Məhkəmə qərarları › İş №2-1(102)-2233/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2233/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2233/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı4 və digərlərinin cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: arayışın ləğvi; mülki məhkəmə icraatı qaydasında baxılmalı mübahisələr, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı5 Həmdulla qızının, İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Qarazəncir kənd inzibati ərazi dairə si üzrə nümayəndəliyinə qarşı “arayışın ləğvi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-100/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qərardadından İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı5 Həmdulla qızı, İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “xx.xx.2013-cü il tarixli, 279 saylı arayışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cəlilabad rayon Qarazən cir kəndində yaşayırlar. Cəlilabad rayonunda Aqrar İslahatlar aparılarkən, Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə ona, əri Həmdulla Həsənova, uşaqları Şahin, Ülkər və Afətə 0,12 hektar həyətyanı torpaq sahəsi verildi. Həmçinin İddiaçı1 0,19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hər iki torpaq sahələri qonşuluqda yerləşir. Bundan başqa istifadələrində BEF-da vardır. Torpaq sahələrinin şəhadətnamələri də vardır. Hər iki torpaq sahəsi qonşuluqda yerləşməklə ümumi faktiki sahəsi 0,69 hektardır. Hər iki torpaq sahəsinin arasında heç bir sərhəd mərzi yoxdur. Bu yaxınlarda onlara məlum olmuşdur ki, onların qanuni ümumi mülkiyyətində olan həyətyanı torpaq sahələrinə qanunsuz olaraq 06 mart 2013-cü il tarixdə Həsənov Həmdulla Əsəd oğlunun adına çıxarış v erilmişdir. Sonradan həmin çıxarışın əsasında İbrahim Həsənov, daha sonra isə xx.xx.2013-cü il tarixdə Nahidə Həsənovanın adına ******* saylı Çıxarış almışlar. Hazırda onlar demək olar ki, küçələrdə qalmışdır. Hazırkı tələblə bağlı onlar ilkin olaraq Cəlilabad rayon məhkəməsinə müraciət etmişdirlər. Cəlilabad rayon məhkəməsində tələbləri təmin edilmişdir. Lakin Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə aidiyyat məsələsinə görə qətnamə ləğv edilmişdir. Odur ki, aidiyyatı üzrə İnzibati məhkəməyə müraciət edirəm. Bu yaxınlarda bizə məlum olmuşdur ki, Mülkiyyət hüquqlarının pozulması məhz nümayəndəlik tərəfindən tərtib olunmuş 19 fevral 2013-cü il tarixli 279 saylı arayışa əsasən mümkün olmuşdur. Belə ki, həmin arayış saxta tərtib edilərək göstərilmişdir ki, guya mərhum ataları Həmdul la Həsənovun vəfatından sonra ona məxsus miras əmlak İbrahim Həsənov tərəfindən faktiki qəbul edilərək sahiblik edilir. Halbuki onlar həmin təsərrüfatın üzvü olmaqla həmin təsərrüfatda yaşamış və oradan heç yerə getməməklə bu gün də orada yaşayırlar. Bu saxta arayış əsasında İbrahim Həsənova notarius vərəsəlik şəhadətnaməsi vermişdir. Adı çəkilən arayışla əlaqədar onlar mülkiyyətindən məhrum olmuşlar. Həmin arayışın ləğvi ilə əlaqədar nümayəndəliyə müraciət etsələr də bundan imtina edildi. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair 393A və 394A saylı şəhadətnamələrin surətləri, Həsənov Həmdulla Əsəd oğlunun adına verilmiş RX ******* saylı Çıxarışın surətləri bizdədir. Həmin sənədlərin əsli tərəflərindən əldə edilə bilinmədiyindən məhkəmə vasitəsi ilə alınmasını xahiş edirlər.

3. Şirvan İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(120)-1323/2023 nömrəli qərardadı ilə X2 və X1 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

4. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadı (hakim Ş.Musayev) iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələlərdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmənin qənaətinə görə qanunla qorunan hüquq və maraql arının pozulduğu təqdirdə iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyini, və yaxud hər hansısa bir inzibati akt qəbul olunmuşdursa həmin inzibati aktı mübahisələndirmək hüququ vardır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-100/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər: S.Həsənov - sədrlik edən və məruzəçi, S.Mayılov və C.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanıl mışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı tələblə bağlı ilkin olaraq Cəlilabad rayon məhkəməsinə müraciət edilmişdir. Cəlilabad rayon məhkəməsində tələbləri təmin edilmişdir. Lakin Ali Məhkəmənin 25.10.2021-ci il tarixli qərarı ilə aidiyyat məsələsinə görə qətnamə ləğv edilmiş və həmin qərarda göstərilmişdir ki, mübahisənin predmeti olan kənd icra nümayəndəliyinin arayışı inzibati aktdır. Odur ki inzib ati məhkəməyə müraciət edilməlidir.

11. Şirvan Apelyasiya məhkəməsi isə qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli Ali Məhkəmənin qərarına əhəmiyyət verməyərək, məcburi göstərişi icra etmədən bildirir ki, kənd icra nümayəndəliyinin arayışı inzibati akt deyil. Hesab edir ki, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı qüvvədə olduğundan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qanunsuzdur. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı mün asibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qan unla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 8.1. Notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, i ddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəy ərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə r iayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar

14. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə q ərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Bununla belə məhkəm ə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İddianın mümkünlüyü iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğu müəyyən olunduqdan sonra iddianın mahiyyəti üzrə araşdırma aparmalıdır.

22. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasl andırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci maddəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gəl ən bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Hazırda iddiaçının irəli sürdüyü tələb, xx.xx.2013-cü il tarixli, 279 saylı arayışın ləğv edilməsi ilə bağlıdır.

25. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-c i il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Tesnifatı»nın 3-cü hissəsinin 2-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, həmin qurumun tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından və həll etmədiyindən, sadəcə məlumat xarakterli sənəd olduğundan həmin arayış inzibati akt hesab olunmamalıdır.

26. Həmçinin nəzərə alınmalıdır ki, daşınmaz əmlak (torpaq və ya fərdi yaşayış evi) üzərində hüququn qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlərin dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilm iş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nda göstərilmişdir. Həmin qanunvericilik aktlarında hazırda mübahisələndirilən məzmunda tərtib edilmiş arayış hüququn qeydə alınması əsası (hüquqmüəyyənedici sənəd) kimi çıxış etmir. Başqa sözlə, hazırda mübahisə predmeti olan arayış inzibati akt kimi əmlak üzərində hüquqi status yaratmaq (əmlak hüququ əldə etmək) xüsusiyyətinə malik deyildir.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərtib et diyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış inzibati akt hesab edilmədiyindən hazırkı tələbə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılması mümkün deyildir.

28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı4 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 aprel 2024-cü il tarixli, 2-1(106)-100/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar