) qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını, cavabdeh Dövlət Miqrasiya Xidmətinin İQ-30/4 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtina edici qərarın ləğv edilməsini xahiş etmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin 6 iyul 2023-cü il tarixli, 2-1(103)-2320/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya məhkəməsi həmin nə ticəyə gələrkən belə hesab etmişdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı Əfqanıstan islam Respublikasının vətəndaşıdır. Hazırda ünvan 1 ünvanında müvəqqətı yaşayan, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı və ailə üzvləri (arvadı - xx.xx.1980-ci il təvəllüdlü Momena Ghaffari qızı - xx.xx.2005-cı il təvəllüdlü Yalda Fahimi oğlu xx.xx.2009-cu il təvəllüdlü Sina Fahimi) 8 iyul 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsa tətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 60-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü və ailə üzvləri ilə müsahibə keçirilmişdir.
40. Yəni, iddiaçının özü ilə və ailə üzvləri ilə cavabdeh tərəfindən müsahibə keçirilmişdir, başqa sözlə onların dinlənilmə hüququ təmin edilmişdir.
41. Həmçinin iş materiallarından göründüyü kimi, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Bəlxab ulusvaliliyinin Sərepol vilayətinin Doşax kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, ailəsi ir ana köçdüyündən orta məktəbi İranın Məşhəd şəhərində müxtəlif məktəblərdə - 1-ci sinfi “şəhid Nəvayı” adına məktəb, 2-ci sinfi 22 bəhmən adlı məktəb, 3-5-ci sinifləri “14 məsum” adlı məktəbdə, 6-7-ci sinifləri “şəhid Çeraqçi’ adına məktəbdə, 8-ci sinfi “şəhid Məhəllatı” adına məktəbdə, 9-12-ci sinifləri "şəhid Torabi’ adına məktəbdə oxuduğunu, 1995-2000-ci illərdə İranda yaşadığını, 2002-ci ildə Əfqanıstana qayıtdığını, 2012 ildə X3 texnikumuna daxil olduğunu, 2 il təhsil aldıqdan sonra diplom aldığını, 2017-2018-ci illərdə Məzari Şərifdə "Rəhnəvərd” universitetində riyaziyyat müəllimi ixtisasına yiyələndiyini bildirmişdir. Əmək fəaliyyəti haqqında məlumat verən İddiaçı orta məktəbi bitirdikdən sonra 1996-cı ildə Bəlxabda məktəbdə 6-8-ci siniflərdə riyaziyyat, ingilis dili, təbiət elmləri (fizika, kimya, biologiya) üzrə dərs dediyini, 1997-1998-ci illərdə Bamyanda “Vəhdət” partiyasının mədəni komissiyasında kompyuter operatoru kimi işlədiyini, 1998-2001-ci illərdə İranın Qum şəhərində "Mısaqe vəhdəti” jurnalında redaktor, kompyuter operatoru və tədqiqat heyətinin üzvü olduğunu, 2002-ci ildə "Misaqe vəhdət” jurnalının redaksiyası Kabilə köçdüyü üçün burada işini davam etdirdiyini, 2005-ci ildə tikintilərdə fəhlə kimi işlədiyini, 2006-cı ildə Bəlxabda yenidən müəllim işlədiyini, 2007-ci ildən Əfqanıstan İslam Respublikasında taliban hakimiyyətə gələnə qədər seçki komissiyasında informasiya texnologiyası mütəxəssisi kimi işlədiyini, bu dövrdə məhəlli xarakter daşıyan “Vilayət Sərepol” və “Pəyame şura” adlı jurnallarda çalışdığını qeyd etmişdir.
42. Ailə vəziyyəti barədə məluma t verən ərizəçi evli olduğunu, 2002-ci ildə Ghaffarı Momena adlı şəxslə ailə qurduğunu, bu evlilikdən Fahimi Yalda adlı qızının və Fahimi Sina adlı oğlunun olduğunu bildirdiyini, özünün isə ailədə birinci övlad olduğunu, 4 qardaşı, 3 bacısının olduğunu, ailə üzvlərindən atasının vəfat etdiyini, Sidiqə adlı bacısından başqa anası və digər qardaş-bacılarının İranın Məşhəd şəhərində yaşadığını, Sidiqənin isə İsveçdə yaşadığını bildirmişdir.
43. Eyni zamanda iş materiallarından göründüyü kimi, İddiaçı taliblərin onu təhdid etməsi ehtimalından şübhələndiyini, həzara və şiə olduğu üçün həyatı üçün təhlükə hiss edərək 2021-ci ilin dekabr ayında Əfqanıstanı tərk edib irana getdiyini, İranda yaşamaq icazəsi verilmədiyindən xx.xx.2022-ci il tarixdə İranın Ərdəbil bölgəsinin Germi şəhəri tərəfindən A zərbaycan Respublikasının dövlət sərhədini pozaraq qaçaqçı vasitəsilə arvadı və uşaqları ilə birlikdə qeyri-qanuni yolla ölkəyə daxil olduğunu bildirmişdir.
44. Bununla yanaşı iş materiallarından görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin dediklərindən onun Əfqanıstanda heç vaxt heç kim tərəfindən təhdid və ya təqib olunmadığı məlum olmuş, ölkəsini ümumi ictimaisiyasi vəziyyətə görə tərk etdiyini bildirmişdir.
45. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı müsahibə zaman ı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Şəxsin əsaslı təqib qorxusunun olmaması onun 1951-ci il konvensiyasının 1-ci maddənin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da ərizəçinin əsaslı təqib hallarına məruz qalmadı ğını göstərir.
46. Yəni, iddiaçı özü cavabdehə verdiyi müsahibəsində bildirmişdir ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.
47. Həmçinin iş materiallarından görünür ki, ərizəçinin arvadı Momena Ghaffarinin müsahibə zamanı verdiyi məlumatlardan da onun ərinin şəxsən heç vaxt təhdid edilmədiyi, “Taliban" hakimiyyəti qurulduqdan sonra işsiz qaldığı aydın olmuşdur. Həm ərizəçinin, həm də arvadının dediklərindən məlum olmuşdur ki, onların qohumlarının əksəriyyəti İranda yaşadığından və İrana bağlılıq daha çox olduğu üçün ailənin əsas məqsədi əslində Azərbaycanda deyil, İranda yaşamaq olmuşdur. Onlar İranda BMT QAK-a qaç qın statusu almaq üçün müraciət etsələr də, müsbət cavab ala bilməmiş və Azərbaycana gəlməyi qərara almışlar.
48. Yəni, iddiaçının arvadı da müsahibəsində onun ərinin şəxsən heç vaxt təhdid edilmədiyini göstərmişdir.
49. Eyni zamanda iş materiallarından görünür ki, müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın”-a ver ilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir.
50. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
51. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
52. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
53. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə d axilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.
54. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
55. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
56. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.
57. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsd iq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
58. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə görə:
59. «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.
60. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.
61. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin sə bəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.
62. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir.
64. Halbuki yuxarıda artıq göstərildiyi kimi iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.
65. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-2320/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.