Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2233/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ötürülməsi) (kassasiyanın mümkünsüzlüyü, müddətin üzürsüz səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X üsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-513/2020 nömrəli, 29 iyul 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 13.02.2018-ci il tarixdə göndərilən yeni məlumat vərəqəsinə əsasən təqaüdünün yenidən hesablanması, həmçinin təqaüd məbləğində yaranmış fərqin ödənilməsi vəzifəsinin cavab dehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2132/2019 saylı, 12 iyun 2019cu il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia rədd edilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 13 yanvar 2018-ci il tarixli yeni məlumat vərəqəsini nəzərə almamaqda haqlı olmuşdur.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1961/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarı i lə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2132/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, iddiaçının 2009-2018-ci illər üzrə onun fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, ona pensiyanın yenidən hesablanması və pensiya məbləğində yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının 2009-2018-ci illər üzrə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, ona pensiyanın yenidən hesablanması və p ensiya məbləğində yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
7. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 21(102)-3212/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1961/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əvvəlcə apellyasiya instansiyası məhkəməsinin təmin etdiyi iddia tələbi barədə məhkəməyə müraciət etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, birinci instansiya məhkəməsi də dəqiqləşdirilmiş tələbə baxmışdır. Dəqiqləşdirilmiş tələbdə fərdi hesabda qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması xahiş edilməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-513/2020 saylı, 29 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2132/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xəstələnməsi ilə əlaqədar olaraq uzun müddət stasionar müalicə aldığından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verə bilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsir i olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmad ıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
15. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
17. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2-1(103)-513/2020 saylı qərarı 03 sentyabr 2020-ci il tarixdə iddiaçıya təqdim edilmiş, sonuncu isə müvafiq məhkəmə qəbzinə imza etməklə apelyasiya instansiyası məhkəməsinin qərarını qəbul etmişdir.(səh 136). İddiaçı həmin qərardan 21 iyun 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. İddiaçı ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətini ötürməsini mübahisələndirmir.
18. İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ərizədə etiraf edilir və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş edilir. İddiaçı ərizəsində qeyd etmişdir ki, koronovirus infeksiyasına yoluxduğundan vaxtında kassasiya şikayəti verə bilməmişdir.
19. Məhkəmə tərkibi iddiaçının dəlilini əsaslı saymır və öz mövqeyini əsaslandırmaq üçün aş ağıdakıları qeyd edir.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarının iddiaçıya təqdim edilməsi barədə qəbzdən və kassasiya şikayətinin apelyasiya instansiyası məhkəməsinə daxil olmasını özündə əks etdirən məhkəmə möhüründən də görünür ki, iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarı təqdim edildikdən 9 aydan çox müddət keçdikdən sonra kassasiya şikayəti vermişdir. Yəni, iddiaçı məhkəmə qərarını 03 sentyabr 2020-ci il tarixdə aldığı üçün kassasiya şikayəti verilməsi müddəti 05 oktyabr 2020-ci il tarixində (03 və 04 oktyabr tarixləri müvafiq olaraq şənbə və bazar günləridir və onlar qeyri-iş günləri hesab edilir) başa çatmışdır.
21. İddiaçı kassasiya şikayəti verilməsi müddətinin ötürülməsini xəstələnməsi ilə əlaqələndirərək, bu barədə, müvafiq sənədləri müddət bərpasına dair əri zəsinə əlavə etmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Tibb İdarəsi tərəfindən verilmiş 636 saylı, 20 may 2021-ci il tarixli tibbi arayışda iddiaçının 2020-ci ilin 9 və 10-cu aylarında, Azərbaycan Respublikası DİN-in Tibb İdarəsi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli tibbi arayışda isə aprel və may aylarında ambulator müalicə aldığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı cəmi 2( iki) ay ambulator müalicə almış, şikayət verilməsi müddətini isə 9 (doqquz) aydan çox ötürmüşdür. Odur ki, ərizədə qeyd edilən dəlillər müddətin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilə bilməz.
22. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şi kayət üzrə kassasiya mümkün sayılmamalıdır.
23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 21(103)-513/2020 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.