Məhkəmə qərarları › İş №2-1(102)-2233/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2233/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2233/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2233/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçıların vəkili Vəkil2, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 iştirakları, A.Əsgərovun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehin X3nın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-759/2019 saylı qərarından üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Pa tent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1529 saylı qərarının tamamilə ləğv edilməsi və “Карамель Миличная» əmtəə nişanının qeydiyyata alınmasına dair 12.10.2016-cı il tarixli, N ***** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-3422/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2019-cu il tarixli, 2-1(103)-759/2019 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) üçüncü şəxs “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, "xxxx" MMC-yə məxsus “Карамель Миличная» adlı əmtəə nişanı 30-cu sinifin "konfetlər" əmtəələri üzrə və 35-ci sinifin 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər" xidmətləri üzrə xxxx 2016-ci il tarixində "xxxx" MM C-nin adına Azərbaycan Respublikasında ***** nömrəli qeydiyyata alınmış (əmtəə nişanının ilkinlik tarixi - xxxx 2016-ci il), İddiaçı1 işçisi X2 tərəfindən xxxx 2014-cii il tarixində “Миличная Карамель» təsviri yaradılmış, göstərilən təsvir, əmtəə nişanı kimi nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamış, "X5" Xüsusi Səhmdar Cəmiyyətinə “Карамель Миличная» adlı əmtəə nişanı ilə müqayisə edilə bilməz, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xxxx 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələrinə, hesab-fakturalara, qaimələrə, spesifakisayalara görə “Карамель Миличная» nişanlı konfetlər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmiş, "xxxx " Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN: **********, xxxx 2005-ci il tarixində dövlət qeydiyyatına alınmış və qənnadı sənayesi sahəsində uğurlu fəaliyyət göstərir, 2006-cı ildə təsisçilər yeni qənnadı məhsullarının istehsalını artırmaq məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və yerli qənnadı istehsalını təşkil etmişlər, yeni iş yerlərinin açılması məqsədi ilə "xxxx" MMC, "xxxx" MMC ilə yanaşı 2014cü ildə yeni təsis edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası ərazisində qənnadı fabrikləri inşa etmiş, müasir tələblərə cavab verən texnologiya və avadanlıqlarla təhciz etmiş, yüzlərlə yeni iş yerləri açmış, onların istehsal etdiyi 100-dən artıq çeşid və məhsulların əmtəə nişanları dövlət qeydiyyatına alınmaqla qorunurlar, onların istehsal etdiyi məhsul lar nəyinki Azərbaycan Respublikası ərazisində istehlakçıları yüksək keyfiyyətli yeyinti məhsulları ilə təmin edir, hətta yerli məhsulun ixrac edilməsi kimi iqtisadi siyasətinin həyata keçirilməsində uğurlu atdımlar atmışlar, istehsal etdikləri konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. 60 növdə qənnadı məhsulları 10-dan çox xarici ölkələrə ixrac edilməklə qeyri-neft sektorunun inkişafında və milli valyuta olan manatın möhkəmlənməsində mühüm rol oynayır. Tərəflərin izahatları Üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 ap rel 2019cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçıların vəkili Vəkil2, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-759/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Миличная Карамель» adlı kombinasiya edilmiş əmtəə nişanında təsvir hissəsi xxxx 2014-cü il tarixində X2 tərəfindən onun işəgötürəni İddiaçı1 tapşırığı ilə yaradılmışdır və bu barədə xxxx 2014-cü il tarixli akt tərtib olunmuş, «Миличная Карамель» adlı kombinasiya edilmiş əmtəə nişanı isə 30-cu sinifin “konfetlər” əmtəələri üzrə və 35-ci sinifin 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər“ xidmətləri üzrə xxxx 2016-cı il tarixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1145 nömrəli qeydiyyata alınmış (əmtəə nişanının ilkinlik tarixi – xxxx 016), Azərbayca n Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi tərəfindən qəbul edilmiş xxxx 2018-ci il tarixli, E-1529 saylı X3 ilə “xxxx” MMC-yə məxsus «Миличная Карамель»adlı əmtəə nişanının 30-cu sinifin (konfetlər) əmtəələri və 35-ci sinifin (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) xidmətləri üzrə ****** nömrəli qeydiyyatına qarşı İddiaçı 2 və “X5” Xüsusi Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 tərəfindən Apellyasiya Şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilərək, təmin edilməmiş, satıcı “X6” MMC ilə alıcı “xxxx” MMC arasında Ukrayna Respublikası Kiyev şəhərində bağlanmış xxxx 2016-cı il tarixli, ***** saylı müqaviləyə görə satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadi məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə ş ərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməsi öhdəliyini götürmüş, təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır, alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırki müqavilə üzrə əldə edir, müqavilənin müddəti 31.12.2016-cı il tarixədək müəyyən edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında onların foto ilə əks olunmuş təsvirlərə görə əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir, hər iki nişanın qrafik hissələrinin mərkəzində yumru çərçivədə iki ədəd şən süd damcıları, onun sağ və sol tərəflərindən eyni tipli ağ dam cılar, üstündə «Миличная», altında isə «Карамель» sözləri təsvir olunmuş, eyni zamanda müqayisə edilən nişanların sağ və sol kənarlarında eyni üç rəngli zolaqlar müşahidə olunur, beləliklə, əmtəə nişanlarının təsvirində istifadə edilən sözlərin ümumi görünüşlü (müşahidə) təəssüraatı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası üst-üstə düşür, hər iki əmtəə nişanında sözlər kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazılıblar, əmtəə nişanlarının xarici forması, eyni simmetriyasının mövcud olması və xüsusiyyətləri (naturallığı) oxşarlıq yaradır və həmin məhsullarının ilkin baxışda bir-birindən fərqləndirilməsi ümumiyyətlə mümkün deyildir, eyni təsəvvür yaradırlar, “xxxx” MMC ilə iddia çı arasında bağlanmış ****** saylı xxxx 2012-ci il tarixli müqaviləyə dair 130 saylı xxxx 2013-cü il tarixli hesab-faktura və spesifikasiyaya əsasən «Миличная Карамель» adlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyi, yəni “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmiş, “xxxx” MMC-nin istehlakçılar arasında apardığı sorğunun nəticəsində respondentlərin 70 %-i məhz “Konti” brendi altında istehsal olunan «Миличная Карамель» nişanını tanımış, 30 %-i isə həmin əmtəə nişanını tanıdıqlarını bildirmiş, lakin hansı müddətdən tanıdıqlarını qeyd etməmişlər, beləliklə, «Миличная Карамель» adlı kombinasiya edilmiş təsvirli əmtəə nişanı olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə, həmin əmtəə nişanının təsviri İddiaçı1yyətinin tapşırığı ilə onun işçisi X2 tərəfindən xxxx 2014-cü il tarixdə yaradıldığından, həmin əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqları pozulmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Ədəbi və X4 haqqında Bern Konvensiyası”na müvafiq olaraq İttifaqın istənilən üzv ölkəsində yaradılmış əsərlər bütün üzv ölkələrdə, o cümlədən Azərbaycanda qorunur, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlan mamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. “Ədəbi və X4 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər t utulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.” Maddənin 6-cı bəndinə əsasən “Bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi b u Qanunla müəyyənləşdirilmiş qaydalara və X1 dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir”. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edili r ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Qaydaların 29.3-cü maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqə si olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə “eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır”. Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, “Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.” “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisələndirilən qərarda hər iki məhsulun adlarını yanında onların foto ilə əks olunmuş təsvirlərə görə əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil etdiyini, hər iki nişanın qrafik hissələrinin mərkəzində yumru çərçivədə iki ədəd şən süd damcıları, onun sağ və sol tərəflərindən eyni tipli ağ damcılar, üstündə «Миличная», altında isə «Карамель» sözləri təsvir olunduğunu, eyni zamanda müqayisə edilən nişanların sağ və sol kənarlarında eyni üç rəngli zolaqların müşahidə olunduğunu, beləliklə, əmtəə nişanlarının təsvirində istifadə edilən sözlərin ümumi görünüşlü (müşahidə) təəssüraatı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası üst-üstə düşdüyünü, hər iki əmtəə nişanında sözlər kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldığlarını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyasının mövcud olması və xüsusiyyətləri (naturallığı) oxşarlıq yaratdığını və həmin məhsullarının ilkin baxışda bir-birindən fərqləndirilməsinin ümumiyyətlə mümkün olmadığını, “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış 1266/8/12 saylı xxxx 2012-ci il tarixli müqaviləyə dair 130 saylı xxxx 2013-cü il tarixli hesab-faktura və spesifikasiyaya əsasən «Миличная Карамель» adlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyini, “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyini, beləliklə, «Миличная Карамель» adlı kombinasiya edilmiş təsvirli əmtəə nişanı olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə, həmin əmtəə nişanının təsviri İddiaçı1yyətinin tapşırığı ilə onun işçisi X2 tərəfindən xxxx 2014-cü il tarixdə yaradıldığından, həmin əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarını pozduğunu, bundan əlavə həmin əmtəə nişanının xxxx 2017-ci ildə Ümümdünya Əqli Mülkiyyət Təşkilatında “X1 dair” Madrid Sazişinə uyğun olaraq Beynəlxalq qeydiyyatının aparıldığını və Azərbaycan Respublikası da daxil olmaqla Gürcustan, Qazaxıstan və Ermənistan Respublikalarında da bu qeydiyyatın mühafizə olunduğ unu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-759/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-759/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar